Məhkəmə qərarları › İş №2(102)-4525/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4525/2021

24.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4525/2021 24.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4525/21 (Açar sözlər: uşağın himayəsinə verilməsi, aliment) Bakı şəhəri, 24 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı X1 və vəkili Vnun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1099/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti ü zrə işə 24 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı X2 Cavabdeh qarşı “uşağın onun yanında saxlanılmaqla aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.06.2019-cu il təvəllüdlü X3 onun yanında saxlanılması və onun saxlanılması üçün cavabdehdən hər ay uşağa görə 200 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı X2 iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 28.08.2018-ci il tarixdə el-adəti ilə toy edərək ailə qurmuşdur. Birgə münasibətlərindən 17.06.2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdehlə ailə qurduqları ilk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulmuşdur. 20.04.2020-ci il tarixdə cavabdeh onu döyərək, valideynlərinə zəng edib onu gəlib aparmalarını tələb etmişdir. Həmin gündən o, valideynlərinin yanında qalır. Azyaşlı qızı Lətifə isə cavabdehin evində qalmışdır. Dəfələrlə uşağı tələb etsə də, cavabdeh qızı ona vermir. Qızı Lətifə azyaşlıdır. Onun ana qayğısına ehtiyacı var. Ona görə də, qızı 17.06.2019-cu il təvəllüdlü X3 onun yanında saxlanılmaqla, cavabdehdən aliment alınaraq ona verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 iyun 2020-ci il tarixli, 2(027)-1049/2020 nömrəli qərardadı ilə (hakim Rahim Həsənov) iddiaçı və cavabdehin həyat şəraitinin müayinə edilərək, müvaf iq müayinə aktının, eyni zamanda valideynlərin uşağa olan münasibəti, iddiaçının və cavabdehin şəxsi keyfiyyətləri, uşağın valideynlərə olan bağlılığı və digər zəruri hallar nəzərə alınmzqla mübahisəyə dair əsaslandırılmış rəyin məhkəməyə təqdim edilməsi üçün işin Quba rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilməsi qərara alınmışdır. Quba rayonu İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 17.11.2020-ci il tarixli rəyinə əsasən, 17.06.2019-cu il təvəllüdlü X3 anası İddiaçı yanında qalması məqsədəmüvafiq hesab edilmişdir. Birinci instansiya məhkəməsinin (hakim Rahim Həsənov) 25.11.2020-ci il tarixli, 2(027)-1049/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 17.06.2019-cu il təvəllüdlü X4 adlı uşağın an ası İddiaçı himayəsinə verilməsi, 17.06.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün uşağın ananın himayəsinə verilməsi hissəsində qətnamə icra olunduğu vaxtdan hər ay 130 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, 17.06.2019-cu il təvəllüdlü X3 İddiaçı himayəsində qalması uşağın mənafeyi, onun ana qayğısı və nəvazişindən məhrum olunmaması, ana ilə harmonik vəhdətli münasibətlər zəminində əqli və fiziki inkişafına şəraitin yaradılması zərurəti ilə də bağlıdır. 17.06.2019-cu il təvəllüdlü X3 anasının himayəsinə verilməklə, azyaşlıuşağın iddiaçının himayəsində qalması heç də cavabdehi onunla ünsiyyətdə olmaq, uşağın tərbiyəsi və təhsili ilə bağlı məsələlə rdə iştirak etmək hüququndan məhrum etmir. Odur ki, məhkəmə hesab edir ki, 17.06.2019-cu il təvəllüdlü X4 anasının himayəsinə verilməlidir. Həmçinin qeyd edilməlidir ki, cavabdehin əmlak vəziyyəti, o cümlədən qazancının məbləği barədə məlumat olmadan alimentin miqdarı uşaq üçün 200 manat məbləğində müəyyən edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının uşaqların onun yanında qalmasını tələb etdiyini və onların saxlanmasında çətinlik çəkəcəyini nəzərə alınaraq, aliment uşaq üçün hər ay 130 manat məbləğində müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43, 56.1, 58.1, 58.2, 58.3, 63.1, 75.1, 78.1, 78.2-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkə məsinin qətnaməsinin ləğv edilərək, 17.06.2019-cu il təvəllüdlü X4 onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Quliyevsədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Lətifə Məmmədova) 2(105)-1099/2021 saylı, 31 mart 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Quba Rayon Məhkəməsinin 25.11.2020-ci il tarixli, 2(027)-1049/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bu cür mübahisələr ilk növbədə uşaqların hüquq və mənafelərinə uyğun həll edilməli, azyaşlı uşaqlar valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanın a çevrilməməlidir. Bu baxımdan uşağın hansı valideynə verilməsi məsələsinə baxılarkən onun hansı valideynlə qalmasının gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, onların uşağa münasibəti, eləcə də uşağın yaşı nəzərə alınmalıdır. İşin faktiki hallarından göründüyü kimi, birgə nikahdan doğulmuş uşağın valideynləri arasında ailə münasibətləri pozulmuşdur və onlar ayrı yaşayırlar. İşdən həmçinin görünür ki, iddiaçının maddi vəziyyəti və həyat şəraiti uşağın maddi ehtiyaclarının tam ödənilməsinə, o cümlədən tam şəraitli mənzildə yaşamaq, qidalanmaq, uşaq hüquqlarının lazımı şəkildə həyata keçirmələrinə imkan verir. Yenə işin tədqiq edilən faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahdan doğulmuş uşaq azyaşlıdır və onun ataya nisbətdə daha çox ana qayğısına ehtiyacları v ardır. Məhkəmə kollegiyası hesab edir ki, həm işin yuxarıda göstərilən halları, həm də qeyd olunan rəy nəzərə alınmalıdır. Birgə nikahdan doğulmuş 17 iyun 2019-cu il təvəllüdlü X3 anası İddiaçı himayəsində saxlanılması hazırkı halda onun mənafeyinə, habelə sadalanan qanun normalarına uyğundur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi birgə nikahdan doğulmuş 17 iyun 2019-cu il təvəllüdlü X3 ananın himayəsinə verilməsi barədə qanuna, habelə işin faktiki hallarına uyğun qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddianın bu hissədə təmin edilməsi uşağın bütün hüquqlarının və təminatlarının maksimal səviyyədə təmin olunması üçün zəruridir. O cümlədən işdən görünür ki, İddiaçı iddia tələbindən biri də 17 iyun 2019-cu il təvəllüdlü X3 yetkinlik y aşına çanata kimi saxlanmasına görə alimentin tutulmasıdır. Birinci instansiya məhkəməsində iddiaçı 17 iyun 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 200 manat sabit pul məbləğində tələb etsə də, cavabdehin aylıq qazancı barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Lakin azyaşlı Lətifənin anasının himayəsinə verilməsi uşağın ondan ayrı yaşayan valideynindən aliment tutulmasına əsas verir ki, şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 17.06.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün uşağın ananın himayəsinə verilməsi hissəsində qətnamə icra olunduğu vaxtdan hər ay 130 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi mübahisənin hazırki qaydada həlli tərəflərə, xüsusən də uşağa münasibətd ə ədalətli olub, qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən, Azərbaycan Respublikası MPM-nin 14, 77, 78, 88-ci maddələrinin tələblərini pozmuş, təqdim olunmuş süubtlara və işin faktiki hallarına düzgün qiymət verməmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Məhkəmə işə birtərəfli baxmış, qızı Lətifənin ona daha çox bağlılığını nəzərə almamış, Quba rayonu İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səthi hazırladığı rəyinə istinad edərək ona bağlı olan qızının iddiaçıya verilməsini məqsədəuyğun hesab etmişdir. Halbuki yaşadığı evdə qızının normal yaşaması və düzgün təlim-tərbiyə alması üçün hər cür şərait vardır. Lakin iddiaçı onun qədər uşağın maddi və sosial problemlərini həll etmək iqtidarında deyildir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili V kasasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib, şikayətin təmin edilməməsini və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq «Uşaq hüquqları haqqında» BMT Konvensiyası: Maddə

3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Maddə 5. dövlət orqanları, bütün fizik i və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. BMT Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları Bəyannamə”nin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa anasından alına bilməz. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, valideynlərdən birinin maddiməişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin val ideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Məhkəmələrə izah edilsin ki, məhkəmə qətnaməsinin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşağın həmin valideynin yanında olmadığı hallarda onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsini həll etməklə yanaşı, həmin valideynlə uşaq arasında uzun müddət ərzində ünsiyyətin olmaması nəticəsində yaranan və buna görə də gələcəkdə qətnamənin icrasını çətinləşdirə biləcək dərəcədə bağlılığın zəiflədiyini, münasibətlərin soyuduğunu müəyyən etdiyi halda uşağın mənafeyi baxımından Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə uyğun olaraq qətnamənin nəticə hissəsində icra qaydası və müddətini göstərməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onl ara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə cavab deh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, apelyasiya kollegiyası tərəfindən qə tnamə qəbul edilərkən azyaşlı uşağın yaşı, mövcud olduğu yaş dövründə ana qayğısına ehtiyacının daha çox olması, onun üstün mənafeyi, digər diqqətəlayiq halları və Quba rayonu İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nəzərə alınmış, bu zaman hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməmişdir. Cavabdeh qəyyumluq komissiyasının rəyini səthi hesab etsə də, həmin rəyin qeyri mötəbərliyi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş və ya hər hansı sübuta istinad edə bilməmişdir. Bundan başqa, cavabdeh kasasiya şikayətində maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyini göstərsə də, pozuntuların nədə ifadə edilməsini əsaslandıra bilməmişdir. Həmçinin cavabdeh kasasiya şikayətində apelyasiya kollegiyasının işə birtərəfli baxmasını, təqdim edilmiş sübutları hərtərəfli araşdırmadığını göstərsə də, məhkəmə tərəfindən araşdırılmamış və işin həllinə təsir göstərə biləcək hər hansı sübutu da vurğulaya bilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1099/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar