Məhkəmə qərarları › İş №2(102)-4519/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4519/2020

07.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4519/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(107)364/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.H.Həsənov, iş № 2(033)-456/2019) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşən otaqlara köçürülmələri tələbinə dair id diaları rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Ş.Hüseynov, M.M.Hüseynov və M.R.Hüseynov) iddiaçıların apelyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: N-də yerləşən ev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala rayon Ərazi İdarəsinin xx xxx 2006-cı il tarixli 329 saylı arayışına görə X1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. (işin 32-33-cü səhifələrində olan Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2006-cı il tarixli qətnaməsinə görə). Həmin evdə mülkiyyətçi X4 5 uşağı ilə birlikdə yaşamışdır. 2006-cı ildə X2 N oğluna və onun arvadı Cavabdeh2 qarşı evdən çıxarılmaları barədə iddia qaldı rmış, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2006-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. 2007-ci ildə X5 Rəcəbova qarşı vərəsəlik hüququndan məhrum edilməsi barədə iddia qaldırmış, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli qətnaməsi ilə Fikrət Rəcəbovun həmin iddiası da rədd edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, yuxarı məhkəmə instansiyaları məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 uşaqları ilə birlikdə mübahisəli evin 2-ci mərtəbəsində olan otaqlara köçürülməklə onlara həmin otaqlardan istifadə hüququ verilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə evin mülkiyyətçisinin digər oğlu İddiaçı1 və onun arvadı İddiaçı2 ərizəsi təmin edilərək onların müba hisəli fərdi yaşayış evindən, o cümlədən həmin evin birinci mərtəbəsindən faktiki istifadə etməklərinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması qət edilmişdir. Həmin qətnamə Cavabdeh1 apelyasiya şikayətinə əsasən Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə hüquq haqqında mübahisənin olması əsası ilə ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır. 2019-cu ilin fevral ayında İddiaçı1 və arvadı İddiaçı2 Cavabdeh1 və arvadı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uzun illər ərzində mübahisəli evin 2-ci mərtəbəsində yaşamalarını, lakin məhkəmənin xx xxxxxx 2013-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar onların 2-ci mərtəbədəki otaqlardan çıxarılıb, cavabdehlərin ora köçürülmələrini, nəticədə təxminən 55 il yaş adığı (1963-cü ildən) evdən çıxarılmaqla faktiki olaraq yaşayış yerindən məhrum olunması və s. əsas göstərməklə mübahisəli evin 2-ci mərtəbəsində yerləşən otaqlara köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçılar kassasiya şikayəti vermiş və şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmaqla Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin b axılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq digər iddiaçı və cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iddianın rədd olunmasını əsaslı sayarkən iddiaçıların köçürülmələrini tələb etdiyi 2-ci mərtəbədə yerləşən otaqlara məhkəmənin qanuni qüvvəyə minmiş xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə cavabdehlərin köçürülmələrini və İddiaçı1 sahiblik və istifadəsində ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin və orada yerləşən 130 kv.metr sahəsi olan evinin olmasına əsaslanmışdır. Apelyasiya instansiyası məhkəməsi iddia tələbin əsassız olmasını təsdiq edən norma kimi MPM-nin 82-ci maddəsinə əsaslanmış və eyni zamanda hesab etmişdir ki, iddiaçıların başqa yaşayış sahəsinə malik olmaları, onların mülkiyyət hüququ ilə başqasına məxsus olan evdən istifadə hüququnu istisna edir. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə sübutlara düzgün qiymət vermədən, qanunun tələbinə uyğun əsaslandırma aparmadan gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, İddiaçı1 mülkiyyətçinin oğlu olmaqla həm evlənənə qədər və həm də ondan sonra uzun illər ərzində mübahisəli evdə yaşamış və onun evə istifadə hüququnun olmasını inkar edən hər hansı bir sübut yoxdur. İşdə olan sübutlar belə bir qənaətə gəlməyə əsas verir ki, hər iki tərəf mülkiyyətçinin övladları kimi ona məxsus mənzildən istifadə hüququna malik olmaqla həmin hüquqlarından istifadə etmişlər. Zaqatala Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 və onun arvadının yalnız mübahisəli evə istifadə hüququnun olması müəyyən edilmiş və o, məhz həmin hüquqa əsasən mübahisəli evə köçürülmüşdür. Həmin qətnamə ilə hazırkı iş üzrə İddiaçı1 mübahisəli evə istifadə hüququnun olmaması müəyyən olunmadığından, apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası MPM-nin 82-ci maddəsinə istinad etməklə iddianı rədd etməsi əsassız olmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kassasiya kollegiyası hesab edir ki, cavabdehlərin mübahisəli evin 2-ci mərtəbəsində yerləşən otaqlara köçürülməsi iddiaçıların hazırkı tələblə məhkəməyə müraciət etmək hüququna mane olmur. İşdən görünür ki, mübahisəli ev iki mərtəbədən ibarət olsa da, işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2013-cü il tarixli rəyindən aydın ol ur ki, evin birinci mərtəbəsi otaqların hündürlüyünə görə yaşayış otağının parametrlərinə uyğun gəlmir və yaşayış üçün yararlı deyildir. (i/v 25-27) Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 və ailə üzvləri evin birinci mərtəbəsindəki otaqların (kürsülü mərtəbə) yaşayış üçün yararsız olması səbəbindən onlar evin 2-ci mərtəbəsindəki otaqlarına köçürülmüşdür. Mübahisəli evin yalnız 2-ci mərtəbəsindəki otaqları yaşayış üçün yararlı olduğundan, İddiaçı1 mübahisəli evə istifadə hüququ olan şəxs kimi evin məhz 2-ci mərtəbəsinə köçürülməsini tələb etməsi qanunsuz sayıla bilməz. Apelyasiya instansiyası məhkəməsi iddianın rədd olunma səbəblərindən biri kimi iddiaçının başqa yaşayış sahəsinə malik olmasına əsaslanarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 154.2-ci maddəsinin tələbini nəzərə almamışdır. Qanunun həmin normasına görə bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır. Apelyasiya instansiyası məhkəməsi iddiaçının başqa yaşayış sahəsinə malik olduğu vəziyyətdə mülkiyyət hüququ ilə başqasına məxsus olan evdən istifadə hüququnu tələb etməsini istisna etməsi barədə göstərdikləri isə işdən göründüyü kimi heç bir maddi hüquq normasına istinad olunmamaqla əsaslandırılmamışdır. İşdən göründüyü kimi Cavabdeh1 evin mülkiyyətçisi olmamaqla, o da evdən istifadə hüququna münasibətdə iddiaçı ilə eyni hüquqa malik olan şəxsdir. Kollegiya hesab edir ki, şəxsi n başqa evə malik olması onun hüququ olduğu digər yaşayış sahəsinə köçürülməsini istisna etmir və bununla əlaqədar apelyasiya instansiyası məhkəməsinin nəticəsi mülki qanunvericiliyin tələblərinə uyğun deyildir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi işin 149-cu səhifəsində olan Zaqatala Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli məktubunda iddiaçının N küçəsində torpaq sahəsi və evinin olması göstərilsə də, işdən görünür ki, işin həmin halı ümumiyyətlə araşdırılmamış və bu barədə iddiaçıya sual belə verilməmişdir. İddiaçının heç kim tərəfindən inkar olunmayan izahatından görünür ki, o, anadan olandan mübahisəli evdə yaşayır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Lakin apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarını müəyyən etmədən, onlara əsaslanmadan iddianın əsassız olması barədə nəticəyə gəlməklə qanunun yuxarıda göstərilən normasının tələblərinə uyğun olmayan qətnamə çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələ rini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar