Məhkəmə qərarları › İş №2(102)-4532/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-4532/2022

02.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair m
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4532/2022 02.08.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-387/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı (vəkil X1) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)387/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Belə ki, Mülki Pros essual Məcəllənin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Kassasiya şikayətindən görünür ki, iddiaçı kassasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət 3 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Kassasiya şikayətində Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 380, 385-389, 416 və 418.1-ci maddələrinin məzmunu yazılıb, işin halları sadalanıb, qeyd edilən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması şərh edilməyib, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl olunmayıb. Halbuki kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə kifayətlən ilməməli, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Qeyd edilən kassasiya şikayəti isə bu tələblərə cavab vermir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şikayəti verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-387/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar