Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-452/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddia tələbi: mənzilə köçürülmə Açar sözlər: sosial kirayə müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(002)-162/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə dair işə xx xxxxxx 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı qızı ilə ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi Şəhərçik, ev 3, mənzil 15 order əsasında Cavabdeh2 məxsusdur. Mənzil özəlləşdirilməmişdir, dövlət mənzil fonduna aiddir. Cavabdehlər onun qayınanası, qayınatası və həyat yoldaşıdır. O, Cavabdeh3 ilə xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından xx.xx.2017ci il təvəllüdlü Zeynəb adlı u şaqları doğulmuşdur. Ailə qurduqdan sonra o, həmin mənzilə gəlin köçmüşdür və 4 il həmin mənzildə fasiləsiz olaraq yaşamışdır və cavabdehlərlə birgə təsərrüfat idarə etmişdir. Cehiz əmlakları da hal-hazırda həmin mənzildədir. 2019-cu ildə münasibətləri pisləşdiyindən cavabdehlər onu evdən qovmuşlar. Hazırda o məcbur olub valideynlərinin yanında yaşayır. Cavabdehlər onu evə qoymurlar. Halbuki onun həmin mənzildə yaşayış və istifadə hüququ var. Həmçinin o həmin mənzildə qeydiyyatdadır. Bütün bunlara baxmayaraq cavabdehlər ona maneçilik törədirlər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-162/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.R.Həşimova) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli Qərarına, xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 60, 123-cü maddələrinə istinad edərək belə qənaətə gəlmişdir ki, iddia tələbinin predmeti “evə köçürülmə” barədə tələb olduğu üçün ilk öncə iddiaçının həmin mənzilə istifadə hüququnun olub olmaması araşdırılmalıdır. İşin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçı mübahisəli mənzildə 2015-ci ildən 2019-cu ilin iyul ayınadək fasiləsiz yaşamış və cavabdehlərlə birlikdə ümumi təsərrüfat aparmış, xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə müvəqqəti başqa yerə gedən şəxsin yaşayış sahəsinin saxlanılması üçün müəyyən e dilmiş 6 aylıq müddət keçməmişdir.Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə əsasən mübahisəli mənzilə istifadə hüquqları mövcud olduğundan, iddia təmin edilməlidir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək göstərmişdir ki, mənzil Müdafiə Nazirliyinin fondunda olmaqla 1992-ci ildə ona verilmişdir. Tərəflər arasında hüquq münasibətləri 2009-cu ildən sonra yaranmışdır. Bu halda mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin maddəsinin müddəaları tətbiq edilməli idi. Lakin məhkəmə, maddi hüquq normalarını pozaraq, qanunsuz və əsassız olaraq xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarını tətbiq etmişdir. Həmçinin, qeyd olunmalıdır ki, iddiaçının istifadə hüququ yaransa belə, qanunvericilik ailə münasibətlərinə xitam verildiyi təqdirdə keçmiş ailə üzvünün müvəqqəti saxlanılması imkanını nəzərdə tutur. Yəni, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsi əldə etməyə və ya yaşayış sahəsində istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, onun yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Lakin hazırda iddiaçının və onun uşağının istifadə hüquqlarının müvəqqəti saxlanılması üçün əsaslar yoxdur. İddiaçının xüsusi mülkiyyətində ayrıca mənzili vardır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3227/2020 nömrəli iş üzrə xx x xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.A.Şirinov, F.Ş.Talışınski, R.Ə.Eyvazov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən xx xxxxxxx 2009-cu il tarixdək qüvvədə olmuş Mənzil Məcəlləsinə istinad etməklə, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Hazırkı işdə tərəflər arasındakı mübahisəli hüquq münasibəti iddiaçının mübahisəli mənzilə köçdüyü 2015-ci ildən yarandığı üçün qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Apellyasiya məhkəməsi tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab etmişdir ki, qüvvədə olan Mənzil Məcəlləsinin 68-ci maddəsinə əsasən, iddiaçının Cavabdeh2 kirayəçi olduğu mənzilə istifadə hüququ y aransa da, sonradan həmin hüquq itirilmişdir. Belə ki, iddiaçı daimi yaşamaq üçün başqa ünvana getdiyi və mülkiyyətində onun mənzil ehtiyacını qarşılayacaq yaşayış sahəsi mövcud olduğu üçün onun Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi şəhərcik, ev 3, 15 saylı mənzilə istifadə hüququ, eyni zamanda yaşmaqla bağlı mənafeyi də aradan qalxmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, daimi yaşamaq üçün könüllü olaraq başqa yerə getmiş və mülkiyyətində başqa yaşayış sahəsi olan İddiaçı daha əvvəl cavabdehlərə birlikdə yaşadığı mənzilə köçmək tələbi əsaslı sayıla bilməz. Çünki, yaşamaq haqqı, yalnız ailə münasibətləri çərçivəsində mənzil ehtiyacını qarşılamağı (başqa yaşayış sahəsi olmadığı üçün) təmin edən bir hüquqdur. Bu hüququn yaranmasına səbəb olan hallar (ailə münasibəti, mənzil ehtiyacının başqa yerdə təmin edilməsinin mümkünsüzlüyü və s.) aradan qalxıdıqdan və uzun müddət keçdikdən sonra ondan əvvəlki qaydada (ehtiyat hüquq kimi) istifadə edilməsi yolverilməzdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən hallara, o cümlədən yaşayış sahəsi kirayəçisinin ailə üzvü olduğundan kirayəçi ilə bərabər hüquq və vəzifələrə malik olmasına düzgün hüquqi qiymət verilməmişdir. Mənzili könüllü tərk etməmiş, mülkiyyətində olan mənzil onun adına forma l olaraq keçmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mülki işə tətbiq edilən hüquq Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial ki rayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 68.3-cü maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. 68.4-cü maddəsinə əsasən, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını dava m etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövq eyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apellyasiya məhkəməsi tərəfindən həmi n dəlillərə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-452/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-452/2021
27.01.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver