Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-454/2020 23.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X7 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(042)997/2018, hakim M.S.Kazımov) X2 Cavabdeh1 qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən 4500 manat məbləğində pulun alınıb id diaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-ci il tarixli qətnaməsi ilə (iş № 2(104)-2708/2019, hakimlər F.Ə.Mehtiyev, A.V.Bayramov, Ə.İ.Məmmədov)Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Cavabdeh1 ilə X4 arasında razılaşma əsasında sonuncu Şəmkir rayonunda 0,06 ha həyətyanı torpaq sahəsinin alınması məqsədi ilə Cavabdeh1 pul ödəmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə X1 Şahvələd Girman oğluna qarşı “cavabdehə ödənilmiş 4.600 manat məbləğində pulun, bankdan götürdüyü həmin məbləğə hesablanmış 1.500 manat məbləğində faizin, yaraımçıq tikiliyə çəkdiyi 2.500 manat xərcin qaytarılması” tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator vəklilsiz iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşa ğıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir şəhəri, Kraz yolunun kənarı “Sarılı” adlanan ərazidə yerləşən 0,06 ha torpaq sahəsini cavabdehdən alqı-satqı müqaviləsi bağlamadan şifahi razılaşma əsasında almış, cavabdeh tərəfindən onun adına həmin torpaq sahəsi nə dair etibarnamə verilmiş, o isə həmin torpaq sahəsinə görə cavabdehə 4.600 manat məbləğində pul vermişdir. Cavabdeh iddiaçıdan torpaq sahəsinə görə 4.500 manat aldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Öhdəliklərin əmələ gəlməsi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinin tələblərinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya di gər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, tərəflər arasında torpaq sahəsinin alqı-satqısı barədə şifahi razılaşma olsa da, notari al qaydada müqavilə bağlanmamış, eyni zamanda cavabdeh də alqı-satqı predmeti olan torpaq sahəsinin mülkiyyətçisi olmamışdır. Bu halda, cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçıdan 4.500 manat məbləğində pul alaraq varlanmışdır. Hazırki mübahisə üzrə cavabdeh varlanmış şəxs, iddiaçı isə məhrum olan hesab edilməklə cavabdeh əldə etdiyi 4.500 manat məbləğində pulu iddiaçıya qaytarmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosesual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara al dı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-454/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-454/2020
23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver