Məhkəmə qərarları › İş №2(102)-4540/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4540/2019

01.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4540/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, 3-cü şəxs və eyni zamanda iddiaçıların nümayəndəsi Cavabdeh4 YYYqızının, onun və iddiaçıların vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 YYYoğlu və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan pulun mülkiyyətçilər arasında paylara uyğun nisbətdə bölünməsi və ümumi mülkiyyət h üququna xitam verilməsi” tələbinə dair, Üçüncü şəxs Cavabdeh4 YYYqızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan pulun mülkiyyətçilər arasında paylara uyğun nisbətdə bölünməsi və ümumi mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13645/2018 nömrəli iş üzrə 26 dekabr 2018-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 YYYoğlu və İddiaçı2, həmçinin 3-cü şəxs Cavabdeh4 YYYqızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 YYYoğlunun, İddiaçı2 və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh4 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 111 saylı evin 3 ot aqdan ibarət yaşayış sahəsi 78,7 kv.metr, yaşayış sahəsi 44,8 kv.metr, yardımçı sahə 33,9 kv.metr olan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylara nisbətdə bölünərək birgə mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Sabunçu Rayon Məhkəməsinin (hakim Mehriban Qarayeva) 29 oktyabr 2018-ci il tarixli, 2(008)-6530/2018 saylı qətnaməsi ilə iddia tələbləri təmin edilmiş, 111 saylı evin 3 otaqdan ibarət yaşayış sahəsi 78,7 kv.metr, yaşayış sahəsi 44,8 kv.metr, yardımçı sahə 33,9 kv.metr olan əmlakın açıq hərracdan satılması, satışdan əldə edilmiş pulun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib şəkildə bölünərək ödənilməsi, birgə mülkiyyət hüququna xitam verilməsi, ekspertiz a xərci olan 200 manatın Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “xxxx” MMCnin hesabına tutulması, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 10 (on) manat ödənilmiş dövlət rüsumunun İddiaçı1 YYYoğlunun və İddiaçı2 xeyrinə tutulması, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 20 (iyirmi) manat dövlət rüsumunun dövlət büdcəsinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Namiq Cəfərov -sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Vüqar Həsənov) 26 dekabr 2018-ci il tarixli 2(103)-13645/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 qanuni nümayəndəsi X1 apellyasiya şikayəti təmin edilərək, iş üzrə Sabunçu Rayon Məhkəməsinin 29.10.2018-ci il tarixli qətnaməsinin ləğv olunması, iddiaçılar İddiaçı1 YYYoğlu və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evi nin açıq hərracda satılması, satışdan əldə olunan pulun mülkiyyətçilər arasında paylara uyğun nisbətdə bölünməsi və ümumi mülkiyyət hüququna xitam verilməsi barədə” iddianın rədd olunması, üçüncü şəxs Cavabdeh4 YYYqızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan pulun mülkiyyətçilər arasında paylara uyğun nisbətdə bölünməsi və ümumi mülkiyyət hüququna xitam verilməsi barədə” iddianın rədd olunması qət edilmişdir. İddiaçılar İddiaçı1 YYYoğlu, İddiaçı2, üçüncü şəxs Cavabdeh4 YYYqızı və onların vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 dekabr 2018ci il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması ba rədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnamə maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsi araşdırma aparmadan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinin tələblərini işin hallarına uyğun olmayan qaydada təfsir edərək yanlış nəticəyə gəlmişdir. Halbuki birinci instansiya məhkəməsi tərəfindən iddiaçıların payının dəyərinin cavabdehlər tərəfindən onlara ödənilməsinin qeyri-mümkünlüyü müəyyən edilmişdir. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən 3-cü şəxs və eyni zamanda iddiaçıların nümayəndəsi Cavabdeh4 YYYqızı, onun və iddiaçıların vəkili Vəkil kassasiya şikayətinin məzmununa uy ğun izahat verərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni i şə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmələr tərəfindən işin müəyyən edilən hallarından görünür ki, 111 saylı evin 2/12 hissəsi Cavabdeh3 Burxan oğlunun, 5/12 hissəsi Cavabdeh2, 5/48 hissəsi İddiaçı2, 5/48 hissəsi İddiaçı1 YYYoğlunun, 5/48 hissəsi Cavabdeh1 və 5/48 hissəsi Cavabdeh4 YYYqızının mülkiyyətindədir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-115/2016 nömrəli 14 sentyabr 2016-cı il tar ixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 YYYoğlunun və İddiaçı2 cavabdeh X2 qarşı 3-cü şəxs Cavabdeh1 olmaqla fərdi yaşayış evinin paylı mülkiyyətçiləri arasında paylara bölünməsi və naturada bölgünün aparılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. “xxxx” MMC tərəfindən aparılmış qiymətləndirmə rəyi ilə 111 saylı evinin dəyəri 30500 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı mübahisəyə Mülki Məcəllənin 220-ci maddəsindəki norma tətbiq edilməlidir. İddiaçılar və üçüncü şəxs öz paylarının dəyərinin digər 3 mülkiyyətçi (cavabdehlər) tərəfindən onlara ödənilməsini tələb etmək hüququna malikdir. Lakin iddiaçılar və üçüncü şəxs bunun üçün cavabdehlərə müraciət etməyiblər. Nəzərə alınmalıdır ki, 1-ci instansiya məhkəməsinin təşəbbüsü əsasında əldə edilmiş qiymətləndirmə hesabatına görə evin dəyəri 30.500 manat təşkil edir. İddiaçılar və üçüncü şəxs bu qiymətə etirazlarını bildirməyiblər və ya evin dəyərinin bundan yüksək olması barədə sübut təqdim etməyiblər. Bu hesabla iddiaçıların və üçüncü şəxsin hər biri öz payına (5/48 paya) görə 3.177 manat ödənilməsini tələb edə bilər. Belə ki, evin dəyəri kimi göstərilən məbləğin (30.500 manatın) 5/48 hissəsi 3.177 manatdır. Lakin evin satılması barədə iddia verən şəxslər cavabdehlərdən - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 öz paylarının dəyərini (3.177 manatı) istəməyiblər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Belə ki,Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyy ət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülki yyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 04.04.2014-cü il tarixli Qərarı»nda göstərilmişdir ki, “Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan s atılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qərarda həmçinin göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququ na malikdir. İşin araşdırılan hallarından görünür ki, fərdi yaşayış evinin naturada bölgüsü texniki cəhətdən mümkün olmamışdır. Lakin iddiaçılar və üçüncü şəxsin öz paylarının dəyərinin digər 3 mülkiyyətçi (cavabdehlər) tərəfindən onlara ödənilməsini tələb etməsi barədə işdə heç bir sübut mövcud deyildir. Kassatorlar kassasiya şikayətində cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatında onların payına görə pul ödəmək imkanının olmadığını bildirdiyini, buna görə də, ayrılan mülkiyyətçilərin payının dəyərinin digər paylı mülkiyyətçilər tərəfindən onlara verilməsinin qeyrimümkün olduğunun aşkar olduğunu qeyd edərək, əmlakın açıq hərracda satılması tələbinin təmin edilməli olduğunu göstərmişdirlər. Lakin kassasiya şikayətinin bu dəlilləri iş materialları ilə təkzib edilir. Belə ki, iddia ərizəsində iddiaçılar özləri Cavabdeh1 məxsus payın müqabilində ona 8210 manat pul təklif etdiklərini, lakin cavabdehin qanuni nümayəndəsinin bununla razılaşmadığını göstərmiş, birinci instansiya məhkəməsinin 29.10.2018-ci il tarixli iclasında Cavabdeh1 qanuni nümayəndəsi V.V.V izahatında yaşamağa başqa yeri olmadığını, iddiaçıların ona az məbləğ təklif etdiyinə görə razılığa gələ bilmədiklərini demiş, digər cavabdehlər də yaşamağa başqa yerləri olmadıqlarından iddianın rədd edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, fərdi yaşayış evi 6 nəfərin paylı mülkiyyətində olduğundan iddiaçılar və üçüncü şəxs öz paylarının dəyərinin təkcə payçı Cavabdeh1 deyil, digər 2 payçıdan da tələb etməli, həmin şəxslər bundan imtina etdiyi halda isə evin açıq hərracdan satılması barədə i ddia qaldıra bilərlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən etmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçılar İddiaçı1 YYYoğlu, İddiaçı2 və 3-cüşəxs Cavabdeh4 YYYqızının kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-13645/2018 nömrəli iş üzrə 26 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi a

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar