Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4530/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" mənzil tikinti kooperatinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4530/2023 (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasından imtina, şikayətin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməs inin Mülki Kollegiyasının 2(103)-736/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qərardadından cavabdeh "xxxx" mənzil tikinti kooperativi (Vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə 12 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Ənvər Hüseynov küçəsi ev 5/7 mənzil 530, yeni qaydalara görə Bakı şəhəri Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi, 200, m5, m5 dair 09 iyun 2007-ci il tarixdə bağlanan müqavilə üzrə "xxxx" MTK-ya 11.550 ABŞ dollarının Mərkəzi Bankın kursuna ekvival ent olaraq manatla artıq ödədiyi pulun ona geri qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Məhkəmə baxışı zamanı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əsl cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi ilə əvəz edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-287/2022 nömrəli, 28 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia qismən təmin edilmiş, artıq ödənilmiş 7.200 ABŞ dolları pul vəsaitinin ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla cavabdeh "xxxx" MTK-dan İddiaçı xeyrinə tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, 50 manat ekspertiza xərcinin cavabdehdən tutulması, iddianın qalan hissədə təmin ed ilməməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-736/2023 nömrəli, 30 may 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
6. Qətnamədən cavabdeh Vəkil Nümayəndə2) kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3926/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər Aqil Abbasov (məruzəçi), Zaur Əliyev və Vidadi Məmmədov) müddətin ötürülməsi əsas göstərilməklə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi qərara alınmışdır.
7. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, "xxxx" MTK-nın məhkəmə aktını poçt vasitəsilə 12 iyun 2023-cü il tarixdə alması, müddətin həmin vaxtdan hesablanması üçün əsas ola bilməz. Qətnamə cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə 31 may 2023-cü il tarixdə yerləşdirildiyindən, kassasiya şikayəti isə elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərildiyindən, qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 2 aylıq prosessual müddət 11 gün ötürülmüşdür.
8. Bakı Apellyasi ya Məhkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2023-cü il tarixli qərardadı ilə "xxxx" MTK-nın nümayəndəsinin kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. 9. 15 sentyabr 2023-cü il tarixdə cavabdehin nümayəndəsinin (Vəkil Nümayəndə2) apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən növbəti dəfə verdiyi kassasiya şikayəti və şikayət üzrə ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi apellyasiya məhkəməsinə daxil olmuşdur.
10. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə sənədi yalnız işdə iştirak edən şəxsin, yəni hazırkı halda prosesin tərəfi olan "xxxx" MTK-nın elektron kabinetinə yerləşdirildiyi halda və ya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1, 135.2-ci maddələrində göstərilmiş qaydada çatdırıldığı halda rəsmi qaydada verilmiş hesab oluna bilərdi, qətnamənin prosesin digər iştirakçısı olan nümayəndənin (vəkilin) elektron kabinetinə yerləşdirilməsi isə rəsmi çatdırılma kimi qiymətləndirilə bilməz. Buna görə də qətnamənin "xxxx" MTK-ya xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə çatdırıldığı qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, "xxxx" MTK-nın elektron kabineti mövcud deyil, vəkil Nümayəndə1 elektron kabinetinə isə qətnamənin nə vaxt yerləşdirilməsi barədə MTK-da hər hansı məlumat olmamış, vəkil özü də bu barədə məlumat verməmişdir. Ümumiyyətlə, məhkəmə tərəfindən vəkilin üzərinə qətnaməni MTK-ya çatdırmaq öhdəliyi qoyulmamışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-736/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi) Xumar Mərdano va və Sabit Bəhrəmzadə) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-736/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair cavabdehin nümayəndəsinin (vəkilinin) ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, işin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 30 may 2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə "xxxx" MTK-nın apellyasiya şikayətini imzalamış nümayəndəsi (vəkili) Nümayəndə1 elektron kabinetinə yerləşdirilmiş, kassasiya şikayəti isə, yuxarıda qeyd olunduğu kimi xx.xx.2023-cü il tarixdə elektron sistemə yüklənmişdir. Üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-m ümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq, şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzrlü səbəblər kimi qəbul edilir. Peşəkar hüquqşünaslarla təmsil edilmə imkanı olan bir kommersiya hüquqi şəxsinin ötürdüyü prosessual müddətin bərpası üçün elə ciddi səbəblər olmalıdır ki, onların əsaslı hesab olunması hüquqi müəyyənlik prinsipinə xələl gətirməsin. Bu zaman həm də nəzərə alınmalıdır ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzrlü hesab edilən hallar, o cümlədən şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq, müddətli xidməti ezamiyyət və s. hüquqi şəxslər üçün deyil, fiziki şəxslər üçün müəyyən edilmişdir.
13. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, "xxxx" MTK hətta qətnaməni bilavasitə özünün poçt vasitəsilə aldığını bildirdiyi tarix (xx.xx.2023-cü il) əsas götürülməklə hesablandığı zaman belə müddətin sonuncu günü şikayət verməklə həmin şikayətin hər hansı səbəblə geri qaytarıla biləcəyi ehtimalını nəzərə almamış, müddətin ötürülməsinə faktiki olaraq özü şərait yaratmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3, 10-1.5, 128.1, 130.1, 133.1, 135.1, 135.2, 135.6, 405.0.1, 408.1.4-cü maddələrinə, “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
15. Qərardaddan cavabdeh (nümayəndə və Vəkili Nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edib, buraxılmış müddətin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, prosesin digər iştirakçısı olan və işdə iştirak edən şəxs kateqoriyasına aid edilməyən "xxxx" MTK-nın nümayəndəsi və vəkilinin elektron kabinetinə qətnamənin yerləşdirilməsi yuxarıda qeyd olunan hüquq normalarının tələbinə görə, məhkəmə sənədinin rəsmi qaydada verilmiş hesab edilməsi kimi qiymətləndirilə bilməz. İş materiallarında olan sübutlardan göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 30 may 2023-cü il tarixli qətnaməsi "xxxx" MTK-ya rəsmi qaydada xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2023-cü il tarixdə poçt göndərişi vasitəsilə verilmişdir. Heç bu tarix də dəqiq deyil, çünki xx.xx.2023-cü il tarixi onlara təqdim edilən poçt zərfinin arxa tərəfində olan yekun möhürün tarixini əks etdirir, iş materialları nda olan (həmin qətnamənin "xxxx" MTK-ya çatdırılması barədə) xəbərnamədə daha sonrakı tarix də göstərilə bilər.
17. Kassasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, açıq-aşkar görünür ki, mübahisələndirilən qətnamə "xxxx" MTK-ya rəsmi qaydada xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2023-cü il tarixdə poçt göndərişi vasitəsilə verilmişdir. İşdə iştirak edən şəxs prosesin tərəfi və cavabdeh olan "xxxx" MTK-nın EMİS-də elektron kabineti mövcud deyil. Vəkil Nümayəndə1 elektron kabinetinə qətnamənin nə zaman yerləşdirilməsi barədə "xxxx" MTK-nın hər hansı məlumatı olmamış, habelə vəkilin özü tərəfindən MTK-ya bu barədə məlumat təqdim edilməmişdir. Eyni zamanda, məhkəmə tərəfindən bu vəkilin üzərinə də belə bir vəzifə (məhkəmə sənədinin çatdırılması öhdəliyi) həvalə edilməmişdir. Vəkil Nümayənd ə1 səlahiyyəti MTK ilə bağladığı hüquqi yardım müqaviləsinin öhdəlikləri ilə məhdudlaşmış, iş materiallarında olan Vəkil Orderindən də göründüyü kimi, həmin vəkil yalnız apellyasiya instansiyasında hüquqların müdafiəsi ilə məşğul olmuş, kassasiya şikayətinin verilməsi ilə bağlı ona Vəkil Orderi verilməmişdir (bununla bağlı vəkillə müqavilə bağlanmamışdır). Vəkil Nümayəndə1 elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə apellyasiya instansiyasına təqdim etdiyi ərizədən göründüyü kimi, onun elektron kabinetinə qətnamə yerləşdirilsə də bu barədə "xxxx" MTK-ya məlumat verməmiş, o zaman və hazırda da vəkil ölkə xaricindədir. Göstərilənlər onu təsdiq edir ki, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət üzrlü səbəbdən tərəflərindən buraxılmışdır.
18. İşin hallarından göründüyü kimi hazırkı halda şikayət vermə müddəti cəmi 11 (on bir) gün gecikdirilmişdir. Yəni bu 11 günlük müddət (mübahisələndirilən Qərardadda qeyd edildiyi kimi) elə də uzun müddət hesab edilməməli və hüquqi müəyyənlik prinsipinə zərbə vurulması kimi qiymətləndirilməməlidir. Hüquqi müəyyənlik prinsipinin pozulmasından bəhs edirilirsə, apellyasiya instansiyası tərəfindən ilk dəfə verilən kassasiya şikayətinin geri qaytarılmaması, lakin ikinci dəfə verilən kassasiya şikayətinin geri qaytarılması hüquqi müəyyənlik prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Çünki ilk dəfə kassasiya şikayəti ilə müraciət edilən zaman hər hansı prosessual müddətin ötürüldüyünü müəyyən etməyən məhkəmə kollegiyası, ikinci dəfə verilən kassasiya şikayətini müddətin ötürülməsinin üzrsüz olması əsası ilə geri qaytarmış, faktiki olaraq biri digərinə zidd olan qənaətlərə gəlməklə, hüquqi müəyyənlik prinsipini pozmuş və nəticədə cavabdehin məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnən qərar qəbul etməklə, sözügedən qərarını kifayət qədər əsaslandırmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
19. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
20. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya siste mində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
21. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.
22. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
23. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
24. Maddə 133.1. Məhkəmə qanunl a müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
25. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
26. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
27. Maddə 13 5.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
28. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
29. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qe ydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
31. Maddə 402.2.2 və 402.2.3. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında və kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
32. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
33. Maddə 408.1.4. Kassasiya şikayəti kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərə findən qaytarılır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlan ılmalıdır.
37. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunu.
39. Maddə 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.
40. Maddə 5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Kassasiya baxışının hədləri:
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndiri ldiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Cavabdehin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması səbəblərinin üzrlü hesab olunmasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır.
45. Qeyd olunmalıdır ki, cavabdeh (Vəkili Nümayəndə2) apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətini, mübahisələndirilən qətnamənin "xxxx" MTK-ya rəsmi qaydada xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2023-cü il tarixdə poçt göndərişi vasitəsi lə verilməsi, "xxxx" MTK-nın EMİS-də elektron kabinetiin mövcud olmaması, vəkil Nümayəndə1 elektron kabinetinə qətnamənin nə zaman yerləşdirilməsi barədə "xxxx" MTK-nın hər hansı məlumatının olmaması, habelə vəkilin özü tərəfindən MTK-ya bu barədə məlumat təqdim edilməməsi, məhkəmə tərəfindən vəkilin üzərinə belə bir vəzifə (məhkəmə sənədinin çatdırılması öhdəliyi) həvalə edilməməsi, hazırkı halda şikayət vermə müddətinin cəmi 11 (on bir) gün gecikdirilməsi, bu 11 günlük müddətin elə də uzun müddət hesab edilməməli olması və hüquqi müəyyənlik prinsipinə zərbə vurulması kimi qiymətləndirilməməli olması ilə əsaslandırmışdır.
46. Halbuki, “AZİMES” “Elektron Məhkəmə” İnformasiya Sistemindən müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, Bakı Apellyasiya Məhkəmə sinin Mülki Kollegiyasının 2(103)-736/2023 nömrəli, 30 may 2023-ci il tarixli qətnaməsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq cavabdeh "xxxx" MTK-nın apellyasiya şikayətini imzalamış nümayəndəsi (vəkili) Nümayəndə1 elektron kabinetinə 31 may 2023-cü il tarixdə yerləşdirilmişdir.
47. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “15” iyul 2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 2.1-ci bəndinə əsasən informasiya Sisteminin iştirakçıları və istifadəçiləri (işdə iştirak edən şəxslər, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr, vəkillər və s.) müvafiq olaraq “Məhkəmə İşlərinin Elektron İdarəedilməsi Sistemi” və Vahid Məhkəmə Portalı (http s://e-mehkeme.gov.az və https://courts.gov.az) vasitəsilə İnformasiya Sisteminə daxil ola bilərlər.
48. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən Hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş bütün məhkəmə sənədləri proses iştirakçılarının İnformasiya Sistemində yaradılmış “Elektron kabinet”ində avtomatlaşdırılmış qaydada yerləşdirilir və onlara bu barədə məlumat İnformasiya Sistemi vasitəsilə elektron qaydada (elektron poçt, SMS vasitəsilə) çatdırılır.
49. Həmin Qaydaların 2.3-1-ci bəndinə əsasən hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş məhkəmə qərarları (qətnamələr, əmrlər, qərardadlar və qərarlar) qəbul olunduğu gündən 1 aydan gec olmayaraq avtomatlaşdırılmış qaydada anonimləşdirilməklə elektron qaydada yayılır.
50. Lakin apellyasiya instansiyası məhkəmə sinin də qeyd etdiyi kimi, apellyasiya məhkəməsinin qətnaməsi 31 may 2023-cü il tarixdə cavabdeh "xxxx" MTK-ya rəsmi qaydada verilmiş, yəni onun nümayəndəsi və vəkili Nümayəndə1 elektron kabinetinə yüklənmişdir. Cavabdeh isə apellyasiya instansiyası məhkəməsinin 30 may 2023-ci il tarixli qətnaməsi ona rəsmi təqdim edildikdən 2 ay müddətində kassasiya şikayəti verməli olduğu halda bunu etməmiş, qətnaməni rəsmi qaydada aldığı tarixdən 2 ay müddət 31 iyul 2023-cü il tarixində bitməsinə baxmayaraq, həmin qətnamədən müddəti ötürməklə kassasiya şikayəti vermiş, şikayət xx.xx.2023-cü il tarixdə elektron sistemə yüklənmişdir. Göründüyü kimi kassasiya şikayəti onun cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 elektron sisteminə yüklənməsindən 2 ay 11 gün müddət keçdikdən sonra elektron sistemə yüklə nmişdir.
51. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin vəkil Nümayəndə1 elektron kabinetinə qətnamənin nə zaman yerləşdirilməsi barədə "xxxx" MTK-nın hər hansı məlumatının olmaması, habelə vəkilin özü tərəfindən MTK-ya bu barədə məlumat təqdim edilməməsi, məhkəmə tərəfindən bu vəkilin üzərinə də belə bir vəzifə (məhkəmə sənədinin çatdırılması öhdəliyi) həvalə edilməməsi barədə dəlillərini əsassız hesab edir. Belə ki, cavabdeh "xxxx" MTK-nın müqavilə bağladığı vəkil onun həmdə nümayəndəsi olduğundan, cavabdehdən aldığı vəkalətə uyğun olaraq tapşırıq müqaviləsinin şərtlərinə uyğun olaraq qətnamədən qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti vermək vəzifəsi də daxil olmaqla, etibarnamədə göstərilən müddət ərzində cavabdeh qarşısında digər vəzifələrini icra etməyə də borclu olmuşdur. Etibarnamə isə vəkilə xx.xx.2022-ci il tarixdə bir il müddətinə verilmişdir. (cild 1. i.v. 108)
52. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
53. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
54. Həmin Məcəllənin 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, t apşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.
55. Apellyasiya instansiyası məhkəməsi cavabdehin hüquqi şəxs olmasını, həmçinin kassasiya şikayətinin verilməsində peşəkar hüquqi xidmətləri göstərən nümayəndəsi olmasını və vəkil xidmətlərindən istifadə etməsini də nəzərə alaraq, əsaslı olaraq qənaətə gəlmişdir ki, "xxxx" MTK hətta qətnaməni bilavasitə özünün poçt vasitəsilə aldığını bildirdiyi tarix (xx.xx.2023-cü il) əsas götürülməklə hesablandığı zaman belə müddətin sonuncu günü şikayət verməklə həmin şikayətin hər hansı səbəblə geri qaytarıla biləcəyi ehtimalını nəzərə almamış, müddətin ötürülməsinə faktiki olaraq özü şərait yaratmışdır. Odur ki, müddətin ötürülməsi üçün heç bir üzürlü səbəb müəyyən edilmədiyindən kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilə bilməz.
56. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyy ətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər.
57. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. 58. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərba ycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsə lə ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
59. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş 2 ay müddəti ərzində kassasiya şikayəti verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
60. Buraxılmış müddətin bərpası haqqında ərizə verilərkən onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). Cavabdeh (Vəkili Nümayəndə2) isə kassasiya şikayəti verilməsi barədə müddətin bərpa edilməsi haqqında ərizəsində, qətnamənin qəbul edilməsindən 2 ay 11 gün müddət keçməsindən sonra kassasiya şikayəti verməsinin səbəbini formal dəlillərlə, yəni 11 günlük müddətin elə də uzun müddət hesab edilməməli olması və hüquqi müəyyənlik prinsipinə zərbə vurulması kimi qiymətləndirilməməli olması, həmçinin digər formal dəlillərlə əsaslandırmağa çalışmışdır.
61. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsində kassasiya şikayətinin məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilməsi nəzərdə tutulsa da, bu hal şikayət vermək niyyətində olan şəxsin həmin müddətin sonuncu gününlərini gözləməsi və şikayəti müddətin bitməsinin sonuncu günündə verməli olması anlamına gəlmir. Həmçinin mübahisələndirilən qətnamənin tərəfə təqdim edilməsindən dərhal sonra kassasiya şikayətinin verilməsi ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət müəyyən edilməmişdir. İşdə iştirak edən şəxs qətnamədən həqiqətən də narazıdırsa, sonradan yarana biləcək nöqsanları aradan qaldırmaq üçün vaxt əldə etnmək məqsədi ilə, şikayətini mümkün qədər, şikayət v erilməsi üçün qanunla müəyyən edilmiş müddətin ilkin mərhələsində verməli, həmin müddətdən qətnamənin icrasını gecikdirmək və digər başqa məqsədlər üçün istifadə etməməlidir.
62. Bu səbəbdən müddətinin bərpasına dair ərizənin təmin edilməməsi və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" mənzil tikinti kooperativi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-736/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.