Məhkəmə qərarları › İş №2(102)-4529/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4529/2021

07.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4529/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi, Cavabdeh2 və Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi, Cavabdeh2 və Cavabdeh3nə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-393/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qətnaməsindən İddiaç ı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Quba Filialının maarif ali peşə istiqaməti üzrə “ibtidai təhsilin pedaqogikası və metodikası” fakültəsini bitirmiş və Dövlət Attestasiya Komissiyasının 14 mat 2009-cu il tarixli qərarı ilə ona qeyd olunan ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. 01 fevral 2012-ci il tarixli 8 saylı əmrlə Cavabdeh3nə UBTR (uşaq birliyi rəhbəri) vəzifəsinə işə qəbul edilmişdir. 13.09.2014-cü il tarixli, 15 saylı əmrlə 15.09.2014-cü il tarixdən ali təhsilli ibtidai sinif müəllimi olaraq hazırlıq sinifinə müəllim vəzifəsinə təyin olunmuşdur. İddiaçı işdən çıxarılmammış və hazırda qüvvədə ola n əmək müqaviləsinə əsasən yenə də ibtidai sinif müəllimi vəzifəsini daşıyır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Quba şəhər 6 saylı orta məktəbində əvvəlki işinə (ibtidai sinif müəlliməsi) bərpa edilib, ibtidai siniflə təmin olunması və əmək müqaviləsinin dəyişdirilməsi nəticəsində əmək haqqının azalması səbəbindən yaranmış əmək haqqı fərqinin işəgötürəndən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır: İddiaçıya 2019-cu ilin sentyabr ayının 01də ona yeni ibtidai siniflə təmin ediləcəyi həm məktəb, həm də Quba Rayon Təhsin Şöbəsinin rəhbərliyi tərəfindən vəd olunsa da bu günədək ona ibtidai sinif verilməmişdir. Halbuki, əmək müqaviləsində vəzifəsi kimi ibtidai sinif müəlliməsi qeyd olunmuşdur. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi elektron qeydiyyat informasiya sistemində Nxxxxxxx000100 saylı 07.10.2014-cü il tarixdə daxil edilmiş məlumatda işəgötürən Cavabdeh2 onun Cavabdeh3ndə əsas iş yeri olmaqla ibtidai sinif müəllimi vəzifəsinə işə götürülməklə müddətsiz əmək müqaviləsinin bağlandığı təsdiq edilmiş və əmək müqaviləsinin bağlandığı tarix 01.02.2012-ci il, müqavilənin növü müddətsiz olaraq qeyd edilmişdir. 03 iyul 2016-cı il tarixdə MİQ-də iştirak üçün qeydiyyatdan keçmiş və Təhsil Nazirliyində ona ”Siz Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işlədiim üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilməzsiniz” cava bı verilmişdir. 22 dekabr 2016-cı il tarixdə müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilməsinin yekunlarına əsasən ibtidai sinif müəllimləri arasında ən yüksək ümumi bal 50 (83,33%), ixtisas balı (87,5%) göstəricilərinə nail olmuşdur. 2017-ci ildə işlədiyi məktəbdən çıxmadan könüllü olaraq MİQ-də özünü sınamaq üçün iştirak etmiş, ümumi balı 41,1757 bal, ixtisas üzrə 31 bal toplamış, vakansiya seçimində iştirak etmişdir. 2013-cü ildən hazırki vaxtadək olan dövrdə MİQ-dən kənar işə qəbul olunduğuna görə işdən çıxarılmalı müəllimlərin siyahısında da onun adı qeyd edilməmişdir. DQ balı yüksək olan müəllim kimi məktəbəqədər hazırlıq siniflərindən biri ilk növbədə ona verilməli olduğu halda verilməmiş və onun buna etirazına cavab olaraq 2019-cu ildə siniflə təmin ediləcəyi vəd edilsə də b u günə qədər ona sinif verilməmiş, ona verilməli sinif orta ixtisas təhsilli başqa müəlliməyə verilmişdir. 2019-cu ilin dekabr ayında “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası” ixtisasartırma kursunda iştirak etmiş və orada maksimum göstərici 25 mümkün baldan 24 bal toplamaqla Quba və Qusar rayonu üzrə ən yüksək göstəriciyə nail olmuşdur. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron qeydiyyat informasiya sistemində Nxxxxxxx000100 saylı, 28.02.2017-ci il tarixdə daxil edilmiş məlumatdan işəgötürən Cavabdeh2 ilə onun yəni, İddiaçı arasında 01.12.2012-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsinin qeydiyyata alındığı göstərilmişdir. O, işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsinə heç bir razılıq verməmişd ir. Hesab etmişdir ki, əmək müqaviləsinin və əmək funksiyalarını onun razılığı olmadan dəyişdirilməsi əmək qanunvericiliyinin tələblərinə ziddir və qanunvericilik belə dəyişdirilmənin birtərəfli qaydada aparılmasına, əmək funksiyasının azaldılmasına və ya artırılmasına yol vermədiyindən cavabdehin bununla bağlı hərəkətləri qanunsuzdur. Hazırkı halda işəgötürən onunla bağlanan əmək müqaviləsinə birtərəfli qaydada razılığı olmadan dəyişiklik etməklə qanunvericiliyin tələblərini, həmçinin onun əmək hüququnu pozmuşdur ki, nəticədə əmək haqqı da əsassız olaraq azaldılmışdır

4. Quba Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(027)-1070/2020 saylı qətnaməsi ilə (hakim R.Həsənov) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh2 və Cavabdeh3nə qarşı işə bərpa və əmək haqq ının ödənilməsi tələbinə dair iddiası təmin edilib, İddiaçı Quba şəhər 6 saylı orta məktəbində əvvəlki işinə (ibtidai sinif müəlliməsi) bərpa edilmiş, onun ibtidai siniflə təmin olunması və əmək müqaviləsinin dəyişdirilməsi nəticəsində əmək haqqının azalması səbəbindən yaranmış əmək haqqı fərqinin ona ödənilməsi qət edilmişdir.

