Məhkəmə qərarları › İş №2(102)-4517/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4517/2020

04.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4517/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: uşağın atadan alınaraq anaya verilməsi, alimentin tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh, nümayəndəsi X2 və vəkili X oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının X nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin ha lları

1. Tərəflər 2016-cı ildən etibarən nikah bağlanılmadan faktiki ailə münasibətlərində yaşamışlar. Bu münasibətdən xx xxxxx 2017-ci il təvəllüdlü X7 adlı uşaq doğulmuşdur. Bundan sonra tərəflərin münasibətləri pozulmuş və ayrı yaşamağa başlamışlar. Uşaq faktiki olaraq cavabdehin yanında qalmışdır. İddiaçı məhkəməyə müraciət edərək uşaqla və alimentlə bağlı aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı, xx.xx.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2017-ci ildə Şəki şəhərində anadan olmuş X5 onun himayəsində saxlanılması; ünvan 1 ünvanında yaşayan Cavabdeh xx xxxxx 2017-ci ildə Şəki şəhərində anadan olmuş X5 alınaraq onun himayəsinə verilməsinin təmin edilməsi; xx xxxxx 2017-ci ild ə Şəki şəhərində anadan olmuş X5 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay Cavabdeh bütün növ qazancından sabit pul məbləğində 2019-cu il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununda uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu məbləğindən az olmamaq şərti ilə bir uşağa görə 160 manat məbləğində alimentin eləcə də 20 manat dövlət rüsumunun tutulmasının müəyyən edilməsi; xx xxxxx 2017-ci ildə anadan olmuş X6 üç yaşına çatanadək baxmağına, o cümlədən aldadılaraq, nəticədə hamilə qaldığı üçün yenidən məhkəmədə iddia qaldırmağına məcbur olunduğuna görə cavabdehin ona maddi cəhətdən kömək etməyi üçün hər ay qızına üç yaşına çatanadək baxmağına görə 60 (atmış) manat, hamiləliyi dövründə 180 (bir yüz səksən) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat alimentin hər ay Cavabdeh tutularaq ona verilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) xx xxxxxxxx 2019-cu il tarixli, xxx 9 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahdan olan uşaqları - xx xxxxx 2017-ci il təvəllüdlü X5 atası Cavabdeh alınaraq anası İddiaçı verilməsi və onun himayəsində saxlanılması, xx xxxxx 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat aliment tutularaq İddiaçı verilməsi, aliment tutulmasının əvvəlinin xx xxxx 2019cu il tarixdən hesablanması, alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı iddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödədiyi 20 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməsi və Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

4. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının üzvlərinin rəylərini, İddiaçı övladına bağlılığını və onun işlədiyi 4 saylı musiqi məktəbində müsbət xarakterizə olunduğunu, övladından imtina etmədiyini, uşağın anasının yanında qalmasının uşağın gələcəyinə müsbət təsir göstərəcəyini, uşağın azyaşlı olmasına görə ana qayğısına ehtiyacını və qanunvericiliyin tələblərini nəzərə almışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

5. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) xx xxxxxx 2020-ci il tarixli, 2(107)-178/20 nömrəli qətnaməsi ilə tərəflərin apelyasiya şikayətləri təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

7. Cavabdeh, kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, istər birinci instansiya məhkəməsi istərsə də apelyasiya instansiya məhkəməsi işin hallarını araşdırmamışdır. H ər iki instansiya məhkəməsi qətnamə qəbul edərkən Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2019-cu il tarixli rəyinə istinad etsələr də, rəyə nəzər saldıqda görürük ki, rəy formal xarakter daşıyır və komissiya tərəfindən işin faktiki halları araşdırılmamışdır. Belə ki, komissiya üzvləri yekun rəy qəbul edərkən İddiaçı övladına bağlılığını və onun işlədiyi 4 saylı musiqi məktəbində müsbət xarakterizə olunduğunu, övladından imtina etmədiyini, uşağın anasının yanında qalmasının uşağın gələcəyinə müsbət təsir göstərəcəyini, uşağın azyaşlı olmasını ana qayğısına ehtiyacı olmasını, nəzərə alaraq xx xxxxx 2017-ci il təvəllüdlü X5 ana İddiaçı himayəsinə verilməsi məqsədəmüvafiq hesab etmişlər. Lakin işin faktiki hallarından görünür ki, İddiaçı övladını atıb getmişdir. O övladını atıb gedərkən onun azyaşlı olmasını nəzərə almamışdır. Uşağın övladını atıb gedən bir ananın yanında alması onun gələcəyinə nə kimi müsbət təsir göstərə bilər? Həmçinin, artıq bir neçə ildir ki, uşaq ana nəvazişini, qayğısını nənəsi X1 alır və emosional cəhətdən ona bağlıdır və onu öz anası kimi qəbul edərək ona “ana”, “mama” kimi müraciət edir. Sual olunur artıq illərdir nənəsi tərəfindən qayğı görən, əzizlənən doğma anasına heç bir emosional bağlılığı olmayan, onu qəbul etməyən azyaşlı uşağın birdən-birə doğma asına-amma onun üçün faktiki yad olan bir şəxsə verilməsi onun emosional vəziyyətinə, onun gələcəyinə nə kimi müstəb təsir göstərə bilər. İstər birinci instansiya məhkəməsi, istərsə də apelyasiya məhkəməsi işə baxarkən obyektiv həqiqətin üzə çıxarılması-yəni u şağın emosional cəhətdən anaya və ya ataya bağlılığının, uşağın anasi kimi yəni, doğma anasının yoxsa nənəsini qəbul etməsi, onun artıq 3 ildir yaşadığı doğma ocaqdan atasının və nənəsinin yanından zorla alınaraq tamamilə yad şəxslərin, faktiki olaraq heç bir zaman qayğısını və nəvazişini görmədiyi doğma anasına və anasnın yaşadığı ona yad olan mühitə veriməsinin onun psixo-emosional vəziyyətinə nə kimi müsbət və mənfi təsir göstərməsini müəyyən etmək üçün iş üzrə məhkəmə-psixoloji ekspertizası təyin etməli idi. Qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Birinci instansiya məhkəməsi idd ia tələbini təmin edərək alimentin alınıb iddiaçıya verilməsini qət edərkən həmin alimentin tutulmasının əvvəlinin xx xxxx 2019cu il tarixdən hesablanılmasını qət etmişdir. Qanunvericikdə alimentin mahiyyətinə nəzər saldıqda alimentin uşağın saxlanılması üçün ödənilən pul məbləği olduğunu nəzərə alınsa onda alimentin tutulma müddətinin əvvəlinin uşağın alınıb verilmə tarixindən hesablanılması qət edilməli idi. Lakin birinci instansiya məhkəməsi qanunsuz və əsassız olaraq alimentin tutulmasının əvvəlinin xx xxxx 2019-cu il tarixdən hesablanmasını qət etmişdir. Hal-hazıradək, yəni 1 il 3 aydır ki cavabdehin əmək haqqımdan qanunsuz olaraq aliment tutulur. Lakin uşaq cavabdehin himayəsində olmaqla onun bütün ehtiyaclarını o qarşılayır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddi açı kassasiya şikayətinə qarşı etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh, nümayəndəsi X3 və vəkili oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

12. Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlar ına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.

13. Maddə 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir.

14. Maddə 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.

15. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

16. Maddə 60.1. və 60.2 Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına x ələl yetirməməlidirlər.

17. Maddə 60.4. valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

18. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından ( gəlirindən ) müəyyən hissə kimi tutu lması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Məhkəmə kollegiyası, qətnaməni cavabdehin mübahisələndirdiyi hissədə yoxlamışdır. B aşqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır.

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüqu q normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Apellyasiya məhkəməsi cavabdehin şikayəti ilə bağlı qeyd etmişdir ki, iddiaçının bir ana olaraq uşağın böyüyüb boya-başa çatmasındakı rolunu, uşağın yaşını, ana qayğısına daha çox ehtiyacının olmasını nəzərə alır. Bundan əlavə, uşağın ananın yanında saxlanmasının onun mənafeyinə uyğun olmadığı qənaətinə gəlmək üçün hər hansı əsaslar olmamaqla bu vəziyyət uşağın üstün mənafeyinə uyğundur. Odur ki, uşağın ananın yoxsa atasının yanında qalmasının müəyyən edilməsi zamanı məhz uşaqların məna feyinə münasibətdə dəyərləndirilməlidir. Uşağın qayğısına atanın və ya digər şəxslərin qohumlarının qalması, onların bütün maddi və məişət tələbatlarını ödəməsi o demək deyildir ki, ata və ya digər qohumlar ananı əvəz edir, ananın uşağı qarşısında vəzifələrini yerinə yetirməsinə bərabər tutulur. Bu vəziyyətdə onların daha çox ana qayğısına ehtiyacı vardır. Həmçinin Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası İddiaçı övladına bağlılığını və onun işlədiyi 4 saylı musiqi məktəbində müsbət xarakterizə olunduğunu, övladından imtina etmədiyini, uşağın anasının yanında qalmasının uşağın gələcəyinə müsbət təsir göstərəcəyini, uşağın azyaşlı olmasını ana q ayğısına ehtiyacı olmasını, nəzərə alaraq xx xxxxx 2017-ci il təvəllüdlü X5 ana - İddiaçı himayəsinə verilməsi məqsədəmüvafiq hesab edilir.

25. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, uşağın yaşı, bu səbəbdən ana qayğısına ehtiyacı, atanın uşaqla ünsiyyət hüququ nəzərə alındıqda uşağın cavabdehdən alınaraq idiaçıya verilməsi və uşağın saxlanılması üçün cavabdehdən 130 manat aliment tutulması haqqında məhkəmələrin gəldiyi qənaət qanuni və əsaslıdır. Ona görə də, qətnamə həmin hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

26. Bununla belə, Kollegiya vurğulayır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin hesablandığı tarixə aid hissəsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılması əsaslı olmamış dır. Belə ki, hazırkı iş üzrə alimentin xx.xx.2019-cu il tarixdən hesablanması qət edilmişdir. Halbuki, uşaq hazırkı vaxtadək ananın deyil, atanın yanındadır.

27. Nəzərə alsaq ki, tutulmuş alimentin məqsədi uşağın maddi təminatıdır, uşağın faktiki olaraq atanın yanında olduğu və maddi ehtiyacları ata tərəfindən qarşılandığı (uşağın ananın yanında olmadığı) dövr üçün atadan aliment tutulması bu məqsədi təmin edən yanaşma sayıla bilməz.

28. Ona görə də, qətnamə alimentin hesablandığı tarixə aid hissədə dəyişdirilərək, alimentin uşağın faktiki olaraq iddiaçıya verildiyi tarixdən hesablanması müəyyən edilməlidir.

29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiy a Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi alimentin tutulmasının əvvəlinin xx xxxx 2019-cu il tarixdən hesablanmasına aid hissədə dəyişdirilsin. Alimentin tutulmasının əvvəli X5 faktiki olaraq İddiaçı verildiyi tarixdən hesablansın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar