Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4522/2020 19.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: mənzilin boşaldılması və təhvil verilməsi Açar sözlər: xidməti mənzilin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, XXXApellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-414/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları XXXşəhəri, S.XXX küçəsində (əvvəlki 126-cı kvartal) yerləşən 23A saylı 20 mənzilli ictimai yaşayış binası X9 Hakimiyəti Mənzil İstismar Sahəsinin əsas vəsaitləri üzrə balansına daxildir. X10 XDS İcraiyyə Komitəsinin xx xxxxxxx 1987-ci il tarixli, 10 nömrəli iclas protokolunun qərarı əsasında (hazırda 23A saylı 20 mənzilli ictimai yaşayış binası) XXXMənzil İstismar Sahəsinin (əvvəlki Mənzil İstismar Kontoru) balansına verilmişdir. Bina şəhərdə inşa edilərkən həmin ərazi şəhərdə 126-cı kvartal adlanıb. Lakin, sonralar həmin ərazidə aparılan tikinti-abadlaşdırma işləri nəticəsində 126-cı kvartalın adı dəyişdirilərək, S.XXX adına küçə olmuşdur. S.XXX küçəsindəki 23A saylı ictimai yaşayış binasının hüquqi varisi İddiaçıdir. İddiaçı Başçısının xx xxxxxx 1999-cu il tarixli, 1/42 nömrəli sərəncamı ilə XXXşəhəri, 31-ci rayon, S.XXX küçəsi, 23A nömrəli ictimai yaşayış binasının 1 blok, İİİ mərtəbəsində, 28,41 kv. metr yaşayış sahəsi olan iki otaqlı, 5 nömrəli boşalmış xidməti mənzili (bundan sonra – mübahisəli mənzil) Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1998-ci il tarixli, 0606 nömrəli əmrinə əsasən XXXşəhər hərbi komissarlığının 4-cü bölməsinə rəis təyin olunmuş 5 nəfər ailə üzvlü Cavabdeh (bundan sonra – cavabdeh) XXXşəhərində xidməti dövrü üçün istifadəsinə ayrılmış, onun adına xx xxxx 1999-cu il tarixli, 438 saylı order verilmişdir. XXXRayon Hərbi Komissarlığı üzrə xx xxxxxx 2008-ci il tarixli, 12 nömrəli əmrlə Azərbaycan Respublikası Müdafiə Nazirinin 042 nömrəli xx xxxxxx 2008-ci il tarixli əmrinə əsasən polkovnik leytenant Cavabdeh “Hərbi xid mətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “b” bəndinə (yaşa görə) müvafiq olaraq 2-ci çağırış bölməsinin rəisi vəzifəsindən azad edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğu üçün iş və vəzifəsini təhvil vermiş hesab edilməsi, 2008-ci ildə məzuniyyətdən istifadə etmədiyi üçün ona 45 sutkalıq məzuniyyət verilməsi, xx xxxx 2008-ci il tarixdə XXXRayon Hərbi Komissarlığının şəxsi heyəti siyahısından, bütün növ təminatlardan çıxarılması, xx xxxx 2008-ci ilədək pul təminatı təmin edilməsi, 2008-ci il üçün maddi yardım ödənilməsi, 2008ci il üçün birdəfəlik pul mükafatı almağa layiqdir, işdən çıxarkən birdəfəlik və işdən çıxma müavinətləri beş aylıq maaş (rütbəsi və vəzifəsi üzrə əsas) miqdarında ödənilməsi əmr edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İd diaçı (bundan sonra - iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin cavabdeh tərəfindən onun öz hesabına boşaldılaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin XXXrayon şöbəsinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin (bundan sonra – Xidmət) XXXrayon şöbəsinin rəisi İddiaçınə xx.xx.2019-cu il tarixli, 1068 saylı məktubla müraciət edərək mübahisəli mənzilin Şöbənin balansında olmasına baxmayaraq, istifadə edə bilmədiklərini bildirmiş, buna səbəb olaraq həmin mənzilin hazırda ehtiyatda olan polkovnik-leytenant Cavabdeh xidməti dövr üçün xidməti istifadəsinə verildiyini, lak in onun həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğuna baxmayaraq xidməti dövr ərzində xidməti istifadəsi üçün ona verilmiş mənzili təhvil vermədiyini göstərmişdir. Hazırda Şöbədə hərbi xidmət keçən zabitlərin kirayəşin yaşamaqlarını nəzərə alaraq, həmin xidməti mənzilin ehtiyacı olan zabitlərin xidməti istifadəsinə verilməsinə ciddi ehtiyac olduğu bildirilmişdir. 2008-ci ildə XXXrayon Hərbi Komissarılığının səhlənkarlığı ucbatından Hərbi Komissarlığın əməkdaşı cavabdeh vəzifəsindən azad edilərkən onun yaşadığı xidməti mənzilin boşaldılması təmin edilməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan mənzildə yaşamış ehtiyatda olan cavabdehin xx.xx.2013- cü il tarixdə qızı - X4, xx.xx.2014-cü il tarixdə isə oğlu - X5 qeydiyyatdan çıxmışlar. Cavabdeh isə xx.xx.2019-cu il tarixdə “ Asan Xidmət” X3 küçəsi, ev 14 ünvanına qeydiyyata düşməklə yeni şəxsiyyət vəsiqəsi almışdır. Xidmətin XXXrayon şöbəsinin xidməti istifadəsində olan mübahisəli mənzildə cavabehin qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən yaşamaq hüququ olmadığı üçün, cavabeh XXXRayon Hərbi Komissarlığından işdən azad olduğu gündən xidməti mənzili boşaldıb hərbi komissarlığa təhvil verməli idi. Cavabdehə qüvvədə olan qanunvericiliyin tələbləri dəfələrlə izah edilməsinə və yaşamış olduğu mənzil xidməti mənzil olduğu üçün mənzilin boşaldılması üçün dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh hazıradək mənzili boşaltmaqdan imtina etmişdir. Cavabdeh ailəsi ilə birlikdə XXXrayonunun ərazisində yaşamadığı halda qüvvədə olan qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq xidməti mənzili başqa vətəndaşlara kirayə vermişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iş və vəzifəsini təhvil verməsinə baxmayaraq, həmin vaxtdan sonra da ona verilmiş xidməti mənzildə yaşamışdır. Hazırda özü Bakı şəhərində yaşasa da, sözügedən mənzildə qızı yaşayır. İddiaçı məhkəməyə Xidmətin XXXrayon şöbəsinin əməkdaşlarının tərtib və təsdiq etdikləri akt təqdim etmişdir. Aktda qeyd olunmuşdur ki, mübahisəli mənzilin qapısı xx.xx.2019-cu il tarixdə həmin mənzilin boşaldılması məqsədi ilə döyülmüş, mənzildə cavabdehin qızı Mirzəyeva Aygülün yaşadığı məlum olmuş, qonşular cavabdehin Bakı şəhərində ailəsi ilə birlikdə yaşadığını, həmin mənzilin başqa şəxslərə kirayəyə verildiyini bildirmişlər. XXXRayon Məhkəməsinin (bundan sonra – birinci in stansiya məhkəməsi) 2(075)1748/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.İmanov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən hesab etmişdir ki, mübahisəli mənzil cavabdehin XXXşəhərində xidməti dövrü üçün istifadəsinə verilmişdir. O, həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunduğu üçün iş və vəzifəsini təhvil vermiş və XXXRayon Hərbi Komissarlığının şəxsi heyəti siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Hazırda S.XXX küçəsindəki 23A saylı ictimai yaşayış binasının hüquqi varisi və balans saxlayıcısı İddiaçıdir, bu səbəbdən iddia əsaslıdır. XXXApellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(107)-414/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Mübariz Hüseynov (sədrlik edən və məruzəçi), Mirbahəddin Hüseynov və Elçin Hüseynov) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 104, 105-ci maddələrini, Mülki Məcəllənin 157.2-ci maddəsini, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsini işin hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, hərbi qulluqçu olaraq cavabdehə XXXşəhərində xidməti dövrü üçün verilmiş mübahisəli mənzil hərbi qulluqçunun mənzil təlabatının ödənilməsi üçün qanunu n tələblərinə uyğun olaraq verilmişdir. Cavabdeh hərbi qulluqçu olaraq 2008-ci il tarixdə xidmətdən tərxis edildiyindən ona xidməti dövr üçün yaşamağa verilmiş mənzil də xidmət etdiyi orqana qaytarılmalı idi. Lakin cavabdeh qeyd edir ki, onun xidməti mənzili təhvil verməmək hüququ olmuşdur. Belə ki, ona yaşadığı ərazi üzrə torpaq sahəsi və ya mənzillə təmin edilməmiş, kirayə haqqı ödənilməmişdir. Xidməti mənzildən hərbi qulluqçunun çıxarılmaması şərtlərindən birincisi, onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etməsi və həmin hərbi qulluqçunun yaşayış sahəsinə təlabatının olması və onun başqa yaşamaq üçün evi və ya mənzili olmamasıdır. Məhkəmə kollegiyası nəzərə almışdır ki, cavabdeh apelyasiya baxışında verdiyi izahatında mübahisəli mənzildən özü v ə ailə üzvlərinin qeydiyyatdan çıxdığını, özü və həyat yoldaşının hazırda Bakı şəhəri, Yasamal rayonunda öz mülkiyyətində olan 2 otaqlı mənzildə yaşadığını bildirmişdir. Cavabdeh özü etiraf etmişdir ki, qeyd ediən mənzil onun mülkiyyətindədir, lakin bu mənzil əslində X1 şəhərində yaşayan bacısınındır. Özü XXXşəhərində başqa ünvanda qeydiyyatda olsa da, həyat yoldaşı Məmmədova Kəmalə də Bakı şəhərində olan mənzildə qeydiyyatdadır. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzilə Xidmətin XXXrayon bölməsinin əməkdaşlarının ehtiyacının olmasının təsdiqinə ehtiyac yoxdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh (vəkil Mustafayev Dəyanət Musa oğlu kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnam əsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, iş üzrə düzgün olmayan nəticəyə gəlinmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İş üzrə cavabdeh məhkəmə iclasına vəkilsiz gəldiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67.1-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-i n 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual h üquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə c avabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsi Maddə
104. Müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 12, bənd 2 Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (m üddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının p ozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqi üzrə apelyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşır. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. XXXApellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-414/2020 nömrəli iş üzrə xx xxxxx x 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.