5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.6, 57.3, 82, 292-ci maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh3n direktoru X1 apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın 10.03.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova, iş No 2(105)-393/21 saylı mül ki iş üzrə Cavabdeh3n direktoru Ü.N.Məmmədovun verdiyi apelyasiya şikayəti təmin edilmiş; Quba Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 2(027)-1070/2020 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş; İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh2 və Cavabdeh3nə qarşı onun Quba şəhər 6 saylı orta məktəbində əvvəlki işinə (ibtidai sinif müəlliməsi) bərpa edilib, ibtidai siniflə təmin olunması və əmək müqaviləsinin dəyişdirilməsi nəticəsində əmək haqqının azalması səbəbindən yaranmış əmək haqqı fərqinin işəgötürəndən tutulub ona ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

8. Apelyasiya instansiyası məhkəməsi qətnamənin hüquqi əsas kimi Azərbaycan Respublikası Əmək Məcəllənin 292.1, 296.1, 296.2, 296.3-cü maddələrinə istinad etm işdir.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, iddia tələbinin əmək haqqı tələbinə dair hissəsindən imtinası nəzərə alınmaqla İddiaçı ibtidai sinif müəlliməsi vəzifəsinə uyğun olaraq Quba şəhəri 6 saylı tam orta məktəbində ibtidai siniflə təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti iddia tələbində qeyd olunan faktiki hallarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, işə baxılarkən məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə işin hallarına uyğun deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin;

19. Maddə. 292.1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.

20. Maddə. 296.1. Bu Məcə llənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

21. Maddə. 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

22. Maddə. 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkə mələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə əsaslıdır.

29. İddiaçının tələbi onun Quba şəhər 6 saylı orta məktəbində əvvəlki işinə (ibtidai sinif müəlliməsi) bərpa edilib, ibtidai siniflə təmin olunması və əmək müqaviləsinin dəyişdirilməsi nəticəsində əmək haqqının azalması səbəbindən yaranmış əmək haqqı fərqinin işəgötürəndən tutulub ona ödənilməsi barədədir.

30. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı ibtidai sinif müəllivit vəz ifəsini daşıyır, onun həmin işdən çıxarılması barədə əmr verilməmişdir, iddiaçının əmək müqaviləsinin dəyişdirilməsi barədə 2017-ci ildə verilmiş bildirişdə də onun vəzifəsi əmək müqaviləsində qeyd olunan kimi ibtidai sinif müəllimi kimi saxlanmışdır. Yəni, iddiaçının işdən azad olunması, başqa işə keçirilməsi ilə bağlı dediyi faktlar ümumiyyətlə mövcud deyil. İşdən və kassasiya şikayətindən belə qənaət hasil olur ki, iddiaçının tələbi ona ayrıca ibtidai sinif təhkim olunması ilə bağlıdır. İddiaçının kassasiya şikayətindəki xahişi də buna işarə edir.

31. Kollegiya qeyd edir ki, əslində belə qeyri-müəyyən iddia tələbini icraatına qəbul etmiş 1-ci instansiya məhkəməsi iddiaçının tələbini, onun istəyini dəqiqləşdirməli və ona uyğun olaraq əsaslandırma aparmalı olduğu halda bunu etməmiş və nət icə etibarı ilə işin faktiki hallarına uyğun olmayan qətnamə çıxarmışdır.

32. Məhkəmələr müəyyən etmişlər ki, İddiaçı Cavabdeh3nə Təhsil Nazirliyi tərəfindən keçirilən imtahanda iştirak etmədən, həmin vaxt məktəblərə yeni müəllimlərin qəbulu yalnız Təhsil Nazirliyi tərəfindən yaradılan imtahan komissiyasından keçməklə mümkün olduğu halda, ondan kənar qaydada müəllim kimi işə qəbul edilmişdir. Yeni tədris ilində birinci sinifə gedən şagirdlərin sayına uyğun siniflər komplekləşdirilmiş, bu zaman ibtidai sinif müəllimlərinə sinif verilən zaman Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qaydalar əsas götürülmüş və bu səbəbdən də İddiaçı sinif verilməsi mümkün olmamışdır. Müəllimlərə əmək haqqının verilməsi isə məktəblər tərəfindən deyil, Regional Təhsil İdarələri tərəfindən təsdiq edilmiş əmək haqqı cədvəllərinə əsasən ödənilir.

33. İddiaçı ibtidai sinif müəllimidir, onunla bağlanmış əmək müqaviləsinə vəzifəsi ilə bağlı dəyişiklik edilməyib. Mübahiə nə barədədirsə, məhkəmə qarşısında həmin mübahisə qaldırılmalıdır, və yaxud bununla bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət olunmalıdır. Əgər mübahisə ayrıca ibtidai sinifin verilməsi ilə bağlıdırsa bununla bağlı müvafiq icra hakimiyyətinə müraciət edilməlidir.

34. Apellyasiya instansiya məhəməsi düzgün olaraq qeyd etmişdir ki, tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi və yaxud dəyişiklik edilməsi ilə bağlı münasibətlər baş verməmişdir.

35. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-393/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar