Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4522/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə və Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4522/21 (Açar sözlər: yeni mənzilə aid müqavilə bağlanması, kirayə haqqının ödənilməsi, kompensasiya verilməklə mənzilə olan hüquqa xitam verilməsi) Bakı şəhəri, 21 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı (eyni zamanda cavabdeh) İddiaçı vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-568/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı (eyni zamanda cavabdeh) İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 21 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh MMC-yə qarşı “yeni mənzilə aid müqavilənin bağlanması və kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan E saylı mənzilin əvəzinə yeni tikilən binadan yeni təmirli mənzilin verilməsinə dair müqavilənin bağlanması və kirayə haqqının ödənilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaç ı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “hüquqlardan sui istifadəyə son qoyulması, kompensasiya verilməklə, mənzilə olan hüquqlara xitam verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 məxsus ümumi sahəsi 24 kv/metrdən ibarət olan E saylı mənzilin hər kv/metrinə 1000 manatdan hesablanmaqla 24.000 manat kompensasiya ödənilməklə mənzilə olan hüquqlarına xitam verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı Cavabdeh MMC arasında ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan və Cavabdeh MMC tərəfindən sökülmüş E saylı mənzilin əvəzinə yeni tikilən binadan yeni təmirli mənzilin verilməsinə dair müqavilənin bağlanması və kirayə haqqının 2016-cı ilin noyabr ayından hesablanmaqla hər ay üçün 350 manat ödənilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Abbasov küçəsi ev 74, mənzil 1 Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdıırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 28 yanvar 1998-ci il tarixdə verilmiş MH seriyalı 123894 saylı Qeydiyyat Vəsiqəsinə əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur (734 Nli reyestr kitabında 110245 səhifə, qeydəalma 30 N° 2926, 28.01.1998 ). Bakı şəhərinin rayonlarında, o cümlədən Səbail ra yonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il 25 fevral tarixli, 86 saylı qərarını və “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 6.8 maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin, “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 1 ünvanlarında yerləşən 1-4 mərtəbəli yaşayış binalarının uzun müddətli istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olması barədə tərtib olunmuş 25 may 2016-cı il tarixli aktını və "xxxx" MMC-nin 08 aprel 2016-cı il tarixli 02/16 saylı müraciətini nəzərə alaraq, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin Başçısı 26 avqust 2016-cı il tarixdə 117 saylı Sərəncam qəbul etmişdir. Həmin Sərəncamın 1-ci bəndinə əsasən, Səbail rayonu Bayıl qəsəbəsi ərazisində yerləşən uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan Eünvanlarda yerləşən 13 mərtəbəli yaşayış binasının söküntüsünun Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyəti tərəfindən yerinə yetirilməsi və həmin cəmiyyətə sahəsi 0,5 ha olan ərazidə çox mərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilməsi qərara alınmışdır. Həmin Sərəncamın 2-ci bəndinə əsasən, ərazidə yerləşən yaşayış və qeyri- yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsai tinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasının Cavabdeh MMC-nin vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. Həmin Sərəncama əsaslanaraq Cavabdeh MMC 04 oktyabr 2016-cı il tarixdə (N 16/16) ona məktub (bildiriş) göndərərək, bildirmişdir ki, sakinlər yararsız mənzillərin əvəzinə yeni təmirli mənzillərlə təmin ediləcəklər. Bildirişi aldığınız tarixdən 1 (bir) ay müddətində kirayə mənzilin tapılmasını və yaşadığınız mənzilin boşaldılmasını təmin etməyiniz xahiş olunur. Lakin, Cavabdeh MMC ona ünvanlanmış bildirişin cavabını gözləmədən ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan mənzilini sökmüşdür. Dəfələrlə Cavabdeh MMC-yə müraciət edərək, onların hərəkətlərinin qanunsuz olmasını, 26.08.2016-cı il tarixli 117 saylı Sərəncamdan irəli gələn tələblərə zidd olmasını bildirmiş və onun sökülmüş mənzili ilə bağlı və gələcəkdə yeni mənzilin alınmasının təminatı olacaq müqavilənin bağlanmasını (imzalanmasını) xahiş etmişdir. Ancaq onun müraciətləri cavabsız qalmışdır. Bundan sonra o, dəfələrlə Səbail rayon İcra Hakimiyyəti Başçısına nümayəndəsi vasitəsi ilə yazılı şəkildə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti Başçısının Aparatının nümayəndəsinə ünvanladığı 23.08.2017-ci il tarixli 3/İ0C-24-152 saylı cavab məktubunda göstərilir ki, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin və qeyri-yaşayış sahələrinin sahiblərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə və qeyri-yaşayış sahələrində yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə və sahibkarlara sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillər və qeyri-yaşayış sahəsi ayrılacaqdır. Bundan sonra Cavabdeh MMCdən ona bildirmişlər ki, yeni inşa edilən binada ən az sahəsi olan mənzillər 70,0 kv.metrdir. Ona görə də o, əlavə kv.metrlərə görə pul ödəməlidir. O, yenidən İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti Başçısının Aparatının nümayəndəsinə ünvanladığı 01.12.2017-ci il tarixli 10-C-24/2-152/2-1/1 saylı məktubunda bildirilir ki, sakinlərə veriləcək yeni mənzillər müqabilində hər hansı vəsaitin mənzil sahibi tərəfindən ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İcra Hakimiyyəti Başçısının 25.05.2018-ci il tarixli 3/10-C-26/2-152/2 saylı məktubunda bildiril ir ki, qaldırılan məsələ sakinlərin və Cavabdeh MMC rəhbərliyinin iştirakı ilə Səbail rayon İcra Hakimiyyətində araşdırılaraq Sizə lazımi köməkliyin göstərilməsi barədə tapşırıqlar verilmişdir. Şirkətə müraciət etdikdə aranızda müqavilə imzalanacaqdır. Əlavə olaraq məlumat verilmişdir ki, təsdiq edilmiş eskiz layihədən kənara çıxılmaması, tikinti norma və qaydalarına, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş digər göstərişlərə ciddi əməl olunması barədə təkrarən Cavabdeh MMC-nin rəhbərliyinə bir daha xəbərdarlıq edilmişdir. Ünvan aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülmüşdür. İcra Hakimiyyəti Başçısının 30.08.2018-ci il tarixli 10C-24/2-151 saylı və 18.09.2018-ci il tarixli 10-C-49-152 saylı məktublarında da, bu məsələ ilə bağlı Cavabdeh MMC-yə xəbərdarlıq edildiyi göstərilir. Lak in, edilən xəbərdarlıqlara və göstərişlərə baxmayaraq Cavabdeh MMC onunla yeni mənzil barədə müqavilə bağlamaqdan və kirayə haqqını ödəməkdən imtina edir. Bu səbəbdən də o, məhkəməyə müraciət etməyə məcbur qalmışdır. İddiaçı Cavabdeh MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC 27 iyul 2011-ci il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi Kommersiya qurumunda Dövlət reyestrində qeydiyyata alınmış və həmin tarixdən Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmaq, o cümlədən, xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul olmaq hüququ vardır.Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 26 avqust 2016-cı il tar ixli 117 nömrəli sərəncamı ilə “Bakı şəhərinin rayonlarında, o cümlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 saylı qərarını və Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin 6.8-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin, “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Səbail rayonu, X4 küçəsi ev 72-74-76-76a ünvanında yerləşən 1-4 mərtəbəli yaşayış binasının uzun müddətli istismarı nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olması barədə tərtib olunmuş 25 may 2016-cı il tarixli aktı və Cavabdeh MMC-nin müraciəti nəzərə alınaraq, Səbail rayonu ərazisində yerlə şən uzun müddətli istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olan X4 küçəsi, ev 72-74-76-76a ünvanında yerləşən 1-4 mərtəbəli yaşayış binasının söküntüsünün Cavabdeh MMC tərəfindən yerinə yetirilməsi və sahəsi 0,5 ha olan ərazinin çox mərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilmişdir.Bildirmək istəyir ki, Cavabdeh MMC-nin əməkdaşları tam qanuni əsaslarla sözügedən çoxmərtəbəli binanın tikiləcəyi əraziyə 2016-cı ilin avqust ayında yerli baxış apararkən, sökülmüş halda olan dağıntılar aşkarlamışdır. Bununla bağlı Qurban Abbasov küçəsi 74 ünvanında yaşayan qonşularla söhbətlər aparılmış, həmin vaxt qonşular bildirmişlər ki, uçulmuş ərazidə 1998-1999-cu il tarixindən yaşayış olmamışdır və oranın kimə məxsus olmasını bilmirlər. Bu müddət ərzində s ahibsiz və baxımsız olan əmlak zamanla yararsız vəziyyətə düşmüş və uçulmuşdur. Bununla bağlı qonşular tərəfindən akt tərtib edilmiş və imzaları ilə təsdiq edilmişdir.Qurban Abbasov 74 ünvanında olan mülkiyyət sahibləri ilə qarşılıqlı razılaşma əsasında müqavilələr imzalanmışdır. 2017-ci ildə Cəmil adlı şəxs MMC-yə məxsus ofisə gələrək sözügedən ünvanda yerləşən ona məxsus mənzilin MMC-tərəfındən söküldüyünü və buna görə də onunla müqavilə bağlanmasını tələb etmişdir. Vətəndaşa bildirilmişdir Cavabdeh MMC tərəfindən başqasına məxsus əmlak sökülə bilməz. Sözügedən mənzilin MMC tərəfindən sökülmədiyini izah etdikdən sonra, həmin mənzilin sənədlərini MMC-yə təqdim etməsini xahiş etmişlər. İddiaçı nümayəndəsi mənzilə aid qeydiyyat vəsiqəsini və forma 1 (forma 1-də mənzilin sahəsi olaraq 17 m2 qeyd olunmuşdur) təqdim etmişdir. Onlar qarşı tərəfə bir sıra təkliflər versələr də, tərəf razılığa gəlməmiş və 2 ilə yaxın müddətdə vətəndaşla əlaqə kəsilmişdir. Nəhayət İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Vətəndaşa məxsus uzun müddət istifadəsiz və sahibsiz qalan əmlak təbii aşınma nəticəsində uçmuşdur. Bir daha qeyd edir ki, əmlak onlar tərəfindən sökülməmişdir, bunu təsdiqləyən sübutları ərizəyə qoşma olaraq əlavə etmişdir. Nazirlər Kabinetinin qərarının icrasıyla bağlı iddiaçı Cavabdeh MMC qanun çərçivəsində yuxarıda qeyd olunan ünvanlarda yerləşən 26 mənzilin mülkiyətçiləri ilə müqavilələr bağlamış, razılıq əldə olunmuş və lazımi tədbirlər görülmüşdür. Artıq 2 ildir ki, cavabdehlə razılığa gələ bilmirlər. Hər dəfə bir bəhanə ilə görüş və təkliflərini rədd edir. Müqav ilə imzalamış sakinlər də, işin bu vəziyyətdə davam etməsinə narazı qalmışlar. Bununla bağlı MMC-yə və bir sıra dövlət orqanlarına müraciət ediblər. İddiaçı öz vəzifələrindən sui-istifadə edərək Sərəncamın icrasını gecikdirir və bu qəbul edilməzdir ki, bir vətəndaşın inadkarlığı, barışmaz mövqeyi və sayğısız, pozucu yanaşması, respublika rəhbərliyinə və yerli icra hakimiyyəti strukturlarına qarşı olan təxribatçı, qanuna ziddi əməlləri ümumi ictimai mənafeyə xələl gətirsin.Cavabdehin tələb etdiyi məbləğ isə çox şişirdilmiş məbləğdir və bu cür tələb cavabdeh tərəfindən mülkiyyət hüquqlarından sui-istifadə edilməsi kimi qiymətləndirilməlidir.İddiaçı tərəfindən sərəncamla müəyyən olunmuş öhdəliklər tam şəkildə icra edilsə də, cavabdehin sərancama uyğun müqavilə bağlamaqdan imtina etməsi hazırd a bir sıra çətinliklər yaradır. Odur ki, hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-485/2019 saylı, 11 mart 2019-cu il tarixli qərardadı ilə (hakim Rəna Qafarova) İddiaçı Cavabdeh MMC-yə qarşı “yeni mənzilə aid müqavilənin bağlanması və kirayə haqqının ödənilməsi” tələbinə dair 2(009)-485/2019 saylı və Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “hüquqlardan sui istifadəyə son qoyulması, kompensasiya verilməklə, mənzilə olan hüquqlara xitam verilməsi” tələbinə dair 2(009)-1190/2019 saylı mülki işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi, birləşdirilmiş işlər üzrə icraatına 2(009)-485/2019 nömrəsi ilə aparılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin 2(009)-48 5/2019 saylı, 08 aprel 2019-cu il tarixli qərardadı ilə (hakim Rəna Qafarova) iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-nin mütəxəssislərinə həvalə edilmişdir. "xxxx" MMC-nin 29.05.2019-cu il tarixli qiymətləndirmə hesabatına əsasən, İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən və hazırda sökülmüş 1 nömrəli mənzilin 29.05.2019-cu il tarixinə hazırki bazar qiyməti 27000 manat, həmin ərazidə yeni tikili binalarda mənzillərin 1 kv.m-nin qiyməti 1800 manat, həmin ərazidə köhnə tikili binalarda mənzillərin 1 kv.m-nin qiyməti 1150 manat müəyyən olunur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən hərrac keçirilərkən iddiaçıya hərracın vaxtı və yeri barədə rəsmi bild irişlər göndərilsə də, həmin bildirişlər ona çatdırılmamış və hərrac onun iştirakı olmadan həyata keçirilmişdir. Birinci instansiya məhkəməsinin 2(009)-485/2019 saylı, 16 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim Rəna Qafarova) İddiaçı Cavabdeh MMC-yə qarşı iddiasının qismən təmin edilməsi, İddiaçı ilə ona mülkiyyət hüququ əsasında məxsus olan E saylı mənzilin əvəzinə həmin ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında 24 m2 ümumi sahəyə 20% sahə əlavə edilməklə təmirli mənzilin verilməsi barədə müqavilənin bağlanması vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulsun, habelə hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq yeni çoxmərtəbəli yaşayış binası istifadəyə-təhvil verilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşməsi üçün hər ay Esaylı mənzilə görə aylıq 200 ma nat məbləğində kirayə haqqının Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddiaçı (digər iddia tələbi üzrə cavabdeh) Cavabdeh MMC-nin cavabdeh (digər iddia tələbi üzrə iddiaçı) İddiaçı qarşı iddiasının qismən təmin edilməsi, İddiaçı adına olan E saylı mənzilə İddiaçı mülkiyyət hüququna xitam verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə, ilk növbədə İddiaçı Cavabdeh MMC arasında ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan və Cavabdeh MMC tərəfindən sökülmüş E saylı mənzilin əvəzinə yeni tikilən binadan yeni təmirli mənzilin verilməsinə dair müqavilənin bağlanması və kirayə haqqının 2016-cı ilin noyabr ayından hesablanmaqla hər ay üçün 350 manat ödənilm əsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, qanunvericilikdə şəxsin mülkiyyət hüququ tanınmış və qanunla qoruma altına alınmışdır. Bununla belə, həmin hüquq mütləq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda onun məhdudlaşdırılması imkanı da nəzərdə tutulmuşdur. Yuxarıda sadalanan normalarda mülkiyyət hüququnun məhdudlaşdırılması əsasları aydın şəkildə göstərilmişdir. Məhdudlaşdırılmanın həmin müddəalar çərçivəsində yolverilən sayılması üçün mənzilin sahibinin oraya mülkiyyət hüququnun olması, bu hüquqa müdaxilənin varlığı, müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması zəruridir. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş məktuba əsasən Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 74 saylı evin, 1 saylı mənzilinin ümumi sahəsi 24.0 kv/metr olmaqla yaşayış sahəsi 17.0 kv/metr təşkil edir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının “Qəzalı vəziyyətdə olan binanın sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” 26 avqust 2016-cı il tarixli, 117 saylı Sərəncamın 2-ci bəndində ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması ”HERMES-S” MMC-nin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən xüsusatlar Cavabdeh MMC-nin direktorunun İddiaçı ünvanladığı 04.10.2016-cı il tarixli, 16/16 nömrəli məktubunda-“sözügedən binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi (vəsaitin ödənilməsi ilə bağlı sakinlərlə müqavilə bağlanacaqdır) və həmin sakinlərə sökülmüş tikililərin əvəzində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada təmirli mənzillərin verilməsi "xxxx" MMC-ni n vəsaiti hesabına həyata keçiriləcəkdir. Tikinti və təmir işləri başa çatdıqdan sonra sakinlər istismar müddəti başa çatmış, yararsız mənzillərin əvəzinə yeni mənzillərə təmin ediləcəklər”-,eləcə də Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatından İddiaçı və onun etibarnamə üzrə nümayəndəsinə onun müraciətlərinə cavab olaraq müxtəlif tarixdlərdə ünvanlanmış məktublarda –“... Eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək həmin binalardan köçürülən sakinlərin və qeyri-yaşayış sahələrinin sahiblərinin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə və qeyri-yaşayış sahələrində yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə və sahibkarlara sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillə r və qeyri-yaşayış sahəsi ayrılacaqdır...”- əks etdirilmişdir. Məhkəmə göstərilənləri, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının həmçinin qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərlə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qəbul edildiyini və həmin qərara əsasən, qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tiki ləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının tapşırılmasını da nəzərə alaraq belə hesab edir ki, E saylı mənzilin əvəzinə Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 72-74 ünvanında Cavabdeh MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasında ümumilikdə sahəsi 24.0 kv/metr-dən ibarət ümumi sahəsinə 20% artıq sahə əlavə olmaqla İddiaçı təmirli mənzilin ayrılması barədə müqavilə bağlanması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması məqsədə müvafiqdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına əsasən, həmçinin qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi də tapşırılmışdır. Odur ki, yeni çoxmərtəbəli yaşayış binası istifadəyə-təhvil verilənədək İddiaçı müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməsi üçün hər ay Bakı şəhəri, Səbail rayonu, E saylı mənzilə görə Cavabdeh MMC tərəfindən aylıq kirayə haqqı da ödənilməlidir. Məhkəmə aylıq kirayə haqqının hansı tarixdən və hansı məbləğdə ödənilməsi ilə bağlı qeyd edir ki, İddiaçı 11.02.2017-ci il tarixdə Cavabdeh MMC-yə ünvanladığı məktubunda 08 fevral 2017ci il tarixdə mənzilinə gedən zaman həmin ünvanda söküntü işləri aparıldığını və ona məxsus mənzilin bir hissəsinin ona xəbər verilmədən və razılığı olmadan söküldüyünü gördüyünü qeyd etmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən i ddiaçının nümayəndəsi və vəkili Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi 74, 1 saylı mənzildə 2013-cü ildən heç kimin yaşamadığını təsdiq etmişdir. Məhkəmə iddiaçının Bakı şəhəri, Səbail rayonu, Bakı şəhəri Səbail rayonu, Qurban Abbasov küçəsi 74, 1 saylı mənzildə yaşamadığını, həmin mənzilin sahəsini nəzərə alaraq belə hesab edir ki, qeyd edilən mənzilə görə ona ödənilməli olan kirayə haqqı aylıq 200 manat məbləğində olmaqla hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq ödənilməlidir. Odur ki, yeni çoxmərtəbəli yaşayış binası istifadəyə-təhvil verilənədək İddiaçı müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməsi üçün hər ay Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi 74 üvanında yerləşən 24.0 kv/metr sahəli 1 saylı mənzilə görə aylıq 200 manat məbləğində kirayə haqqı hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən ödənilməlidir. Məhkəmə həmçinin iddiaçı Cavabdeh MMC-nin - cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə, mənzilə olan mülkiyyət hüququna xitam verilməsi” tələbinə münasibət bildirərək qeyd edir ki, hazırkı işdə Səbail rayonu X4 küçəsində yerləşən 74 saylı evin, 1 saylı mənzilə istənilən şəxsin hüquqlarının itirilməsi və oradan çıxarılması, mülkiyyət hüququnun olması daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarış və ya qeydiyyat vəsiqəsi ilə təsdiqlənir. Mübahisə predmetinin həmin şəxsin iqtisadi marağında olan real əmlakı olması mübahisəsizdir. İşin digər faktiki hallarından görünür ki, dövlət (Səbail rayon İcra Hakimiyyəti şəxsində) mənzilin yerləşdiyi bina və torpaq sahəsinin sökülməsi barədə sərəncam vermiş və Cavabdeh MMC həmin sərəncam əsasında binadakı mənzil sahiblərinin əksəriyyətini köçürmüş, binanın sökülməsi üçün real tədbirlər görmüşdür. Qeyd olunanlar, müdaxilənin varlığını şəksiz şəkildə sübut edir. Bununla belə, mülkiyyət hüququna (o cümlədən adı çəkilən fiziki şəxsin mülkiyyət hüququna) müdaxilənin mümkünlüyü Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 1-ci, Konstitusiyanın 29-cu, eləcə də Mənzil Məcəlləsinin 28-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normalarda xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə, cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mülkiyyət hüququnun məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü, qəza vəziyyətində ol an və bərpası mümkün olmayan binaların sakinlərinin köçürülməsi, dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququ açıqca təsbit olunmuşdur. Hazırkı işin hallarından görünür ki, “Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 29.06.2012-ci il tarixli, 392-İVQ nömrəli, Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04.09.2012-ci il tarixli, 695 nömrəli Fərmanının 18-ci bəndi əsasında qəbul edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə ” 25.02.2016-cı il tarixli, 86 nömrəli qərarına əsasən, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən... Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının,... bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi; mənzil fondunun yenilənməsi, sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması; qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaş ayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Səbail rayon İcra Hakimiyyəti Başçısının həmin qərar əsasında verdiyi 26 avqust 2016-cı il tarixli, 117 saylı sərəncamına əsasən, Səbail rayonu Bayıl qəsəbəsi ərazisində yerləşən, uzun müddətli istismar nəticəsində yararsız hala düşərək hazırda qəzalı vəziyyətdə olan X4 küçəsində yerləşən 74 saylı evin söküntüsü Cavabdeh MMC tərəfindən yerinə yetirilməlidir. Bundan əlavə, həmin kooperativə sahəsi 0,5 ha olan ərazi çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilmişdir. Sərəncamla həmçinin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması Cavabdeh MMC-nin vəsaiti hesabına həyata keçirilməlidir. Göründüyü kimi, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binalardakı şəxslərin mülkiyyət hüquqlarının əvəzi ödənilməklə məhdudlaşdırılması Nazirlər Kabinetinin qərarı və Səbail rayon İcra Hak imiyyətinin sərəncamı ilə yuxarıda qeyd olunan qaydada tənzimlənmişdir. Yəni, belə binaların sakinlərinin müvafiq kompensasiya müqabilində çıxarılmaları səlahiyyətli dövlət orqanlarının aktlarında nəzərdə tutulmuşdur. Dövlət orqanlarının qəbul etdiyi bu aktlarda söküntünün və mülkiyyətçilərə məxsus bina və ərazinin yenidən qurulması üçün şirkətlərə verilməsi abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qeyd edilən vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə izah edilir. Həmin binaların qəzalı və şəhərsalma normalarına cavab verməyən vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikin tidə X1 Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin aktı da mövcuddur. O da məlumdur ki, bu söküntü Bakı şəhərinin əksər rayonları, o cümlədən Səbail rayonu üzrə aparılmaqla on minlərlə şəxsin yaşadığı yüzlərlə bina və sahələri (təkcə Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 41 yaşayış binasını) əhatə edir. Beləliklə, söküntü və yenidən qurma tədbirlərinin yuxarı dövlət orqanlarının aktları əsasında aparılması, paytaxtın əksər rayonlarını və böyük sayda əhalisini əhatə etməsi, xüsusilə də qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binalarla bağlı olmaqla, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldiyi, belə binalarda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınmasına kömək edə biləcəyi nəzərə alındıqda, müdaxilənin cəmiyy ətin maraqlarına xidmət etməsi (ictimai mənafe üçün olması) qənaətinə gəlmək mümkündür. Bu da o deməkdir ki, baxılan işdə vətəndaşın mənzili üzərindəki mülkiyyət hüquqlarına müdaxilə qanuni məqsəd daşıyır. Məhkəmə fiziki şəxsin mülkiyyət hüququna müdaxilənin haqq qazandırıla bilən olubolmaması ilə bağlı bildirir ki, binanın məhdud işlək vəziyyətdə olması, bu vəziyyətdə dövlətin real tədbirlər görmək vəzifəsi, eləcə də mülkiyyətçilərin zərərinin tam qarşılanması üçün real təminatların nəzərdə tutulması müdaxiləni həm zəruri, həm də mütənasib edir. Belə ki, faktiki vəziyyətdə bu müdaxilənin edilməməsi dövlətin Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq üzərinə götürdüyü bir sıra pozitiv öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Çünki, Azərbaycan Respublikası, Avropa Konvensiyası na qoşulmuş tərəf kimi yurisdiksiyası altında olan şəxslərin yaşamaq, mülkiyyət və s. hüquqlarının pozulmaması üçün zəruri olan bütün tədbirləri vaxtında və tam şəkildə görmək öhdəliyini öz üzərinə götürmüşdür. Hazırkı işdə faktiki vəziyyət ondan ibarətdir ki, sakinin həyat və sağlamlığı, əmlakı real təhlükə altında olmuşdur. Çünki, onun mülkiyyətində olan mənzilin yerləşdiyi bina uzunmüddətli istismar nəticəsində məhdud işlək vəziyyətdə idi, mövcud tikinti norma və qaydalarına və mövcud şəhərsalma tələblərinə cavab vermirdi. Digər mənzil sahibləri ilə əldə olunan razılaşmalar nəticəsində aparılan söküntü işlərinin həmin vəziyyəti daha da pisləşdirdiyi nəinki istisna olunmur, hətta yüksək ehtimal daxilindədir. Digər tərəfdən Avropa Məhkəməsi baxdığı bir çox işdə mülkiyyətə müdaxilənin zəru ri (haqq qazandırılmalı və mütənasib) olduğunu təsbit etmək üçün cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilməsi məsələsinə vurğu edir. Ədalətli tarazlığı pozan vəziyyət dedikdə, mülkiyyətçinin məruz qaldığı məhdudiyyət yükünün ağırlığı nəzərə alınır. Bununla belə, hesab edir ki, əgər həmin məhdudiyyətin müddətlərinin azaldılması və zərərin əvəzinin ödənilməsi halları varsa müdaxilə qanuni sayıla bilər (Sporronq və Lonnrot İsveçə qarşı iş, 1986). Belə olan halda məhkəmə yuxarıda qeyd olunanları, o cümlədən hazırki qətnamə ilə İddiaçı ilə ona mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 küçəsi 74 üvanında yerləşən 1 saylı mənzilin əvəzinə həmin ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış b inasında 24 m2 sahəyə 20% əlavə edilməklə təmirli mənzil verilməsi barədə müqavilənin bağlanması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulmasını nəzərə alaraq bu qənaətə gəlir ki, İddiaçı adına olan Bakı şəhəri Səbail rayonu, Qurban Abbasov küçəsi 74 üvanında yerləşən 24.0 m2 sahəli 1 saylı mənzilinə olan mülkiyyət hüququna xitam verilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin iddia tələbinin kompensasiya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmənin 08.04.2019-cu il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və "xxxx" MMC-nin 29.05.2019-cu il tarixli, G-05/19-160 nömrəli rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 74 saylı evin, 1 saylı mənzili hazırki bazar qiyməti 27000 (iyirmi yeddi min) manat olaraq müəyyən edilmişdi r. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının həmçinin qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərlə uyğun yenilərinin tikilməsi və məhz qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qəbul edildiyini və həmin qərara əsasən, qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının tapşırılmasını da nəzər ə alaraq İddiaçı 27000 manat kompensasiya ödənilməklə onun Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 74 saylı evin, ümumi sahəsi 24 m2 ibarət 1 saylı mənzilinə olan mülkiyyət hüququna xitam verilməsini qanuni və ədalətli hesab etmir. Odur ki, iddiaçı Cavabdeh MMC-nin iddia tələbi bu hissədə təmin edilə bilməz. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.6, 28.7, 85-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı (eyni zamanda cavabdeh) İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iş üzrə onun iddasının təmin edilm əsi, digər iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnmədən narazı qalan cavabdeh (eyni zamanda iddiaçı) Cavabdeh MMC apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, İddiaçı idda tələbinni rədd edilməsi, eləcə də onun idda tələbinni tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Azad İmanov- sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Vahid Sadıqov) 2(103)-13462/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh (digər iş üzrə iddiaçı) Cavabdeh MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçının (digər iş üzrə cavabdeh) nümayəndəsi və vəkili Vək il1 apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-485/2019 saylı 16 iyul 2019-cu il tarixli qətnaməsinin Cavabdeh MMC-dən kirayə haqqının tutulması hissəsində dəyişdirilməsi, İddiaçı mülkiyyət hüququ əsasında məxsus olan E saylı mənzilin söküldüyü tarixdən yəni 2016-cı il noyabr ayından başlayaraq kirayə haqqının ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası ilk növbədə İddiaçı ilə Cavabdeh MMC arasında ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan və Cavabdeh MMC tərəfindən sökülmüş E saylı mənzilin əvəzinə yeni tikilən binadan yeni təmirli mənzilin verilməsinə dair müqavilənin bağlanması və kirayə haqqının 2016-cı il in noyabr ayından hesablanmaqla hər ay üçün 350 manat ödənilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, E saylı mənzilin əvəzinə Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 72-74 ünvanında Cavabdeh MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasında ümumilikdə sahəsi 24.0 kv/metr-dən ibarət ümumi sahəsinə 20% artıq sahə əlavə olmaqla İddiaçı təmirli mənzilin ayrılması barədə müqavilə bağlanması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması məqsədə müvafiqdir. Məhkəmə həmçinin haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016- cı il tarixli, 86 saylı qərarına əsasən, həmçinin qəzalı vəziyyətdə olan binaları sökərək, o nların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi də tapşırılmışdır. Odur ki, yeni çoxmərtəbəli yaşayış binası istifadəyə-təhvil verilənədək İddiaçı müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməsi üçün hər ay Bakı şəhəri, Səbail rayonu, E saylı mənzilə görə Cavabdeh MMCtərəfindən aylıq kirayə haqqı da ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin aylıq kirayə haqqının hansı tarixdən və hansı məbləğdə ödənilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə bağlı qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu,E saylı mənzil 24.0 kv/metr sahəli olmuş, yaşayış üçün tam yararlı olmamışdır. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mövcud ərazidə kirayə qiymətləri nəzərə alınmaqla mənzilə görə iddiaçıya ödənilməli olan kirayə haqqının aylıq 200 manat məbləğində müəyyən edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin aylıq kirayə haqqının qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq ödənilməsi barədə qənaəti isə əsaslı hesab edilə bilməz. Belə ki, iş materiallarında olan 09.06.2018-ci il tarixli müraciət məktubundan görünür ki, İddiaçı mülkiyyətçisi olduğu mənzilin Cavabdeh MMCtərəfindən sökülməsi məhz 2016 noyabr ayından söküldüyü qeyd olunur. Həmçinin Cavabdeh MMC həmin tarixi mübahisələndirməməklə yalnız söküntünün onlar tərəfindən apar ılmadığını irəli sürur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, yeni çoxmərtəbəli yaşayış binası istifadəyə-təhvil verilənədək İddiaçı müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməsi üçün hər ay Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi 74 üvanında yerləşən 24.0 kv/metr sahəli 1 saylı mənzilə görə aylıq 200 manat məbləğində kirayə haqqı mənzilin söküldüyü tarixdən yəni 2016-cı ilin noyabr ayından hesablanmalıdır. Məhkəmə kollegiyası həmçinin iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə, mənzilə olan mülkiyyət hüququna xitam verilməsi” tələbinə münasibət bildirərək qeyd edir ki, məhkəmə haqlı olaraq qeyd etmişdir ki, yuxarıda qeyd olunanları, o cümlədən hazırki qətnamə ilə İddiaçı ilə ona mülkiyyət hüququ əsasında məxsus o lan Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 küçəsi 74 üvanında yerləşən 1 saylı mənzilin əvəzinə həmin ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında 24 m2 sahəyə 20% əlavə edilməklə təmirli mənzil verilməsi barədə müqavilənin bağlanması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulmasını nəzərə alaraq bu qənaətə gəlmişdir ki, İddiaçı adına olan Bakı şəhəri Səbail rayonu, Qurban Abbasov küçəsi 74 üvanında yerləşən 24.0 m2 sahəli 1 saylı mənzilinə olan mülkiyyət hüququna xitam verilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin iddia tələbinin kompensasiya ödənilməsi hissəsinə münasibət bildirərək haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının həmçinin qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərlə uyğun yenilərinin tikilməsi və məhz qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qəbul edildiyini və həmin qərara əsasən, qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının tapşırılmasını da nəzərə alaraq İddiaçı 27000 manat kompensasiya ödənilməklə onun Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 74 saylı evin, ümumi sahəsi 24 m2 ibarət 1 saylı mənzilinə olan m ülkiyyət hüququna xitam verilməsini qanuni və ədalətli hesab etmir. Odur ki, iddiaçı Cavabdeh MMC-nin iddia tələbini həmin hissədə təmin edilə bilməz. Qətnamədən narazı qalan iddiaçı (eyni zamanda cavabdeh) İddiaçı kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kirayə haqqı məbləği və veriləcək mənzilin sahəsi ilə bağlı hissədə ləğv edilərək, mənzilin aylıq kirayə haqqınıhn 350 manat müəyyən edilməsi, mənzilin sahəsinin isə binanın layihəsində nəzərdə tutulmuş ən aşağı sahə olan 70 kv.mlik təmirli mənzil verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan cavabdeh (eyni zamanda iddiaçı) Cavabdeh MMC kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək İddiaçı iddiasının rədd edilməsi və Cavabdeh MMC-nin iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlqar Xələfovsədrlik edən və məruzəçi, Gündüz Quliyev, Zaur Əliyev) 2(102)-2629/2019 saylı, 01 iyul 2020-ci il tarixli qərarı ilə İddiaçı kasasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 13 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi, Cavabdeh MMC–nin kasasiya şikayəti təmin edilməməsi qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası mə hkəməsi İddiaçı sökülən mənzilinin müqabilində 24 kv.metr + 20 faiz ölçüdə mənzilin verilməsi və kirayə haqqı kimi 200 manatın ödənilməsi barədə qəbul edilmiş qətnaməni qanuni hesab edərkən mübahisənin düzgün və obyektiv həlli üçün mühüm əhəmiyyəti olan halları nəzərə almadan və onlara qiymət vermədən nəticəyə gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. Mübahisəli ərazidə yerləşən qəzalı evlərin sökülməsi üçün əsas olmuş Səbail Rayon İcra Hakimiyyəti başçısının 26 avqust 2016-cı il tarixli sərəncamının 2-ci bəndinə görə yaşayış sahələri sökülmüş sakinlərə tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması Cavabdeh MMC-nin vəsaiti hesabına həyata keçirilməlidir. Həmin sərəncamla birmənalı olaraq müəyyən olunmuşdur ki, sökülmüş tikililərin mü qabilində sakinlər orada tikiləcək yeni binada mənzillə təmin olunmalı və bu MMC-nin vəsaiti hesabına həyata keçirilməlidir. Sərəncamda sakinlərə əvvəllər mənsub olduqları ölçüdə və ya müəyyən faiz də artırılmaqla yaşayış sahəsinin verilməsi nəzərdə tutulmadığından onlar yalnız mənzillə təmin oluna bilərdilər. Lakin işdən görünür ki, İddiaçı həmin sərəncamın tələbinə uyğun olmayaraq əvvəlki mənzilinin ölçüsü həcmində və 20 faiz də artıq sahə əlavə olunmaqla yaşayış sahəsi verilmişdir. İddiaçı iddia ərizəsindən, izahatlarından və şikayətlərindən görünür ki, yeni tikilmiş binada ölçüsü ən aşağı olan mənzil 70 kv. metr təşkil edir. Belə olduqda, İddiaçı ölçüsü 24 kv. metr +20 faiz yaşayış sahəsinin ayrıca mənzil şəklində verilməsi qeyri-mümkündür. MMC-nin münasibəti isə aydın təsdiq edir ki, MMC İddiaçı 70 kv. metr ölçüdə mənzil vermək niyyətində deyildir. Belə olduqda, nəzərdə tutulmuş yaşayış sahəsinin hansı qaydada İddiaçı ayrılacağı anlaşılmazdır. İşdə yeni tikilən evin planı və layihəsi olmadığından, həmin evdə hansı ölçülü mənzillərin olmasını müəyyən etmək mümkün deyildir. İddiaçıya görə ərazidə yaşayan sakinlərin hamısının yaşayış sahəsinin ölçüsü cəmi 20-40 kv. metr təşkil etmiş, lakin MMC tərəfindən onlarla 70 kv. metr ölçüdə sahəsi olan yeni mənzillərə dair müqavilələr bağlanmışdır. Lakin işə baxan apelyasiya instansiyası məhkəməsi mübahisənin düzgün və obyektiv həlli üçün mühüm əhəmiyyətə malik olmasına baxmayaraq iddiaçının həmin dəlillərini yoxlamamış, onlara müvafiq hüquqi qiymət verməmişdir. İddiaçı