Məhkəmə qərarları › İş №2(102)-4523/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4523/2019

01.07.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4523/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vıkili Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti 22 nömrəli X1 Məsuliyyətli Cəmiyyətinin vəkili Rüstəmov Taleh Bəxtiyar oğlunun iştirakı ilə, İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-182/2018 nömrəli iş üzrə 25 yanvar 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyy ən etdi: Ucar rayon məhkəməsinin (hakim Tahir Qubadov) 25 sentyabr 2017-ci il tarixli, 2(063)1007/2017 saylı qətnaməsi ilə iddiа təmin edilmiş, Cavabdeh ASC 22 nömrəli Yol İstismar MMC-nin 24.04.2017-ci il tarixli əmrinin etibarsız hesab edilməsi, İddiaçı Cavabdeh ASC 22 nömrəli Yol İstismar MMC-yə fəhlə işinə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Mahir Əsədli - sədrlik edən və məruzəçi, Ələddin Məcidov, İnşallah Quliyev) 25 yanvar 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ASC-nin 22 nömrəli Yol İstismar MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Ucar rayon məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli qətnаməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir. İşin halları: İ ddiaçı məhkəməyə iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh ASC 22 nömrəli Yol İstismarı MMC-nin 24.04.2017-ci il tarixli əmrinin etibarsız hesab edilməsi və onun işə bərpa edilərək məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 yanvar 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq norma larının pozulması ilə çıxarılmışdır. Mübahisələndirilən əmri poçt vasitəsi ilə 15 iyun 2017-ci il tarixdə alaraq 13 iyul 2017-ci il tarixdə işə bərpa tələbinə dair iddia ərizəsi ilə Ucar rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 27 iyul 2017-ci il tarixli 2(063)-868/2017 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmışdır. Göründüyü kimi iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Məhkəmə bu hala qiymət verməyərək səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vıkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyə ti 22 nömrəli X1 Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 15.02.2016-cı ildə “xxxx” ASC-nin 31 saylı Yol İstismar İdarəsi üzrə 3-cü dərəcəli fəhlə işinə qəbul edilmişdir. Cavabdeh ASC-nin 22 nömrəli Yol İstismar MMC-nin 24 aprel 2017-ci il tarixli 49/k saylı işdən azad edilməsi barədə əmrinə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən işəgötürənlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdən çıxması ilə əlaqədar son hesablaşma 4 təqvim günü hesabı ilə ödənilmi şdir. Cavabdeh ASC-nin 22 nömrəli Yol İstismar MMC-nin 13 aprel 2017-ci il tarixli arayışından görünür ki, İddiaçı 22 nömrəli Yol İstismar MMC-də 15.02.2016-cı il tarixdən fəhlə işləyir. 03.04.2017-ci il tarixdən 21 təqvim günü müddətinə əmək məzuniyyətinə buraxılmışdır. İddiaçı adından yazılmış və sonuncu tərəfindən imzalanmış 24.04.2017-ci il tarixli ərizənin təsdiqlənmiş surətindən görünür ki, o, 24.04.2017-ci il tarixdən işdən azad edilməsini xahş etmişdir. P3167054 nömrəli pasportun təsdiqlənmiş surətindən görünür ki, pasportda aparılan giriş-çıxışa dair qeydlərə əsasən İddiaçı 24 aprel 2017-ci il tarixdə Türkiyə Respublikasında olması göstərilmişdir. İddiaçı hazrkı tələblə işdən azad edilməsi barədə Cavabdeh ASC-nin 22 nömrəli Yol İstismar MMC-nin 24 aprel 2017-ci il tarixli 49/k say lı əmrini mübahisələndirir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı məhkəməyə müraciət etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti buraxmışdır. İddiaçıya onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr poçt vasitəsi ilə 14.06.2017-ci il tarixdə təqdim edilmişdir. Deməli, o 14.07.2017-ci il tarixədək məhkəməyə müraciət etməli idi. İddiaçı məhkəməyə müraciət etməməsinin səbəbini onunla izah etmişdir ki, o uzun müddət işə bərpa ounması üçün müxtəlif orqanlara müraciət edərək işə bərpa edilməsinə köməklik edilməsini xahiş etmiş, məhkəməyə isə vaxtında müraciət edə bilməmişdir. İddiaçı hüququnun pozulduğunu bildiyi vaxtdan 1 ay ərzində məhkəməyə müraciət etməmiş və qanunvericiliklə müəyyən edilmiş müddəti üzrsüz səbəbdən buraxmışdır. Məhkəmə kollegiyası məruzəçini, tərəflərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 25 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi müddətin ötürülməsi əsası ilə iddia tələbini rədd edərkən, qətnamədə müddətin ötürülməsi əsasından başqa iddiaçının hazırki iddia tələbini irəli dürməkdə subyektiv hüququnun olubolmamasını, eyni zamanda cavabdeh tərəfindən iddiaçının hüququnun pozulub-pozulmamasını araşdırm amış, bununla da məhkəmə özünün istinad etdiyi maddi hüquq normasını hazırki işə tədbiq etməmişdir ki, bu hal maddi hüquq normasının pozulması olmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 386-cı maddəsinin tələbinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azər baycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarında Konstitutsiya Məhkəməsi qeyd etmişdir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.” Apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarına istinad etmiş, lakini həmin qərarın məcburi göstərişlərini nəzərə almayaraq iddia tələbinin həlli ilə bağlı hər hansı bir araşdırma aparmamışdır. Bundan başqa apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü qeyd etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsi nin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən isə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. İşə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı 27.07.2017-ci il tarixdə hazırki iddia tələbi ilə Ucar rayon məhkəməsinə müraciət etmiş, la kin iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə cavab vermədiyindən məhkəmənin 27.07.2017-ci il tarixli qərardadı ilə iddiaçıya geri qaytarılmışdır. Bundan sonra iddiaçı həmin nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müracitə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsini həll edərkən bu hala qiymət verməli, iddiaçının 27.07.2017-ci il məhkəməyə müraciət etməsini nəzərə almalıdır. İddia ərizəsində səhvlərin olması səbəbindən məhkəmə tərəfindən geri qaytarılması və yol verilmiş nöqsanların aradan qaldırılaraq yenidən məhkəməyə müraciət olunması iddia müddətinin ötürülməsi kimi qiymətləndirilə bilməz. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunv ericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-c ü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-182/2018 nömrəli iş üzrə 25 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar