Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4526/2021 30.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-518/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 30 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasınd a açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxx saylı mənzildə olan istifadə hüququna görə cavabdeh X2 14000 manat kompensasiya ödənilməklə ümumi birgə nikahdan anadan olmuş X4 və X3 istifadə hüququna xitam verilməsi, onların şəxsi cehiz əşyaları ilə birlikdə yaşayış sahəsindən çıxarılması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xxx saylı mənzilinə cavabdeh X2 20000 manat miqdarında kompensasiya ödənilməklə birgə nikahdan doğulmuş X4 və X3 istifadə hüququna xitam verilməsi və onların şəxsi cehiz əşyaları ilə birikdə yaşayı ş sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
3. İşin mübahisə edilməyən hallarından görünür ki, xxx saylı mənzili 26.11.2004-cü ildə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin mənzil onun mülkiyyətinə keçdikdən sonra o, cavabdeh X6 ilə 10 iyun 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş və cavabdeh özünə məxsus cehiz əşyaları ilə birlikdə həmin mənzilə köçmüşdür. Onların birgə nikahından 08 oktyabr 2006-cı il tarixdə X8 və 05 avqust 2009cu il tarixdə X12 doğulmuşdur. Sonradan onların arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur.
4. İddiaçı 03 noyabr 2012-ci il tarixdə X9 ilə nikaha daxil olmuş, həmin nikahdan onların iki uşaqları 07 iyul 2013-cü il təvəllüdlü X7 və 07 iyul 2013-cü il təvəllüdlü X10 anadan olmuşdur.
5. Bak ı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31.05.2013-cü il tarixli və 08.04.2015ci il tarixli qətnamələri ilə İddiaçı və X9 onların birgə nikahdan doğulmuş uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülmüşdür.
6. İddiaçı ötən dövr ərzində cavabdehə qarşı iddialar qaldıraraq, 9.000 manat, 12.500 manat, 12.700 manat və sonuncu dəfə 12900 manat məbləğində kompensasiya müqabilində onun mübahisəli mənzilə olan istifadə hüququna xitam verilməsini tələb etmişdir. Lakin onun iddiaları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvədə olan 31.05.2013-cü il tarixli, 08.04.2015-ci il tarixli, 05.09.2016-cı il tarixli və 09.01.2017-ci il tarixli qətnamələri ilə təmin edilməmişdir. 7. “Əmlak Bazarı” İştirakçıları tərəfindən verilmiş 06 iyun 2017-ci il tarixli arayışa əsasən xxxx küçəsində yerləşən 5 otaqlı mənzilin 06 iyun 2017-ci il tarixində kirayə haqqı 350-400 manat təşkil edir; 8. "xxxx" MMC-nin 29.05.2019-cu il tarixli, xxx nömrəli evin likvid dəyərinin və orta aylıq kirayə haqqının müəyyən edilməsi barədə mütəxəsis rəyinə əsasən xxx saylı mənzilin ilkin (likvid) dəyəri 132.000 manat təşkil edir, orta aylıq kirayə haqqısı 600 manat məbləğində müəyyən edilmişdir. 9. "xxxx" MMC-nin 26 oktyabr 2020-ci il tarixli, xxxx saylı rəyindən görünür ki, xxx yerləşən 5 otaqlı mənzilin 19.10.2020-ci il tarixə (əmlaka baxış keçirilən tarix) satış üzrə dəyəri 165000 manat, satış üzrə likvid dəyəri 155000 manat, kirayə üzrə aylıq dəyəri 600 manat təşkil edir. 10. "xxxx" MMC-nin 02 noyabr 2020-ci il tarixli, xxx saylı rəyindən görünür ki, xxxx yerləşən 5 otaqlı mənzilin orta aylıq kirayə haqqı içərisində məişət avadanlıqları, mebellər, yumşaq yataq dəsti və digər gündəlik tələbat vasitələri ilə təzhiz olundutu halda ***-**** manat, adi qaydada yəni yalnız stol-stul, soyuducu, kondisioner, televizor və yataq taxtı olduqda 550-620 manat civarında təklif olunur. Qeyd olunan mənzilin ümumi sahəsi faktiki artılrmalar nəzərə alınmaqla, oktyabr 2020-yə orta bazar qiyməti 142000 manat civarında olduğu müəyyən edilmişdir.
11. İddiaçı bildirir ki, 10 iyun 2005-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Sonradan həmin nikah məhkəmə qaydasında pozulmuşdur. Ümumi birgə ailə həyatından 08 oktyabr 2006-cı il tarixdə X8 və 05 avqust 2009-cu il tarixdə X12 anadan olmuşlar. Bundan sonra o, xxxx ilə rəsmi nikaha daxil olmuşdur Hazırki nikahdan 07 iyul 2013-cü il tarixdə X10 və 07 iyul 2013-cü il tarixdə X7 doğulmuşdur. Ailə həyatı qurduqdan sonra, nikahdan əvvəl əldə etdiyi daşınmaz ev əmlakı kimi şəxsi mülkiyyətində olan xxxx saylı 5 otaqlı mənzilində məskunlaşaraq son vaxtlaradək orada birgə yaşamışlar. Lakin cavabdehlərin hüquqa zidd fəaliyyəti nəticəsində daşınmaz əmlak üzərində bütün səlahiyyətlərini 8 ilə yaxındır ki, itirmiş, yaşayış sahəsindən istifadə etmək imkanları məhdudlaşdırılmış və nəticədə küçəyə atılaraq evsiz-eşiksiz qalmışdır. Keçmiş həyat yoldaşı X6 onu mülkiyyətində olan mənzildən məhrum edəndən sonra bir müddət atasının Saray kəndində olan evinə sığınmış, sonra Sumqayıtda rəsmi müqavilə ilə ev kirayə edərək, orada yaşamışdır. xxxx saylı mənzil nikaha daxil olmamışdan öncə əldə etdiyi şəxsi mülkiyyətdir. Həmin mənzil atası X11 şəxsi v əsaiti hesabına 26.10.2004-cü ildə onun adına alınmışdır. O, mənzildən çıxdığı ana qədər yaşayışa tam yararlı olmuşdur. Mənzil alındıqdan 8 ay sonra 10.06.2005-ci ildə cavabdehlə rəsmi nikaha daxil olaraq onun qeydiyyatı aparılmışdır. O, mübahisəli mənzilə köçürülməsi və digər tələblərə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış və onun bu iddiası qismən təmin edilərək, onun mübahisəli mənzilə köçürülməsi qət edilmiş, digər tələbləri rədd edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Daha sonra cavabdehə 12.500 manat kompensasiya verilməklə, birgə nikahdan doğulmuş uşaqlarla birlikdə onun istifadə hüququna xitam verilməsi barədə iddiası Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsi tərəfindən təmin edilməmişdir. Həmin qətnamədən ve rilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Eyni iddia 12.500 və sonradan 12.700 manat məbləğində kompensasiya ödənilməklə də qaldırılmış, lakin bu iddialarda təmin edilməmişdir. Nəticə etibarı ilə Apellyasiya və Kassasiya instansiyaları da bu nəticə ilə razılaşmışdılar. Hazırda da o, kompensasiya məbləğini qaldıraraq yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 11.03.2012-ci il tarixdən etibarən xxx ünvanında notariat qaydasında rəsmi müqavilə əsasında kirayəli evdə yaşamış və bağlanmış müqavilə əsasında hər ay 250 manat pul ödəməli olmuşdur. Həmçinin, bu müddət ərzində cavabdehin onu mülkiyyət və yaşayış sahəsindən məhrum etməsi nəticəsində Sumqayıt-Bakı-Sumqayıt marşrutu ilə hər gün Bakı şəhərinə işə gedibgəldiyinə görə minik maşınına əlavə olaraq yanacaq h aqqı da ödəmiş, X1 qeyri- insani hərəkətlərinin "məntiqi" nəticəsi olaraq əsəb-sinir sistemində çox ciddi ağrılar və dəyişiklik baş vermiş və bu səbəbdən həkim nəzarəti altında müalicə kursu da keçmişdir. Hazırda həkim nəzarətində müalicə qəbul edir. Hesab edir ki, tərəfindən təklif olunan 14.000 manat pul məbləği Bakı şəhəri, Binəqədi rayon ərazisində cavabdeh şəxsin uşaqla birgə əlverişli mənzil şəraitli yeri kirayə edərək, uzun müddətli yaşayışına tam zənanət vermək imkanı deməkdir. Həmin rayon ərazisində əlverişli şəraitli evin kirayə haqqı 100-150 manat arasında tərəddüd edir. Onun cavabdehə təklif etdiyi pul məbləği şəxsin uzun müdətə kirayədə yaşamaq haqqına və bu müddətdə mənzil şəraitinin yaxşılaşdırılmasına geniş imkanla açır və təminat verir. Bu sahədə ixtisaslaşan təşkilatın məlumatına əsasən 06 iyun 2017-ci il tarixinə xxx küçəsində yerləşən 5 otaqlı mənzilin kirayə haqqı 350-400 manat, 4 otaqlı mənzilin kirayə haqqı 300-350 manat, 3 otaqlı mənzilin kirayə haqqı 240-290 manat, 2 otaqlı mənzilin kirayə haqqı 210-250 manat, 1 otaqlı mənzilin kirayə haqqı 160-210 manat təşkil edir.
12. Cavabdeh bildirir ki, tərəflər arasında bağlanmış nikah 05.08.2009-cu il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Həmin nikahdan onların iki uşaqları var. İddiaçının hazırki iddiası, bu tələblə bağlı əvvəllər irəli sürülmüş iddialar kimi əsassızıdr. Cavabdeh iddiaçı ilə nikaha daxil olduqdan sonra o, mübahisəli mənzilə gəlin köçmüş və cehiz əşalarını mənzilə yerləşdirmişdir. Hazırda da uşaqları ilə orada yaşayır. Uşaqlarda onun kimi həmin mənzilə pasport qeydiyyatına alınmışdılar. Onlar birgə yaşayıb, birgə təsərrüfat aparmışlar. İddiaçı mənzildən getdikdən sonra bütün təsərrüfat işləri cavabdeh tərəfindən aparılmış, valideynlərinin köməyi ilə təmir işləri görmüşdür. Bütün kommunal xərcləri cavabdeh ödəmiş və hazırda da ödəyir. İddiaçı özü də mənzili cavabdehə verib getdiyini bildirmişdir. İddianı qəti surətdə qəbul etmirlər. Cavabdeh gəlin gəldiyi gündən belə bir şəraitli mənzildə yaşamış, uşaqlarda onun himayəsindədir. Mənzil 5 otaqlıdır. İddianı bir şərtlə qəbul edirlər ki, iddiaçı ona və iki uşağa indiki şəraitə uyğun olan, tam şəraitli və kifayət qədər geniş sahəsi olan, həmçinin, bu evin yerləşdiyi ərazidə yerləşən mənzillə təmin etsin. Əvvəllər də iddiaçı üç dəfə ilk olaraq 9.000 manat, sonra 12.500 manat, daha sonra isə 12.700 manat kompensasiya ödənilməklə cavabdehin mənzildən olan istifadə hüququna xitam verilməsini tələb etmiş, lakin hər üç halda iddiası təmin edilməmişdir. Hazırda iddiaçı tərəfindən təklif edilən məbləğ də həmin məbləğlərdən az fərqlənir və yenə də aşağıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(001)1095/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı cavabdeh X2 20.000 (iyirmi min) manat məbləğində kompensasiya ödənilməklə, cavabdeh X1 (uşaqları X12 və X8 ilə birlikdə) xxx saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, cavabdeh X1 (uşaqları X12 və X8 ilə birlikdə) xxx saylı mənzilindən ona məxsus bütün əşyaları ilə birlikdə çıxarılması, həmçinin, ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilmə si, cavabdeh X2 20.000 (iyirmi min) manat məbləğində kompensasiya məbləğinin ödənilməsi və onun (uşaqları X12 və X8 ilə birlikdə) xxx saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi, onun həmin mənzildən bütün əşyaları ilə (uşaqları X12 və X8 ilə birlikdə) birlikdə çıxarılmasının eyni vaxtda icra edilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən irəli sürülmüş kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə tələbin qanuni əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma i lə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Bununla belə, qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı və iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şər tlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır.
15. Beləliklə, ğöstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə onun mülkiyyətində olan mənzilinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Belə ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir, cavabdehin isə həmin mənzilə istifadə hüquqları vardır. İddiaçı ilə cavabdeh arasında mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi haqqında razılaşma mövcud deyil.
16. Belə olan halda, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyi l, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.
17. Belə ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007- ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yarana n mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətd ə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir.
18. Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil. Məhkəmə kompensasiya təklif edən şəxsin təklif etdiyi məbləğdən artıq məbləğ müəyyən etməklə və ya məbləği azaltmaqla istifadə hüququna xitam verə bilməz. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin.
19. Təklif olunan kompensasiyanın məbləğinin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.
20. Məhkəmə iddiaçı tərəfindən təklif olunan kompens asiyanın məbləğini, mübahisəli mənzilin yerləşdiyi ərazidə eyni şəraitli mənzilin aylıq kirayə haqqının dəyərini, cavabdehin əmək qabiliyyətli olmasını və digər halları nəzərə alaraq hesab edir ki, X2 təklif olunan kompensasiya Konstitusiya Məhkəməsinin 26.09.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur və təklif olunan 20.000 manat konpensasiya məbləği onun davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə, əvvəlki mənzilində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı verir. Ona görə də, iddiaçı tərəfindən irəli sürülmüş kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə tələb əsaslıdır.
21. Məhkəmə iddia tələbinin “cavabdehin ona məxsus cehiz əşyalarla birlikdə mənzildən çıxarılması” hissəsi ilə bağlı qeyd etmişdir ki, Ail ə Məcəlləsində “cehiz” ifadəsindən istifadə edilməmişdir. “Cehiz” dedikdə iddiaçı nikaha daxil olanadək cavabdehə məxsus olan, habelə nikah dövründə onun tərəfindən əldə edilmiş, bilavasitə cavabdehin ayrıca mülkiyyətində olan və mübahisəli mənzildə yerləşən bütün əşyaları nəzərdə tutur və bu səbəbdən “cehiz” ifadəsinə məhz bu prizmadan yanaşılmalıdır.
22. Məhkəmə onu da qeyd etmişdir ki, bu tələb “cavabdehin istifadə hüququna xitam verilməsi” tələbinə münasibətdə törəmə tələbdir və bu tələblə bilavasitə hüquqi bağlılığı var. Belə ki, iddiaçının mülkiyyətində olan mübahisəli mənzildən cavabdehin istifadə hüququna xitam verildikdən sonra cavabdehə məxsus əşyaların həmin evdə qalmasına hər hansı hüquqi əsas qalmır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehin ona məxsus bütün əşyalarla birlikdə mənzildən çıxarılması” hissəsində də təmin edilməlidir.
23. Məhkəmə onu da vurğulamışdır ki, cavabdeh X6 ilə birlikdə həmin mənzildə onu iddiaçı ilə birgə nikahından doğulmuş və onun himayəsində olan uşaqları X12 və X8 da yaşayır və onlar bu mənzildə pasport qeydiyyatındadır. İddianın təmin edilməsi və bu uşaqların valideyninin (anasının) mübahisəli mənzildən kompensasiya verilmklə istifadə hüququna xitam verilməsi və onun bütün əşyaları ilə birlikdə mənzildən çıxarılması hüquqi nəticə etibarı ilə onların da bu mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması ilə nəticələnəcəkdir. Belə ki, bu uşaq yetkinlik yaşına çatmadığından hazırki mübahisə üzrə mülki-prosessual fəaliyyət qabiliyyətli deyillər və bu səbəbdən hazırki tələb onlara qarşı irəli sürülə bilməz. Onların hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndəsi, yəni anası X6 qoruyur. Ona görə iddianın təmin edilməsi, həmçinin, bu uşaqların istifadə hüququna xitam verilməsini və onların da mənzildən çıxarılmasını ehtiva edir.
24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 228.2, 228.5, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
25. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.
26. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilmişdir.
27. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisəli mənzilin yerləşdiyi ərazidə eyni şəraitli mənzilin aylıq kirayə haqqının dəyərini nəzərə aldığını göstərsə də, faktiki olaraq bununla bağlı iş materiallarında iki sənəd mövcüddur. Belə ki, Əmlak Bazarı İştirakçıları tərəfindən verilmiş 06 iyun 2017-ci il tarixli arayışa əsasən mənzilin 06 iyun 2017-ci il tarixində kirayə haqqı 350-400 manat təşkili etdiyi, "xxxx" MMC-nin 29.05.2019cu il tarixli mütəxəsis rəyinə əsasən isə mənzilin orta aylıq kirayə haqqısının 600 manat təşkil etdiyi göstərilmişdir. Birinci instansiya məhkəməsinin mübahisəli mənzilin orta aylı q kirayə haqqısının hansı məbləğdə qəbul etməsini qətnamədən görmək mümkün deyil. Digər tərəfdən arayış 2017-ci il üçün verilmişdir, mütəxəssis rəyi isə ekspertlərə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulan məsuliyyət də elan edilməklə 2019-cu il, yəni hazırki dövr üçün verilmişdir. Kollegiya hesab etmişdir ki, mübahisəli mənzilin orta aylıq kirayə haqqı ilə bağlı "xxxx" MMC tərəfindən verilmiş, mübahisəli mənzilin orta aylıq kirayə haqqının hazırki vəziyyətdə 600 manat məbləğində olması barədə 29 may 2019-cu il tarixli mütəxəsis rəyi daha mötəbər sübut kimi qəbul olunmalıdır.
28. İddiaçının təklif etdiyi 20000 manat kompensasiya məbləğinin yetərliliyinə qiymət verən birinci instansiya məhkəməsi bununla bağlı heç bir a raşdırma aparmadan öz mülahizələrinə əsasən hesab etmişdir ki, bu məbləğ cavabdehin iki uşağı ilə birlikdə mübahisəli mənzilə xas olan şəraitdə müəyyən müddətə və davamlı surətdə yaşaması üçün kifayətdir. Kollegiya hesab etmişdir ki, bu qəbildən olan işlərə baxılarkən istifadə hüququna xitam verilən şəxsin başqa mənzildə yaşaması üçün hansı müddət çərçivəsində kompensasiyanın ödənilməsi məsələsi araşdırılmalı və bu hala uyğun olaraq təklif edilən kompensasiyanın yetərliliyinə qiymət verilməlidir. Bu baxımdan “müəyyən müddət daxilində” ifadələrinə hüquqi müəyyənlik prinsipi nəzərə alınmaqla hüquqi aydınlıq gətirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu məsələlərə düzgün hüquqi qiymət verilməsi üçün isə birinci növbədə istifadə hüququna xitam verilən şəxsin iddia tələbinə münasibətdə hüquqi statu su müəyyən olunmalıdır. Belə ki, bu barədə tələbin verilməsi cavabdehə münasibətdə onu ehtiva edir ki, sonuncunun mənzildən istifadə hüququ mövcüddur və kompensasiya verilməklə onun hüququna xitam verilməsinə dair iddia olmasaydı cavabdehin istifadə hüququ daimi xarakter daşıyacaqdı. Yəni mübahisəli mənzildə onun istifadə hüququ müvəqqəti deyil, daimi xarakter daşıyırdı. Göstərilən kriteriyaya əsasən “müəyyən müddət daxilində” anlayışı onu göstərir ki, istifadə hüququna xitam verilən şəxs bu müddət bitən ana qədər özünü yaşayış sahəsi ilə təmin etməlidir və yaxud kompensasiya məbləği ilə əhatə edilən müddət bitdikdən sonra kirayədə qalmağa maddi imkanı olmalıdır. Əks təqdirdə qətnamə ilə müəyyən edilən və kompensasiya ilə əhatə edilən müddət bitdikdən sonra şəxsin özünü yaşayış sahəsi ilə təmin edə bilməməsi, onun hər hansı bir yaşayış sahəsi olmadan mövcud olması ilə, yəni faktiki olaraq həmin şəxslərin yaşayış hüquqlarının məhkəmə qaydasında pozulması ilə nəticələnir.
29. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının vətəndaşların mənzil hüququna həsr olunmuş 43-cü maddəsinin tələblərinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi mülkiyyətçiyə kompensasiya verməklə onun xüsusi mülkiyyətində olan mənzildən istifadə hüquqlarına malik şəxslərin istifadə hüququna xitam vermə səlahiyyəti versə də, Konstitusiyanın 43-cü maddəsinin təfsiri digər məsələlə rlə yanaşı həmçinin, hazırki işə münasibətdə onu ehtiva edir ki, verilən kompensasiyanın müqabilində istifadə hüququna xitam verilən şəxs bu kompensasiya ilə özünü başqa bir yaşayış səviyyəsi ilə təmin edə bilsin və yaxud kompensasiya ilə əhatə edilən müddət bitdikdən sonra onun özünü başqa bir yaşayış sahəsi ilə təmin etmək imkanı olsun. Beləliklə Kollegiya mübahisəli mənzilə dair iddiaçının mülkiyyət hüququ ilə bərabər cavabdehin də həmin mənzildə öz uşaqları ilə birlikdə yaşamaq hüquqlarının olmasını, mütəxəssiz rəyinə əsasən mübahisəli mənzilin ilkin (likvid) dəyərinin 132.000 manat, orta aylıq kirayə haqqısının isə 600 manat məbləğində təşkil etdiyini, cavabdehin himayəsində iddiaçı ilə birgə nikahlarından olan iki uşağının da olmasını və həmin uşaqların da anaları ilə birgə yaşamalı olduqlarını, iddiaçının cavabdehə hazırki vəziyyətdə 20000 manatdan artıq kompensasiya təklif etmədiyini nəzərə alaraq, cavabdehə 20000 manat məbləğində kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia tələblərini kompensasiyanın məbləği baxımından əsaslı hesab etmir, həmin məbləğ “ağlabatan” olmamaqla cavabdehin müəyyən müddətə və davamlı surətdə öz uşaqları ilə birlikdə yaşamaları üçün başqa bir yaşayış səviyyəsi ilə təmin edilməsi üçün yetərli deyil. Beləliklə, iddiaçı cavabdehə 20000 manat kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia tələblərini kompensasiyanın məbləğinin yetərli olması baxımından əsaslandıra bilməmişdir və belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olmaqla ləğv edilməlidir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2(102)-2306/2020 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli, 2(103)-12933/2019 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
33. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisənin Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbinə uyğun həllini təmin etməməklə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum unun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 21 iyul 2016-cı il tarixli qərarı nəzərə alınmadan qəbul edildiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz.
34. Müəyyən olunduğu kimi, cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini tələb edərkən iddiaçı kompensasiya kimi müxtəlif məbləğlər təklif etmiş və həmin tələblərin hamısı kompensasiyanın məbləğinin yetərli olmaması əsası ilə rədd edilmişdir.
35. Konstitusiya Məhkəməsinin Plenumu 21 iyun 2016-cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiyanın məbləği iddianın predmetinə aid deyildir, birinci instansiya məhkəm əsinin belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməli, lakin bu zaman iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
36. Həmin qərarın mənası belə bir nəticəyə gəlməyə əsas verir ki, məhkəmə təklif olunan kompensasiyanın məbləğindən asılı deyildir. Mübahisə yarandıqda məhkəmə özü kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməli və mülkiyyətçi həmin məbləğlə razılaşdıqda iddianı təmin etməlidir. Əks halda iddia təmin edilmədən saxlanılmalıdır.
37. Lakin işdən göründüyü kimi apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi kompensasiyanın məbləğini müəyyən etməmiş, yalnız iddiaçı tərəfi ndən təklif olunan məbləğ çərçivəsində mübahisənin həllinə yanaşmışdır.
38. İşə yenidən baxılarkən istifadə hüququna xitam verilməsi üçün bazar qiyməti müəyyən edilməklə mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə uyğun qanuni və əsaslı qətnamə qəbul edilməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
39. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-518/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(001)-1095/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməmişdir.
40. Ap ellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı hazırkı iddia tələbini irəli sürərkən, kirayə haqqının 350-400 manat olmasını nəzərə alaraq, cavabdehə 20000 manat məbləğində kompensasiya təklif etmişdir. Həmin məbləğ aylıq kirayə haqqının 400 manat nəzərə alındığı halda, cavabdehin 50 ay (4 il 2 ay) ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edə biləcəyini nəzərdə tutmuşdur. Hazırda isə aylıq kirayə haqqı 600 manat nəzərə alındığı halda, cavabdehin 50 ay (4 il 2 ay) ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edə biləcək kompensasiya məbləği 30000 manat təşkil edir.
41. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfə kompensasiyanın məbləği bazar qiymətinə uyğun təklif olunmuş, iddiaçı tərəf yalnız 22000 manat m əbləğində kompensasiya ödəyə biləcəyini, artıq kompensasiya ödəmək imkanının olmadığını bildirmişdir.
42. Beləliklə kollegiya mübahisəli mənzilə dair iddiaçının mülkiyyət hüququ ilə bərabər cavabdehin də həmin mənzildə öz uşaqları ilə birlikdə yaşamaq hüquqlarının olmasını, bu hüquqa mülkiyyətçinin kompensasiya təklif etməklə xitam vermək hüququnun olmasını, qiymətləndirmə rəylərinə əsasən mübahisəli mənzilin orta aylıq kirayə haqqının isə 600 manat və daha artıq məbləğ təşkil etdiyini, cavabdehin himayəsində iddiaçı ilə birgə nikahlarından olan iki uşağının da olmasını və həmin uşaqların da anaları ilə birgə yaşamalı olduqlarını, iddiaçının cavabdehə hazırki vəziyyətdə 20000 (əlavə olaraq 2000) manatdan artıq kompensasiya təklif etmədiyini nəzərə alaraq, cavabdehə 20000 (əlavə olaraq 2000 ) manat məbləğində kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia tələbini kompensasiyanın məbləği baxımından əsaslı hesab etmir. Həmin məbləğ “ağlabatan” olmamaqla cavabdehin müəyyən müddətə və davamlı surətdə öz uşaqları ilə birlikdə yaşamaları üçün başqa bir yaşayış səviyyəsi ilə təmin edilməsi üçün yetərli deyil.
43. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-518/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli əlavə qətnaməsi ilə qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pulun X5 alınaraq, "xxxx" MMC-nin hesabına keçirilməsi, qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 450 (dörd yüz əlli) manat pulun X5 alınaraq, X-nin hesabına keçirilməsi qət edilmişdir.
44. Apellyasiya instansiyası məhkəməsi qəbul etdi yi əlavə qətnaməni onunla əsaslandırmışdır ki, işə apellyasiya qaydasında baxılarkən qiymətləndirmə ekspertizası xərci ilə bağlı məsələ həll edilməmişdir.
45. Ona görə də qiymətləndirmə ekspertizalarının keçirilməsi ilə əlaqədar aprılmış tədqiqatın dəyərini təşkil edən 200 manat və 450 manat məbləğində pul məbləğləri iddiaçıdan alınaraq, qimətləndiricilərə ödənilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
46. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmam ış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
48. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
49. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
50. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırı lmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
51. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
52. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ara şdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
54. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydası nda təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. (maddə 228.2) Mülki Prosessual Məcəllə
55. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. (maddə 13.4)
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77. 1)
58. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
59. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
60. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)
61. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığı nı müəyyən edir. (maddə 218.1)
62. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
63. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.
65. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. (41)
66. İş materiallarından görünür ki, iddiaçı xxx saylı mənzildə olan istifadə hüququna görə cavabdeh X2 14000 manat kompensasiya ödənilməklə onun və X4 və X3 istifadə hüququna xitam verilməsini xahiş etmişdir.
67. Daha sonra iddiaçı kompensasiyanın məbləğini artıraraq işə birinci instansiya məhkəməsində baxılarkən 20000 manat, apelyasiya instansiyası məhkəməsində baxılarkən isə 22000 manat kompensasiya təklif etmişdir.
68. Birinci instansiya məhkəməsi 20.000 manat konpensasiya məbləğini cavabdehin uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə, əvvəlki mənzilində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı verdiyini hesab etsə də apelyasiya instansiyası məhkəməsi təklif edilən məbləğin yetərli olmadığını və cavabdehi uşaqları ilə birlikdə əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edə biləcək kompensasiya məbləğinin 30000 manat təşkil etdiyi qənaətinə gəlmişdir.
69. Bu qənaətə gələrkən apelyasiya instansiyası məhkəməsi qiymətləndirmə rəylərinə əsasən 5 yaşayış otağından ibarət mənzilin yerləşdiyi ərazidə orta aylıq kirayə haqqının 600 manat və daha artıq məbləğ təşkil etdiyini, cavabdehin himayəsində iddiaçı ilə birgə nikahlarından olan iki uşağının da olmasını nəzərə almışdır.
70. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə təklif edilən kompensasiyanın məbləğinin cavabdehin uşaqları ilə birlikdə davamlı surətdə və müəyy ən müddət daxilində başqa yerdə, əvvəlki mənzilində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı verib-vermədiyini müəyyənləşdirərkən, xxx saylı mənzilin 5 otaqdan ibarət olmasını əsas götürmüş və yetərli sayılan 30000 manat məbləği də 5 otaqlı mənzilə münasibətdə müəyyən etmişdir.
71. Halbuki iddiaçı cavabdehə qarşı iddia qaldırmaqla sonuncunun və onun 2 uşağının, yəni ümumilikdə 3 nəfərin istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir.
72. Məhkəmə kollegiyası hesab edir ki, bu növ iddialara baxılması zamanı işə baxan məhkəmələr təklif edilən kompensasiyanın yetərli olub-olmamasını müəyyənləşdirərkən istifadə hüququ əldə edilmiş mənzillə münasibətdə eyni sahəyə və otaq sayına malik mənzilin kirayə haqqını deyil, istifadə hüquqlarına xitam verilən şəxslərin sayına uyğun olaraq onlara davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə, əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı verən sahəyə və otaq sayına malik mənzilin kirayə haqqını əsas götürməlidir.
73. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi hansı sahəyə və otaq sayına malik mənzilin cavabdehə uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə, əvvəlki mənzilində ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı verdiyini müəyyənləşdirməli, bundan sonra həmin mənzilin kirayə haqqına uyğun olaraq təklif edilən kompensasiyanın məbləğinin yetərli olubolmamasına hüquqi qiymət verməlidir.
74. Bundan başqa işə kassasiya qaydasında baxılarkən Ali Məhkəməyə iddiaçının adından cavabdehə 30000 manat kompensasiya verilməsinə razı olması barədə ərizə daxil olmuşdur.
75. Lakin iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən və daxil olmuş ərizə notarial qaydada təsdiq edilmədiyindən həmin ərizə ilə bağlı iddiaçının iradə ifadəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
76. Ona görə də işə yeni apelyasiya baxışında apelyasiya instansiyası məhkəməsi qeyd edilən ərizəyə də hüquqi qiymət verməli və iddiaçının ərizədə göstərilən məbləğdə kompensasiya ödəməsi ilə bağlı iradə ifadəsinin olub-olmamasını müəyyənləşdirməlidir.
77. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.
78. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
79. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-518/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.