söküntü aparılana qədər sahəsi az da olsa ayrıca mənzilə malik olduğu halda, hazırda həmin imkanını itirmişdir. Ona təklif olunan sahə (24 kv.metr+20 faiz) isə binada mövcud olduğu güman edilən ən aşağı sahəsi 70 kv. metr olan mənzilin yarısını belə təşkil etmir. Ondan artığını isə MMC, yuxarıda qeyd olunduğu kimi, iddiaçıya vermək niyyətində deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci maddəsinə görə sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən qanunun həmin normasına istinad etsə də, əslində həmin normanın məqsədl ərini təmin edən qətnamə qəbul etməmiş, son nəticədə iddiaçının mülkiyyət hüququ dolayısı şəkildə pozulmuşdur. Kollegiya hesab edir ki, qəbul edilmiş qətnamə ilə mübahisəli hüquq münasibətində müəyyənlik yaranmamış, pozulmuş hüquqların real bərpası təmin olunmamışdır. Yol verilmiş pozuntu mübahisənin bütövlükdə düzgün olmayan həllinə səbəb olduğundan, kollegiya hesab edir ki, qətnamə tam ləğv olunmalıdır. ç) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova- sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 2(103)-568/2021 saylı, 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh MMC-nin apelyasiya şikayətinin qismən təmin edilmə si, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-485/2019 saylı 16 iyul 2019-cu il tarixli qətnaməsinin qismən “İddiaçı ilə ona mülkiyyət hüququ əsasında məxsus olan E saylı mənzilin əvəzinə həmin ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında 24 m2 ümumi sahəyə 20% sahə əlavə edilməklə təmirli mənzilin verilməsi barədə müqavilənin bağlanması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması, habelə hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq yeni çoxmərtəbəli yaşayış binası istifadəyə-təhvil verilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşməsi üçün hər ay Esaylı mənzilə görə aylıq 200 (iki yüz) manat məbləğində kirayə haqqının Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin” hissəsində ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-yə qarşı “yeni mənzilə aid müqavilənin bağlan ması və kirayə haqqının ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı ilə ona mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 küçəsi 74 üvanında yerləşən ümumi sahəsi 24 kv.m-dən ibarət 1 saylı mənzilin əvəzinə həmin ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında, A girişində, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı (studiya) 26.58 kv.m ölçüdə təmirli mənzilin verilməsi barədə müqavilənin bağlanması vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulması, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2629/2020 saylı, 01 iyul 2020-ci il tarixli qərarı i lə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 13 noyabr 2019-cu il tarixli qətnaməsi tam ləğv edildiyindən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini hər iki apellyasiya şikayəti əsasında tam yoxlanmasını zəruri hesab edir. Belə ki, apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə yönəldilmişdir. Məhkəmə kollegiyası ilk növbədə İddiaçı ilə Cavabdeh MMC arasında ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan və "xxxx" MMC tərəfindən sökülmüş E saylı mənzilin əvəzinə yeni tikilən binadan yeni təmirli mənzilin verilməsinə dair müqavilənin bağlanması və kirayə haqqının 2016-cı ilin noyabr ayından hesablanmaqla hər ay üçün 350 manat ödənilməsi vəzif əsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, E saylı mənzilin əvəzinə Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 72-74 ünvanında Cavabdeh MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasında ümumilikdə sahəsi 24.0 kv/metr-dən ibarət ümumi sahəsinə 20% artıq sahə əlavə olmaqla İddiaçı təmirli mənzilin ayrılması barədə müqavilə bağlanması vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması məqsədə müvafiq hesab etsə də, adı keçən binada həmin ölçüdə mənzilin olmaması barədə Cavabdeh MMC-nin mövqeyini nəzərə almamışdır. Halbuki, qeyd edilən ölçüdə mənzilin mövcudluğu barədə iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. Bu da, mövcud qətnamənin gələcəkdə icrası nı mümkünsüz edir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, məhz qətnamədə qeyd edilən mənzilin mövcud olub-olmadığını müəyyənləşdirmək məqsədi ilə, Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 72-74 ünvanında Cavabdeh MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli binaya kollegiya tərəfindən yerli baxış keçirilmiş, yerli baxış zamanı Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 küçəsi 74 üvanında yerləşən çoxmərtəbəli yaşayış binasının, A girişində, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı (studiya), sahəsi 26.58 kv.m ölçüdə mənzilin mövcud olduğu müəyyən edilmişdir. Göründüyü kimi, mübahisənin əsas hissəsini təşkil edən Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 72-74 ünvanında Cavabdeh MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış binasının, A girişində, 4-cü mərtəbəsində yerləşə n 1 otaqlı (studiya), sahəsi 26.58 kv.m ölçüdə olması gələcəkdə çıxarılacaq qətnamənin icrasını mümkün edir. Kollegiya birinci instansiya məhkəməsinin “odur ki, yeni çoxmərtəbəli yaşayış binası istifadəyə-təhvil verilənədək İddiaçı müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməsi üçün hər ay Bakı şəhəri, Səbail rayonu, E saylı mənzilə görə Cavabdeh MMC tərəfindən aylıq kirayə haqqı da ödənilməlidir” mövqeyini haqlı hesab etmir. Belə ki, istər keçirilən məhkəmə iclasları zamanı, istərsə də yerli baxış zamanı iddiaçı tərəf ifadələrində Səbail rayonu,E saylı mənzilində yaşayışın olmadığını, mənzilin dam örtüyünün uçuq olduğunu bildirmişdir. Bu da, onu deməyə əsas verir ki, iddiaçının başqa yaşayış yeri olduğu halda, eyni zamanda mülkiyyətində olmuş mənzil sökülməmişdən əvvəl həmin mən zildə yaşamaması ona kirayə pulu verilməsini istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin aylıq kirayə haqqının müəyyən edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası həmçinin iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə, mənzilə olan mülkiyyət hüququna xitam verilməsi” tələbinə münasibət bildirərək qeyd edir ki, hazırki qətnamə ilə İddiaçı ilə ona mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 küçəsi 74 üvanında yerləşən ümumi sahəsi 24 kv.m-dən ibarət 1 saylı mənzilin əvəzinə həmin ünvanda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında, A girişində, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı (studiya) 26.58 kv.m ölçüdə təmirli mənzil verilməsi barədə müqavilənin bağlanması vəzi fəsinin Cavabdeh MMC-nin üzərinə qoyulmalı olduğu halda, birinci instansiya məhkəməsinin “İddiaçı adına olan Bakı şəhəri Səbail rayonu, Qurban Abbasov küçəsi 74 üvanında yerləşən 24.0 m2 sahəli 1 saylı mənzilinə olan mülkiyyət hüququna xitam verilməsi” barədə qənaətini məqsədə müvafiq hesab edir. Kollegiya həmçinin iddia tələbinin kompensasiya ödənilməsi hissəsinə münasibət bildirərək haqlı olaraq qeyd etmişdir ki, məhkəmənin 08.04.2019-cu il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və "xxxx" MMC-nin 29.05.2019-cu il tarixli, G05/19-160 nömrəli rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 74 saylı evin, 1 saylı mənzili hazırki bazar qiyməti 27000 (iyirmi yeddi min) manat olaraq müəyyən edilmişdir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, Azər baycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının həmçinin qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərlə uyğun yenilərinin tikilməsi və məhz qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qəbul edildiyini və həmin qərara əsasən, qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının tapşırılmasını da nəzərə alaraq İddiaç ı 27000 manat kompensasiya ödənilməklə onun Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 74 saylı evin, ümumi sahəsi 24 m2 ibarət 1 saylı mənzilinə olan mülkiyyət hüququna xitam verilməsini qanuni və ədalətli hesab etmir. Odur ki, iddiaçı Cavabdeh MMC-nin iddia tələbini həmin hissədə təmin edilə bilməz Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (eyni zamanda cavabdeh) İddiaçı (vəkili Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək onun iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə kollegiyası qətnaməsini əsaslandırmaq üçün Azərbavvan Respublikası Mülk i Prosessual Məcəlləsinin 372, 217, 384 və 385. 420-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 675-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28 və 85-ci maddələrinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə. “ Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında ” 29.06.2012-ci il tarixli, 392-İVQ nömrəli Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04.09.2012-ci il tarixli 695 nömrəli Fərmanının 18-ci bəndinə istinad etmişdir. Məhkəmə kollegiyası istinad etdiyi qanun normalarını ancaq Cavabdeh MMC-nin xeyrinə, iddiaçının hüquqlarının məhdudla şdırılması istiqamətində şərh etmiş, məsələyə qeyri-obyektiv və qərəzli yanaşmışdır. Mülki işin materialları ilə iddiaçının mülkiyyət hüquqlarının cavabdeh "xxxx" MMC tərəfindən kobud şəkildə pozulduğu sübut olunsa da. məhkəmə kollegiyası tərəfindən bütün bu hüquq pozuntularına göz yumulmuş və iddiaçının hüquqlarını məhdudlaşdıran qətnamə qəbul olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarına və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının 26 avqust 2016-cı il tarixli 117 saylı Sərəncamına istinad etsə də, həmin sənədlərdən iddiaçının hüquqlarının məhdudlaşdırılması üçün istifadə etmişdir. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının 26 avqust 2016- cı il tarixli 117 saylı Sərəncamının 2-ci bən dində göstərilir ki, "Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması “ EİERMES-S " MMC-nin vəsaiti hesabına həyata keçirilməlidir”. Sərəncamdan göründüyü kimi razılaşdırmadan vətəndaşların evlərinin sökülməsi və onlara kirayə haqqının verilməsindən imtina edilməsi nəzərdə tutulmamışdır. İş materialları ilə sübut olunmuşdur ki, iddiaçının mənzili cavabdeh tərəfindən icazəsiz özbaşına sökülmüşdür. Vətəndaşların mənzildə yaşayıbyaşamama sından asılı olmayaraq sökülən mənzillərin sahiblərinə kirayə haqqının verilməsi və kirayə haqqının ödənilməsinin Cavabdeh MMC-nin vəsaiti hesabına həyata keçirilməsi sərəncamda nəzərdə tutulmuşdur. Göründüyü kimi məhkəmə kollegiyasının mənzil sahibinin evdə yaşamamasına əsaslanaraq kirayə haqqının ödənilməsdən imtina edilməsi barədə gəldiyi nəticə əsassızdır, Nazirlər Kabinetinin qərarına və İcra Hakimiyyətinin sərəncamına ziddir. Cavabdeh MMC kirayə haqqının ödənilməsindən bir də ona görə imtina edə bilməz ki, İddiaçı ünvanladığı 04 oktyabr 2016-cı il tarixli 16/16 saylı məktubunda 1 ay müddətində kirayə mənzilin tapılmasının təmin edilməsini tələb etmişdir. Cavabdeh həmin vaxt iddiaçının həmin mənzildə yaşamadığını bilmişdir. Məhkəmə kollegiyasının iddiaçıya 1 ( bir ) otaqlı studiya tip li mənzilin verilməsi barədə gəldiyi nəticə də qanunvericiliyin tələblərinin pozulmasıdır. Məhkəmə kollegiyası tərəfindən iddiaçıya verilməsi nəzərdə tutulan 1 otaqlı ( studiya ) ümumi sahəsi 26.58 kv.metr ölçüdə olan mənzil birbaşa mənzil hüququnun obyektləri barədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə inşa olunmuş mənzildir. Qanunvericilikdə studiya tipli mənzil nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası tərəfindən binaya yerli baxış keçirildikdən sonra onlar 15 fevral 2021-ci il tarixdə məhkəmə kollegiyasına vəsatət verərək, bizə göstərilən mənzillərin birbaşa mənzil hüququnun obyektləri barədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə inşa olunmasını göstərmişlər. Lakin məhkəmə kollegiyası tərəfindən vəsatətə baxılmamış və həmin vəsastət qətnamədə öz əksini tapmamışdır. Qanunvericiliyin tələbinə görə, yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Göründüyü kimi məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12 və 13-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarında göstərilir ki, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sö külərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edir. Məhkəmə kollegiyası tərəfindən göstərilən qərarın tələbləri də pozulmuşdur. Qərarda söküləcək binaların yerində müasir tələblərə uyğun yenilərinin tikilməsindən başqa, həm də qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması vəzifəsi qoyulmuşdur. Mənzil-məişət şəraitinin yaxşılaşdırılması isə İcra Hakimiyyətinin üzərinə həm də mənzil sahibinin ailəsinin yaşaması üçün münasib mənzil verilməsini nəzərdə tutur. Odur ki, hesab edir ki, iddia tələbi təmin edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkə məyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı (eyni zamanda cavabdeh) İddiaçı və cavabdeh (eyni zamanda iddiaçı) Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı (eyni zamanda cavabdeh) İddiaçı vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikas ının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxı lmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfin dən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı (eyni zamanda cavabdeh) İddiaçı tərəfindən onun iddia tələbi üzrə mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının həmin iddia üzrə ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı onun iddia tələbi üzrə mübahisələndirilən hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 16 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası işin hallarını tam, araşdırmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Çünki iş materillarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərlə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı şəhərinin digər rayonları ilə yanaşı, həmçinin Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 53 5 mənzildən ibarət 41 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyriyaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə o lan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının “Qəzalı vəziyyətdə olan binanın sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” 26 avqust 2016-cı il tarixli, 117 saylı Sərəncamından görünür ki, "Bakı şəhərinin rayonlarında, o cümlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə d air əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 saylı qərarının və "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin 6.8 maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin, "Azərdövləttikintilayihə" Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 8 ünvanlarında yerləşən 1-4 mərtəbəli yaşayış binalarının uzun müddətli istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olması barədə tərtib olunmuş 25 may 2016-cı il tarixli aktını ”HERMES-S” MMC-nin 08 aprel 2016-cı il tarixli, 02/16 saylı müraciətini nəzərə alaraq aşağıdakılar qərara alınmışdır:
1. Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yerləşən, uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan Səbail rayon Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 72,74,76,76A ünvanlarda yerləşən 1-3 mərtəbəli yaşayış binalarının söküntüsü ”HERMES-S” MMC tərəfindən yerinə yetirilsin və həmin cəmiyyətə torpaq sahəsi 0.5 ha olan ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisinə icazə verilsin.
2. Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması ”HERMES-S” MMC-nin vəsaiti hesabına həyata keçirilsin. İşd ə olan Cavabdeh MMC-nin direktorunun İddiaçı ünvanladığı 04.10.2016-cı il tarixli, 16/16 nömrəli məktubundan görünür ki, Bakı şəhərinin rayonlarında, o cümlədən Səbail rayonunun sosial inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2016-cı il tarixli 86 saylı qərarınının icrasıyla bağlı, Səbail RİH-nin 117 nömrəli 26 avqust 2016-ci il tarixli sərəncamına əsasən, Bayıl qəsəbəsində uzun müddətli istismar nəticəsində yararsız hala düşərək, hazırda qəzalı vəziyyətdə olan Qurban Abbasov küçəsi 74 ünvanında yerləşən yaşayış binalarının söküntüsü ”Hermes-S" MMC tərəfindən həyata keçiriləcəkdir. Yaxın müddətdə qeyd edilən ünvanda sahəsi 0,5 hektar olan ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisi başlan acaqdır.Qanunvericiliyin tələblərinə uyğun olaraq yeni yaşayış binası tikilənədək, sözügedən binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi (vəsaitin ödənilməsi ilə bağlı sakinlərlə müqavilə bağlanacaqdır) və həmin sakinlərə sökülmüş tikililərin əvəzində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada təmirli mənzillərin verilməsi "xxxx" MMC-nin vəsaiti hesabına həyata keçiriləcəkdir. Tikinti və təmir işləri başa çatdıqdan sonra sakinlər istismar müddəti başa çatmış, yararsız mənzillərin əvəzinə yeni mənzillərə təmin ediləcəklər.Qeyd olunanları nəzərə alaraq İddiaçı bildirişi aldığı tarixdən 1 (bir) ay müddətində kirayə mənzilin tapılmasını və yaşadığı mənzilin boşaldılmasını təmin etməsi və hər hansı bir məlum at üçün "xxxx" MMC-nin əlaqə nömrələri vasitəsi ilə müraciət etməsi təklif edilmişdir. Lakin işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası qeyd etmişdir ki, qətnamədə qeyd edilən mənzilin mövcud olub-olmadığını müəyyənləşdirmək məqsədi ilə, Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 72-74 ünvanında Cavabdeh MMC tərəfindən inşa olunmuş çoxmərtəbəli binaya kollegiya tərəfindən yerli baxış keçirilmiş, yerli baxış zamanı Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 küçəsi 74 üvanında yerləşən çoxmərtəbəli yaşayış binasının, A girişində, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı (studiya), sahəsi 26.58 kv.m ölçüdə mənzilin mövcud olduğu müəyyən edilmişdir. Göründüyü kimi, mübahisənin əsas hissəsini təşkil edən Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, X4 72-74 ünvanında Cavabdeh MMC tərəfində n inşa olunmuş çoxmərtəbəli yaşayış binasının, A girişində, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı (studiya), sahəsi 26.58 kv.m ölçüdə olması gələcəkdə çıxarılacaq qətnamənin icrasını mümkün edir. Apelyasiya kollegiyasının qeyd edilən mövqeyi yuxarıda sadalanan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının “Qəzalı vəziyyətdə olan binanın sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” 26 avqust 2016-cı il tarixli, 117 saylı Sərəncamı və hətta Cavabdeh MMC-nin direktorunun İddiaçı ünvanladığı 04.10.2016-cı il tarixli, 16/16 nömrəli məktubunun ilə ziddiyyət təşkil etməkdədir. Belə ki, Nazirlər Kabinetinin Qərarı əsasında İcra Hakim iyyətinin sərəncamı ilə iddiaçının mülkiyyətində olan mənzilin binanın söküntüsü Cavabdeh MMC-yə həvalə edilib həmin ərazidə yeni çoxmərtəbəli binanın tikintisinə icazə verilərkən sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasının ”HERMES-S” MMC-nin vəsaiti hesabına həyata keçirilməsi tapşırılmışdır. Apelyasiya kollegiyası isə həmin binaya baxış keçirməklə MMC tərəfindən iddiaçıya 1 otaqlı studiya verilməsi qənaətinə gəlməklə Mənzil Məcəlləsinin yaşayış sahəsi mənzillə bağlı tələblərini, dolayısı ilə iddiaçının mülkiyyət hüquqlarını pozmuş, həmçinin nəzərə almamışdır ki, Nazirlər Kabinetinin müvafiq qərarında və həmin Qərar əsasında verilmiş İcra Hakimiyyətinin sərəncamında sakinlərə MMC tərəfindən tikiləcək çoxmərtəbəli binada studiya deyil, mənzil ayrılması nəzərdə tutulmuş, Nazirlər Kabinetinin Qərarında qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması birbaşa göstərilmişdir. İddiaçıya studiya verilməsi isə onun mənzil-məişət şəraitinin yaxşılaşdırılması və Nazirlər Kabinetinin adşçəkilən Qərarının məqsədinə nail olunması hesab edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarında göstərilir ki, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil- məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.3-cü maddəsinə əsasən, yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra — tələblərə) cavab verən ) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 12.5-ci maddəsinə əsasən, yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin ( balkon və ya eyvanlar istisna olmaqla ) sahəsi daxil olmaqla həmin yaşayış sa həsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Həmin Məcəllənin 85-ci maddəsinə görə sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Həmçinin bununla yanaşı qeyd edilməlidir ki, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası iddiaçıya kirayə haqqının ödəilməsi ilə bağlı hissədə iddia tələbinin təmin etməməklə də işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarında və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının “Qəzalı vəziyyətdə olan binanın sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” 26 avqust 2016-cı il tarixli, 117 saylı Sərəncamının 3-cü bəndində binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi konkret olaraq göstərilmişdir. Apelyasiya kollegiyası isə iddia tələbini bu hissədə “Səbail rayonu,E saylı mənzilində yaşayışın olmadığını, mənzilin dam örtüyünün uçuq olduğunu bildirmişdir. Bu da, onu deməyə əsas verir ki, iddiaçının başqa yaşayış yeri olduğu halda, eyni zamanda mülkiyyətində olmuş mənzil sökülməmişdən əvvəl həmin mənzildə yaşamaması ona kirayə pulu verilməsini istisna edir” kimi münasibət bildirərək təmin etməməklə iddiaçının mülkiyyəti ilə bağlı hüquqlarını və mənzili şəraitinin yaxşılaşdırılmasına xidmət edən yuxarıda sadalanmış normativ aktların (Nazirlər Kabineti, İcra Hakimiyyəti) kirayə pulunun verilməsi ilə bağlı tələblərini pozmuşdur. Göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, mə hkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməmə si”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin hallarının və işdə olan sübutların tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-568/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə g öndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (eyni zamanda cavabdeh) İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-568/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.