Məhkəmə qərarları › İş №2(102)-4515/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4515/2020

17.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4515/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili Vəkil, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X, X6 və X2 qarşı miras əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi və mülkiyyət hü quqlarının tanınması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli qətnaməsi ilə (hakim Z.Quliyev) iddia qismən təmin edilmiş, İddiaçı,0116 ha torpaq sahəsinin 1/8 hissəsinə, ünvan 1 ünvanda yerləşən 4 saylı 3 otaqlı mənzilin ¼ hissəsinə vərəsəlik hüququ və həmin hüquq əsasında onun bu hissələrə mülkiyyət hüququnun tanınması, iddianın qalan hissədə rədd edilməsi və iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun 5 (beş) manatının cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Əsədli, hakimlər Ə.Məcidov və A.Mahmudov) işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli qətnaməsinin İddiaçı 0,0116 ha torpaq sahəsinin 1/8 hissəsinə vərəsəlik hüququ və həmin hüquq əsasında onun bu hissəyə mülkiyyət hüququnun tanınması hissəsində ləğv edilməsi, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə iddianın həmin hissədə təmin edilməməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, miras əmlak kütləsinə daxil olan 0.01 16 ha. torpaq sahəsinin hamısı deyil, yalnız 46.8 kv.m. hissəsi satılmışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X, X6 və X2 qarşı iddia qaldıraraq mərhum atası X miras qalmış, ünvan 2 ünvanda yerləşən 4 saylı 3 otaqlı mənzilin, 0,0116 ha və 120 kvm torpaq sahələrinin qanun üzrə birinci növbə vərəsələr kimi onun və cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 arasında bərabər bölünərək hər birinin ¼ hissə paylarının olmasının müəyyən edilməsi, onun və cavabdehlərin hə r birinə miras əmlakların ¼ hissəsinə mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə xx.xx.1989-cu ildə B X7 X ilə nikaha daxil olmuşdur. Birgə nikahdan onların xx.xx.1989-cu ildə İddiaçı adlı uşaqları anadan olmuşdur. xx.xx.1990-ci ildə onlar arasındakı nikah pozulmuşdur. Həmçinin o da mübahisə edilmir ki, xx.xx.1992-ci ildə B X7 X ilə nikaha daxil olmuşdur. Birgə nikahdan onların Cavabdeh1, Cavabdeh3 və X9 adlı uşaqları anadan olmuşdur. B xx.xx.2016-cı ildə vəfat etmişdir. Eyni zamanda işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, B vəfatından sonra ondan miras qalan əmlakın kütləsinə 0.0116 ha torpaq sahəsi və ünvan 1 ünvanda yerləşən 4 saylı 3 otaqlı mənzil aiddir. B qeyd edilən torpaq sahəsindən 46,8 kvadrat m etr torpaq sahəsini xx xxxxxx 2014-cü il tarixdə Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə Maraqlı şəxs satmışdır. Bununla yanaşı işin mübahisə edilməyən hallarından görünür ki, B vəfatından sonra onun qanun üzrə birinci növbə vərəsələri İddiaçı, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, X9 və X3r. Həmçinin işin mübahisə edilməyən hallarına əsasən İddiaçı notariat kontoruna xx.xx.2016-cı il tarixli mirası qəbul etməsi barədə ərizə verməklə, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 isə miras əmlaka faktiki sahiblik etməklə mirası qəbul etmişlər. Digər qanun üzrə birinci növbə vərəslər olan X9 və X4 mirası nə faktiki nə də notariat kontoruna ərizə verməklə qəbul etməmişlər. İddiaçı bildirir ki, o, xx xxxx 1989-cu il tarixdə B ilə X5 nikahından X şəhərində doğulmuşdur. Atası ilə anası arasında xx xxxxxx 1989- cu ildə X Qeydiyyat Şöbəsində qeydə alınmış nikah xx xxxx 1990-cı ildə ləğv edilmişdir. Atası B xx xxxxxxxx 2016-cı ildə vəfat etmişdir. Atasının ölümündən sonra ondan ünvan 4 ünvanda yerləşən 4 saylı 3 otaqlı mənzil, 0,0116 ha və 120 kvm torpaq sahələri miras qalmışdır. O, mərhum atasının ölümündən sonra xx xxxxxx 2016-cı ildə onun mirasını qəbul etməsi barədə Göyçay rayon notariat kontoruna ərizə ilə müraciət etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin mərhum atasından miras qalmış evdə yaşayan, mərhumun ikinci arvadı olan Cavabdeh2, mərhumun ikinci nikahından olan uşaqları Cavabdeh1, Cavabdeh3 mirasın qanun üzrə vərəsələr arasında bölünməsi üçün X gəlmədikləri və mirasın bölüşdürülməsinə razı olmadıqları üçün X X11 xx xxx 2017-ci il tarixl i məktubla mirasın bölüşdürülməsindən imtina etmişdir. Mərhum atası vəfat edərkən onların qanun üzrə vərəsələrindən o, notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verməklə, cavabdehlər isə faktiki miras əmlakı idarə etməklə mirası qəbul etmişlər. Digər qanun üzrə vərəsələr X9 və X4 mirası nə rəsmi, nə də faktiki qəbul etməmişlər. Belə ki, X9 mərhum atasının sağlığında ailə quraraq hazırda miras olan evi tərk edib köçmüşdür. X4 isə daim miras mənzilin yerləşdiyi binanın yaxınlığındakı fərdi yaşayış evində yaşamışdır və hazırda da həmin evdə yaşayır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 bildirirlər ki, hazırda nənələri X4 da onlarla yaşayır və onun da miras əmlakda payı vardır. Bundan başqa iddiaçının miras əmlakdan pay tələb etməkdə mənəvi haqqı yoxdur. X1 isə B vəfatından əvvəl evlən ərək ünvan 4 ünvanda yerləşən 4 saylı 3 otaqlı mənzili tərk edib köçmüşdür. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs bildirir ki, X ünvanda yaşayan B X12 rayonunun 0,0116 ha. torpaq sahəsindən 46,8 kvadrat metr torpaq sahəsini xx xxxxxx 2014-cü il tarixli notarial qaydada təsdiq edilmiş Alqı-Satqı Müqaviləsi ilə ona satmışdır. O, xx xxxxxxx 2019-cu il tarixdə xx xxxxxx 2014-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi əsasında ona satılmış 0.00468 ha. torpaq sahəsi üzərində Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və Texniki pasportun hazırlanaraq verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. 16 saylı Ucar Ərazi İdarəsinin rəisi cənab A ona ünvanladığı xx xxxxxx 2019-cu il tarixli cavab məktubuda qeyd etmişdir ki, araşdırma zamanı Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbinin təmin edildiyi, 0,0116 ha. torpaq sahəsinin 1/8 hissəsinə vərəsəlik hüququnun və həmin hüquq əsasında onun bu hissəyə mülkiyyət hüququnun tamndığı, həmçinin həmin qətnamənin qanuni qüvvəsini aldıqdan sonra icra olunması məqsədi ilə xx.xx.2018-ci il tarixli məktubla Daşınmaz Əmlakın Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə göndərildiyi məlum olmuşdur. Qeyd olunanlara əsasən ərizənin icrası mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin rəisi cənab A ona ünvanladığı xx xxxxxx 2019-cu il tarixli cavab məktubu və həmin məktuba əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin surəti ona rəsmi şəkildə poçt vasitəsi ilə xx xxxxxx 2019-cu ildə təqdim edilmişdir. Bundan sonra onun Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tаrixli qətnаməsindən xəbəri olmuş və apelyasiya şikayəti vermişdir. Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X, X9 və X4 heç biri üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişlər. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, Bayramov X12 0,0116 ha. torpaq sahəsindən 46,8 kvadrat metr torpaq sahəsini xx xxxxxx 2014-cü il tarixdə Daşınmaz Əmlakın Al qı-Satqı Müqaviləsi ilə Maraqlı şəxs satmışdır. Ona görə də həmin torpaq sahəsi miras kütləsinə daxil edilə bilməz Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi yaşayış məntəqəsi təyinatlı 0,0116 ha torpaq sahəsinə miras payların və mülkiyyət hüquqlarının müəyyən edilməsinin rədd edilməsi hissələrində ləğv edilərək iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi yaşayış məntəqəsi təyinatlı 0,0116 ha torpaq sahəsinə miras payların və mülkiyyət hüquqlarının müəyyən edilməsinin rədd edilməsi hissəl əri istisna olmaqla qalan hissələrdə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İş materialları ilə müəyyən edilir ki, miras qoyan B (miras qoyan) ünvan 7,0116 ha. torpaq sahəsindən 46,8 kvadrat metr torpaq sahəsini xx xxxxxx 2014-cü il tarixdə Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə Maraqlı şəxs satmışdır. Göründüyü kimi miras qoyan torpaq sahəsinin hamısını deyil, yanlız 46,8 kvadrat metr hissəsini özgəninkiləşdirmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd edilən halı nəzərə almamış və mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməmiş hissəsinin miras əmlakın kütləsinə daxil olubolmamasını və tərəflərin həmin əmlakdan miras pay almaq hüququnun yaranıbyaranmamasını araşdırmamış və iddianı həmin his sədə tam rədd etmişdir. Ona görə də mübahisənin düzgün həlli məqsədi ilə mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməmiş hissəsinin miras əmlakın kütləsinə daxil olub-olmaması və tərəflərin həmin əmlakdan miras pay almaq hüququnun yaranıb-yaranmaması araşdırılmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verilməlidir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi yaşayış məntəqəsi təyinatlı 0,0116 ha torpaq sahəsinə miras payların və mülkiyyət hüquqlarının müəyyən edilməsinin rədd edilməsi hissələrində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi yaşayış məntəqəsi təyinatlı 0,0116 ha torpaq sahəsinə miras payların və mülkiyyət hüquqlarının müəyyən edilməsinin rədd edilməsi hissələrində ləğv edilsin. İş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar