Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4531/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə daxil olmağa yaradılmış maneənin aradan qaldırılması və həmin yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5047/2023 nömrəli, 02 oktyabr 2023cü il tarixli qərardadından Yusifov Aydın İmamve rdi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evin (alt qatı) birinci mərtəbəsində yerləşən, M.Əlizadə 46/48 ünvana aid olan iddiaçının mərhum qayınatası Yusifov İmamverdi Əbil oğlunun qaldığı yaşayış sahəsinə daxil olmaq üçün cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci inst ansiya məhkəməsi) e-2(006)-3058/2022 nömrəli, 26 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddia təmin olunmuşdur.
3. Yusifov Aydın İmamverdi oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin e-2(006)-3058/2022 nömrəli, 03 iyul 2023-cü il tarixli qərardadı ilə (hakim R.Xəlilov) həmin Məhkəmənin e-2(006)-3058/2022 nömrəli, 26 iyul 2022-ci il tarixli qətnaməsi Yusifov Aydın İmamverdi oğlunun maraqlarına və hüquqlarına toxunduğu üçün onun tərəfindən maraqlı şəxs kimi qətnamədən verilmiş apellyasiya şikayəti qəbul edilərək, vaxtında verilmiş hesab olunmuş və baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyas iya instansiyası məhkəməsi) 2(103)-5047/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qərardadı ilə (hakimlər G.Axundova (sədrlik edən və məruzəçi), C.Musayeva və F.Babayev) birinci instansiya məhkəməsinin qətnaməsindən maraqlarına toxunan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, eləcə də ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə verilmədiyindən qeyri-mümkün hesab edilmişdir.
6. Maraqlarına toxunan şəxs həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə və kassasiya şikayəti ilə müraciət etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadı elektron kabinetə yerləşdirildiyi andan 10 gün müddətində şikayət vermək hüququ yaranmışdır. Tərəfindən qərardaddan verilməs i üçün nəzərdə tutulmuş şikayət müddəti 11 gün buraxılmışdır. Buna səbəb məhkəmə elektron sistemində yaranmış problem, məhkəmənin qərardadı elektron kabinetə yerləşdirdiyi zaman ona sms bildiriş göndərməməsidir. Qeyd etdiyi halları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından verdiyi kassasiya şikayətinin 11 gün gecikmə ilə verilməsini üzrlü hesab edərək buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir.
8. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-5047/2023 nömrəli, 02 oktyabr 2023-cü il tarixli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin olunmamış, kassasiya şikayəti geri qaytarılmışdır.
9. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı 31 iyul 2023-cü il tarixdə maraq larına toxunan şəxsin elektron kabinetinə yerləşdirilmişdir. Lakin maraqlarına toxunan şəxs müddətin bərpası barədə ərizəni və kassasiya şikayətini elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixində verərək, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti 13 gün ötürmüşdür.
10. Hazırkı işin halları baxımından müddətin bərpası üçün əsas olan üzrlü hallar mövcud deyildir. İşdən müəyyən olunur ki, kassator qərardadın mövcudluğundan məlumatlı olmuş və xx.xx.2023-cü il tarixində birinci instansiya məhkəməsinə iş üzrə qəbul edilmiş qətnamədən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə ilə müraciət etmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 128.1, 133.1, 405.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassas iya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. Maraqlarına toxunan şəxs Yusifov Aydın İmamverdi oğlu (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpası barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
13. Şikayət MPM-in 15.4, 46, 227.4, 357.1-ci maddələrinə istinadla belə əsaslandırılmışdır ki, Yusifov Aydın İmamverdi oğlu birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qəbul olunarkən prosessual tərəf olmadığından həmin qətnamənin mövcudluğundan məlumatlı olmamışdır. Qətnamədən apellyasiya şikayəti vermək hüququ, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə maraqlı şəxs kimi tanınandan s onra yaranmışdır. Qanunvericiliyə əsasən o, xx.xx.2023-cü il tarixindən prosessual hüquqlara malik olmuş və qətnaməni rəsmi qəbul edərək apellyasiya şikayəti vermək hüququ qazanmışdır. Mövcud vəziyyətdə onun tərəfindən prosessual müddət buraxılmamışdır b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri.
14. İddiaçı kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
15. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
16. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ər izəsinə əsasən buraxılmış müddəti bərpa edir.
17. Maddə 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.
18. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
20. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, kassator müddətin bərpası barədə ərizəsində müddəti 11 gün buraxdığını qeyd etmiş, buna s əbəb olaraq məhkəmə elektron sistemində yaranmış problemi, məhkəmənin qərardadı elektron kabinetə yerləşdirdiyi zaman ona sms bildiriş göndərmədiyini göstərmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı 31 iyul 2023cü il tarixdə maraqlarına toxunan şəxsin elektron kabinetinə yerləşdirilmiş, kassator qərardadın mövcudluğundan məlumatlı olmuş və xx.xx.2023-cü il tarixində birinci instansiya məhkəməsinə iş üzrə qəbul edilmiş qətnamədən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə ilə müraciət etmişdir. Kassator müddətin üzrlü səbəbdən ötürüldüyü barədə sübutlar təqdim etmədiyindən məhkəmə müddəti bərpa etməmişdir.
21. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya ş ikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Yusifov Aydın İmamverdi oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5047/2023 nömrəli, 02 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.