Məhkəmə qərarları › İş №2(102)-453/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-453/2025

07.03.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-453/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Tibb Mərkəzi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi), məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, müavinət və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə qarşı (bunda n sonra – cavabdeh) “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmağa görə ödənişlərin, müavinətin və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 oktyabr 2024-cü il tarixli 2(103)-4814/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2008-ci il tarixində cavabdeh idarəyə işə qəbul olunmuş, əmək fəaliyyəti dövründə bir neçə dəfə vəzifə dəyişikliyi olmuş, sonuncu dəfə 31 saylı komandanın komanda rəisi vəzifəsinə çalışmışdır. 2. xx.xx.2022-ci il tarixdə iddiaçıya yol verdiyi nöqsanlarla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmə t verilmişdir.

3. Yol verilmiş növbəti pozuntu ilə əlaqədar iddiaçı barəsində təqdimat yazılaraq Həmkarlar İttifaqı Komitəsinə göndərilmiş, HİK-in iclasında qəbul edilmiş Rəyasət Heyətinin 17 noyabr 2023-cü il tarixli Qərarına əsasən iddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsinə etiraz edilməmişdir.

4. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək işə gəlməmiş, “X8” xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək “kəskin respirator xəstəliyi” diaqnozu ilə, işə başlamalı xx.xx.2023-cü il tarixində, ” Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək “kəskin nevrosteniya” diaqnozu ilə, işə başlamalı xx.xx.2023-cü tarixində və 2 saylı X1 xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədə k “obsesiv kompulsiv pozuntu, depresiv daxil olmalar” diaqnozu ilə, işə başlamalı xx.xx.2023-cü il tarixində “əmək qabiliyyətinin olmaması” vərəqələri verilmişdir.

5. Daha sonra iddiaçı Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək “bel-oma radikulitinin kəskinləşməsi” diaqnozu, işə başlamalı xx.xx.2023-cü il tarixdə “əmək qabiliyyətinin olmaması vərəqəsi”ni idarəyə təqdim etmişdir.

6. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikasının Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli sorğular ünvanlayaraq bildirmişdir ki, özünü doğrultmayan əməkdaşları barəsində ciddi qərar qəbul edildiyi anda onlar tibb müəssisələrinə üz tutaraq müxtəlif diaqnozlar üzrə və uzunmüddətli olmaqlas “əmə k qabiliyyətinin olmaması vərəqəsi” təqdim edərək yayınırlar, hansı ki bu yayınmalar aylarla davam edir. Belə halların intensiv xarakter daşıması həmin vərəqələrin hansı yolla əldə edildiyi ilə bağlı müəyyən şübhələr yaradırlar. Cavabdeh iddiaçı da daxil olmaqla bir neçə işçi barəsində əmək qabiliyyətinin olmaması vərəqələrinin verilməsində şübhəli məqamların olduğunu nəzərə alaraq məsələnin araşdırılmasını xahiş etmişdir.

7. Tibb Mərkəzinin direktoru R.İ.Mikayılov xx.xx.2023-cü il tarixli məktubla həkimterapevt X4 xəstələri tam müayinə etmədiyi üçün töhmət verildiyini bildirmiş, xx.xx.2023cü il tarixli 129 nömrəli cavabdehə ünvanlanmış məktubunda bildirmişdir ki, iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək SN ******* nömrəli “əmək qabiliyyətinin olmaması və rəqəsi” ləğv edilmiş və xəstəlik vərəqəsini vermiş "xxxx" MMCnin Tibb Mərkəzinin həkim terapevti X4 xəstəlik vərəqələrini verərkən etdiyi nöqsanlara görə xx.xx.2023-cü il tarixli 22 nömrəli əmrlə töhmət verilmişdir. 8. xx.xx.2023-cü il tarixdə Tİ-nin HİK tərəfindən akt tərtib edilərək göstərilmişdir ki, iddiaçıya xx.xx.2023-cü il tarixli məktubun məzmunu çatdırılmış, xəstəlik vərəqinin əsassız verilməsi səbəbindən ləğv olunduğu bildirilmiş və izahat yazması təklif edilmiş, iddiaçı isə hazırda da xidmətdə olmadığını, müalicə aldığını bildirərək izahat yazmaqdan imtina etmişdir.

9. İddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli xəbərdarlıq bildirişi göndərilmiş, xx.xx.2023-cü il tarixdən həmin günədək buraxmış olduğu iş günlərini üzrlü sayacaq sənəd olduğu hald a xx.xx.2023-cü il tarixdə, iş gününün sonunadək idarəyə təqdim edilməsi təklif edilmişdir. Bildirişin iddiaçıya poçt vasitəsilə təqdim edilməsi zənglərə cavab verilməməsi və ünvanın natamam olması səbəbindən mümkün olmamışdır. HİK-in əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə əməkdaşların iddiaçının yaşadığı evə getmələri, lakin evin qapısının açılmaması və telefonlara cavab verilməməsi səbəbindən bildirişi təqdim edə bilməmələri barədə akt tərtib edilmişdir.

10. Cavabdeh tərəfindən HİK-yə iddiaçı barəsində xx.xx.2023-cü il tarixdən xidmətə çıxmaması səbəbindən təqdimat verilmiş, HİK xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsinə etiraz edilməmişdir.

11. Cavabdehin 14M1/3-1K-222/2023 saylı, xx.xx.2023-cü il tari xli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmri ilə 31 saylı komandanın rəisi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində çıxardığı, əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə 14-2-11/3- 1K-222/2023 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması, məcburi buraxılmış iş müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi, xəstəliyə görə əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddətinə görə müavinətin ona ödənilməsi üç ün qanunvericiliklə işəgötürənə aid olunan öhdəliklərin icra olunmasının cavabdeh tərəfindən təmin edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi qismində 20.000 AZN (iyirmi min manat) pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinad edilməklə, onunla əsaslandırılmışdır ki, 2022-ci ilin sonlarından səhhətində problemlər yarandığına görə, müalicə almaq məcburiyyətində qalmışdır. Lakin 2023-cü ilin oktyabr ayının 1-də xəstəlik vərəqəsini iş yerinə təqdim etdikdən bir neçə gün sonra iş yerindən ona bildirmişlər ki, onun təqdim etdiyi vərəqə etibarlı deyil və buna görə o, işdən azad ediləcək. O, səhhətinin hələ də yaxşılaşmamasına baxma yaraq, iş yerinə geri qayıdıb işə çıxa biləcəyini cavabdehin aidiyyəti yuxarı rəhbərliyə və İnsan resursları şöbəsinə bildirsə də, ona artıq işdən azad olunacağını və işə gəlməməli olduğunu demişlər. xx.xx.2023-cü il tarixində idarənin Həmkarlar İttifaqı Komitəsinin sədrinin, həmçinin İnsan resursları və Hüquq şöbələri rəhbərlərinin iştirakı ilə keçirilən iclasda ona bildirilmişdir ki, xx.xx.2023cü il tarixindən xx.xx.2023-cü il tarixinədək dövrdə o, işdə olmalı olduğu halda, heç bir üzrlü səbəb olmadan işi buraxmış və buna görə də, barəsində işdən azad olunma növündə intizam tənbehi tətbiq ediləcək. O, həmin iclasda işdən azad edilməyi ilə razılaşmayaraq, bunun əsassız olduğunu, onun səhhəti ilə əlaqədar müalicə almaq məqsədilə işdən müvafiq xəstəlik vərəqəsi əsasında azad olduğunu bildir diyində isə ona təqdim etdiyi vərəqənin etibarsız olduğunu, bununla bağlı xx.xx.2023-cü il tarixli 129 №-li məktubun daxil olduğunu bildirmişlər. O, öyrənmişdir ki, həmin vərəqəni təqdim etmiş tibb mərkəzinə cavabdeh tərəfindən daha əvvəlki tarixlərdə, məhz onunla bağlı müraciət olunmuş və sonra həmin məktub alınmışdır. O, həmin iclasda ona qarşı irəli sürülmüş ittihamlar ilə razılaşmayaraq, xəstəlik vərəqəsinin etibarsızlığı barədə məktubun əsaslı olmadığını, xəstəliyinin müalicəsi məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş tələblərə əməl etməklə iş buraxdığını, tibb müəssisəsinin sonrakı məktubunun onun müalicə almağı faktını heç cür təkzib etmədiyini bildirmişdir. Görünür ki, cavabdeh tərəfindən həmin tibb mərkəzinə müraciət olunaraq, ona verilmiş vərəqənin etibarsız olduğunu bəyan edilməsi üçün təzyiq göstərilmişdir. Çünki həmin xəstəlik vərəqəsində onun xəstəliyi göstərilməklə, xəstəliyə görə işdən müvəqqəti azad olunmağı əsaslandırılmışdır. Belə ki, onun iş yerinə təqdim etdiyi vərəqə, məhz həmin tibb müəssisəsinin Həkim Müalicə Komissiyasının sədri R.İ.Mikayılov tərəfindən təsdiq edilmişdir. O, isə həmin xəstəlik vərəqəsinə əsasən işdən azad olduğuna inanmışdır, çünki həqiqətən xəstəlikdən və verdiyi kəskin ağrılardan əziyyət çəkirdi. Göstərilən müddətdə işə çıxmayaraq, uzun müddətli müalicə almışdır. Sonradan, tibb müəssisəsinin bəhs olunan xx.xx.2023-cü il tarixli, 129 №-li məktubu barəsində əldə etdiyi məlumatlara görə, həmin məktubda cavabdeh tərəfindən onunla birlikdə cəmi 10 nəfər işçilərinə həmin tibb müəssisəsi tərəfindən verilmiş ayrı-ayrı 10 ədəd “Əmək qabiliyyətinin olmaması” vərəqəsinin etibarsız olması qeyd olunmuşdur. Sözügedən işçilərdən isə yalnız onun barəsində xəstəlik vərəqəsinin etibarsızlığı əsas gətirilərək, xəstəliyi müddətində üzrsüz səbəbdən iş buraxmağına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı intizam tənbehi tətbiq edilmiş, digər əməkdaşların xəstəlik vərəqələrinin etibarsızlığına görə isə əvvəlcə yalnız bir neçəsinə töhmət elan edilsə də, sonradan həmin töhmətlər ləğv edilmiş və heç bir digər əməkdaş barəsində intizam tənbehi verilməmiş, onların hamısı işə buraxılmışdır. Həmçinin, əldə etdiyi məlumata görə, müvafiq tibb müəssisəsi xəstəlik vərəqələrinin etibarsız olduğunu məktubla bildirməyə məcbur edilmişdir. Belə ki, etibarlı xəstəlik vərəqələrinin etibarsız olduğunu qeyd etməsi üçün tibb müəssisəsinə cavabdeh (İnsan resursları şöbəsinin rəisi) tərəfindən hədə-qorxu gəlinmiş, guya cavabdehin bir neçə əməkdaşının məhz həmin tibb müəssisəsindən xəstəlik vərəqəsi almasının şübhə yaratdığı və buna görə, həmin tibb müəssisəsi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət ediləcəyi bildirilmişdir. Beləliklə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas hesab olunan məktubda ondan başqa digər 9 nəfərə verilmiş xəstəlik vərəqələrinin etibarsız qeyd olunmasına baxmayaraq, yalnız onun barəsində, xüsusilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə əmək müqaviləsinə xitam verilməsinə dair intizam tənbehi verilməsi, özlüyündə, olduqca şübhəli haldır və qərəzli mövqedir. Həmin görüşdən sonra, o, işdən azad olunduğunu öyrənib, iş ye rindən ona əmək kitabçasını təqdim etmək üçün çağırılmağını gözləməyə başlamışdır. Nəhayət, xx.xx.2023-cü il tarixində o, elektron hökumət portalında şəxsi kabinetinə daxil olaraq, orada əmək müqaviləsinə xitam verildiyi barədə məlumatı görmüş və həmin gün idarəyə gedərək, belə məlumatın həqiqi olub-olmadığını soruşmuşdur. Orada İnsan resursları şöbəsindən ona işdən azad olunmağı barədə xx.xx.2023-cü il tarixində əmr çıxarıldığını bildirmiş və demişlər ki, əmək kitabçasını, əmək müqaviləsinin və digər sənədlərinin nüsxəsini sonra gəlib götürməlidir. xx.xx.2023-cü il tarixində onu idarəyə çağırmışlar. O, həmin tarixdə yenidən idarəyə getmiş və ona işdən azad olunmağı barədə 14-2-11/3-1K-222/2023 nömrəli əmrin surəti işəgötürən tərəfindən imzalanmamış vəziyyətdə, əmək müqaviləsinin və ona əl avələrin surətlərini (əsilləri təqdim olunmadan) işdən rəsmi olaraq azad olunduğu tarixdən 4 gün sonra təqdim etmişlər. Barəsində çıxarılmış əmrin məzmunu ilə tanış olarkən, ona qarşı qərəzli mövqeyin olduğunu görmüşdür. Orada guya ona xəbərdarlıq verilməsi, işə geri çağırılmağı ilə əlaqədar ona dəfələrlə bildiriş göndərilməsi, zəng edilməsinə baxmayaq, bunun mümkün olmadığı qeyd edilmişdir ki, bunlar həqiqət deyil. Belə ki, onun işlək telefon nömrəsi idarədə mövcud olmuşdur və xəstəlik vərəqəsinin bitməsindən sonrakı mübahisəli dövrdə bir neçə dəfə onunla əlaqə saxlanılmış, idarəyə dəvət olunmuşdur. Hətta 14-2-11/3-1K222/2023 nömrəli əmrin mətnində onun xx.xx.2023-cü il tarixində iş yerinə gəldiyi barədə qeyd də mövcuddur. O, əmrdə göstərildiyi kimi, 4 ay müddətində əsassız iş buraxmamışd ır. xx.xx.2023-cü il tarixindən etibarən onun işə gəlməməyinin əsl səbəbi, xəstəliyə görə müvəqqəti işdən azad olduğu müddətin sonunda ona iş yerindən işdən azad olunacağı üçün artıq işə gəlməməyinin bildirilməsi olmuşdur. İşlədiyi dövr ərzində həmişə işinə məsuliyyətlə yanaşmış biri olaraq, vicdanlılıq, ədalətlilik prinsiplərini rəhbər tutmuş və əmək fəaliyyəti zamanı işəgötürənin mənafeyinin qorunması, kollektivdə intizamın subordinasiyanın qorunması məqsədilə ən yüksək işgüzarlıq keyfiyyətlərini təmin etmişdir. Bu səbəbdəndir ki, bu günədək heç bir ciddi intizam tənbehi almadan, nümunəvi işçi olaraq çalışmışdır. Bundan əlavə, ona son haqq-hesab ödənilərkən, SN 00007 № ******* saylı “Əmək qabiliyyətinin olmaması” vərəqəsi əsasında əmək fəaliyyətindən müvəqqəti azad olunduğu dövr olan x x.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığındakı müddət üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilməmişdir. Nəticədə, ona zərər vurulmuş, o, gəlirdən məhrum olduğu üçün borc almaq məcburiyyətində qalmışdır. Sonuncu vəzifə üzrə aylıq vəzifə maaşı, xx.xx.2022-ci il tarixli, 5072-2/16 saylı əlavə üzrə 1934 manat təşkil etmişdir. Bundan başqa, əmək haqqına müntəzəm olaraq hər təqvim ayı üçün əlavələr hesablanmışdır. Cavabdehin ona qarşı yol verdiyi hüquqlarının pozuntusu nəticəsində məcburi iş buraxdığı ötən aylar ərzində onun maliyyə vəziyyəti pisləşmiş, o və ailəsi halal zəhməti nəticəsində almalı olduğu qazancdan məhrum olmuşdur. Bu isə öz növbəsində, onun dolanışıq üçün borca girməyi ilə, ailəsinin güzəranının kəskin pisləşməsi ilə nəticələnmişdir. Bütün bunlar o nun psixi sarsıntılar və mənəvi iztirablar keçirməyinə gətirib çıxarmış, əsəblərinin korlanmasına və səhhətində nevroloji problemlərin yaranmasına yol açmışdır. Cavabdeh tərəfindən hüquqlarının pozulmasından irəli gələrək, çox çətin vəziyyətdədir və baş verənlər nəticəsində 20.000 manat məbləğində mənəvi zərərə məruz qalmışdır. İşdən əsassız olaraq azad edilməyi və pozulmuş hüquqlarının bərpa edilməsi üçün X5 Xidmətinə yazılı şikayət vermişdir. Həmçinin, ona xəstəlik vərəqəsi verən tibb müəssisəsi barəsində aidiyyəti hüquqmühafizə orqanlarına şikayət etmişdir. Belə ki, onun xəstəliyinin müalicəsi olan müddətlər həkim rəyi əsasında, sonuncusu xx.xx.2023-cü il tarixində olmaqla, bir neçə dəfə uzadılmışdır. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “g” bəndində eyni pozuntuya görə iş çilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək işəgötürənin əsas vəzifələrindən biri kimi qeyd edilmişdir.

14. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim olunmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı sonuncu iş yeri olaraq idarənin 31 saylı komandasının (H.Əliyev adına X11-strateji obyekt) rəisi vəzifəsində işləmiş və xidməti işində aşkarlanmış ciddi nöqsanlarla bağlı araşdırmanın nəticələri əsasında (buraxılış rejimini kobud surətdə pozaraq buraxılış rejimi Qaydalarının tələblərini icra etmədiyi) və əvvəllər intizam tənbehi olduğuna görə (xx.xx.2022-ci il tarixli **********00040020A00147 saylı əmr - obyektin mühafizəsini təşkili və xidmətin aparılmasına nəzarət üzrə əmək müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri səhlənkarlığa yol verərək keyfiyyətsiz yeri nə yetirdiyi), onun barəsində toplanmış materiallar əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericiliyin tələblərinə riayət olunaraq Həmkarlar İttifaqının razılığını almaq məqsədilə Həmkarlar İttifaqı Komitəsinə göndərilmişdir. HİK Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli iclasının 168 №-li Qərarı ilə onun barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən müvafiq tədbirin görülməsinə razılıq vermişdir. İddiaçı HİK-nin Rəyasət Heyətinin iclasına xx.xx.2023-cü il tarixdə dəvət olunmuş və iştirak etmiş, xx.xx.2023-cü il tarixində idarəyə gələrək, xx.xx.2023-cü il tarixində idarəyə gələcəyini bildirmiş və öz xahişi ilə işdən azad olunması barədə ərizə yazacağını xahiş etmiş, onun uzun müddət ərzində İdarədə işlədiyi nəzərə alınaraq buna razılıq verilmiş, lakin iddiaçı ardıcı l olaraq əmək qabiliyyətinin olmaması barədə vərəqələr əsasında uzun müddət işə gəlməmişdir. Qeyd olunmalıdır ki, özünü doğrultmayan əməkdaşları barəsində ciddi qərar qəbul edildiyi hallarda onlar tibb müəssisələrinə üz tutaraq müxtəlif diaqnozlar üzrə və uzunmüddətli olmaqla “Əmək qabiliyyətinin olmaması vərəqəsi” təqdim edərək aylarla yayındıqlarına və belə halların intensiv xarakter daşıdığına və bir neçə əməkdaşa vərəqələr tibb mərkəzi tərəfindən verilməsində şübhəli məqamların olduğunu nəzərə alaraq məsələnin araşdırılması üçün cavabdehin rəhbərliyi xx.xx.2023cü il tarixdə rəsmi məktubla Azərbaycan Respublikasının Səhiyyə naziri cənab Teymur Mustafayevə və Azərbaycan Respublikasının Tibb Ərazi Bölmələrinin İcraçı direktoru cənab Vüqar Qurbanova sorğular göndərmiş və xx.xx.2023-cü il t arixdə tibb mərkəzinin direktoru R.İ.Mikayılov tərəfindən cavabdehə və Səhiyyə Nazirliyinə göndərilmiş məktubunda bildirilmişdir ki, həkim-terapevt X4 xəstələri tam müayinə etmədiyi üçün “töhmət” intizam tənbehi verilmişdir. Cavabdehin rəhbərliyi rəsmi məktublarla Səhiyyə Nazirliyinə və TƏBİB-ə yuxarıda qeyd olunanlarla bağlı təkrar xx.xx.2023-ci il tarixində sorğular göndərmişdir.Tibb Mərkəzinin direktoru R.İ.Mikayılovun xx.xx.2023-cü il tarixli 129 nömrəli məktubu ilə bağlı iddiaçı xx.xx.2023-cü il tarixində idarənin Həmkarlar İttifaqı Komitəsinin sədri M.Aşurov tərəfindən İdarəyə dəvət olunmuş, məktubla tanış edilmiş və izahat yazması təklif olunmuş, lakin iddiaçı hazırda xidmətdə olmadığını, müalicə aldığını bildirərək izahat yazmaqdan imtina edərək idarəni tərk etmişdir. İddiaçı xx. xx.2023-cü il tarixdən üzrlü sayılacaq hər hansı səbəb göstərmədən işə çıxmadığına görə, onun heç bir əsası olmadan 4 aydan çox müddət ərzində qəsdən əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olduğunu nəzərə alaraq onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinə 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilməsi üçün xx.xx.2023-cü il tarixdə Həmkarlar İttifaqı Komitəsinə təqdimat göndərilməsi və sonuncunun xx.xx.2023-cü il tarixli 191 saylı qərarı ilə xitam verilməsinə razılıq vermişdir. Hər bir halda, üzrlü səbəb varsa idarəyə gəlib təqdim olunması üçün xx.xx.2023-cü il tarixdə “xəbərdarlıq” bildirişi "xxxx" MMC şirkəti vasitəsilə iddiaçının idarəyə təqdim etdiyi ünv ana göndərilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Həmkarlar İttifaqı Komitəsinin nümayəndəsi ilə birlikdə idarənin işçiləri “xəbərdarlıq” bildirişini iddiaçıya əlbəəl verilməsi üçün yaşadığı ünvana getmiş, evinin qapısını döydükdə açan olmamış, telefon vasitəsilə ona məxsus nömrəyə zəng vurulmuş, lakin iddiaçı tərəfindən telefona cavab verilməmiş və bu barədə akt tərtib olunmuşdur. “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında” Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarının 1-ci hissəsinə əsasən sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur. İşçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyind ə olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı ona mənəvi ziyanın vurulmasına dair Əmək Məcəlləsinin 290-cı maddəsində göstərilən hallarla bağlı heç bir sübut təqdim etməmişdir.

15. Məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin “X9 Mərkəzinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, iddiaçı və digər işçilər barədə rəsmi məktub daxil olmuşdur. Məsələni araşdırmış, ambulator rejimin pozulması müəyyə n edilmiş, bununla bağlı həkimə töhmət vermişlər. Bu işlə bağlı dəfələrlə dövlət qurumlarına çağırılmış, izahatlar vermişdir. Xəstə üç gündən bir vaxtında gəlməlidir və müayinələrdən keçməlidir. Xəstə tərəfindən rejim pozulduqda üç nəfərdən ibarət həkim məsləhət komissiyası iclas keçirir və yazılı qaydada qərar çıxarılır, bülleten ləğv edilir. Bülleteni kompüterlə qeydiyyata alırlar. Blankları Səhiyyə Nazirliyindən alırlar. Üç komissiya üzvü, bir digər həkim yoxlama apararaq qərar qəbul etmişdirlər. Ləğv olunmuş xəstəlik blankları ilə bağlı hesabat vermirlər. Sorğu verən cavabdehə bununla bağlı məlumat vermişlər. Səhiyyə Nazirliyi tərəfindən yoxlama aparılarkən qeydiyyat kitabında etdikləri hərəkətlər araşdırılır. Ambulator rejimin pozulması xəstənin vaxtında yoxlamalara gəlməməsi ilə müəy yən edilir. Ambulator kartoçkada qeydiyyat aparılır, gəlmədiyi günlər göstərilir. 6 gündən sonra həkim-məsləhət komissiyası müayinəyə baxır. O, bununla bağlı yoxlama aparmışdır. Həmin dövrdə iddiaçı vaxtlı-vaxtında gəlməyib, amma xəstəliyi olub, yoxlamalardan vaxtında keçmədiyinə görə bülleten ləğv edilib. Əgər xəstə olmasaydı, iddiaçıya ümumiyyətlə xəstəlik vərəqəsi açılmazdı.

16. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 31 may 2024-cü il tarixli e-2(009)-627/2024 nömrəli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia tələbi qismən təmin edilərək, cavabdehin xx.xx.2023-cü il tarixli, 14-2-11/31K222/2023 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının cavabdehin 31 saylı komandasının rəisi vəzifəsinə bərpa edilməsi və 1 oktyabr 2023-cü il tarixindən hesabl anmaqla işə bərpa edilən günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının (2023-cü ilin 2-14 noyabr tarixlərində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənişlər nəzərə alınmaqla) ona ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək üzrlü sayılacaq hər hansı səbəb göstərmədən işə çıxmadığına görə işdən azad edilməsinə dair cavabdehin dəlilləri müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 izahatının məzmunu ilə tam təkzib edilir. İddiaçının ambulator rejimi pozduğuna görə ona verilmiş SN ******* seriya nömrəli xəstəlik vərəqəsinin ləğv edilməsi və bununla bağlı həkim-terapev t X4 töhmət verilməsi heç də həmin xəstəlik vərəqələrinin saxta olması ilə bağlı olmamışdır. İddiaçı həqiqətən də xəstəliyi ilə əlaqədar müayinə və müalicə edilmiş, sadəcə ambulator rejimin pozulması hallarına yol vermiş, vaxtlı-vaxtında müayinə gəlib yoxlamalardan keçmədiyinə görə xəstəlik vərəqəsi ləğv edilmiş, bu əsaslara görə də həkim-terapevt X4 töhmət verilmişdir. Üçüncü şəxsin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının adına xəstəlik vərəqəsinin ləğv edilməsi onun əsassız verilməsi ilə əsaslandırılsa da, bu əsassızlığın nədən ibarət olması açıqlanmamışdır. Lakin məhkəməyə təqdim edilmiş məktublarında ləğvin əsası kimi ambulator rejimin pozulması göstərilmişdir. Verilmiş izahatdan da görünür ki, ambulator rejimin pozulması xəstənin yoxlamalara vaxtında gəlməməsi ilə müəyyən edili r.

18. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya intizam tənbehinin verilməsi zamanı əmək qanunvericiliyi ilə təsbit edilmiş prosedur qaydalarına riayət edilib-edilməməsinə hüquqi qiymət verərək bu nəticəyə gəlmişdir ki, iddiaçının adına olan xəstəlik vərəqəsinin ləğv edilməsi tibbi əsaslarla deyil, vərəqəni verən tibb müəssisəsinin daxili prosedur qaydalarının pozulması səbəbindən baş verdiyindən, bu hal onun üzrsüz səbəbdən işə çıxmaması kimi qiymətləndirilə bilməz.

19. Cavabdeh Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubu əldə etdikdən sonra iddiaçının adına olan SN ******* saylı xəstəlik vərəqəsinin dövründə onun üzrsüz səbəbdən işə çıxmamasını əsas götürərək, ona intizam tənbehi vermək məqsədilə qanunla müəyyən edilmiş qaydalar əsasında əmək müqaviləsinə xitam verilməsi üçün xx.xx.202 3-cü il tarixində Həmkarlar İttifaqı Komitəsinə təqdimat göndərmiş və sonuncu xx.xx.2023-cü il tarixli 191 saylı qərarı ilə əmək münasibətinə xitam verilməsinə razılıq vermişdir. Lakin müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdeh bu müqaviləyə xitam verməyərək, bunu iddiaçının hər bir halda üzrlü səbəbə dair müvafiq sənədinin təqdim oluna bilməsi ehtimalı ilə izah etmiş və bu məqsədlə də iddiaçının ünvanına rəsmi bildiriş göndərmiş, hətta nümayəndələrinin belə onun evinə getməsini göstərmişdir.

