Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4534/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı1 İKB ASC-nin vəkili Vnun və cavabdeh İddiaçı2 vəkili Rnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-13182/2019 nömrəli qətnaməsindən cavabdeh İddiaçı2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim P.Hüseynov) xx.xx.2 019-cu il tarixli, 2(006)319/2019 nömrəli qətnaməsi ilə İddiaçı1 İKB ASC-nin cavabdehlər İddiaçı2 və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı1 İKB ASC ilə cavabdeh İddiaçı2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 21-G1-0-610-14 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə 81.703,21 ABŞ dolları əsas borc, 60.467,52 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə, cəmi 142.670,73 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, i poteka predmeti olan daşınmaz əmlaka tutumanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının, cəmi 60 manat məbləğində pulun cavabdeh İddiaçı2 tutularaq İddiaçı1 İKB ASC-yə ödənilməsi, tələbin ilkin satış qiyməti 138.000 manat müəyyən edilməklə Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus ipoteka ilə yüklü edilmiş E yönəlməklə həmin əmlakın açıq hərrac yolu ilə satılması, həmin əmlakın satışından əldə olunan vəsaitdən cəmi 142,670,73 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ip oteka predmeti olan daşınmaz əmlaka tutumanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat dövlət rüsumun və 20 manat xidmət haqqının, cəmi 60 manat məbləğində pulun İddiaçı1 İKB ASC-nin hesabına ödənilməsi, qalan məbləğin Cavabdeh1 verilməsi, ipoteka predmeti olan E tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlər İddiaçı2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manatın cavabdeh İddiaçı2 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Səmədov, E.Nəbiyev, E.Kazımov) xx.xx.2019-cu il tarixli, 2(103)-13182/2019 nömrəli qətnaməsi cavabdeh İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh İddiaçı2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı1 İKB ASC cavabdehlər İddiaçı2 və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 İddiaçı1İKB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 81.703,21 ABŞ dolları əsas, 54.283,21 ABŞ dolları faiz, 2.316,52 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 138.302,94 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka pred meti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan E yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Ehərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı1 İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan E tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra İddiaçı2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 E olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, İddiaçı2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, İddiaçı1 İKB ASC ilə İddiaçı2 arasınd a bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı1 İKB ASC iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı2 İddiaçı1 İKB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 81.703,21 ABŞ dolları əsas, 60.467,52 ABŞ dolları faiz, 2.914,27 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 145.085 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan E yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Ehərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı1 İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan E tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra İddiaçı2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 E olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, İddiaçı2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, İddiaçı1 İKB ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh İddiaçı2 və vəkili R kassasiya şikayətini onunla əsasl andırmışlar ki, Birinci instansiya məhkəməsində işə baxılarkən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də, ekspertiza rəyi əsassız və qanunsuzdur. Çünki, 81.703.2 ABŞ dolları əsas borca 60.467.52 ABŞ dolları faiz borcunun hesablanması absurddur. Odur ki, hazırki işə apelyasiya qaydasında baxılarkən həmin kredit üzrə qaytarılmayan əsas borcun məbləği və bu məbləğə hesablanmalı olan faiz məbləğinin müəyyən edilməsi üçün təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməmişdir. Bundan əlavə, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti həddən artıq aşağı göstərilmişdir. Belə ki, iş materiallarından aydın olur ki, bankla İddiaçı2 arasında xx.xx.2017-ci il tarixdə ipoteka müqaviləsi bağlanarkən sözügedən əmlak 135000 manat məbləğində qiymətləndirilmişdir. Birinci instansi ya məhkəməsində baxılarkən əmlak qiymətləndirilməsi ekspertizası təyin olunmuş, “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 01/383 saylı qiymətləndirmə rəyi ilə ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən 5 otaqlı mənzilin xx xxxxxx 2018-ci il tarixə bazar qiyməti 138000 manat müəyyən edilmişdir. Lakin, hazırda ipoteka predmeti olan əmlakın real bazar qiyməti 170000-180000 manat təşkil etdiyi halda, qiymətləndirici tərəfindən əmlakın real bazar dəyəri 138000 manat müəyyən edilmişdir. Bütün bunlara baxmayaraq, apelyasiya instansiyasında hazırki işə baxılarkən həm mühasibatlıq ekspertizası təyin edilməmiş, həm də ipoteka predmeti olan əmlakın real bazar qiymətinin tam dəqiqləşdirilməsi üçün əmlak qiymətləndirilməsi ekspertizası təyin ediməmişdir. Göstərilənlərə əsasən onlar B akı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-13182/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edlməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər İddiaçı2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı2 vəkili R kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xa hiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 İKB (Yelo Bank) ASC-nin vəkili V kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-13182/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kasasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apelyasiya instansiyası məhkəm əsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki,cavabdeh İddiaçı2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməy ərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Odur ki. iddiaçı borcun, ona hesablanmış faizlərin qaytarılmasını və əldən çıxmış faydanı tələb etməkdə haqlıdır. İşin hallarından görünür ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbinin əsas və faiz borcunun tutulması hissəsi ilə əlaqədar iddia tələbinin həcmi və ekspert rəyi nəzərə alınaraq iddia tələbini bu hissədə qismən təmin edib və 81.703,21 ABŞ dolları əsas borc, 60.467,52 ABŞ dolları faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda məhkəmə cərimənin miqdarını tənasübsüz sürətdə yüksək kimi qiymətləndirmiş və həmin məbləği 500 ABŞ dolları məbləğinədək azaltmışdır. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar haqlı ol araq qeyd etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza rəyinə uyğun olaraq ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 2a saylı evin 59 saylı mənzilinin (Yeni Qaydalarla: AZ 1111, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 42, M7, m2) ilkin satış qiyməti 138.000 manat müəyyən edilməlidir Göstərilənlərə əsasən apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kasasiya kollegiyası apellyasiya kollegiyasının göstərilən mövqeyi ilə razılaşmayaraq bildirir ki, kasasiya yoxlaması zamanı müəyyən edilir ki, cavabdeh vermiş olduğu apelyasiya şikayətində də əsas və faiz borcunun, həmçinin ipoteka predmetinin bazar dəyərini mübahisələndirmiş, dəlil olaraq bu hallara istinad etmiş, apelyasiya kollegiyasından məhkəmə -mühasibatlıq və əmlakın qiymətləndirilməsi barədə təkrar ekspertiza keçirilməsini xahiş etmiş, apelyasiya kollegiyası həmin dəlillər üzrə hər hansı araşdırma aparmayaraq, həmin dəlillərə münasibət bildirməyərək, birinci instansiya məhkəməsinin düzgün qənaətə gəlməsini qeyd etməklə məhkəmə araşdırmasını tamamlamışdır. Kasasiya yoxlaması zamanı iş materiallarında olan ödəniş cədvəli (səh 10-11) və məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi (səh 106-107) qarşılıqlı surətdə nəzərdən keçirilərkən müəyyən olunur ki, cavabdeh İddiaçı2 xx.xx.2015-ci il tarixə kimi iddiaçı Banka 21857 ABŞ dolları məbləğində pul vəsaiti ödəmişdir. Ödəniş cədvəlinə əsasən müəyyən edilir ki, cavabdeh İddiaçı2 83 ay hər ay 2176.80 ABŞ dolları, sonuncu ay isə hər ay 2177.02 ABŞ dolları ödəniş etməli idi. Qeyd edilən e kspert rəyi ilə cavabdehin xx.xx.2018-ci il tarixinə olan əsas və faiz borcu müəyyən edilmişdir. Ödəniş cədvəli üzrə xx.xx.2018-ci il tarixinədək cavabdehin ödəməli olduğu məbləği hesabladıqda müəyyən edilir ki, xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək cavabdeh 46 ay Banka hər ay 2176.80 ABŞ dolları olmaqla cəmi 100.132,80 ABŞ dolları məbləğində ödəniş etməli idi ki (2176.80 x 46 =100.132,80) ekspert rəyi ilə müəyyən edilmiş cavabdehin ödəmiş olduğu məbləğ həmin pul vəsaitindən çıxıldıqda cavabdehin cəmi 78.275,80 ABŞ dolları borcu qalmalı idi (xx.xx.2018-ci il tarixinə). Əldə edilmiş olan bu məbləğ isə ekspert rəyi ilə uyğunsuzluq təşkil edir. Hətta həyata keçirilmiş ödəniş nəzərə alınmasa belə, cavabdehin 46 ay ərzində (xx.xx.2018-ci il tarixinə) ödəməli olduğu məbləğin 100.1 32,80 ABŞ dolları olmasının özü də ekspert rəyi ilə müəyyən edilmiş əsas və faiz borcunun cəmindən az məbləğ təşkil edir. İpoteka predmetinin müəyyən edilmiş bazar dəyərinə gəldikdə isə qeyd edilməlidir ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli tarixli ipoteka müqaviləsini və “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli qiymətləndirmə rəyini qarşılıqlı tədqiq etdikdə müəyyən edilir ki, ipoteka müqaviləsi ilə 2014-cü ildə ipoteka predmeti olan mənzil 135.000 manat qiymətləndirildiyi halda, həmin zamandan təxminən 4 il sonra həyata keçirilmiş qiymətləndirmə rəyi ilə mənzil 138.000 manat qiymətləndirilmişdir ki, bu isə mənzilin dəyəri barədə qeyri-müəyyənlik yaratmış olur. Belə ki, daşınmaz əmlak tez xarab olan əmlak olmadığına və digər bir sıra xüsusiyyətlərinə görə dəyər qazanan əmlak hesab olunur. İlkin qiymətləndirmə (ipoteka müqaviləsi) ilə sonuncu qiymətləndirmə (“xxxx” MMC) arasında olan 4 illik müddət ərzində əmlakın dəyərinin 3.000 manat artmasının müəyyən olunmasının özü müəmmalı hal olmaqla, məhkəmədən obyektiv həqiqətin müəyyən edilməsi üçün əlavə araşdırma aparılmasını tələb etmiş olur. Apelyasiya kollegiyası cavabdehin əsas və faiz borcuna dair mübahisələndirməsinə münasibət bildirmədiyi kimi, bu hissə üzrə də hər hansı münasibət bildirməmiş, yalnız birinci instansiya məhkəməsinin düzgün qənaətə gəlməsini göstərməklə hər hansı məhkəmə araşdırması həyata keçirməmişdir. Göründüyü kimi, apellyasiya kollegiyası işin hallarını tam araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Azərbayca n Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığı nı, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Qeyd edilməlidir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələlə ri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərdə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu dü zgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin apelyasiya və kasasiya şikayətində göstərilmiş ümumi hallarının tam və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-13182/2019 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarın da şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İddiaçı2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)13182/2019 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4534/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4534/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver