Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4520/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli 2(103)-560/2019 saylı qətnaməsindən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 06 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Z.Rzayev, iş № 2(008)-5787/2018) Ərizəçi hüquqi əhəmiyyəti olan fa ktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilərək onun 1979-cu ilin iyun ayından 1981-ci ilin noyabr ayınadək, 1984-cü ilin yanvar ayından 1985-ci ilin aprel ayınadək və yenidən 1986-cı ilin fevral ayından 1988-ci ilin dekabr ayınadək Ermənistan Respublikasının (keçmiş Ermənistan SSR-nin) Krasnoselo rayonunda Toxulca kənd “Qoyunçuluq” sovxozunda fəhlə işləməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: N.Ş.Cəfərov, Ş.A.Məmmədova və V.T.Həsənov) maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Fondunun Sabunçu rayon şöbəsi müdirinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 06 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Ərizəçi xx xxxxxx 1963-cü Ermənistan Respublikasının Krasnoselo rayonunda anadan olmuşdur. 2018-ci ilin iyun ayında Ərizəçi ona əmək pensiyasının təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə müraciət etmiş, lakin müvafiq sığorta stajının olmaması əsası ilə ona pensiya təyin olunmasından imtina edilmişdir. 2018-ci ilin iyul ayında Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1979-cu ilin iyun ayından 1981-ci ilin noyabr ayınadək, 1984-cü ilin yanvar ayından 1985-ci ilin aprel ayınadək və yenidən 1986-cı ilin fevral ayından 1988-ci ilin dekabr ayınadək Ermənistan Respublikasının Krasnoselo rayonunda Toxulca kənd “Qoyunçuluq” sovxozunda fəhlə vəzifəsində işləməsi faktı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və ərizəçinin ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti tə min olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, ərizəçiyə iddia etdiyi hüquqi faktın müəyyən olunması ona əmək pensiyasının təyin olunması ilə bağlıdır. Ərizəçi Toxulca kənd “Qoyunçuluq” sovxozunda fəhlə işləməsi barədə Sosial Müdafiə Fonduna müvafiq təsdiqedici sənədlər təqdim edə bilməmişdir. İş üzrə şahid qismində dindirilmiş X3 və X2 Ərizəçila həmkəndli olmalarını bildirərək ərizəçinin Toxulca kənd “Qoyunçuluq” sovxozunda fəhlə işləməsi faktını təsdiq etmişlər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi Toxulca kənd “Qoyunçuluq” sovxozunda fəhlə işləməsinə dair lazımi sənədləri başqa qaydada ala bilmədiyindən o, həmin faktın müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, onun iddia etdiyi illərdə işləməsi şahid ifadələri ilə təsdiq olunduğundan məhkəmə düzgün olaraq ərizənin təmin olunması barədə qətnamə qəbul etmişdir. Kollegiya göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419 -cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4520/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4520/2019
25.06.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver