Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4536/2020 13.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X6, Cavabdeh vəkili X3 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-5091/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhər Yasamal Rayon Məhkəməsinin (hakim Xuraman Məhərrəmova) xx xxxxxx 2018-ci il tarixli qə tnaməsi ilə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsini, İddiaçı 104282,6 manat və həmin məbləğin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 10428 manat, cəmi 114710,6 manat məbləğində pulun tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Məməməd Məmmədov sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Elşad Şamayev) xx xxxx 2019-cu il tarixli qətnaməsi iləhər iki apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı, iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 32800 ABŞ dolları əsas, gecikməyə görə ill ik 5 faiz hesablanmaqla 3280 ABŞ dolları faiz borcu, ümumilikdə 36080 ABŞ dolları məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-4294/2017 saylı qətnaməsi ilə onunla cavabdeha arasında xx.xx.2012-ci il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X4 anası cavabdehanın yanında qalması, İddiaçı xx.xx.2017-ci il tarixdən hesablanmaqla, X8 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə hər ay 250 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehaya ödənilməsi, İddiaçı xx.xx.2017-ci il tarixdən hesablanmaqla, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X8 üç yaşına çatana kimi hər ay 200 manat məbləğində alime ntin tutularaq cavabdehaya ödənilməsi qət edilmişdir. Nikah pozulana qədər İddiaçı birgə nikahda olduğu cavabdehanın anası - Cavabdeh yaşadığı və işlədiyi Abu-Dabidən bank vasitəsi ilə dəfələrlə borc pul göndərmişdir. Beləliklə, ümumilikdə cavabdehin 32800 ABŞ dolları borcu yaranmış və həmin borcun göndərilmə tarixləri və məbləğləri bank hesab bəyanatlarında öz əksini tapmışdır. Bundan sonra, cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıdan 18580 ABŞ dolları, onun illik 5 faizi kimi 1858 ABŞ dolları, 126491 manat, onun illik 5 faizi kimi 12649 manat, cəmi 20438 ABŞ dolları və 139140 manat məbləğində borcun və iş vaxtının itirilməsi üçün 5000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Q arşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixdə qızı X13 Abdullayev ailə həyatı qurmuşdur. Həmin vaxt İddiaçı özünün müstəqil evi yox idi və o, valideynləri ilə birlikdə yaşayırdı. Maddi imkanı yetərli olduğu üçün həmin vaxt İddiaçı ondan xahiş etmişdir ki, ona köməklik etsin və o, qızının xatirinə onunla razılaşmış, ona maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün 35000 ABŞ dolları borc pul vermişdir. Bundan sonra, xx.xx.2013-cü il tarixdə qızının ailəsi üçün ünvan 89, D1 bloku, 11-ci mərtəbə, 22 saylı mənzili alaraq onlara vermişdir. Bu zaman iddiaçı ona bildirmişdir ki, evin aylıq ödənişlərini borc qismində Cavabdeh versin və o, həmin məbləğləri işlədikcə ona qaytarsın. O, yenə də qızının xətrinə onunla razılaşmışdır. Həmin vaxtdan Cavabdeh evin ilkin və hər ay ödənişlərini ödəməyə başlamış və 05.2013 – 24000 manat; 07.2013 – 2250 manat; 08.2013 – 2250 manat; 08.2013 – 2250 manat; 09.2013 – 2250 manat; 102013 – 2250 manat; 112013 – 2250 manat; 122013 – 2250 manat; 01.2014 – 2250 manat; 02.2014 – 2250 manat; 03.2014 – 2250 manat; 04.2014 – 2250 manat; 05.2014 – 2250 manat; 07.2014 – 2250 manat; 08.2014 – 2250 manat; 09.2014 – 2250 manat; 10.2014 – 2250 manat; 12.2014 – 2250 manat; 01.2015 – 2250 manat; 03.2015 – 2250 manat; 04.2015 – 2250 manat; 04.2015 – 2250 manat; 06.2015 – 2250 manat; 07.2015 – 2250 manat; 08.2015 – 2250 manat; 09.2015 – 2250 manat; 10.2015 – 2.250 manat; 12.2015 – 2.250 manat; 01.2016 – 2.250 manat; 02.2016 – 2250 manat; 03.2016 – 2250 manat; 04.2016 – 2250 manat; 07.2016 – 2250 manat; 08.2016 – 4500 manat; 09.2016 – 2250 ma nat; 11.2016 – 2250 manat; 11.2016 – 2250 manat; 11.2016 – 2250 manat; 12.2016 – 1000 manat; 12.2016 – 1150 manat; 12.2016 – 100 manat olmaqla, cəmi 111750 manat ödəmişdir. Həmçinin ev alındıqdan sonra İddiaçı təklifi ilə evin təmir xərci Cavabdeh tərəfindən ödənilmiş və o, bunu borc kimi qəbul etmiş və gələcəkdə qaytaracağını bildirmişdir. Bundan sonra, evin təmiri ilə bağlı hərəkətə başlayaraq müvafiq olaraq ustalarla danışmaqla həmin evi təmir etdirmiş və təmir xərci kimi 30000 manat xərcləmişdir. Məhz bundan sonra İddiaçı çalışdığı və yaşadığı Abu Dabi şəhərindən onun borclarını qaytarmaq üçün yuxarıda göstərilən pulları Cavabdeh "xxxx" ASC-nin Abşeron filialındakı bank hesabına hissə-hissə göndərmişdir. Bu halın təsdiqi kimi Bank tərəfindən ona verilmiş bildirişlərdən müəyyən olunur k i, iddiaçının ona göndərdiyi 31778 ABŞ dolları pulun təyinatı aşağıdakı qaydada olmuşdur: xx.xx.2013 – 2818 ABŞ dolları – ödənişin təyinatı: “apartment payment”, tərcüməsi “ev pulu ödəməsi üçün”. xx.xx.2014 – 13964 ABŞ dolları – ödənişin təyinatı: “had been borrowed”, tərcüməsi “borc götürülmüşdür”; xx.xx.2014 – 2868 ABŞ dolları – ödənişin təyinatı: “mortgage payment”, tərcüməsi “ipoteka (kredit) ev pulunun ödəməsi üçün” xx.xx.2015 – 2868 ABŞ dolları - ödəniş; xx.xx.2015 – 5526 ABŞ dolları – ödənişin təyinatı: “apartment repair borrowed”, tərcüməsi “mənzilin təmiri üçün”; xx.xx.2015 – 1278 ABŞ dolları – ödəniş; xx.xx.2016 – 968 ABŞ dolları – ödənişin təyinati: “borrowed”, tərcüməsi “borc götürülmüşdür”; xx.xx.2016 – 1488 ABŞ dolları – ödənişin təyinatı: “payment”, tərcüməsi “ödəniş”. Görün düyü kimi, iddia tələbinin sübutu kimi iddiaçı tərəfindən ona göndərilən pulların ödəmə təyinatı “borc götürülmüşdür” kimi qeyd edilmişdir ki, bu da götürülmüş borcun qaytarılması kimi başa düşülməlidir. Məhz bu hal artıq iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) ondan borc pul götürməsini təsdiq edir. Həmçinin ödəniş təyinatlarına diqqət yetirilsə görünər ki, xx.xx.2014-cü il tarixli göndərişin təyinatı “ev pulunun ödənilməsi” kimi qeyd olunmuşdur ki, bu da öz növbəsində evin pulunun da onun tərəfindən ödənildiyi və iddiaçının ona həmin pulu borc kimi qaytardığını sübuta yetirir. Bundan başqa, iddia tələbinin ev təmiri ilə bağlı çəkilmiş xərclər hissəsi də xx.xx.2015-ci il tarixdə göndərişin təyinatına (təyinat “mənzilin təmiri üçün” kimi qeyd olunmuşdur) uyğun olaraq tam sübuta yetir ilir. Beləliklə, İddiaçı cavabdehə maddi vəziyyətini yaxşılaşdırmaq üçün aldığı 35000 ABŞ dolları, həmçinin ev alınması üçün ödədiyi 117500 manat və ev təmiri üçün ödədiyi 30000 manat məbləğində borcu olmuşdur. Həmin borclardan ona yalnız 35000 ABŞ dolları borcdan 16420 ABŞ dolları, 117500 manat mənzillə bağlı ödənilmiş vəsaitdən 8554 ABŞ dolları (həmin günə olan məzənnə ilə 7467,4 manat) və təmir xərcindən 6804 ABŞ dolları (həmin günə olan məzənnə ilə 7781,6 manat) qaytarılmışdır. Hazırkı vəziyyətdə İddiaçı ona 18580 ABŞ dolları, 126491 manat borcu və həmin məbləğin gecikdirilmiş vaxt üçün illik 5 faizi borcu vardır. Bundan başqa, MPM-in 120-ci maddəsi nəzərə alınmaqla, ilk iddiaçı tərəfindən verilmiş iddia ərizəsi əslində vicdansızcasına əsassız iddia olmaqla qarşı tərəfin iş vaxtının itirilməsi kimi qiymətləndirilməli və ondan Cavabdeh xeyrinə 5000 manat pul tutulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2013-cü ilin əvvəlində BƏƏ-də yerləşən şirkətlərdən birində yüksək ixtisaslı mütəxəssis kimi işə götürülmüş, yüksək maaşla təmin olunmuşdur və cavabdeha ilə birlikdə BƏƏ-yə köçmüşdür. 2013-cü ilin may ayında yeni tikili binadan 3 otaqlı ev alınmasına dair müqavilə bağlanılması üçün "X17”-nin ofisində olmuş və həyat yoldaşı cavabdehanın adına ilkin müqavilə imzalamışdır. İ lkin ödəniş olaraq 24000 AZN MMC-nin kassasına ödənilmişdir. Ödəmə qəbzinə cavabdeha imza atmışdır. Ödəniş cədvəlinə uyğun olaraq hər ay 2250 manat ödənilməsini razılaşdırmışdır. Xaricdə yaşamağı ilə əlaqədar olaraq ödənişləri özü tərəfindən ödənilməsi fiziki cəhətdən mümkün deyildi. Odur ki, Cavabdeh ilə razılığa gəlmişdir ki, bu vəzifəni o icra etsin. Beləliklə də cavabdeha tez-tez Bakıya gələndə özü ilə MTK-ya ödəniləcək 4-5 aylıq vəsaiti gətirib anası Zərifəyə verirdi. Sonuncu isə ödəniş edib qəbz alırdı. Təbii ki, qəbzlərə Cavabdeh özü imza edirdi. cavabdeha Bakı şəhərində olanda ödəmələri özü həyata keçirirdi. Bu minvalla ödəmələr 2016-cı ilin aprel ayına kimi davam etmişdir. Aylıq ödənişlərdən artıq vəsaitin Cavabdeh çatdırılmağına baxmayaraq onun tərəfindən xeyli miqdarda vəsaitin öz şəxsi ehtiyacları üçün xərclənməsi aşkar olunduqda İddiaçı 2016-cı ilin əvvəlində ona pul göndərilməsini dayandırmışdır. Nəticədə 2-3 ay ödəmələr həyata keçirilməmiş, müqavilənin öz adına rəsmiləşdirilməsini tələb etmişdir. Cavahdeh tərəf razılıq vermiş və müqavilə xx xxxxxx 2016-cı il tarixdə eyni şərtlərlə onunla bağlanmışdır. X5 notarial qaydada ərizə verərək MTK-da olan payını İddiaçı verdiyini, bununla bağlı heç bir iddia və tələbinin olmadığını təsdiq etmişdir. 2016-cı ilin may ayından Cavabdeh bank və şəxsən pul göndərişləri dayandırılır. İddiaçı valideynləri tərəfindən həyata keçirilir. 2016-cı ilin iyun-dekabr ayları ərzində “Million" elektron ödəmə sistemi vasitəsilə cəmi 18000 manat ödəniş həyata keçirilmişdir. 2017-ci ilin mart ayının əvvəlində cavabdeha birdəfəlik İddiaçı a yrılaraq Bakı şəhərinə gəlmiş və bir daha geri qayıtmamışdır.2017-ci ilin iyul ayında cavabdehanın iddia tələbi ilə Yasamal Rayon Məhkəməsi birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsünə dair qətnamə qəbul etmişdir. Məhkəmə həmin vaxta kimi mənzilə görə ödənilmiş 118500 manat üzərində hər ikisinin mülkiyyət hüququnu tanımışdır. Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsilə İddiaçılə cavabdeha arasındakı nikah pozulmuşdur. Cavabdeh X1 qarşılıqlı iddia tələbini təmin edilərək 114710 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsinə dair Yasamal Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Cavabdeh iddia edir ki, evə görə ödəmələri şəxsən o öz vəsaiti hesabına həyata keçirmiş və qəbzlərə imza atmışdır. Cavabdehin İddiaçı borc verməsinə, onun evini n aylıq ödənişlərinin Cavabdeh tərəfindən ödənilməsinə heç bir zərurət olmamışdır və ola da bilməzdi. 2012-ci ilin son 2 ayı və 2013-cü ilin ilk 5 ayı ərzində İddiaçı USD hesabındakı dövriyyəsi 27000 ABŞ dolları olmuşdur, 2010-2014-cü illərdə AZN hesabında dövriyyəsi 78000 manat olmuşdur. Hal hazırda həmin hesabda qalığı qalmaqdadır. (xxxxnın arayışları təqdim olunmuşdur.) 2012-2015-ci illər və 2016-cı ilin əvvəllərində İddiaçı aylıq gəliri 5-6 min ABŞ dolları olmuşdur. Bu cavabdeh tərəfindən də təsdiq olunur. (xx.xx.2017-ci il tarixli 2(004)4294/2017 saylı qətnamənin surəti əlavə olunmuşdur. BƏƏ-nin Mərkəzi Bankının verdiyi məlumata əsasən İddiaçı USD valyuta hesabına daxil olmalar kifayət qədər yüksək olmuşdur: Sentyabr 2013 - 4069 ABŞ dolları, oktyabr 2014 - 7618 ABŞ dolları, Dekabr 201 4 - 5311 ABŞ dolları, Mart 2015 - 5394 ABŞ dolları, May 2015 - 4578 ABŞ dolları, Dekabr 2015 - 4210 ABŞ dolları İddiaçı USD hesabında olan qalıqlar: xx.xx.2013-cü ilə qalıq - 8038 ABŞ dolları, xx.xx.2014-cü qalıq - 12918 ABŞ dolları, xx.xx.2014-cü ilə qalıq - 14946 ABŞ dolları, xx.xx.2015-iİə qalıq - 5378 ABŞ dolları (bank sənədləri əlavə olunur). Göründüyü kimi İddiaçı kifayət qədər gəliri olmuş, onun Zərifə İsmavılovadan borc götürməsi absurd və əsassızdır. Əgər İddiaçı mübahisəli mənzilə görə Cavabdeh 100000 manatdan artıq borcu olsaydı cavabdeha 2016-cı ilin avqust ayında MTK-də olan payını İddiaçı verdiyini, bununla bağlı heç bir iddia və tələbinin olmadığını ərizəsində öz imzası ilə təsdiq etməzdi. Cavabdeh iddia edir ki, “Million” elektron ödəmə sistemi ilə 18000 manat ödəmişdir. Su al olunur ki, həmin vaxta kimi bütün ödənişləri birbaşa MTK-ya etmiş, qəbzləri səliqə ilə yığıb saxlamış cavabdeh münasibətlərin soyumağa doğru getdiyi bir zamanda sübut kimi istifadə edəcəyi qəbzlərdən imtina edərdimi? Yeri gəlmişkən, Yasmal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(004)4477/2017 saylı qətnaməsində həmin fakta hüquqi qiymət verilmiş, 18000 manatın Zərifə Əliyeva tərəfindən ödənilməsi öz təsdiqini tapmamışdır. Əvvəldə qeyd olunduğu kimi, Cavabdehnm iddia etdiyi mübahisəli mənzilə görə ödənilmiş məbləğ (1185000) Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı və cavabdehanın birgə mülkiyyəti hesab edilmişdir. Həmin qətnamə Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Cavabdeh iddiasının əsassız olması açıq aydın görünür. Belə ki o qızı nın boşanmasından 1 il vaxt keçməsinə baxmayaraq mübahisəli mənzillə bağlı müxtəlif məhkəmə proseslərində heç bir iddia qaldırmamışdır. 2018-ci ilin sonunda İddiaçı ona qarşı pul tələbi ilə iddia qaldırmış və yalnız bundan sonra saxta qarşılıqlı iddia ilə məhkəmə prosesinə qoşulmuşdur. Təəsüf ki Yasamal Rayon Məhkəməsi heç bir mötəbər sübut olmadan Cavabdeh iddiasını təmin etmişdir. Cavabdeh iddia ərizəsində ödəmə qəbzlərindəki imzalarını da saxtalaşdıraraq guya bütün qəbzlərə o imza atmış və cəmi 111750 manat ödəniş etmişdir. Amma faktiki olaraq Cavabdeh cəmi 23 qəbzə imza etmiş və həmin qəbzlərə görə 51750 manat ödəniş etmişdir. Göründüyü kimi məhkəmənin və Cavabdeh sübut hesab etdikləri qəbzlərdəki rəqəmləri də təhrif etmişlər. Digər 7 qəbzlə 37500 manat məbləğində ödəmələri cavabdeha v ə İddiaçı özləri imza edərək ödəmişlər. Göründüyü kimi Cavabdeh iddia etdiyi kimi onun imzası ilə 111750 manat deyil cəmi 51750 manat ödəniş edilmişdir. “Million” elektron ödəmə sistemi ilə guya onun tərəfindən 18000 manat ödəniş edilməsi faktına Yasamal Rayon Məhkəməsi xx xxxx 2019-cu il tarixli 2(004)-4477/2017 qətnaməsi ilə hüquqi qiymət vermiş həmin məbləğin Cavabdeh tərəfindən ödənilməsi faktı təsdiq olunmamışdır. Mübahisəli mənzilə görə ödənilmiş məbləğ Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı və cavabdehanın birgə mülkiyyəti hesab edilmişdir. Hənıin qətnamə Ali Məhləməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Cavabdeh həmin məsələni yenidən mübahisələndirməsi absurd və əsassızdır. Göründüyü kimi məhkəmə qətnaməsi qəbul olunarkən maddi və prosessual hü quq normaları pozulmuşdur. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili X9 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili X7 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həddləri ilə bağlı qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh (qarşılıqlı iddiaçı) kassasiya şikayəti vermmiş, qarşılıqlı iddia tələbinin rədd edilən hissəsini mübahisələndirəmişdir. Qətnamədən yalnız iddiaçı Qlınc Abdulayev kassasiya şikayəti verdiyinə görə, qətnamə onun kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə kassasiya qaydasında yoxlanıldı. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia tələbinin rədd edilməsi hissədə apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi təərfindən müəyyən edilmiş hallarından görünür ki,İddiaçı tərəfindən tələbinin əsası kimi məhkəməyə yalnız bank göndərişlərini təsdiq edən sənədlər təqdim olunmuşdur. Həmin sənədlərdə ödənişin təyinatı ilə bağlı xüsusi qeyd olunmamışdır. Kredit haqqında bildirişlərdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2013-cü il tarixdə “ev pulu ödənilməsi üçün” təyinatı ilə 2818 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə “borc götürülmüşdür” təyinatı ilə 13964 ABŞ dolları, xx.xx.2014-cü il tarixdə “ipoteka (kredit) ev pulunun ödənilməsi üçün” təyinatı ilə 2868 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə “ödəniş” təyinatı ilə 2868 ABŞ dolları, xx.xx.2015- ci il tarixdə “mənzilin təmiri üçün” təyinatı ilə 5526 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə “ödəniş” təyinatı ilə 1278 ABŞ dolları, xx.xx.2016-ci il tarixdə “borc götürülmüşdür” təyinatı ilə 13964 ABŞ dolları, xx.xx.2016-ci il tarixdə “ödəniş” təyinatı ilə 1488 ABŞ dolları göndərilmişdir. Mülki Prosessual Məcəllənin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin iddiaçı cavabdehə qeyd edilən pul göndərişlərinin borc verilməsi məqsədi ilə göndərildiyini təsdiq edən hər hansı mötəbər sübutu işə baxan məhkəmələrə təqdim edə bilməmiş, bu hissədə iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Bunun əksinə, işin halları ilə həmin məbləğlərin bir qisminin evə görə ödənişlərin, təmir xərcinin ödənilməsi məqsədi ilə göndərildiyi müəyyən edilmişdir. Həmin göndərişlərin bir qismində isə təyinatın “borc götürülmüşdür” kimi qeyd edilməsi isə pul məbləğin borc verilməsi məqsədi ilə göndərildiyini ifadə etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası heasb edir ki, bu hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin təmin edilməsi hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Məhkəmə bu hissədə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermiş, məhkəmə tərəfindən sübutların tam, hərtərəfli və obyekti araşdırılmaması nəticəsi ndə düzgün olmayan qətnamə qəbul edilmişdir. İşdən görünür ki, qarşılıqlı iddia tələbi ünvan, 11-ci mərtəbə, 22 nömrəli mənzilə ödənilmiş pulla bağlıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin pulları cavabdehin xahişi ilə onun tərəfindən ödənildiyini, yəni bu yolla cavabdeh İddiaçı borc kimi verdiyini iddia edir. xx.xx.2018-ci il tarixli “Hesabdan çıxarışdan” görünür ki, "X17" MMC-nin hesabına ünvan, 11-ci mərtəbə, 22 №-li, 152,14 kvadrat metr mənzilin ilkin ödənişi üçün 24000 manat ödənilmişdir. xx.xx.2013-cü il tarixli “Qəbzdən” görünür ki, "X17" MMC-nin hesabına ünvan, 11-ci mərtəbə, 22 №-li, 152,14 kvadrat metr mənzilin ilkin ödənişi üçün 24000 manat ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2013, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016-cı il tarixli qəbzlərdən görünür ki, "X17" MMC-nin hesabına ünvan, 11-ci mərtəbə, 22 №-li, 152,14 kvadrat metr mənzilin aylıq ödənişi üçün hər dəfəsində 2250 manat olmaqla, cəmi 69750 manat keçirilmişdir. “Million” elektron ödəmə sistemi vasitəsilə edilmiş ödənişlərə dair qəbzlərdən görünür ki, Ə.Ələkbərov 89, blok D1, mənzil 22 üçün “X17” MMC-nin xeyrinə xx.xx.2016-cı il tarixdə 2.250 manat, xx.xx.2016-cı il tarixdə 4500 manat, xx.xx.2016-cı il tarixdə 2250 manat, xx.xx.2016-cı il tarixdə (saat 11:15) 2.250 manat, xx.xx.2016-ci il tarixdə (saat 11:19) 2.250 manat, xx.xx.2016-ci il tarixdə (saat 11:23) 2.250 manat, xx.xx.2016-ci il tarixdə (saat 12:50) 1150 manat, xx.xx.2016-ci il tarixdə (saat 12:57) 100 manat, xx.xx.2016-ci il tarixdə (saat 13:06) 1000 manat, cəmi “Million” elektron ödəmə sistemi vasitəsilə 18000 manat ödəniş edilmişdir. Beləliklə müəyyən edilmişdir ki, həmin mənzilə görə cəmi 111750 manat məbləğində ödəniş edilmişdir. Apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 385, 442, 448, 430, 445-ci maddələrinə istinad edərək qarşılıqlı iddia tələbinin təmin edilməsi hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər mənzilə görə ödənişlərin Cavabdeh tərəfindən aparılması və sonra həmin məbləğlərin borc kimi İddiaçı tərəfindən Cavabdeh qaytarılması barədə razılığa gəlmişdir. Lakin Cavabdeh tərəfindən edilmiş 111750 manat məbləğində ödənişdən İddiaçı yalnız 7467,4 manat məbləğində hissəsi qaytarılsa da, qalan, yəni 104282,6 manat məbləğində hissəsi ödənilməmiş qalmışdır. İddiaçı mənzilə görə ödənişlərin 104282,6 manat məbləğində hissəsini qaytarmamaqla Cavabdeh qarşısında öhdəliyini lazımınca yerinə yetirməmişdir. Belə olan halda, İddiaçı tərəfindən öhdəliklərin icrasının iki ildən çox müddətdə gecikdirildiyi və Cavabdeh dəymiş zərərin 2 il müddətinə hesablanmasının tələb edildiyini nəzərə alaraq 104282,6 manat ödənilməmiş məbləğdən gecikdirilmiş vaxt üçün faiz məbləği iki il müddət üçün illik 5% hesablanmaqla 10428 manat məbləğində müəyyən edilir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarına əlavə edilmiş qəbzlərə istinad edərək həmin məbləği n qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən cavabdeh İddiaçı borc kimi verildiyini qeyd etmişdir. Lakin məhkəmə bu qənaətini heç bir sübutla əsaslandırmamış, önənilən pulların sonuncuya borc məqsədi ilə göndərilməsi barədə iş materiallarında Z.Məmədovann izahatlarından başqa hər hansı mötəbər sübut olmadığı halda birinci instansiya məhkəməsi bu hissədə iddia tələbini qismən təmin etmiş, apelyasiya instansiyası məhkəməsi də məhkəmənin səhvini təkrarlayaraq qarşıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətinin dəlilləri üzrə heç bir araşdırma aparmamış, tərəflər arasında olan həqiqi münasibətləri müəyyən etməmişdir. Halbu ki, Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məh kəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməs inin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə xx xxxxxx 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə x xxxxxx 1994-cü il tarixli qərar).” Digər tərəfdən iş materiallarına əlava edilmiş qəbzlərdən də həmin köçürmələrin hamısının iddiaçı Z.Məmmədova tərəfindən ödənilməsi də müəyyən edilmir. Mənzilin a lınmasına görə MTK-ya ödənilmiş məbləğlər barədə qəzlərdən görünür ki, bu pulun 51750 manatı Cavabdeh, 37500 manatı cavabdehanın adından ödənilmiş, 18000 manatın kimin adından ödənilməsi isə müəyyən deyildir. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi işə əlavə edilmiş qəzblərə istinad edərək 104282,6 manat pulun hamısının İddiaçı Cavabdeh xeyrinə tutulması qənaətinə gəlmişdir. Bunda başqa məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh qızı X11 Abdullayevə qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü və sair tələbləri barədə” iddia ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-4477/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, 22 nömrəli mənzil üzrə ödənilmiş pay birgə mülkiyyət sayılmaqla onun 2/3 hissəsinə X15nın, 1/3 hissəsinə isə İddiaçı mülkiyyət hüququnun tanınması, X15nın mənzildən istifadəsinə İddiaçı tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8512/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2055/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8512/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilin pay haqqından 118500 manat pul tərəflərin birgə nikahları dövründə ödənilmiş və ona görə də ödənilmiş pay haqqında tərəflərin hər ikisi nin mülkiyyət hüququ vardır. Belə olan halda hazırki iş üzrə işə baxan məhkəmələr həmin mənzilə ödənilmiş pula tərəflərin payları müəyyən edildiyi halda, Cavabdeh iddiasına əsasən mənzil üçün ödənilmiş pulun hamısının İddiaçı tutulması barədə gəldikləri nəticəni əsaslandırmamışlar. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin 104282,6 manat ödənilməmiş məbləğdən gecikdirilmiş vaxt üçün faiz məbləği iki il müddət üçün illik 5% hesablanmaqla 10428 manat məbləğində pulun tutulması ilə bağlı qeyd edir ki, həmin tələb 104282,6 manat pulun tutulması ilə bağlı hissəsi ilə bağlı olduğundan işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən tələbin qeyd həmin hissəsi öz həllini tapdıqdan sonra hüquqi qiymət verilməlidir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qarşılıqlı iddia tələbini təmin edilən hisslərində qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-5091/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddia tələbinin təmin edilən hissələrində ləğv edilsin və iş ləğv edilən hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə, yəni ilk iddia tələbinin rədd edilməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4536/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4536/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver