Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4522/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi) 20.12.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-662/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavab deh İddiaçı müxtəlif vaxtlarda məişət əşyaları və borc pul götürmüşdür. Göstərilən hallara dair qəbzlər verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 15050 manat məbləğində borc pulun və əldən çıxmış fayda olaraq 5000 manat məbləğində pulun, cəmi 20050 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh müxtəlif vaxtlarda ondan nisyə olaraq 3950 manat dəyərində mebel, 3000 manat dəyərində ev əşyaları, həmçinin ayrı-ayrılıqda 3800 manat və 4300 manat borc pul almışdır. Hazırda cavabdehin ona ümumilikdə 15050 manat borcu vardır. O şəhid ailəsidir, əri 1993-cü ildə Qubadlı rayonu uğrunda gedən döyüşlərdə şə hid olmuşdur. Dəfələrlə cavabdehdən borclu olduğu pulu qaytarmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Həmçinin əlavə olaraq 5000 manat məbləğində pulu əldən çıxmış fayda kimi tələb edir.
4. Cavabdeh xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iddianı qismən qəbul etmiş, izahatında göstərmişdir ki, İddiaçı yaxından tanımışdır. Son illər ondan ayrı-ayrı vaxtlarda mebel, ev əşyaları və pullar almışdır. Beləliklə İddiaçı cəmi 13450 manat borcu yaranmışdır. Həmin məbləğdən 4660 manatını İddiaçı ödəmiş, qalan məbləği isə imkanı olmadığından ödəyə bilməmişdir. İddiaçı 13450 manat dəyərində götürdüyü mebel, ev əşyaları və nəğd pul barədə sənədlər yazıb vermiş, lakin onun vermiş olduğu sə nədin birində “ 15.X.2019. əlavə olaraq Rənadan 1000 manat borc aldım.” sözləri, digər sənəddə olan “+100 manat” sözləri sonradan yazılıb onun verdiyi sənədlərə əlavə edilmiş, həmçinin digər sənəd olan “34050” rəqəmindəki “4” rəqəmi sonradan “9” rəqəmi kimi düzəldilmişdir. On görə də həmin düzəlişlərin edilməsinin aydınlaşdırılması məqsədilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə tərəfindən mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 yanvar 2022-ci il tarixli 4/1850- 5/1454 nömrəli rəyindən göstərilir: Tədqiqata təqdim edilmiş 2(053)-749/2021 nömrəli cildin 10-cu səhifəsinə tikilmiş ərizənin üzərində olan "39050” rəqəmlərindəki "9" rəqə minin yerində "4" rəqəmi olmuş, sonradan əlavə cizgiler artırılmaqla indiki rəqəmə dəyişdirilmişdir. Təqdim edilmiş 2(053)-749/2021 nömrəli cildin 12-ci səhifəsinə tikilmiş ərizədəki "+100 manat” sözü sonradan kağız üzərinə əlavə edilmişdir. Təqdim edilmiş 2(053)-749/2021 nömrəli cildin 13-cü səhifəsinə tikilmiş ərizənin üzərində olan “15.X.2019 əlavə olaraq Rənadan 1000 manat borc aldım" cümləsində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, üstdən düzəliş etmə, kimyəvi üsulla silmə, sonradan əlavə etmə və s.) müəyyən edilmədi. Məhkəmə - xətşünaslıq ekspertizası üzrə:
1. Ekspertizaya təqdim edilmiş, mülki işin 12-ci vərəqində olan ərizədə "Barc Aldım" yazıları qarşısındakı "4200 manat + 100 manat”, cəmi yazısının qarşısındakı "4300 man." yazıları və ərizənin sonudakı "Tel. 070322 2 7-74 rəqəmli yazılar öz aralarında - Eyni bir Şəxs tərəfindən icra olunmuşdur. 2.1 Ekspertizaya təqdim edilmiş mülki işin 12-ci vərəqində olan ərizədəki yazılar ilə həmin ərizədə olan "Barc Aldım” yazıları qarşısındakı "4200 manat + 100 manat", "cəmi:" yazısının qarşısındakı “4300 man.” yazıları və ərizənin sonundakı "Tel: *** *** ** **" rəqəmli yazıları öz aralarında - Müxtəlif Şəxslər tərəfindən icra olunmuşdur. 2.2 Ekspertizaya təqdim edilmiş mülki işin 13-cü vərəqində "ƏRZƏ X7..." sözləri ilə başlayıb, "...oktyabir 2019" sözləri ilə bitən yazılar ilə həmin ərizədə “15.X.2019 əlavə olaraq Rənadan 1000 manat borc aldım." yazılar öz aralarında - Müxtəlif Şəxslər tərəfindən icra olunmuşdur.
7. Neftçala Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(053)-24/2022 saylı qətnaməsi ilə (hakim Əli Tağıyev) iddia qismən təmin edilərək, Cavabdeh 14950 manat məbləğində pul alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 162 manat pulun 81 manatı İddiaçı, 81 manatı Cavabdeh alınıb X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** SWFT BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməsi qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, məhkəmə baxış iclasında tədqiq edilmiş sübutlardan və işdə olan qəbzlərdən görünür ki, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda məişət əşyaları və borc pul götürmüşdür. Cavabdehin özünün də etiraf etdiyi kimi 13450 man at borcu yaranmışdır.
9. Məhkəmə mövqeyini əsaslandırarkən ekspert rəyinə istinad etmiş (§ 6) və qeyd etmişdir ki, cavabdeh borclu olduğu puldan 4460 manatı iddiaçıya qaytarmasını göstərsə də, həmin halları təsdiq edən heç bir sübutu məhkəmə təqdim etməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, istər iş materialları ilə, istərsə də İddiaçı məhkəmə iclasında verdiyi izahatla iddia tələbinin əldən çıxmış 5000 manat gəlirin ödənilməsinə dair hissədə əsaslı olması sübuta yetməmişdir.İddiaçı məhkəməyə əldən çıxmış gəlirin məhz nəyə görə 5000 manat qiymətləndirilməsinə dair hər hansı sübut təqdim edə bilmədi.Ona görə də məhkəmə bunu əsassız hesab edərək, iddia tələbinin həmin hissədə təmin edilməsini məqsədə müvafiq hedsab etməmişdir.
11. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 2 1.2, 386.1, 739.1, 740.1, 740.2, 1096-cı maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya olan borcu barədə tərtib edilmiş sənəddə İddiaçı tərəfindən aşkar şəkildə, özünün xeyrinə düzəlişlər edilmişdir. Həmin sənəddə boş olan yerdə 1000 manat və digər boş qalan yerdə isə 100 manat əlavə borcunun olduğu yazılmışdır. Həmçinin əsas borc məbləği olan 13.450 manat sözündə “4” rəqəmi sonradan “9”rəqəmi olaraq dəyişdirilmişdir. İddiaçı ona ödədiyi 4.660 manat pul vəsaitini etiraf etməməklə, aralarında tərtib edilmiş s ənədə qanunsuz müdaxilə edərək 1000 manat, əlavə olaraq 100 manat və əsas borc məbləği olan 13.450 manat sözündə "4” rəqəmini sonradan “9” rəqəmi edərək 500 manat, ümumilikdə 6260 manatı əsassız olaraq əldə etməyə çalışır. Məhkəmə isə bütün bunları aydınlaşdırmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş saxta sənədlər, iddia tələbinin təmini üçün yetərli sübutların olmaması və təkrar ekspertiza tələb olduğu halda bunların edilməməsi tələbin sübut edilməməsinə əsasdır. İddiaçı ona satdığı eyni əşyaların tələbi barədə bacısı X2 qarşı da iddia irəli sürmüş və Xəzər Rayon Məhkəməsi onun iddia tələbini təmin etmişdir. O hətta həmin məhkəmə iclasında iştirak etmişdir. Neftçala Rayon Məhkəmə iclasında cəmi bir dəfə iştirak etmiş, sənədlərdə saxtakarlıq edilməsi və ekspertiza keçirilməsi barədə m övqe bildirmişdir. Lakin sonradan ona məhkəmə iclası barədə heç bir məlumat verilməmişdir. Məhz bu səbəblərdən və həm də savadsızlığına görə məhkəmə qətnaməsi barədə Neftçala Rayon Məhkəməsinə məlumat verə bilməmişdir. O həmçinin öncədən bilə bilməzdi ki, məhkəmə eyni bir əşya barədə iki şəxsə qarşı iddianı təmin edə bilər.
14. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.
15. Etirazda bildirilmişdir ki, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh prosessual müddəti qəsdən və üzrsüz səbəblərdən ötürmüşdür. Lakin məhkəmə onun prosessual müddətini əsassız və üzrsüz olmasına baxmayaraq bərpa etmişdir. Neftçala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(053)-24/2022 saylı qətnaməsi ilə onun iddiasının haqlı olması təsdiq olunmuş və 20050 manat pul tələbinin 149 50 manat hissəsini təmin etmiş, qalan hissədə təmin edilməmişdir. Hal-hazırda cavabdeh əsassız şəkildə apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsini tələb etmişdir. Lakin onun bu şikayəti əsassızdır. Belə ki, cavabdehin şikayətindəki işin hallar hissəsi tamamilə qondarma və əsassızdır. Xəzər rayon Məhkəməsində olan iş cavabdehin maraqlarına toxunmur və ona aidiyyəti yoxdur, yəni ki, cavabdeh həmin qətnaməyə əsaslana bilməz. Borcun isə təsdiqini tapması elə cavabdehin özü tərəfindən məhkəmə zamanı yazılmış ərizələrdən görünür. Belə olduğu halda, məhkəmə cavabdehin etiraflarını və mübahisə ilə bağlı digər sübutları əsas götürərək qərar çıxarmışdır. Lakin cavabdeh bir başa Azərbaycan Dövlətinin adından çıxarılan və Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanan bu qətna məni və prosessual hərəkətlərin qeyri-qanuni olmasını israrla müdafiə edir və bildirir, bu isə ağlabatan deyildir. Həmçinin o, şəhid ailəsidir, dövlət şəhid ailələrinə göstərdiyi qayğıya baxmayaraq, bəzi belə cəmiyyətin dələduz fərdləri öz pis əməllərindən əl çəkmir, hətta artıq onlar kimi insanları da, aldatmaqdan utanmırlar.
16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-662/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi) Tale Kərimov və Pərviz Əhmədov) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş,Neftçala Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(053)-24/2022 saylı qətnaməsinin borc məbləğinin tutulması hissəsində dəyişdirilməsi və həmin borc məbləğinin 13450 (on üç min dörd yüz əlli) manat müəyyən edil məsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir.
18. Məhkəmə baxış iclasında tədqiq edilmiş və işdə olan qəbzlərdən görünür ki, Cavabdeh İddiaçı müxtəlif vaxtlarda məişət əşyaları və borc pul götürmüşdür.
19. Məhkəmə baxış iclasında tədqiq edilmiş və işdə olan Cavabdeh xx.xx.2021-ci il tarxdə özünün xətti ilə yazdığı ərizəsindən görünür ki, onun İddiaçı 13450 manat borcunun olmasını etiraf etmişdir. Həmçinin o həmin borcdan iddiaçıya 4660 manat pul ödəniş etdiy ini bildirmişdir.
20. Məhkəmə baxış iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 yanvar 2022-ci il tarixli 4/18505/1454 nömrəli rəyindən görünür ki,
1. Tədqiqata təqdim edilmiş 2(053)-749/2021 nömrəli cildin 10-cu səhifəsina tikilmiş ərizənin üzərində olan "39050” rəqəmlərindəki "9" rəqəminin yerinde "4" rəqəmi olmuş, sonradan əlavə cizgiler artırılmaqla indiki rəqəmə dəyişdirilmişdir.
2. Təqdim edilmiş 2(053)-749/2021 nömrəli cildin 12-ci səhifəsinə tikilmiş ərizədəki "+100 manat” sözü sonradan kağız üzərinə əlavə edilmişdir.
3. Təqdim edilmiş 2(053)-749/2021 nömrəli cildin 13-cü səhifəsinə tikilmiş ərizənin üzərində olan “15.X.2019 əlavə olaraq Rənadan 1000 manat borc aldım" cümləsində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, üstdən düzəliş etmə, kimyəvi üsulla silmə, sonradan əlavə etmə və s.) müəyyən edilmədi. Məhkəmə - xətşünaslıq ekspertizası üzrə:
1. Ekspertizaya təqdim edilmiş, mülki işin 12-ci vərəqində olan ərizədə "Barc Aldım" yazıları qarşısındakı "4200 manat + 100 manat”, cəmi yazısının qarşısındakı "4300 man." yazıları və ərizənin sonudaki "Tel. 070322 27-74 rəqəmli yazılar öz aralarında - Eyni bir Şexs tərəfindən icra olunmuşdur. 2.1 Ekspertizaya təqdim edilmiş mülki işin 12-ci vərəqində olan ərizədəki yazılar ilə həmin ərizədə olan "Barc Aldım” yazıları qarşısındakı "4200 manat + 100 manat", "cəmi:" yazısının qarşısındakı “4300 man.” yazıları və ərizənin sonudakı "Tel: *** *** ** **" rəqəmli yazıları öz aralarında - Müxtəlif Şəxslər tərəfindən icra olunmuşdur. 2.2 Ekspertizaya təqd im edilmiş mülki işin 13-cü vərəqində "ƏRZƏ X7..." sözləri ilə başlayıb, "...oktyabir 2019" sözləri ilə bitən yazılar ilə həmin ərizədə “15.X.2019 əlavə olaraq Rənadan 1000 manat borc aldım." yazılar öz aralarında - Müxtəlif Şəxslər tərəfindən icra olunmuşdur.
21. Məhkəmə baxış iclasında tədqiq edilmiş və işdə olan X4, Veteranları və X8 Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarxli ŞA № 017099 saylı vəziqənin surətindən görünür ki, İddiaçı Şəhid ailəsi statusu almışdır.
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti üzrə işin faktiki halları düzgün müəyyən edilsə də, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi mahiyyət etibarı ilə hissəvi düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla cavabdehin apell yasiya şikayəti qismən təmin olunaraq qətnamənin borc məbləğinin tutulması hissəsində dəyişdirilməli və həmin borc məbləği 13450 manat müəyyən edilməlidir.
23. Belə ki, cavabdeh məhkəmə iclasında yazılı ərizə yazaraq iddiaçıya 13450 manat borcunun olmasını etiraf etmişdir. O, həmin ərizədə həmçinin qeyd etmişdir ki, 13450 manat borcdan iddiaçıya 4660 manat ödəniş etmişdir. Lakin o, məhkəməyə 4660 manat pulun iddiaçıya ödənilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir.
24. Bundan başqa məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı 14950 manat həddində təmin edərkən hansı sübutlara istinad etməsini əsaslandırmamışdır. Ümumiyyətlə qətnamədən məhkəmənin hansı əsasla 14950 manat pulun tutulması qənaətinə gəlməsi anlaşılan deyil.
25. Həmçinin məhkəmə işdə olan və vaxtı ilə cava bdeh tərəfindən yazılması bildirilən qəbzləri sübut kimi qəbul etməmişdir. Çünki, ekspertiza nəticəsində müəyyən edilmişdir ki, həmin qəbzlərdə düzəlişlər edilib. Belə olan halda həmin qəbzlərin mötəbərliyi şübhə doğurur.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 14.1, 14.2.1, 385.1, 386.1, 442, 448.1, 739.1, 740, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1, 14.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh kassasiya şikayəti verərək (vəkil Nümayəndə) Şirvan Apellyasiya Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(106)-662/2023-saylı qətnaməsini ləğv edib işə yenidən baxılması üçün apellyasiya instansiyasına qayt arılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh dəfələrlə məhkəmədə bildirmişdir ki, 13.450 manat borcdan 4.660 manat pul vəsaitini iddiaçıya hissə-hissə ödəmişdir. Bununla bağlı cədvəl tərtib edilmiş və aylıq ödənişlər imza edilməklə iddiaçının bacısı X1 yanında ödənişlər edilib. Lakin, iddiaçı bütün bunları inkar etmişdir. Amma iş materiallarında həmin cədvəldə ödəmələr qeyd edilib. Hətta bununla ekspertza da təyin edilmişdir. Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin 388-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün fakti ki hallar aydınlaşdırılmamış hesab edilir.Lakin, həmin instansiyada sözügedən məsələyə hüquqi qiymət verilməmişdir.
29. Tərəflər arasında tərtib edilmiş sənəddə İddiaçı tərəfindən aşkar şəkildə özünün xeyrinə düzəlişlər edilmişdir. Həmin sənəddə boş olan yerdə 1000 manat və digər boş qalan yerdə isə 100 manat əlavə borcun olduğu yazılmışdır. Həmçinin əsas borc məbləği olan 13.450 manat sözündə “4” rəqəmi sonradan “9” rəqəmi olaraq dəyişdirilmişdir. İddiaçıya ödənilən 4.660 manat pul vəsaiti etiraf edilməməklə yanaşı, tərtib edilmiş sənədə qanunsuz müdaxilə edilərək 1000 manat, əlavə olaraq 100 manat və əsas borc məbləği olan 13.450 manat sözündə “4” rəqəmini sonradan “9” rəqəmi edərək əsassız olaraq varlanmış hesab olunur.
30. Bundan başqa cavabdeh birinci instansiya məhkəməsində ekspert iza mərkəzinin verdiyi rəylə razı olmamış və təkrar ekspertiza keçirilməsi xahiş olunsa da buna münsibət bildirilməmişdir. Ümumiyyətlə məhkəmə iclasında təqdim olunan sübutlar lazımı qaydada tədqiq olunmamışdır.
31. Ən vacibi isə iddiaçı iki ayrı məhkəmədə iki şəxsə qarşı eyni tələbi irəli sürmüş və onun xeyrinə qətnamə qəbul olunmuşdur
32. İddiaçı məhkəməyə təqdim etdiyi o saxta “müqavilə” onun əsassız varlanmasına xidmət edir. Belə bir sənədlə qətnamə qəbul edilməsi yolverilməzdir.
33. Həm Neftçala rayon və həm də Şirvan Apellyasiya Məhkəməsi hazırkı işi hərtəfəli və obyektiv araşdırmamışdır
34. Məhkəmə iclası barədə cavabdeh tərəfə lazımı məlumat verilməmişdir.
35. MPM-nin 106.1-cimaddəsində göstərilən normada işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan fak tlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir yazılsa da, məhkəmə tərəfindən bu prosesual norma təmin edilməmişdir və təqdim edilən iddiaçı tərəfindən təqdim edilən saxta sənədlər və bəzi ziddiyyətli məqamlar nəzərə alınmamışdır.
36. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iclasında iştirak edərkən yuxarıdakı hallara hüquqi qiymət verilməsi və qanuni qərar çıxarılmasını xahiş etsəm də hakim təqdim etdiyim dəlillərə əhəmiyyət verməmişdir.
37. İddiaçı tərtib edilmiş sənəddə aşkar şəkildə özünün xeyrinə düzəlişlər etmiş, həmin sənəddə boş olan yerdə 1000 manat və digər boş qalan yerdə isə 100 manat əlavə borcun olduğu yazılmışdır.
38. Həmçinin əsas borc məbləği ola n 13.450 manat sözündə “4” rəqəmi sonradan “9” rəqəmi olaraq dəyişdirilmişdir. İddiaçıya ödənilən 4.660 manat pul vəsait nəzərə alınmamışdır. Məhkəmə işi obyektiv və hərtərəfli araşdırmamışdır.
39. İddiaçı tərəfindən təqdim edilmiş saxta sənədlər, iddia tələbinin təmini üçün yetərli sübutların olmaması və təkrar ekspertza tələb olduğu halda bunların edilməməsi tələbin sübut edilməməsinə əsasdır.
40. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Konstitusiyasının 125 və 129-cu, Mülki Məcəllənin 14.1, 1091.1, 1091.2, 1092.1-ci, Mülki Prosessual Məcəllənin 88, 106.1, 217.1, 217.4, 418.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. İddiaçı kassasiya şikayətinə qarşı etiraz versə də həmin etiraz elektron kabinet vasitəsilə verilmədiyi ndən nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Tətbiq edilən hüquq Mülki Məcəllə
42. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
43. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
44. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
45. Maddə 739.1 (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
46. Maddə 739.2(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
47. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür
48. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. M ülki Prosessual Məcəllə
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hall arın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ol a bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı büt övlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək s əlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
62. Məhkəmə kollegiyası kassasiya şikayətnin məhkəmə iclası barədə cavabdeh tərəfə lazımı qaydada məlumat verilməməsi barədə dəlilini əsaslı hesab etmir.Belə ki, iş materialları ilə təsdiq edilir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəf lazımi şəkildə məlumatlandırılmış və cavabdehin nüma yəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək izahat vermişdir.
63. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2023-cü il tarixli 2(106)-662/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilməddən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.