Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4517/2021 23.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 cavabdehlər Cavabdeh1 və X qarşı ilkin, Cavabdeh1 İddiaçı2 qarşı qarşılıqlı iddia tələbi barədə iş üzrə QƏRARİ Açar sözlər: çıxarışın etibarsızlığı, qanunsuz tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı2 və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-129/2021 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaç ı2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 23 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, Abşeron rayonu X5 ərazisində yerləşən 1,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Abşeron rayon icra hakimiyyəti tərəfindən Cavabdeh1 99 (doxsan doqquz) il müddətinə icarəyə verilmiş, icarə hüququ daşınmaz əmlakin dövlət reyestrində 20.05.2015-ci ildə qeydiyyata alınmışdır.
2. Həmçinin iş materiallarından görünü ki, Cavabdeh1 19 iyul 2015-ci ildə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə özünə məxsus Abşeron rayonu X5 ərazisində yerləşən 0,02 ha torpaq sahəsini X2. Sonuncunun icarə hüququ daşınmaz əmlakin dövlət reyestrində 20.07.2015-ci ildə qeydiyyata alınmı şdır
3. Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakin Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu X5 ərazisində yerləşən 0,05 ha torpaq sahəsi X adına daşınmaz əmlakin dövlət reyestrində **********00 reyestr nömrəsi ilə 29.07.2015-ci il tarixdə qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2020-ci il tarixli ekspert rəyindən görünür ki, RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh1 adına 99 (doxsan doqquz) il müddətinə icarəyə verilmiş Abşeron rayonu X5 ərazisində yerləşən 1,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin korrdinatlarının, həmin torpaq sahəsinin plan və ölçüsü nün döngə nöqtələrinin korrdinatları ilə yerdə (naturada) uyğun gəldiyi müəyyən edilir. İddiaçı2 tərəfindən daş hasara alınaraq faktiki istifadəsində olan mübahisəli 1,85 ha torpaq sahəsi ilə RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh1 adına 99 (doxsan doqquz) il müddətinə icarəyə verilmiş Abşeron rayonu X5 ərazisində yerləşən 1,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı2 cavabdehlər Cavabdeh1 və X qarşı çıxarışın etibarsız hesab edilməsi iddia tələbi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cavabdeh1 99 illik müddətə icarəyə verdiyi RX seriyalı ******* say lı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir..
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X5 ərazisındə yerləşən 1,85 ha torpaq sahəsini 1910-cu ildə onun əvvəlcə babaları, sonra isə atası, dayısı və hazırda özü və qardaşları əkib becərirlər. 2010-cu ildə İddiaçı1 dayısı torpaq sahəsini daş hasarla əhatəyə alaraq 2 ədəd darvaza qoydurmuşdur. Lakin, Cavabdeh1 2015-ci ildə əraziyə gələrək həmin ərazinin ona məxsus olmasını iddia edib onun və qardaşlarının ərazidən çıxmasını tələb etmişdir. Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışı göstərərək X5 ərazisində yerləşən 1,85 ha torpaq sahəsinin 99 illik müddətə icarə müqaviləsi əsasında ona məxsus olduğunu bildirmişdir. Cavabdeh1 29 iyul 2015-ci il tarixdə əraziyə gəlib 0,20 ha torpaq sahəsini X6 adlı şəxsə, 0,05 ha torpaq sahəsini X1 Azərbaycan Respublikası ƏMDK-si yanında DƏRXi-nin 99 illik icarə müqaviləsi əsasında verilən çıxarışlarının və xüsusi mülkiyyət üçün nəzərdə tutulan çıxarışlarla eyin tərtibatda olması fərdi ev tikmək məqsədi ilə torpaq sahəsi satın almaq istəyən şəxslərdə çaşqınlıq yaradır.
7. Cavabdeh1 cavabdeh İddiaçı2 qarşı icarədə olan torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsinə qadağa qoyulması, həmin torpaq sahəsi üzərində qanunsuz tikilinin iddiaçının hesabına sökülməsi və torpaq sahəsindən istifadə zamanı maneələrin aradan qaldırılmasına dair qarşılıqlı iddia tələbləri ilə məhkəməyə müraciət edərək İddiaçı1 Abşeron rayon icra hakimiyyəti tərəfi ndən ona 99 (doxsan doqquz) il müddətinə icarəyə verilmiş Abşeron rayonu X5 ərazisində yerləşən 1,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qanunsuz olaraq zəbt etməsinin qadağa olunması, həmin torpaq sahəsi üzərində İddiaçı1 tərəfindən qanunsuz tikilinin (hasarın və darvazaların) sonuncunun hesabına sökülməsi və torpaq sahəsindən istifadə zamanı maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsim xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon icra hakimiyyəti tərəfindən Abşeron rayonu X5 ərazisində yerləşən 1,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ona 99 (doxsan doqquz) il müddətinə icarəyə verilmişdir. Qeyd olunan torpaq sahəsi üzərində onun hüququnun yüklü edilməsinə dair 01 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-ti tərəfindən RX seriyalı ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakin Dövlət Reyestrindən çıxarış verilmişdir. Lakin, o icarəyə götürdüyü əraziyə gələrkən icarəyə götürdüyü torpaq sahəsinin İddiaçı1 tərəfindən zəbt edilərək daş hasarla əhatə olunduğunu və darvaza yerləşdirildiyinin şahidi olmuşdur. O, İddiaçı1 hasara alınmış torpaq sahəsinin ona məxsus olduğundan həmin ərazinin boşaldılmasını və tikintinin sökülməsini xahiş etsə də sonuncu torpaq sahəsinin babasından qaldığını bildirərək sahəni tərk etməyəcəyini və tikintinin sökülməyəcəyini bildirmişdir.
9. Abşeron Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı2 cavabdehlər Cavabdeh1 və X qarşı çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməməsi, qarşılıqlı iddia tələbi təmin edilməsi, Abşeron rayon icra hakimiyyəti tərəfindən Cavabdeh1 99 (doxsan doqquz) il müddətinə icarəyə verilmiş Abşeron rayonu X5 ərazisində yerləşən 1,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qanunsuz olaraq zəbt etməsinin qadağa olunması, həmin torpaq sahəsi üzərində qanunsuz tikililərin (hasar və darvazalar) İddiaçı2 hesabına sökülməsi və torpaq sahəsindən istifadə zamanı maneələrin aradan qaldırılması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cavabdeh1 99 illik müddətə icarəyə verilən RX seriyalı ******* saylı çıxarışda göstərilən torpaq sahəsindən qanuni əs as olmadan istifadə edir və ona məxsus olması barədə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə Cavabdeh1 tərəfindən təqdim edilən sənədlərdən müəyyən edilir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 99 il müddətinə icarəyə verilmiş Abşeron rayonu, X5 ərazisində yerləşən 1.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 20.05.2015-ci ildə qeydiyyata alınmışdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.4, 711.1, 711.2, 712-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Qətnamədən İddiaçı2 apellyasiya şikayəti vermişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 avqust 201 9-cu il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə-sədrlik edən və məruzəçi, T.Quliyev və E.Rəhimov, iş № 2(105)-2781/19) ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 apellyasiya şikayəti təmin edilməyərək Abşeron Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Abşeron rayon icra hakimiyyəti tərəfindən 99 (doxsan doqquz) il müddətinə icarəyə verilmiş Abşeron rayonu X5 ərazisində yerləşən 1,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 adma daşınmaz əmlakin dövlət reyestrində **********22 reyestr nömrəsi ilə 20.05.2015-ci il tarixdə qeydiyyata alındığından, Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-in Cavabdeh1 99 illik müddə tə icarəyə verdiyi RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi barədə hər hansı əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməli, Cavabdeh1 öz əmlaklna sərbəst surətdə sahib olmaq, ondan istifadə edə bilmək və ona dair sərəncam vermək hüququnun məhdudlaşdırılmasmdan ötrü ona Abşeron rayon icra hakimiyyəti tərəfindən ona 99 (doxsan doqquz) il müddətinə icarəyə verilmiş Abşeron rayonu X5 ərazisində yerləşən 1,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qanunsuz olaraq zəbt etməsi qadağa olunmalı, həmin torpaq sahəsi üzərində İddiaçı1 tərəfindən qanunsuz tikililər (hasar və darvazalar) iddiaçının hesabına sökülməli və torpaq sahəsindən istifadə zamanı maneələr aradan qaldırılmaqla qarşılıqlı iddia tələbi təmin edilməlidir. Kassasiya instansiyası məhkəməsində ki birinci icraat
15. Qətnamədən İddiaçı2 kassasiya şikayəti vermişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli, 2(102)7991/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2019-cu il tarixli, 2(105)2781/2019 saylı qətnaməsi ləğv edilərək iş yeni apelyasiya baxışına qaytarılmışdır.
17. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı1 istifadəsində olan torpaq sahəsi ilə Cavabdeh1 99 illik müddətə icarəsinə verilmiş torpaq sahəsinin eyni torpaq sahəsi olması və iddiaçının cavabdehin icarəsində olan torpaq sahəsindən qanunsuz istifadə etməsi barədə qənaətə gəlsə də, iş materiallarında bunu təsdiq edən hər hansı mötəbər sübut yoxdur. İddiaçı tərəf kassasiya şikayəti ilə yanaşı apellyasiya şikayətində də bu məsələnin mübahisəli olduğunu, aydınlaşdırılmalı olduğunu göstərsə də, apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan həmin dəlili qəbul etməmişdir. Halbuki, qüvvədə olan mülki prosessual qanunvericiliyin tələbinə görə apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan məhkəmə kimi tərəflərin irəli sürdükləri bütün dəlilləri araşdırmalı və qiymət verməlidir.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı1 istifadəsində olan torpaq sahəsi ilə Cavabdeh1 99 illik müddətə icarəsinə verilmiş torpaq sahəsinin eyni torpaq sahəsi olub-olmaması müəyyən edilmədən Cavabdeh1 hazırkı iş üzrə qarşılıqlı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olub-olma dığına qiymət verilməsi mümkün deyil. Bunu isə yalnız torpaq sahələrinin koordinatlarının naturada yerində müəyyən olunması, yaxud iş üzrə müvafiq məhkəmə ekspertizası keçirmək yolu ilə müəyyən etmək olar. Ona görə də işə apellyasiya qaydasında yenidən baxılarkən ilk növbədə Cavabdeh1 99 illik müddətə icarəsinə verilmiş torpaq sahəsinin yerində ölçüləri (koordinatları) müəyyən edilməli, lazım gələrsə İddiaçı1 istifadəsində olan torpaq sahəsi ilə Cavabdeh1 99 illik müddətə icarəsinə verilmiş torpaq sahəsinin eyni torpaq sahəsi olub-olmadığının müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunması məsələsi müzakirə olunmalı və qiymət verməlidir.
19. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən Cavabdeh1 1,85 ha torpaq sahəsi üzərində icarə hü ququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas olmuş sənədlər – Abşeron rayon icra hakimiyyətinin sərəncamı, icarə müqaviləsi də tələb edilib öyrənilməli, torpaq sahəsinin statusu müəyyən edilməli, torpaq sahəsinin Cavabdeh1 icarəsinə hansı məqsədlə verildiyi, icarəyəverənin belə səlahiyyətə malik olub-olmadığı, torpaqdan təyinatı üzrə istifadə olunub-olunmadığı, torpaq sahəsi üzərində icarə hüququ özgəninkiləşdirilərkən icarəyəverənin razılığının alınıb-alınmadığı aydınlaşdırılmalıdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 mübahisəli torpaq sahəsi üzərində icarə hüququnun məhz Abşeron rayon icra hakimiyyətinin müvafiq sərəncamı və icra hakimiyyəti ilə bağlanmış icarə müqaviləsi əsasında yarandığını bildirsə də, həmin sənədlər iş materiallarına əlavə olunmam ışdır.
21. İşə yenidən baxan məhkəmə həmçinin İddiaçı1 mübahisəli torpaq sahəsinə nə kimi aidiyyəti olduğunu, həmin torpaq sahəsinə hansı hüququ olduğunu da aydınlaşdırmalı və qiymət verməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-129/2021 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə ( hakimlər: L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Məmmədov və Ş.Abasov) Abşeron Rayon Məhkəməsinin 2(012)-489/2019 saylı, 08 fevral 2019-cu il tarixli qətnaməsi müzakirə edilən hissədə, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti qismən təmin edilmişdir.
23. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı1 A zərbaycan Respublikası Əmlak MəsələləriDövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cavabdeh1 99 illik müddətə icarəyə verilən RX seriyalı ******* saylı çıxarışda göstərilən torpaq sahəsindən qanuni əsas olmadan istifadə edir, ona məxsus olması barədə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə Cavabdeh1 tərəfindən təqdim edilən sənədlərdən müəyyən edilir ki, Abşeron rayon icra hakimiyyəti tərəfindən 99 (doxsan doqquz) il müddətinə icarəyə verilmiş Abşeron rayonu X5 ərazisində yerləşən 1,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində **********22 reyestr nömrəsi ilə 20.05.2015-ci il tarixdə qeydiyyata alınmışdır.
24. Bundan əlavə mübahisələndirilən torpaq sahəsinin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh1 məxsus olm ası məhkəmə qərardadı əsasında keçirilmiş ekspertizanın nəticəsinə dair ekspert rəyi ilə də təsdiq edilir.
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2020-ci il tarixli, 10/2169 saylı ekspert rəyindən görünür ki, RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh1 adına 99 (doxsan doqquz) il müddətinə icarəyə verilmiş Abşeron rayonu X5 ərazisində yerləşən 1,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin korrdinatlarının, həmin torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin korrdinatları ilə yerdə (naturada) uyğun gəldiyi müəyyən edilir.
26. İddiaçı2 tərəfindən daş hasara alınaraq faktiki istifadəsində olan mübahisəli 1,85 ha torpaq sahəsi ilə RX seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh1 adı na 99 (doxsan doqquz) il müddətinə icarəyə verilmiş Abşeron rayonu X5 ərazisində yerləşən 1,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilir.
27. Cavabdeh1 məxsus 1,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı2 tərəfindən daş hasara alınaraq faktiki olaraq tam istifadə olunduğu, eləcə də, İddiaçı2 tərəfindən daş hasara alınaraq faktiki istifadə edilən 1,85 ha torpaq sahəsində hər hansı tikili mövcud olmadığı müəyyən edilir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xa hiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
31. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
32. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
33. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
34. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma sı kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
37. İcarəçi icarəyə götürdüyü torpaqda onun qorunması üçün zəruri tədbirlərin görülməsinə yol verməlidir. (maddə 711.1)
38. İcarəçi icarəyə götürdüyü torpağın yaxşılaşdırılması üçün tədbirlər görülməsinə yol verməlidir, bu şərtlə ki, həmin tədbirlər onun üçün hətta icarəyə verənin əsaslı mənafeləri ilə haqq qazandırıla bilməyən mənfi nəticələr törətməsin. İcarəyə verən bu tədbirlərin görülməsi üçün məsrəflərin və əldən çıxmış gəlirlərin əvəzini icarəçiyə həmin şəraitdə ağlabatan olan həcmdə ödəməyə borcludur. İcarəçinin xahişi ilə icarəyə verən ona avans v erməlidir. Əgər belə tədbirlər nəticəsində icarəçi daha yüksək gəlir əldə edirsə və ya təsərrüfat lazımınca aparıldıqda əldə edə bilərsə, icarəyə verən tələb edə bilər ki, icarəçi icarə haqqının ağlabatan artımına razılıq versin, amma müəssisənin vəziyyətinə görə icarəçinin bu cür artıma yol verə bilmədiyi hallar istisna təşkil edir. (maddə 711.2)
39. İcarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki: torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin; birgə istifadə üçün torpağı tamamilə və ya qismən hər hansı kənd təsərrüfatı birliyinə versin. (maddə 712.1)
40. Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsə ikinci əldən icarəyə verirsə, həmin üçüncü şəxsin istifadə zamanı baş vermiş təqsiri üçün, hətta icarəyə verənin ikinci əldə n icarəyə razılıq verdiyi halda da məsuliyyət daşıyır. (maddə 712.2)
41. İcarəçi icarəyə götürdüyü torpağın təyinatını yalnız icarəyə verənin qabaqcadan icazəsini almaqla dəyişdirə bilər. İcarəyə götürülmüş torpaqdan istifadənin əvvəlki növünü dəyişdirmək üçün icarəyə verənin qabaqcadan razılığını almaq yalnız o halda tələb edilir ki, bu dəyişiklik icarə müddətindən sonra istifadə növünə təsir göstərsin. İcarəçinin binalar ucaltmasına yalnız icarəyə verənin qabaqcadan icazəsini almaqla yol verilir. İcarəyə verən icazə verməkdən imtina etdikdə icarəçinin müraciəti ilə bu icazə məhkəmənin qərarı ilə əvəz edilə bilər, bu şərtlə ki, dəyişiklik müəssisənin rentabelliyinin qorunması və ya sürəkli yaxşılaşdırılması üçün yararlı olsun və icarəyə verənin əsaslı mənafeləri nəzərə alınmaqla onun üçün yolverilən olsun. Əgər icarə müqaviləsi ləğv edilərsə və ya icarə hüquq münasibətlərinə üç ildən də tez xitam verilərsə, bu müddəa tətbiq edilmir. İcazə məhkəmənin müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsi ilə bağlı qərarı ilə əvəz edilə bilər, məsələn, məhkəmə təminat verilməsi barəsində sərəncam verə bilər, habelə təminatın növünü və həcmini müəyyənləşdirə bilər. Əgər təminatın verilməsi üçün əsas aradan qalxarsa, tərəfin müraciəti ilə məhkəmə təminatın qaytarılması barədə qərar qəbul edə bilər. (maddə 712.3)
42. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. (maddə 180.4) Mülki Prossesual Məcəllə
43. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
44. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
45. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
46. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
47. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
48. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-129/2021 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.