Məhkəmə qərarları › İş №2(102)-4520/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4520/2020

15.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4520/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(033)-19/2019 saylı qətnaməsi ilə (hakim T.Həsənov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən İddiaçı mülkiyyətində olan Zaqatala rayonu X1 kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən çıxarılmaları və İddiaçı dövlət büdcəsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumu xərci onun özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən – X2, məruzəçi X3, hakim X1) xx xxx 2019-cu il 2(107)-1924/2019 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(033)-19/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının x x.xx.2019-cu il tarixli 2(102)6569/2019 nörməli qərarı ilə (sədrlik edən hakimlər E.Vəliyeva, Q.Əsgərov və S.Hacıyev) Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)1924/2019 saylı qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Zaqatala rayonu X1 kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən tikilidən çıxarılmaları hissəsində ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim M.Hüseynov, M.Hüseynov və E.Hüseynov, iş No 2(107)-291/20 saylı mülki iş) ha zırkı iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(033)-19/2019 saylı qətnаməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zaqatala rayonu X1 kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı həmin torpaq sahəsində yerləşən tikilidən çıxarılmaları hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddianın həmin hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlu (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən onun mülkiyyətində olan Zaqatala rayonu X1 kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və həm in torpaq sahəsində yerləşən tikilidən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpaq sahəsini əvvəlki mülkiyyətçidən satın alıb və cavabdehlərin orada qalaraq torpaqda inşa edilmiş evdə yaşamaları onun mülkiyyət hüquqlarını pozur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İddiaçı torpağın mülkiyyətçisidir. Digər işdə də sübut olunub ki, cavabdeh keçmiş əri ilə nikaha daxil olanda evin divarları və üstü hazır olub. Cavabdehin yaşadığı ev birgə nikah dövründə inşa ediən ev olmamış, ər-arvadın birgə mülkiyyəti olmamışdır. Ona görə cavabdeh tikilidən çıxarılmalıdır. Prosessual məsəl ələr və tərəflərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun təl əbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllə nin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)6569/2019 nörməli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli torpaq sahəsi üzərində mövcud olan tikililərlə birlikdə alması və həmin tikilinin cavabdehlər tərəfindən zəbt edilməsi faktının cavabdeh tərəfindən mübahisələndirilməsinə və belə olan halda, bununla bağlı sübutların araşdırılmali olmasına, iddiaçının bu izahatının işdə olan hər h ansı sübutla təsdiq edilməməsinə diqqət yetirməmiş, iddiaçının yalnız torpaq sahəsinin mülkiyyətçisi olduğuna, üzərində mövcud olan yaşayış evi və digər tikililərinin cavabdeh və keçmiş həyat yoldaşı X tərəfindən inşa edilməsi və 2007-ci ildən həmin evdə yaşaması barədə işdə olan sübutlara hüquqi qiymət vermədən Azərbaycan Mülki Məcəlləsinin 157.2 və 239.2-ci maddələrinin tikililərə münasibətdə tətbiq edilməsi qanuni və əsaslı olmamışdır. Belə ki, Cavabdeh1 iddiaya olan etirazının əsası və apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, keçmiş əri X sözügedən torpaq sahəsini 2005-ci ildə XXdan 1.500.000 AZM pula almışdır. X həmin torpaq sahəsində ev tikmişdir. Sonra o, Xlə ailə həyatı qurmuşdur. Həmin ev tam hazır olmadığından, onlar evləndikdən sonra Rusiya Federasiyasına getm iş, uşaqları yaş yarım olduğu zaman onlar qaynatasının evinə qayıtmışlar. X6 əri X ilə birgə evin tikinti və təmirini başa çatdırmışlar. Ümumilikdə mübahisəli torpaq sahəsində tikilən tikililər o və əri tərəfindən tikilmişdir. xx.xx.2015-ci ildə əri ilə boşanmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahəsi alqı-satqı müqaviləsi əsasında iddiaçıYA satılmışdır. Hazırda həmin torpaq sahəsində inşa edilmiş evdə uşaqları ilə birgə yaşayır və həmin evdən başqa həyətdə köməkçi tikililər də vardır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlard a verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. H ər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmə kollegiyası araşdırılmış sübutlar əsasında müəyyən etmişdir ki, Zaqatala rayonu, X1 kəndində ye rləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində X, XX, XXX və XXXXn adına qeydə alınmış, xx xxxx 2017-ci il tarixli etibarnaməyə əsasən iddiaçılar sözügedən torpaq sahəsi üzərində bütün hərəkətləri etməyə, o cümlədən onun üzərində sərəncam verməyə dair xx xxxx 2017-ci il tarixədək qüvvədə olmaqla cavabdeh İddiaçı adına etibarnamə vermiş, xx xxxxxxx 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən iddiaçılar ümumi birgə mülkiyyətlərində olan, Zaqatala rayonu, X1 kəndində yerləşən 0,129 ha torpaq sahəsini 3.000 (üç min) manata cavabdeh İddiaçı satmışlar. Qeyd edilən alqı-satqı müqaviləsində mübahisəli torpaq sahəsində yerləşən evin və ya digər tikilinin alqı-satqı predmeti olması işin materiallarından görünmür. Həmçinin torpaq sahəsinin keçmiş mülkiyyətçiləri X və digərləri cavabdeh X və XX qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair verdikləri iddia ərizəsində torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış evinin cavabdeh və keçmiş həyat yoldaşı X tərəfindən inşa edilməsi və 2007-ci ildən həmin evdə yaşamasını təsdiq etmiş, bu barədə X1 kənd inzibati ərazi dairəsi xx.xx.2019-cu il tarixli arayış vermişdir. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Müəyyən edilmişdir ki, cavabdehlərin çıxarılması tələb edilən tikililərin (yaşayış evinin) hələ 2001-ci il tarixdə inşa edilməsi iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində də qeyd edilmişdir. Bundan əlavə iddiaçının aidiyyəti dövlət orqanlarından işə məhkəmədə baxıldığından göndərilmiş ərizələrdə qeyd edilən mübahisə predmeti olan tikililələrin iddiaçı tərəfindən torpaq sahəsinin alqı-satqısı müqaviləsi bağlandıqdan əvvəl həmin torpaq sahəsində mövcud olması və cavabdehlərin həmin tikililərdə yaşaması etiraf edilmişdir. Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların d övlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, X1 kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən tikilidən çıxarılmaları hissəsində gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qətnamə bu hissədə ləğv edilməli, iş həmin hissə üzrə yeni qətnamə qəbul edilərək idd ia həmin hissədə təmin edilməməlidir. Eyni zamanda işə baxan Apelyasiya Məhkəməsi torpaq sahəsi satın alınarkən onun üzərində yüklülüyün olması məsələsinə də qiymət vermişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin alqı-satqısı barədə müqavilənin etibarsızlığı ilə bağlı iddia məhkəmə araşdırmasının predmeti olmuş və bununla bağlı qüvvədə olan məhkəmə qərarı olduğundan həmin qərar hazırkı iş üzrə tərəflər üçün preyudisial xarakter daşıyır. Lakin mübahisə predmeti olan tikililələrin mübahisəli torpaq sahəsində qeyd edilən alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl mövcudluğu, mübahisəli tikili olan evdə cavabdehlərin 2007-ci il tarixdən yaşaması, Cavabdeh1 keçmiş əri Məmməd Məmmədovla münasibətləri pisləşdikdən sonra da həmin tikilidə yaşaması iş materialları ilə t əsdiq edilmişdir. Bundan əlavə Cavabdeh1 qanunsuz olsa belə inşa edilmiş evin materiallarına münasibətdə keçmiş əri ilə birlikdə hüquqlarının mövcud olması istisna edilə bilməz. Belə ki, cavabdehin qeyd edilən mübahisəli evdə yaşamağa başlaması mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıya alqı-satqı qaydasında keçməsində əvvəl baş vermişdir. Hazırkı vəziyyətdə cavabdehin mübahisəli torpaq sahəsində yaşamasına etiraz məhz cavabdehin onun keçmiş ərindən boşanmasından sonra baş vermişdir. Hazırkı vəziyyətdə isə iddiaçı ilə cavabdehin keçmiş ərinin hazırkı işlə bağlı mənafelərinin birbirinə uyğunluğu təsdiq edilmişdir. Bu baxımdan cavabdehlərin iddiaçının qeyd etdiyi kimi tikililərdən çıxarılması hazırkı vəziyyətdə təmin edilə bilməz. Ən azı cavabdehlərin uzun müddət yaşadığı, yalnız ke çmiş əri ilə nikahları pozulduqdan sonra yaşamasına etiraz edilən evə münasibətdə cavabdehlərin əmlak və əşya hüquqları mövcuddur. Hazırkı vəziyyətdə mübahisə predmeti olan tikililələr üzərində iddiaçının mülkiyyət hüquqları mövcud olmadığından onun cavabdehlərin həmin tikililərdən çıxarılması barədə iddiası təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin hazırkı vəziyyətinə münasibətdə məhkəmələrin ədalətli və qanuni yanaşması tələb edilir. Belə ki, Cavabdeh1 uzun müddət yaşadığı, həmin evin torpaq sahəsinin mülkiyyət hüququ başqa şəxsə keçsə belə cavabdehlərin həmin evdən çıxarılması barədə iddianın təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmamışdan qabaq həmin torpaq sahəsi üzərində qanunsuz olsa belə inşa ed ilmiş tikilinin olmasını və həmin evdə cavabdehlərin yaşamasını bilmiş və bunu hətta qəbul etmişdir. İddiaçı ərizələrində cavabdehlərin həmin evdə kirayə haqqı verməklə qaldığı tələbini irəli sürsə də bu fakt hər hansı bir mötəbər sübutla təsdiq edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmad an mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində deyilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya ) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Torpаq qаnunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri hаqqındа” Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 14 fevrаl 2003-cü il tаrixli, 2 №-li qərаrının 3-cü bəndinə görə torpаq sаhəsi ilə əlаqədаr mübаhisələrə bаxıldıqdа hər şeydən əvvəl torpаq sаhəsinin hüquqi stаtusu müəyyən edilməlidir. Torpаq sаhəsinin hüquqi stаtusu onun məqsədli təyinаtını (kənd təsərrüfаtı təyinаta, su fondu, ehtiyаt fondu və s.), torpа q sаhəsi üzərində hüququn formаsını (mülkiyyət, istifаdə, icаrə), hаbelə torpаq sаhəsindən istifаdəyə dаir müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi tikiliyə əşya hüququ əldə etməsini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müv afiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar