Məhkəmə qərarları › İş №2(102)-452/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-452/2024

18.03.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-452/2024 18.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğvi və işə bərpa tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6215/2021 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aş ağıdakıları müəyyən etmişlər.

2. İddiaçı X5 (bundan sonra – iddiaçı) Cavabdeh PHŞ-də (bundan sonra – cavabdeh, yaxud universitet) böyük laborant vəzifəsində işləmişdir.

3. Universitetdə laborant (böyük laborant) ştatlarının ləğv edilməsi, həmin əməkdaşların, o cümlədən iddiaçının müvafiq olaraq digər vəzifəyə keçirilməsi, onların müvafiq əmrlə tanış edilməsi və təklif olunan vəzifələrdən imtina etdikləri halda onlarla bağlanmış əmək müqavilələrinə xitam veriləcəyi barədə məlumatlandırılması barədə müvafiq əmr verilmiş, iddiaçı əmrlə tanış edilsə də, bu aktı imzalamaqdan imtina etmişdir. 4. 13 aprel 2023-cü il tarixli əmrlə (bundan sonra - əmr) iddiaçı ilə bağlanmış əmək müqaviləsi həmin tarixdən ləğv edilmiş, ona əmək qabiliyyətsiz olması ilə əlaqədar başqa vəzifəyə keçirilməsi təklif olun mamışdır.

5. Universitet iddiaçıya başqa işin təklif edilməməsini onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli müayinəsinə dair xx.xx.2021-ci il tarixli çıxarışına görə, İddiaçı xx.xx.2026-cı il tarixədək ikinci dərəcəli əlillik təyin olunmuş və o, əmək qabiliyyətsiz hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmrin ləğv olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, onun ikinci qrup əlil liyinin olması onun işinə maneçiliyi yoxdur. O işinin öhdəsindən layiqincə gəlir. Qanunsuz olaraq işə buraxılmadığı üçün X2 şikayət etmişdir. Ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Qeyd olunan əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulması ilə tərtib edilmişdir. Cavabdeh heç bir əsas və səbəb olmadan onu işdən azad etmişdir. Bütün bunlar qərəzin və cavabdehin qanunsuz hərəkətlərinin nəticəsidir. Onun himayəsində biri əlil olmaqla iki uşaq uşağı var, işdən azad olunmağı ailəsinin də güzəranına mənfi təsir göstərmişdir. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində hal-hazırda o, işsiz qalmışdır, ailəsinin qazanc yeri kəsilmişdir

8. Məhkəmə iclasında iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, o, Əmək və Əhalinin So sial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixdə verilmiş arayışından da görünür ki, o, əsəb gərginliyi olmayan yüngül işlərdə işləyə bilər.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixli qiymətləndirmə nəticəsində İİ dərəcəli əlillik təyin olunmuş və əmək zəmanətində əvvəlki müayinədən fərqli olaraq “əmək qabiliyyətsiz” qeyd olunmuşdur. Bu səbəbdən iddiaçının başqa işə keçirilməsi mümkün olmamış və qüvvədə olan əmək qanunvericiliyin tələblərinə (işdənçıxma müavinətinin verilməsi, Həmkarlar ittifaqı Komitəsinin razılığı və s.) riayət edilməklə onunla əmək müqaviləsinə xitam verilmişdir.

10. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verərək, bildirmişdir ki, ddiaçıya əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surəti və əmək kitabçası son iş günü, yəni 13 aprel 2023-cü il tarixində rəsmi olaraq təqdim olunmuşdur. Buna baxmayaraq, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296 maddəsinin tələblərini pozaraq fərdi əmək münasibətlərinə dair qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini də ötürmüşdür.

11. Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)1452/2023 nömrəli 24 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Mədinə Bağırova).

12. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, UNEC-in kafedralarında aparılan işlərin təşkilinin səmərəliliyinin daha da artırılması üçün "Universitetin bütün kafedra və struktur bölmələrində laborant (böyük laborant) ştatlarının ləğv edilməsi haqqında" UNEC-in Elmi Şurasının xx.xx.2022-ci il tarixli EŞ-183 №-li Qərarının icrası ilə əlaqədar UNEC-in Tədris-köməkçi heyət haqqında 97/3/2003 saylı, 13 fevral 2023-cü il tarixli əmri ilə "Biznes və logistika", "Xarici dillər", "İqtisadiyyat", "Rəqəmsal texnologiyalar və tətbiqi informatika", "İctimai idarəetmə və sosial innovasiyalar", "Maliyyə və audit", "Azərbaycan dili" və "Riyaziyyat və statistika" kafedralarının və Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzinin 16 (o cümlədən İddiaçı da daxil olmaqla) əməkdaşlarının əmrlə tanış edilməsi və təklif olunan vəzifələrdən imtina etdikləri halda onlarla bağlanmış əmək müqavilələrinə xitam veriləcəyi barədə məlumatlandırılmaları əmr edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində Tədris-köməkçi heyət haqqında verilmiş xx.xx.2023-cü il tarixli 97/3/2023 nömrəli əmrlə tanış edilmiş, lakin aktı imzalamaqdan imtina etmişdir. 13. "Tədris köməkçi heyət haqqında" UNEC-in xx.xx.2023-cü il tarixli 97/3/2023 №-li əmrinin 2-ci və 3-cü bəndi və İddiaçı əmək qabiliyyətsiz olması nəzərə alınaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixindən ləğv edilmişdir. Eləcə də, sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli müayinəyə dair arayışı ilə İddiaçı xx.xx.2026-cı il tarixədək ikinci dərəcəli əlillik təyin olunmuş və o, əmək qabiliyyətsiz hesab olunmuşdur.

14. İddiaçı iddia tələbinin əsası kimi əm ək qabiliyyətli olduğu halda, əmrdə onun əmək qabiliyyətsiz kimi göstərilməsinə, himayəsində biri əlil olmaqla iki uşağının olmasına, ailənin yeganə qazanc gətirəni olmasına istinad etmişdir.

15. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, iddiaçının işdən azad olunmasına dair cavabdehin xx.xx.2023-cü il tarixli əmrində istinad olunan onun “Əmək qabiliyyətsiz olması” qeyd olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli müayinəyə dair arayışı xx.xx.2021-ci il tarixli olduğu halda, əmək zəmanətində “Əsəb gərginliyi olmayan yüngül işlərdə işləyə bilər” qeyd olunmuş Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli müayinəyə dair arayışı isə xx.xx.2023-cü il tarixdə, yəni idd iaçı işdən azad olunduqdan sonra verilmişdir.

16. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

17. O da müəyyən edilmişdir ki, iddiaçının 17 və 2-ci dərəcəli əlilliyi olan 21 yaşlı iki övladı vardır. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitam edilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır.

18. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbi fərdi əmək mübahisəsindən (əmrin ləğv edilməsi və işə bərpa edilməsi) irəli gələn iddia olduğu üçün qeyd edilən tələbə Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş bir aylıq iddia müddəti şamil edilməlidir. Məhkəmə xüsusilə qeyd edir ki, əmək mübahisələrindən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir və bu zaman Əmək Məcəlləsinin 296.3-cü maddəsinin müddəaları mütləq nəzərə alınmalıdır.

19. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı 13 aprel 2023-cü il tarixindən işdən çıxarıması barədə məlumatlı olmuş, ona işdən azad ediləcəyi barədə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq edilsə də, lakin iddiaçı bu barədə imza etməkdən imtina etmiş, əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Bununla da, o, əmək qanunvericiliy i ilə fərdi əmək mübahisələri üçün müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür.

20. Beləliklə, məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdehə qarşı əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 70, 71, 77, 294, 296-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1, 375.2, 377.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkə məsi) 2(103)-6215/2023 nömrəli 27 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Namiq Cəfərovun sədrliyi və məruzəsi ilə, İkram Şirinov və Elşan Kazımovdan ibarət tərkibdə)

24. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdeh təşkilatda Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzinin Metodiki işlər bölməsinin böyük laborantı vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsi cavabdeh təşkilatın rektorunun (işəgötürənin) xx.xx.2023-cü il tarixli 253/3/2023 nömrəli əmri ilə ləğv edilib. Buna əsas ştat ixtisarı olub. Əmək Məcəlləsinin 70- ci maddəsinin “b” bəndinə görə, işçilərin ştatları ixtisar edildikə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edi lə bilər. Müəyyən olunur ki, həqiqətən də iddiaçının ştatı ixtisar olunub.

25. İşəgötürənin əmrində qeyd olunub ki, iddiaçı 2-ci dərəcəli əlil və əmək qabiliyyətsiz olduğuna görə ona başqa vəzifə təklif olunmayıb. İş materiallarında TibbiSosial Ekspert Komissiyasının 2 məlumat vərəqi var (iş v. 35 və 54). Hər iki məlumat vərəqindən görünür ki, iddiaçıya göstərilən diaqnoz təyin edilib: “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, üzvi mənşəli emosional labil (astenik) pozğunluq, üzvi emosional labil pozuntu. Ağırlaşma F48.0 Nevrostansiya. Nevrostansiya kəskin ifadə olunmuş astenonevrotik sindrom. Ağırlaşma G93.2 Xoşxassəli kəllədaxili hipertenziya. Postravmatik ensefalopatiya k\d hpertenziya”. Birinci məlumat vərəqində (iş v. 54) iddiaçının əsəb gərginliyi olmayan yüngül işlərdə işləyə biləcəyi, ik inci məlumat vərəqində isə (iş v. 35) iddiaçının əmək qabiliyyətsiz olduğu qeyd olunub. Birinci məlumat vərəqində təyinatın tarixi xx.xx.2021-ci il, ikinci məlumat vərəqində isə təyintın tarixi xx.xx.2021-ci il qeyd olunub. İkinci məlumat vərəqində təyinatın tarixi daha sonra olduğuna görə, həmin məlumat vərəqi əsas götürülməlidir, yəni iddiaçı əmək qabiliyyətsiz sayılır. Beləliklə, işgötürənin əmrinin ləğv edilməsi üçün yoxdur. Ona görə də məhkəmə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinin, habelə 77 və 78-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (vək il X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Şikayət onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi həkimpsixiatr komissiyasının iddiaçı barəsində xx.xx.2023-cü il tarixdə laborant işləməsi ilə bağlı əks göstəriş olmamasına dair verdiyi rəyə qiymət verməmişdir. Məhkəmə kollegiyası iş materiallarında olan iki məlumat vərəqəsinəki qiymətləndirmə tarixini deyil, təyinat tarixlərini müqayisə edərək düzgün olmayan nəticəyə gəlmişdir. Özü ilə yanaşı ailə üzvünün də əlilliyi olan şəxs olması apelyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış, onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir.

28. Kassator şik ayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 78, 79-cu, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14 və 106-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz göndərmiş, şikayətin əsassız olduğu üçün təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində q ərar çıxarması üçün əsasdır.

31. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

32. Maddə 70, “b” bəndi. Əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatlar ixtisar edildikdə ləğv edilə bilər.

33. Maddə 71, 1-ci hissə. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

34. Maddə 78, 1-ci hissə. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funk siyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

35. Maddə 296, 1-ci hissə. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

36. Maddə 296, 2-ci hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibar ən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

37. Maddə 296, 3-cü hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 39. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmı r. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin cavabdeh tərəfindən ləğv edilməsi əmək qanunvericiliyinə zidd olmamışdır.

47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən iddiaçının istinad etdiyi faktiki hallar üzrə işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun qaydada hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiy i nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

48. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6215/2021 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar