Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4538/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı2 vəkili X5 iştirakı ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 X qarşı “yataqxanada yaşadıqları otaqlara çəkilən xərclərə görə kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəm ə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Ələkbərov) iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Həsənov, hakimlər X.Mərdanova və F.Babayev) apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı2 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yataqxanadakı X, X və X saylı otaqlara çəkdikləri xərclərə görə İddiaçı2 xeyrinə 15 000 manat, İddiaçı3 xeyrinə 5000 manat, İddiaçı1 xeyrinə 5000 manat olmaqla ümumilikdə 25 000 manat kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmi şdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qəbul etdiyi qətnaməni işin aşağıda qeyd edilən halları ilə əsaslandırmışdır. İşin müəyyən olunmuş hallarına görə Bakı şəhəri 26 Bakı Komissarı adına X10 İcraiyyə Komitəsinin 34/3734 nömrəli xx xxxxxxx 1989-cu il tarixli qərarı ilə ünvan ünvanda yerləşən yataqxana və özbaşına tikililərin sakinlərinin Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin Serebrovski qəsəbəsi X məhəllələrdə olan X saylı binaya köçürülməsi nəzərə alınmaqla İddiaçı1 həmin binada sahəsi 38,71 kv.m. olan XX saylı mənzilə köçü rülməsi, verilən orderə İddiaçı1, X1, X6 və İddiaçı3 daxil edilməsi qərara alınmış, bununla belə, iddiaçıların özlərinin bildirmələrinə görə onlar sözügedən yataqxanada yaşamağı davam etdirmişlər. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 və X2 X ünvanda yerləşən yataqxana binasının 8,0 kv.m sahəsi olan təsərrüfat otağından çıxarılmaları, həmin otağa bitişik olmaqla qanunsuz inşa etdiyi 19,0 kv.m və 5,6 kv.m sahəsi olan tikililərin onların öz vəsaitləri hesabına sökülməsi və əvvəlki vəziyyətin bərpa edilməsi, İddiaçı3 X ünvanda yerləşən yataqxana binasının yaşayış sahəsi 19,0 kv.m olan X saylı mənzilindən çıxarılması və həmin mənzilə bitişik olmaqla qanunsuz inşa etdiyi 21 kv.m sahəsi olan bir otaq və 5,8 kv.m sahəsi olan sanitar qovşağının onun öz və saiti hesabına sökülməsi və əvvəlki vəziyyətinin bərpa edilməsi, İddiaçı2, X3, X7, X4 və X8 X ünvanda yerləşən yataqxana binasının yaşayış sahəsi 19,0 kv.m olan X saylı mənzilindən çıxarılmaları qət olunmuşdur. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçıların tikintisinə görə xərc çəkdiklərini iddia etdikləri tikililərin özbaşına tikililər olduğu müəyyənləşdirilmiş və onların iddiaçıların hesabına sökülməsi barədə göstəriş verilmişdir. Bu isə o deməkdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi f aktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4538/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4538/2020
17.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver