Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4519/2023 30.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Həsənova Səbinə İdris qızının Cavabdeh qarşı iş üzrə QƏRARDADİ iş № 2(102)-4519/2023 Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3244/2023 nömrəli iş üzrə 02 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı Həsənova Səbinə İdris qızının kassasiyasının mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. İddiaçı Həsənova Sə binə İdris qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7.740 ABŞ dolları pul vəsaitinin, 7.740 ABŞ dolları pul vəsaitini qanunsuz saxladığına görə 1.548 ABŞ dolları əldən çıxmış faydanın, 110 manat vəkil xərcinin və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1313/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 4.000 manat borcun, 110 manat vəkil xərcinin əvəzi və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzində 35,40 manat iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5179/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, cavabdehdən 7.740 ABŞ dolları (ödəniş gününə manata olan məzənnə ilə) və hüquqi xidmətə görə 107,40 manat iddiaçının xeyrinə tutulması qət edilmişdir.
5. Qeyd olunan qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-678/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi və xx.xx.2022-ci il tarixli əlavə qətnaməsi tamamilə ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, cavabdehdən 4.000 manat və əldən çıxmış faydaya görə 400 manat, cəmi 4.400 manatın iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; Maddə 363.1. Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitə silə həyata keçirilir; Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir; Maddə 73.2. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, so sial xidmət müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir; Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir; Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılı q verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir; Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir; Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə t ərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır; Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıl dıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. 11. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.1.3. İddia qiyməti 10.000 manatdan 1.00.000 manatadək olduqda, 120 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğdə dövlət rüsumu tutulmalıdır; Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
12. Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirərək, aşağıd akıları qeyd edir.
13. Kassasiya şikayəti iddiaçı tərəfindən elektron qaydada imzalanmamış, şikayət xx.xx.2023-cü il tarixdə elektron qaydada yalnız sonuncunun vəkili Nümayəndə tərəfindən imzalanmışdır.
14. Belə olan halda, vəkilə iddiaçının adından kassasiya şikayəti vermək hüququnu ehtiva edən etibarnamə verilməli idi.
15. İşdə olan, bu məqsədlə xx.xx.2017-ci il tarixdə verilmiş etibarnamənin müddəti xx.xx.2022-ci il tarixdə birmişdir.
16. Vəkilə yeni etibarnamənin verilməsi iş materialları ilə təsdiqini tapmır.
17. Bundan əlavə, işdən məlum olur ki, iddiaçı dövlət rüsumu haqqında qanunvericiliyin tələblərinə müvafiq qaydada 68,5 manat dövlət rüsumu ödəməli olduğu halda, 35 manat məbləğdə dövlət rüsumu ödəmişdir. Belə ki, birinci instansiya məhkəməsində iddia ərizəsinin verilməsinə görə 137 manat məbləğdə dövlət rüsumu ödənilmişdir, “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinin tələbinə görə isə, apellyasiya və kassasiya şikayətinin verilməsinə görə adıçəkilən Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.
18. Apellyasiya instansiyası məhkəməsi də qanunun imperativ göstərişlərini nəzərə almayaraq, şikayət vermək hüququ olmayan şəxs tərəfindən verilmiş, habelə qanunla qətnamədən kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməyən kassasiya şikayətini qaytarmalı olduğu halda, baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir.
19. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verə rək hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalı və şikayət onu verən tərəfə qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
20. Göstərilənlərə əsasən və MPM-in 10-1, 407 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3244/2023 nömrəli iş üzrə 02 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı Həsənova Səbinə İdris qızının kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət iddiaçıya qaytarılması üçün mülki iş həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.