20. Məhkəmə cavabdehin xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək bu müqaviləyə xitam verməməsinin səbəblərinə dair irəli sürdüyü dəlilləri inandırıcı saymamışdır. Belə ki, cavabdehin mövqeyindən yanaşıldıqda artıq, o, iddiaçının “əmək qabiliyyət inin olmaması vərəqəsi”nin tibb mərkəzi tərəfindən ləğv edilməsinə dair məktubunu almaqla onun xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində işə üzrsüz səbəbdən çıxmamasına tam əmin olduğu halda, xx.xx.2023-cü il tarixi də daxil olmaqla sonrakı yaxın tarixlərdə əmək müqaviləsinə xitam verilməsinə dair əmrini qəbul edə bilərdi. Lakin cavabdehin özünün bildirdiyinə görə, iddiaçının xx.xx.2023-cü il tarixdən də işə gəlmədiyi halda, xx.xx.2023-cü il tarixə kimi göstərdiyi qaydada barəsində əmr verməyərək gözləmə mövqeyində olmasına dair izahatlar səmimi verilən izahatlar kimi qəbul edilməməlidir.

21. Məhkəmə iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi əmək qabiliyyətinin olmaması vərəqəsinin cavabdeh tərəfin qəbul etmək istəmədiyinə dair izahatlarını inandırıcı saymış və qeyd etmişdir ki, cavabdeh tərəfin iddiaçının 02 oktyabr 01 noyabr 2023-cü il tarixinədək də heç bir üzrlü səbəb olmadan işə çıxmamasına dair dəlilləri işin araşdırılmış halları ilə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının xx.xx.2023-cü il tarixindən işdə olmamasının səbəbi cavabdehin iddiaçının adına olan xəstəlik vərəqələri ilə bağlı araşdırma aparılmasının və işdən azad edilməsinin şifahi qaydada ona bildirmələri olmuşdur. Məhz bu baxımdan, iddiaçının bu barədə izahatları inandırıcıdır. Çünki işin materiallarından görünür ki, Tibb Mərkəzinin məktubu xx.xx.2023-cü il tarixdə müəssisəyə daxil olmuşdur.

22. Əgər iddiaçı həqiqətən də xx.xx.2023-cü il tarixdən üzrsüz səbəblərdən işə çıxmamışdırsa, “X9 Mərkəzi”nin məktubunu gözləməyə zərurət olmadan onun barəsində intizam tənbehinin görülmə si üçün kifayət qədər əsas var idi. Lakin göründüyü kimi, cavabdeh məktubun xx.xx.2023-cü il tarixdə daxil olmasından sonra hətta iddiaçını idarəyə dəvət edərək ondan müvafiq izahat almağa da cəhd etmiş və bu halı aktlaşdırmışdır. Beləliklə də, iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü tarixə kimi işə çıxmamasının səbəbi həm cavabdehin təşəbbüsü, həm də 2-14 noyabr tarixlərində əmək qabiliyyətinin olmamasına dair xəstəlik vərəqəsi olmuşdur.

23. İddiaçının xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü tarixə kimi işə çıxmaması nə cavabdehin Həmkarlar İttifaqı Komitəsinə işəgötürən tərəfindən göndərilmiş təqdimatda öz əksini tapmış, nə də ki, sonuncunun xx.xx.2023-cü il tarixli 191 saylı qərarı ilə müzakirə edilməmişdir. Həmin qərarla iddiaçının yalnız ləğv edilmiş xəstəlik vərəqəsində göstərilən müddət, yəni xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək heç bir üzrlü sayılacaq hər hansı səbəb göstərmədən işə çıxmadığına görə, onun heç bir əsas olmadan göstərilən müddət ərzində qəsdən əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngin pozulması müzakirə olunmuşdur. Lakin iddiaçı barəsində verilmiş xx.xx.2023-cü il tarixli əmrdə onun xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2023cü il tarixə kimi olan müddət deyil, 4 aydan artıq müddət ərzində, yəni, xx.xx.2023-cü il tarixindən əmr verilən tarixə kimi işə üzrsüz səbəbdən çıxmaması göstərilərək hərəkəti (hərəkətsizliyi) qüvvədə olan Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin pozuntusu kimi qiymətləndirilmişdir. Halbuki qeyd olunduğu kimi cavabdeh işəgötürən tərəfindən Həmkarlar İttifaqı Komitəsinə göndərilən təqdimatda və sonuncunun xx.xx.2023-cü il tarixli 191 saylı qərarından aydın görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində işə çıxmaması məsələsi müzakirə edilmişdir.

24. Məhkəmə hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən onun hərəkətlərində Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulan hal olmadığından cavabdeh tərəfindən əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməklə işdən azad olunması kimi intizam tənbehi verilməsi Əmək Məcəlləsinin 186-cı maddəsinin tələbləri baxımından qanun pozuntusudur.

25. Məhkəmənin qənaətinə görə, xəstəliyə görə əmək qabiliyyəti nin müvəqqəti itirilməsi müddəti üçün müavinətin iddiaçıya ödənilməsi Komissiyanın sözügedən qərarının mübahisələndirildiyi halda onun ləğv edilməsi və ya etibarsız hesab edilməsi halında mümkün ola bilər. Odur ki, iddianın qeyd edilən hissəsinin təmin edilməsi mümkün deyil və iddiaçıya qeyd edilən ödənişləri tələb etməsi üçün həmin qərarın qanuniliyini mübahisələndirmək hüququnun olması izah edilmişdir.

26. Məhkəmə iddia tələbinin mənəvi zərərin əvəzi qismində 20.000 manat pul məbləğinin cavabdehdən tutulmasına dair hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı bu hissədə tələbinə dair sübutları məhkəməyə təqdim etməmişdir.

27. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 10-cu maddəsinə, 68-ci maddəsinin 1-ci hissəsinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci mad dəsinin 2-ci hissəsinə, 72-ci maddəsinin “a” bəndinə, 186-cı maddəsinin 1-ci hissəsinə, 187-ci maddəsinə, 311-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Cavabdeh apellyasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnamənin qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. İddia tələbinə etiraz ərizəsi ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, məhkəmə qətnaməsində göstərilmişdir ki, məhkəmə iclasında iştirak etmiş iddiaçı bildirmişdir ki, guya noyabr ayında təqdim edə bildiyi bülleteni dəfələ rlə təqdim etsə də, idarə qəbul etməyib. Poçtla bülleteni göndərib, lakin idarə qəbul etməyib, ona şifahi olaraq araşdırma prosesi getdiyindən işə buraxılmadığı bildirilib. Halbuki iddiaçı məhkəmə proseslərində bülleteni poçtla göndərdiyi barədə ümumiyyətlə heç nə deməmişdir. Əksinə, cavabdeh tərəfindən dəfələrlə müxtəlif vasitələrlə iddiaçı ilə əlaqə saxlanmağa cəhd olunmuş, o, isə əlaqələrdən yayınmış, poçtla heç bir məktubu və ya digər göndərişi idarəyə daxil olmamış, bununla bağlı iddiaçı özü də məhkəməyə hər hansı göndərilməni təsdiq edən sənəd təqdim etməmişdir. Məhkəmə prosesində isə hakimin özü ona “bülleteni götürmürdülərsə, rəsmi məktubla, poçtla göndərə bilərdiniz” deyə bildirmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı rəis olmuş və o, işə, çox rahat şəkildə gəlib-getmək imkan ında olmuşdur. Digər işçilər kimi rəislərin idarəyə daxil olması üçün “turniket” qoyulmur, rəis zavoda, oradakı otağına rahat şəkildə qalxır və otağından idarədə yerləşən növbətçi hissəyə işdə olması barədə məlumat verir və işə başlayır. Odur ki, onun işə çıxmasının qabağını heç kim ala bilməz, o, işdən azad olunmadığı dövrdə kimsə onun zavoda daxil olmasına, işləməsinə qadağa qoya, mane ola bilməzdi. Əgər bu fakt olmuşdusa, lazımi müraciətlər, şikayətlər edərdi. İddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qərar qəbul edərkən “xəstəlik vərəqəsinin ləğv edilməsi”nə əmrin ləğvi hissəsində başqa yanaşma irəli sürür, “xəstəliyə görə əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti üçün müavinətin ödənilməsi” hissəsində isə başqa yanaşma irəli sürür və iddiaçıya h əmin ləğvə əsas olan sənədin mübahisələndirilməsini məsləhət görür. Halbuki həmin məsləhəti elə əmrin ləğv edilməsi hissəsində qeyd etməli və bunun əsasında iddianı bütünlüklə rədd etməliydi.

30. Məhkəmə həmçinin hesab etmişdir ki, əgər iddiaçı həqiqətən də xx.xx.2023-cü il tarixdən üzrsüz səbəblərdən işə çıxmamışdırsa, “X9 Mərkəzi”nin məktubunu gözləməyə zərurət olmadan onun barəsində intizam tənbehinin görülməsi üçün kifayət qədər əsas var idi. Lakin cavabdeh Tibb Mərkəzinin məktubunun xx.xx.2023-cü il tarixdə daxil olmasından sonra hətta iddiaçını İdarəyə dəvət edərək ondan müvafiq izahat almağa da cəhd etmiş və bu halı aktlaşdırmışdır. Buna görə də, iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü tarixə kimi işə çıxmamasının səbəbi həm cavabdehin təşəbbüsü, həm də 2-14 noyabr tarixl ərində əmək qabiliyyətinin olmamasına dair xəstəlik vərəqəsi olmuşdur. Bu yanaşma qəbul edilən deyil və açıq-aşkar bərabərlik prinsiplərini pozmuşdur. Belə ki, əvvəla iş materiallarından da görünür ki, 2-14 noyabr tarixlərində əmək qabiliyyətinin olmamasına dair xəstəlik vərəqəsinin idarəyə verilməsini təsdiq edən heç bir sənəd, sübut yoxdur. Əgər xəstəlik vərəqəsi həmin dövrdə (2023-cü il noyabr ayı) var idisə, iddiaçı onu idarədən qəbul etmədikləri halda poçt vasitəsilə də göndərə bilərdi ki, bunu məhkəmə prosesində hakim özü də iddiaçıya bildirdi və soruşdu, iddiaçı isə tutarlı bir cavab vermədi. Digər tərəfdən, iddiaçı 2024-cü ilin fevral ayında elektron qaydada məhkəməyə müraciət etməsinə baxmayaraq, həmin xəstəlik vərəqəsini məhkəmə iclasları zamanı, aprel ayında elektron kabinet vas itəsilə təqdim edilmişdir. Buradan da aşkar görünür ki, əgər həmin sənəd iddiaçıda olsaydı, heç olmazsa məhkəməyə müraciət edərkən, sənədi iddia ərizəsinə əlavə edərdi. Bu halda belə, yenə də 1 oktyabrdan 2 noyabradək olan tarixlərdə işburaxmanın üzrlü hesab edilməsi üçün hər hansı bir sənəd olmamışdır.

31. Məhkəmənin Mərkəzin nümayəndəsi X2 izahatına istinadı ilə bağlı qeyd edilməlidir ki, bu hissədə mövqe işin faktiki halları ilə ziddiyyət təşkil edir. Belə ki, X3 məhkəmə verdiyi izahatında “etiraz”da göstərilənləri təsdiq etmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bunda 7 oktyabr 2024-cü il tarixli 2(103)-4814/2024 nömrəli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi) İkram Şirinov və Namiq Cəfərov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi rədd edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan sübutlarla, o cümlədən apellyasiya şikayətinin dəlilləri və ona əlavə edilmiş sənədlərlə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini, yəni 72-ci maddəsinin “a” bəndindəki halı pozması açıq-aşkar təsdiq olunur. Cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 70-ci maddəsinin “ç” bəndinin tələblərini, yəni 72-ci maddəsinin “a” bəndindəki halı pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə üzrlü səbəb olmadan bütün iş günü ərzində işə gəlməməsi müəyyənləşdirilməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq müvafiq iş yerin də işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Əlbəttə ki, ən azından 2 oktyabr 2023-cü il tarixindən (2-14 noyabr 2023-cü il tarixlərində əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü nəzərə alınmasa belə) 7 dekabr 2023-cü il tarixinədək iddiaçının işə gəlməməsi işin normal ahəngini pozmaya bilməzdi.

34. Birinci instansiya məhkəməsinin iddiaçının xx.xx.2023- cü il tarixindən xx.xx.2023cü il tarixədək olan dövr üzrə olan əmək qabiliyyətinin olmaması vərəqəsinin ləğv edilməsinin onun qeyri-səhih və ya saxta olması ilə bir bağlılığı olmadığına dair mövqeyi ilə mahiyyət etibarı ilə apellyasiya instansi yası məhkəməsi də razılaşmışdır. Çünki qeyd olunan vərəqənin ambulator rejim qaydalarının pozulmasına görə ləğv edildiyi iş materialları ilə təsdiq olunur. Bu hal isə iddiaçının həmin dövrdə əmək qabiliyyətinin olmamasını inkar etmir. Ən azından, bu ana qədər nə tibb müəssisəsinin və ona nəzarət edən qurumların, nədəki hüquq mühafizə orqanlarının yaxud məhkəmənin bu barədə, yəni iddiaçının həmin dövrdə əmək qabiliyyətinin olmasını təsdiq edən qərarı yoxdur.

35. Lakin iddiaçı ilə bağlanmış əmək müqaviləsi sırf həmin dövrə görə ləğv edilməmişdir. Ən azından, 2 oktyabr 2023-cü il tarixindən (2-14 noyabr 2023-cü il tarixlərində əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü nəzərə alınmasa belə) 7 dekabr 2023-cü ilədək də iddiaçı işə gəlməmişdir. Cavabdeh isə Tibb Mərkəzinin xx.xx.2023-cü il t arixli məktubunu əldə etdikdən sonra iddiaçının yalnız xəstəlik vərəqəsinin dövründə üzrsüz səbəbdən işə çıxmamasına görə deyil, həm də heç bir üzrlü səbəb olmadan 2 oktyabr 2023-cü il tarixindən işə çıxmamasına görə də ona intizam tənbehi vermək məqsədilə qanunla müəyyən edilmiş qaydalar əsasında əmək müqaviləsinə xitam verilməsi üçün xx.xx.2023-cü il tarixdə həmkarlar ittifaqı komitəsinə təqdimat göndərmiş və xx.xx.2023-cü il tarixli 191 saylı qərarı ilə əmək münasibətinə xitam verilməsinə Həmkarlar ittifaqı razılıq vermişdir (bax.i.v.101-105). Ancaq birinci instansiya məhkəməsinin qənaətindən belə çıxır ki, həmkarlar ittifaqı komitəsinə göndərilən təqdimat və komitənin razılığı yalnız xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrə görə olmuşdur.

36. Cavabdehin iddiaçı b arəsində əmək müqaviləsinə xitam vermək üçün xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək üzrlü səbəbə dair müvafiq sənədin təqdim oluna bilməsi ehtimalına görə gözləmə mövqeyində olması da başadüşülən olmalıdır. Çünki iddiaçı 16 yanvar 2023-cü il tarixindən davamlı olaraq çoxsaylı əmək qabiliyyətinin olmaması vərəqələri təqdim etməklə faktiki olaraq əmək müqaviləsi ləğv edilənədək əmək hüquqlarından sui-istifadə edərək işə çıxmamışdır. Bu faktların özü cavabdehi lazımı diqqətlilik və ehtiyatlılıq göstərməyə məcbur edirdi. Çünki əmək qanunvericiliyinin imperativ tələbinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsi əmək qabiliyyətinin olmadığı dövrdə ləğv edilə bilməz. Ona görə də cavabdehin bu məqsədlə iddiaçının ünvanına rəsmi bildiriş, hətta nümayəndələrinin belə onun evinə göndərmə si anlaşılan olmuşdur. Məhkəmənin isə cavabdehin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək bu müqaviləyə xitam verməməsinin səbəblərinə dair irəli sürdüyü dəlilləri buna dair müvafiq sənədlər təqdim etməsinə baxmayaraq inandırıcı saymaması, üstəlik nümayəndəsinin bu dövrdə gözləmə mövqeyində olmasına dair izahatlarının səmimi verilən izahatlar kimi qəbul etməməsi özü başadüşülən olmamışdır. Çünki bu cür vəziyyətdə məhkəmə cavabdehin təqdim etdiyi sənədləri inandırıcı saymırsa və nümayəndəsinin izahatını səmimi hesab etmirsə, onda xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək gözləmə mövqeyində olmasında hansı hüquqa zidd marağının olduğunu da müəyyən etməli idi, ancaq məhkəmə bunu etməyib yaxud etmək üçün hansısa əsası olmayıb. Ona görə də cavabdehin iddiaçı ilə bağladı ğı əmək müqaviləsini qeyd edilən əsasla ləğv edənədək Əmək Məcəlləsinin 79 və 189-cu maddələrinin tələblərini pozmaması üçün 17 noyabr 2023-cü ildən 7 dekabr 2023-cü ilədək olan müddətdə əlavə araşdırma aparması zəruri və əsalı olmuşdur. Çünki iddiaçı da bununla bağlı, yəni hansı tarixlərdə əmək qabiliyyətini müvəqqəti itirib-itirməməsi barədə cavabdehə məlumat verməmiş yaxud da bilərəkdən vermək istəməmişdir.

37. Bundan əlavə, məhkəmənin iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi əmək qabiliyyətinin olmaması vərəqəsinin cavabdeh tərəfin qəbul etmək istəmədiklərinə dair izahatlarını inandırıcı sayması, cavabdeh tərəfin isə iddiaçının 2 oktyabr - 1 noyabr 2023-cü il tarixinədək də heç bir üzrlü səbəb olmadan işə çıxmamasına dair dəlillərinin işin araşdırılmış halları ilə öz təsdiqini tapmaması barədə mövqeyi də ziddiyyətlidir. Çünki iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi əmək qabiliyyətinin olmaması vərəqəsinin cavabdeh tərəfin qəbul etmək istəmədiklərinə dair izahatlarını inandırıcı sayır, cavabdeh tərəfin isə iddiaçının 2 oktyabr - 1 noyabr 2023-cü il tarixinədək də heç bir üzrlü səbəb olmadan işə çıxmamasına dair dəlillərinin işin araşdırılmış halları ilə öz təsdiqini tapmaması qənaətinə gəlir. Ancaq iddiaçının həmin dövrdə heç bir üzrlü səbəb olmadan işə gəlməməsi bir faktdır. Məhkəmə yenə də mövqeyini iddiaçının xx.xx.2023-cü il tarixindən işdə olmamasının səbəbi cavabdehin iddiaçının adına olan xəstəlik vərəqələri ilə bağlı araşdırma aparılmasının və işdən azad edilməsinin şifahi qaydada ona bildirmələri ilə bağlı iddia çının izahatlarını inandırıcı sayması ilə əsaslandırıb. Lakin iddiaçının xəstəlik vərəqələri ilə bağlı araşdırma aparılması yaxud işdən azad edilməsinin şifahi qaydada ona bildirilməsi həqiqi olsa belə, bu hallar onun 2 oktyabr 2023-cü ildən işə gəlməməsinə əsas vermirdi. Başqa sözlə, iddiaçı işdə ola-ola da cavabdehin araşdırma aparmasına hər hansı bir maneə ola bilməzdi, əksinə işdə olması araşdırmanın keyfiyyətinə müsbət təsir edərdi. Ona görə də iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü tarixə kimi işə çıxmamasının səbəbi 214 noyabr tarixlərində əmək qabiliyyətinin olmamasına dair xəstəlik vərəqəsi olsa da, cavabdehin təşəbbüsü olmamış və ola da bilməzdi. Çünki iddiaçı tərəfindən buna dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.

38. Apellyasiya şikayətində göstərild iyi kimi iddiaçının tutduğu vəzifə onu işə kiminsə buraxmaması dəlilini də təkzib edir. Ancaq bu hal da iddianın əsaslı olduğunu təsdiq etmir. Çünki bu barədə yalnız iddiaçının apellyasiya baxışı zamanı verdiyi izahatı mövcuddur. İddiaçının bəyan etdiyi həqiqi idisə, ən azından həmin dövrdə bu barədə aidiyyəti orqanlara, o cümlədən, əmək müfəttişliyinə məlumat verə bilərdi yaxud bəyan etdiyi hal baş vermişdirsə hansısa formada bunu rəsmiləşdirə və məhkəməyə də sübut qismində təqdim edə bilərdi.

39. İddiaçının xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü tarixə kimi işə çıxmaması həmkarlar ittifaqı komitəsinə işəgötürən tərəfindən göndərilmiş təqdimatda öz əksini tapmaması və komitənin xx.xx.2023-cü il tarixli 191 saylı qərarı ilə müzakirə edilməməsi barədə məhkəmənin gəldiyi nəticədə həmin sə nədlərin məzmununu təhrif edib. Çünki təqdimatda və qərarda iddiaçının 16 yanvar 2023-dən xidmətə çıxmadığı açıq-aşkar göstərilir. Demək ki, təqdimat verilən və qərar qəbul edilən günədək olan dövr həm də 2 oktyabrdan 2 noyabr 2023-cü ilədək olan dövrü əhatə etmiş olur. Başqa sözlə, təqdimat və qərar yalnız 22 iyul 2023-cü ildən 1 oktyabr 2023-cü ilədək olan dövrə görə verilməmişdir. Ona görə də cavabdehin iddiaçı barəsində verdiyi xx.xx.2023-cü il tarixli əmrdə onun xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2023-cü il tarixə kimi olan müddət deyil, 4 aydan artıq müddət ərzində, yəni, xx.xx.2023-cü il tarixindən əmr verilən tarixə kimi işə üzrsüz səbəbdən çıxmaması göstərilərək hərəkətinin (hərəkətsizliyi) Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin pozuntusu kimi qiymətləndirməsi ən azından 2 oktyabr 2023-cü ildən 2 noyabr 2023-cü ilədək olan dövr üçün düzgün olmuşdur.

40. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 10-cu maddəsinə, 11-ci maddəsinin “b” bəndinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinə, 72-ci maddəsinin “a” bəndinə, 79-cu maddəsinin 1-ci hissəsinə, 80-ci maddəsinin 1-ci hissəsinə, 186-cı maddəsinin 1-ci hissəsinə, 186-cı maddəsinin 2-ci hissəsinə, 187-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. İddiaçı kassasiya şikayəti verərək (Vəkil1) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə gön dərilməsini xahiş etmişdir.

42. İddia ərizəsinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış kassasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, xəstəlik vərəqəsinin ləğv edilməsi tibbi əsaslarla deyil, vərəqəni verən tibb müəssisəsinin daxili prosedur qaydalarının pozulması səbəbindən baş verdiyindən, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövrdə iddiaçının işə çıxmaması üzrsüz səbəb kimi qiymətləndirilə bilməz. Cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair idarənin Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış təqdimatda məhz iddiaçının iş buraxma dövrünün xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək olan hissəsi üzrsüz hesab edilmişdir. Cavabdeh də məhz xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan üzrsüz səbəbdən iş bu raxma dövründəki hərəkətlərinə görə intizam tənbehi verilməsinə münasibət bildirilməsi üçün müraciət edilmişdir.

43. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini Əmək Məcəlləsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Cavabdeh iddiaçının 22 iyul 2023-cü il tarixindən 1 oktyabr 2023-cü il tarixinə qədər olan dövrdə xəstəlik vərəqəsi əsasında iş buraxmağını xəstəlik vərəqəsinin saxta (etibarsız) olması əsası ilə üzrsüz hesab edə rək, həmin müddətdə işə çıxmamağını Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi üzrə vəzifələrin kobud pozuntusu kimi qiymətləndirilərək, Əmək məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən, intizam məsuliyyətinə cəlb edilməyi barədə idarənin həmkarlar İttifaqı Komitəsinin sədri X7 müraciət etmişdir. Təqdimata baxılaraq, Həmkarlar İttifaqı Komitəsi tərəfindən etiraz bildirilməmişdir. Burada diqqət yetirilməli əsas məqam isə, əsassız iş buraxma müddəti hesab olunan, SN 00007 № ******* saylı “Əmək qabiliyyətinin olmaması vərəqəsi” əsasında iddiaçının əmək fəaliyyətindən müvəqqəti azad olunduğu xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığındakı dövrdür. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində birinci instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmi ş “xəstəlik vərəqəsinin ləğv edilməsinin onun qeyri-səhih və ya saxta olması ilə bir bağlılığı olmadığına” dair mövqeyi ilə razılaşmışdır.

44. Qətnamənin 28-ci hissəsindəki apellyasiya instansiya məhkəməsinin mövqeyinə istinad etməklə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi sonradan cavabdehin əmrində Həmkarlar Komitəsi İttifaqına ünvanladığı təqdimatdan kənara çıxmaqla çıxardığı əmrin düzgün olduğu qənaətinə gələrək, xəstəlik vərəqəsində müəyyən edilmiş müddətdən sonrakı müddətdə iddiaçının buraxdığı iş günlərini əsassız olaraq üzrsüz hesab edərək, bunu əmək vəzifələrinin kobud pozuntusu hesab etmişdir. Halbuki cavabdehin təqdimatında həmin dövr əhatə olunmamışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsində müəyyən edil miş “əsaslandırılmış yazılı təqdimat” barədə qanunun göstərişinə cavabdeh tərəfində əməl olunmadığını yəni, xəstəlik vərəqəsindən sonrakı dövrdə iş buraxmağım barədə hissədə Həmkarlar Komitəsi İttifaqına ünvanlanmış təqdimatda nəinki əsaslandırmanın, hətta heç qeydin belə verilmədiyini nəzərə almamışdır.

45. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin araşdırmasının yanlışlığını müəyyən etmək məqsədilə heç bir hərəkət edilməmiş, sübutlar hərtərəfli tədqiq edilməmiş, şahidlərin izahatları alınmamış, digər zəruri araşdırmalar aparılmadan, düzgün əsaslandırılmamış qətnamə çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə qarşı cavabdehin vəkili Vəkil3 tərəfindən etiraz daxil olmuşdur.

47. Etiraz apelyasiya şikayəti və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin məzmununa uyğun əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

48. Maddə 11 (“b” bəndi). Əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır.

49. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən əğv edilə bilər.

50. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiy asını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

51. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

52. Maddə 72 ( “a” bəndi). özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

53. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci ma ddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir.

54. Maddə 186 (1-ci hissə). İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

55. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisə daxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər.

56. Maddə 187 (2-ci hissə). İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və eti razlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

63. Maddə 416.1. Kas sasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

66. Qanunun tələbinə görə, kassasiya instansiya sı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

67. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzg ün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

69. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri- mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

70. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ilə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini, yəni 72-ci maddəsinin “a” bəndindəki halı pozması açıq-aşkar təsdiq olunur. Cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 70-ci maddəsinin “ç” bəndinin tələblərini, yəni 72-ci maddəsinin “a” bəndindəki halı pozması əsası ilə ləğv etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hüququn tətbiqində səhvə yol verilməmişdir. Kassasiya şikayətinin əsas dəlillərinə münasibətdə isə kolleg iya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bu halları işçinin işə gəlməməsini üzürlü səbəbi kimi qiymətləndirməməsi düzgün olmuşdur.

71. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

72. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 oktyabr 2024-cü il tarixli 2(103)4814/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar