Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4538/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X4 cavabdehlər X9 qızı və X1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4538/2022 Açar sözlər: mənzildən istifadə hüququnun itirilməsi Bakı şəhəri, 5 dekabr 2022-ci il 05.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı X4 cavabdehlər X9 qızı və X1 qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası barədə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2994/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh X9 qızı tərəfindən v erilmiş kassasiya şikayətinə dair işə 05 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə iddiaçı X9 qızının cavabdehlər X2 və X6 qarşı iddia tələbi təmin edilərək, Fərqanə İsmayılovanın Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 507-ci məhəllədə yerləşən 2 saylı evin 24-cü mənzilindən istifadə hüququnun tanınması qət olunmuş, həmin qətnamədən Ərkinaz Həşimovanın verdiyi apellyasiya şikayəti Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qətnaməsi ilə təmin edilməyərək qətnamə dəyişdirilmiş və X9 qızının Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti 16 saylı evin 39-cu mənzi linə istifadə hüququnun tanınması, X9 qızının azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 507-ci məhəllədə yerləşən 2 saylı evin 24-cü mənzilindən çıxarılaraq, Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti 16 saylı evin 39-cu mənzilinə - girişdən sağ tərəfdə yerləşən sahəsi 16,60 kv.m olan otağına köçürülməsi qət edilmiş, bu qətnamədən Fərqanə İsmayılovanın verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 aprel 2004-cü il tarixli qərarı ilə təmin olunmamışdır.
2. Həmin məhkəmə qətnaməsi icra edilməmiş, tələbkar bu müddət ərzində mənzilə köçməmiş, yalnız iddiaçının müraciəti əsasında xx.xx.2021-ci il tarixli Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qərardadı ilə həmin məhkəmənin 11 iyul 2003-cü il tarixli qətnaməsi üzrə icra vərəqəsi verilməklə icraya yönəldilməsi qərara alınmışdır.
3. İddiaçılar 2003-cü ildən Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 161 ünvanda yerləşən Dövlət İqtisad Universitetinin yataqxnasında X9 qızının atası ilə birlikdə yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər X9 qızına və Cavabdeh1 qarşı “mənzilə yaşayış hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti, 16 saylı evin 39 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarix li qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 30 aprel 2003-cü il tarixli qətnaməsinə dəyişiklik edilərək X9 qızının Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti, 16 saylı evin 39 saylı mənzilindən istifadə hüququ tanınmış, onun azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 507-ci məhəllədə yerləşən 2 saylı evin 24-cü mənzilindən çıxarılaraq Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti, 16 saylı evin 39 saylı mənzilinə - girişdən sağ tərəfdən yerləşən sahəsi 16,6 kv.metr olan otağına köçürülməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 07 aprel 2004-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Ötən 18 il müddətində iddiaçı hazırkı iş üzrə cavabdeh X9 qızı həmin qətnamənin icrasını tələb etmə miş, iddiaçı məcburi köçkün kimi hər ay Azərbaycan Respublikası Qaçqınlar və X3 üzrə Dövlət Komitəsindən iki nəfər ailə üzvünə görə mənzili olmayan şəxslər kimi kompensasiya almışdır. Hazırda həmin qətnamənin icrasını tələb edir və uzun müddət həmin mənzilə köçürülməsinin səbəbi kimi keçmiş həyat yoldaşı, onun qardaşı olan Vüqar Həşimovdan qorxduğunu və onun güya zərərli vərdişlərin aludəçisi olduğunu əsas gətirmişdir. Həmin səbəblər tamamilə əsassızdır. Buna baxmayaraq, X9 qızının müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 oktyabr 2021-ci il tarixli qərardadı ilə qeyd olunan qətnamə üzrə icra vərəqəsi verilməklə icraya yönəldilməsi qərara alınmışdır.
6. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 (eyni zamanda digər cavabdeh X9 qızının etibarnamə əsas ında nümayəndəsi) iddianı qəbul etmədiklərini bildirərək qeyd etmişdir ki, anası X9 qızı ilə birlikdə onun mübahisəli ünvana köçürülməsi Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qətnaməsi ilə qət edilmişdir. Lakin, uzun müddət keçməsinə baxmayaraq qətnamə icraya yönəlməmiş, onlar da atası Vüqar Haşımovdan qorxduqları üçün özbaşlarına evə köçüb yaşaya bilməmişlər. Çünki, atası zərərli vərdişlərin aludəçisi olduğu üçün atası ilə anası arasında münasibətlər həmin vaxtlar kəskin xarakter almış, atası onları evə buraxmamışdır. İndi də dəfələrlə mübahisəli mənzilə köçməyə cəhd etsələr də, iddiaçı və onun ailə üzvləri tərəfindən imkan yaradılmır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar dəfələrlə icra şöbəsinə yaxınlaşmış, lakin onlara icra sənədinin icra şöbəsinə daxil olmaması bildirilmişdir. Bununla bağlı məhkəməyə yaxınlaşdıqda isə işin məhkəmədə deyil, arxivdə olduğu bildirilmişdir. Həmin vaxtlar anası tək olmuş və anasının maddi cəhətdən imkanı olmamışdır ki, qeyd olunan işləri vəkil vasitəsilə həyata keçirsin. İndi o yetkinlik yaşına çatmış, özü vəkil vasitəsilə bu işləri həll etməyə çalışır. Çünki onların mübahisəli evə istifadə hüquqları tanınmışdır, onların yaşayacaq başqa hər hansı evləri yoxdur.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 2(001)-792/2021 saylı, 31 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə) İddiaçı cavabdehlər X9 qızına və Cavabdeh1 qarşı “mənzilə yaşayış hüququnun itirilməsi” tələbinə dair idd iasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Məhkəmə müəyyən etmişdir ki, hazırda iddiaçı, cavabdehlərin mübahisəli yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığını bildirərək, cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilməsini xahiş etsə də, cavabdehlərin mübahisəli yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığı iş materialları ilə öz təsdiqini tapmamışdır.
9. Əksinə iş materiallarından görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli 1 MK2593/2003 saylı qətnaməsi icra edilməmiş qaldığından, X9 qızının ərizəsi əsasında qeyd olunan qətnamə üzrə icra vərəqəsi verilməklə 11 oktyabr 2021-ci il tarixldə icraya yönəldilmişdir. Göründüyü kimi, cavabdehl ərin mübahisəli mənzilə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələri barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, eyni zamanda həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli, 1 MK-2593/2003 saylı qərardadı ilə icraya yönəldiyindən cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına onlara Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə əsasən mənzilin bazar qiymətinə müvafiq kompensasiya ödənilməsi şərti ilə xitam verilə bilər. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçının “cavabdehlərin istifadə hüquqlarının itirilməsi” barədə iddia tələbi təmin edilə bilməz.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı (Vəkil1) apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilərək iddianın təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2994/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqovdan ibarət tərkibdə) apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-792/2022 saylı iş üzrə 31 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, X9 qızının və Cavabdeh1 Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti, 16 saylı evin 39 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab olunması, iddia ə rizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləğinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin müəyyən olunmuş hallarına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə X9 qızının X2 və X6 qarşı iddia tələbi təmin edilərək Fərqanə İsmayılovanın Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 507-ci məhəllədə yerləşən 2 saylı evin 24-cü mənzilindən istifadə hüququnun tanınması qət olunmuş, həmin qətnamədən Ərkinaz Həşimovanın verdiyi apellyasiya şikayəti Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qətnaməsi ilə təmin edilməyərək qətnamə dəyişdirilmiş və X9 qızının Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq p rospekti 16 saylı evin 39-cu mənzilinə istifadə hüququnun tanınması, X9 qızının azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Ə.Ələkbərov küçəsi, 507-ci məhəllədə yerləşən 2 saylı evin 24-cü mənzilindən çıxarılaraq, Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti 16 saylı evin 39cu mənzilinə - girişdən sağ tərəfdə yerləşən sahəsi 16,60 kv.m olan otağına köçürülməsi qət edilmiş, bu qətnamədən Fərqanə İsmayılovanın verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 aprel 2004-cü il tarixli qərarı ilə təmin olunmamışdır.
14. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, hazırda iddiaçının və ailə üzvlərinin yaşadıqları Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti 16 saylı evin 39cu mənzili dövlət mülkiyyətində olmaqla xx.xx.1976-cı il tarixdə X7 verilmişdir və mərhum Baba Həşimovun oğlu olan iddiaçı həmin mənzildə 1981-ci il tarixdən pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Fərqanə İsmayılova xx.xx.2001-ci il tarixdə X5 Həşimovla nikaha girərək Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti, 16 saylı evin 39 saylı mənzilinə gəlin köçmüşdür.
15. Birinci instansiya məhkəməsi iddia tələbinin əsassız olması ilə bağlı qənaətini belə əsaslandırmışdır ki, cavabdehlərin istifadə hüquqlarının tanınması və mənzilə köçürülmələri barədə qanuni qüvvəyə minmiş qətnamə olduğundan, onların istifadə hüquqlarına mənzilin bazar qiymətinə müvafiq kompensasiya ödənilmədən xitam verilməsi mümkün deyildir.
16. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi bu nəticəyə tərəflərin qarşılıqlı münasibətlərini və işin hallarını düzgün qiymətləndirməməsi səbəbindən gəlmiş, mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasının seçimində səhvə yol vermişdir.
17. Belə ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır) 123-cü maddəsinə görə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər”. Həmin Məcəllənin 60-cı maddəsinə görə, “kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. İşin hal larından aydın olmuşdur ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Fərqanə İsmayılovanın iddia tələbinə baxarkən cavabdehlər, həmçinin mənzildə yaşayan digər şəxslər (o cümlədən İddiaçı) Fərqanə İsmayılovanın Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti, 16 saylı evin 39 saylı mənzilinə köçməsinə etiraz etmədiklərini, Fərqanə İsmayılova isə oraya köçmək istəmədiyini bildirmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətini də məhz Fərqanə İsmayılova vermiş, xx.xx.2003-cü il tarixli qətnamənin qüvvəyə minməsindən sonra da o, həmin mənzilə köçməyərək ümumiyyətlə buna cəhd etməmiş, 2021-ci ildə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək qətnamənin icraya yönəldilməsini xahiş etdiyindən, Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qərardadı ilə həmin qətnamə üzrə icra vərəqəsi verilməklə qətnamə icraya yönəldilmişdir.
18. Apellyasiya baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, Fərqanə İsmayılova Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti, 16 saylı evin 39 saylı mənzilində olan əşyalarını da oradan çıxarmış, o və qızı X8 İsmayılovanın atası ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161 ünvanında yerləşən Dövlət İqtisad Universitetinin yataqxanasında yaşamışlar (hazırda da orada yaşayırlar).
19. Göstərilənlərə əsasən kollegiya hesab etmişdir ki, Fərqanə İsmayılovanın və Ərkinaz Həşimovanın Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti, 16 saylı evin 39 saylı mənzilinə hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar mövcud olmuşdur və iddiaçının id dia tələbi üzrə irəli sürdüyü faktiki hallar tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzalaşmaqdadır. Xüsusilə nəzərə almaq lazımdır ki, tərəflərin arasında etibarlı ailə əlaqələri qalmamaqla Fərqanə İsmayılovanın və Ərkinaz Həşimovanın yaşayış sahəsinə olan ehtiyaclarını həmin mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində olmaları müəyyən edilməməkdədir; əksinə, işin yuxarıda qeyd olunan halları, onların sözügedən yaşayış sahəsinə ehtiyacının aradan qalxdığına dəlalət edir.
20. Məhkəmə öz mövqeyini mübahisəli hüquq münasibəti yarandığı zaman 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60, 87 və 123-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh X9 qızı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 22 iyun 2022-ci il tarixli (əslində qətnamənin tarixi “21 aprel 2022-ci” ildir) tarixli, 2(103)-2994/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
22. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarını pozmaqla iş üzrə tətbiq edilməli olmayan normaya istinaq etmişdir. Bundan əlavə, mübahisələndirilən qətnamə heç vaxt icraya yönəldilməmiş və mülki iş heç bir əsas olmadan Ədliyyə Nazirliyinin arxivinə göndərilmişdir. Halbuki, iş üzrə qəbul olunmuş qətnamənin icraya yönəldilməsi cavabdehlərin deyil, həmin qətnaməni qəbul etmiş məhkəmə kollegiyasının vəzifəsidir. c) Kassasi ya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh X9 qızı tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı o na aid hissədə yoxlanılır. Tətbiq edilən hüquq 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
26. Maddə 60. “Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”
27. Maddə 87. “Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”.
28. Maddə 123. “Yaş ayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər”. 29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüq uqun əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə yoxlanılan hissədə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
36. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəl i hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
37. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, sübutların düzgün qiymətləndirilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yax ud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
39. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəl illərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir.
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır.
42. Yuxarıda göstər ilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X9 qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2994/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.