Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4543/2019 27.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, İddiaçı vəkili X1, 3-cü şəxs x3nın və vəkili Ələkbərzadə Faiq Zakir oğlunun, Cavabdeh və vəkili Səlimova Sevil Mürüd qızının iştirakı ilə, 3-cü şəxs x3nın Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli, 2(004)6035/2018 saylı qətnaməsi ilə (hakim T.Axundov) İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə tikilmiş və tikilməsinə onun da vəsaiti sərf olunan evin plana düşməsi ilə əlaqədar verilmiş pul vəsaitindən payının cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş 253000 manatdan payına düşən hissənin - yəni 126500 manatın Cavabdeh alınıb İddiaçı verilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs x3nın Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli, 2(103)-12466/2018 saylı qətnaməsi ilə (hakimlər: E.Həsənov, X.Mərdanova və F.Babayev) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli, 2(004)-6035/2018 saylı qətnaməsi x3na münasibətdə dəyişdirilməd ən saxlanılmışdır. 3-cü şəxs x3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli, 2(103)-12466/2018 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə tikilmiş və tikilməsinə onun da vəsaiti sərf olunan evin plana düşməsi ilə əlaqədar verilmiş pul vəsaitindən payının cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə tikdikləri və tikintisində onun da pul vəsaiti olan ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin Sosial evlərə yol çəkilişi ilə bağlı plana düşməsi ilə əlaqədar Cavabdeh “Azəravtoyol” Dövlət Agentliyi tərəfindən veri lmiş 253000 manatdan payına düşən hissənin, yəni 126500 manatın cavabdehdən, yəni Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasınıxahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 29.10.2009-cu il tarixdə rəsmi nikaha girib ailə qurmuşdur. Birgə nikahlarından 19.02.2011-ci il təvəllüdlü oğulları X5 doğulmuşdur. Birgə nikah dövründə, yəni 2011-ci ildə ünvan 2 ünvanında 2 mərtəbəli, 5 otaqlı, sahəsi 200 kv.metr olan fərdi yaşayış evini birgə vəsaitləri hesabına tikmiş və 2012-ci ildə həmin evə köçmüşlər. Bir müddət yaxşı yaşamış, sonradan cavabdehin ona qarşı münasibəti dəyişmiş, evə, ailəyə baxmamış, evdə səbəbsiz söz- söhbətlər, davalar salmışdır. Cavabdeh onun həmin evdə yaşamasına hər vasitə ilə mane olmuş və onu evdən qovmuşdur. Nəticədə Bakı şə həri Yasamal rayon məhkəməsinin 2017-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah ləğv edilmiş, azyaşlı oğulları onun himayəsində saxlanılmış, cavabdehdən oğulları 19.02.2011-ci il təvəllüdlü X3 yetkinlık yaşına çatanadək maddı cəhətdən saxlanılması üçün aybaay 154 manat məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Aralarındakı nikah ləğv edildikdən sonra cavabdeh giriş qapısının açarını dəyişmiş, onu evə buraxmamışdır. O, bir müddət valideynlərinin yanında qalmış, lakin sonradan məcburiyyət qarşısında qalıb Bakı şəhəri, Yasamal rayon məhkəməsinə “fərdi yaşayış evinə köçürülmə tələbinə dair” ilkin iddia ərizəsi ilə müraciət etmiş, cavabdeh isə ona qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 16.03.2018-ci il tarixli 2(004)- 828/2018 saylı qətnaməsi ilə onun 19.02.2011-ci il təvəllüdlü oğlu X5 ilə birlikdə ünvan 3 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, Cavabdeh qarşılıqlı iddia ərizəsi isə rədd edilmişdir. O, mübahisəli mənzilə köçmüş və orada yaşamağa başlamışdır. Birgə nikah dövründə tikdirdikləri ünvan 3 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evi Dövlət proqramı ilə əlaqədar, yəni Sosial evlərə yol çəkilməsi ilə bağlı plana düşmüş, “Azəravtoyol” Dövlət Agentliyi tərəfindən 253000 manat həmin evlə bağlı pul hesablanmışdır. Cavabdeh, yəni keçmiş əri Cavabdeh onu aldatmış, həmin pulu, yəni 253000 manatı özü almış, birgə nikah dövründə tikilmiş ev olmasına və tikilməsinə onunda vəsaiti sərf olunmasına b axmayaraq evin plana düşməsi ilə bağlı cavabdehə verilmiş 253000 manat pul məbləğindən ona bir manat belə verilməmişdir. Cavabdehin ona pul verməməsini, müxtəlif bəhanələrlə onu aldatmasını təsdiq edən sübutları məhkəməyə təqdim edəcək. Hesab edir ki, mübahisəli ev birgə nikah dövründə tikildiyindən onun tikintisinə sərf edilmiş pul vəsaitində onun da iştirakı olmuşdur. Bu səbəbdən də evin plana düşməsi ilə əlaqədar verilmiş pul məbləği onunla cavabdeh arasında yarıya bölünməlidir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs x3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 7 saylı evin dövlət ehtiyacları zəminində plana düşərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sökülməsi nəticəsində Cavabdeh verilmiş 253 000 manat pulun 84333 manat hissəsinin Cavabdeh tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs x3 iddia ərizəsini onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında mövcud olmuş fərdi yaşayış evi onun pul vəsaitinin - uzun illər ərzində etdyi ticarətin, Papanində yerləşən evinin bir hissəsinin kirayəyə verilməsilə əldə olunan vəsaitin, habelə aldığı əmək haqqının, pensiyanın hesabına tikilmişdir. Belə ki, öncə, həmin evin yerləşdiyi torpaq sahəsini 40000 (qirx min) manata almış və təxminən iki il ərzində evi tikdirmişdir. İddiaçı oğlu Cavabdeh ilə evləndikdən sonra Papanindəki evə gəlin köçmüş və iki il orada yaşamışdır. Yasamal rayonu, R.Tağıyev küçəsi, ev 18 V saylı evi tikdirdikdən sonra qərara gəlmiş dir ki, Papanindəki evilərinin şəraiti qənaətbəxş olmadığından oğlu Cavabdeh ilə İddiaçı köçüb yeni tikilmiş daha əlverişli şəraiti olan həmin evdə yaşasınlar. Ailə münasibətlərinin pozulması səbəbindən İddiaçı 2016-cı ilin iyun ayında fərdi və cehiz əşyalarını da götürərək birdəfəlik həmin evdən köçüb getmiş və bir daha oraya qayıtmamış, habelə İddiaçı iddiası ilə onunla Cavabdeh nikahına Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli 2(004)-14679/2016 saylı qətnaməsi ilə xitam verilmişdir. Həmin evin Cavabdeh ilə İddiaçı birgə vəsaiti hesabına tikilməsi barədə iddia həqiqətə uyğun deyildir. Belə ki, həmin ev iki ildən də az bir müddət ərzində tikilmişdir, yəni həmin vaxtlar Cavabdeh “xxxx” ASCdən aldığı əmək haqqı təxminən 550 manat civarında idi, İddiaçı isə hər hansı iş yeri, qazancı yox idi. Belə olan halda, həmin məbləğ yalnızca onların ailə və digər zəruri məişət ehtiyaclarının ödənilməsinə çətinliklə yetirdi. Həmin ev faktiki mülkiyyət hüququ əsasında ona məxsus olmuş, orada yaşayış yeri üzrə qeydiyyatda olmuş və həmin ev sökülənədək orada yaşamışdır. Yasamal rayonu, R.Tağıyev küçəsi, ev 18 V saylı ev dövlət ehtiyacları zəminində plana düşərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən alınmış və bunun müqabilində notarial qaydada onun da razılıq ərizəsi əsasında həmin evə görə Cavabdeh 253000 manat pul verilmişdir. Hesab edir ki, həmin pulun 1/3 hissəsi, yəni 84333 manat hissəsi Cavabdeh tutulub ona verilməlidir İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: 3-cü şəxs x3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli, 2(103)-12466/2018 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı vəkili X2, 3-cü şəxs x3 və vəkili Ələkbərzadə Faiq Zakir oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Cavabdeh və vəkili Səlimova Sevil Mürüd qızı kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, tərəfləri və vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarından görünür ki, tərəflər 29.10.2009-cu il tarixdə nikah bağlayaraq evlənmişlər. Onların bu nikahından 19.02.2011-ci il təvəllüdlü X5 doğulmuşdur. Ər-arvad arasındakı nikah 15.12.2016-cı il tarixdə məhkəmə qaydasında pozulmuşdur. İşdən görünür ki, Cavabdeh 14.06.2018-ci il tarixli müqaviləyə əsasən ünvan 5 ünvanında yerləşən, ünvan 6dirən yeni avtomobil yolunun tikintisi layih əsinə əsasən tikinti altına düşən fərdi yaşayış evindən torpağın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin imtina etmiş, sonuncu da ona 254118.00 manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı 17.05.2018-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş ərizə verərək, ünvan 6dirən yeni avtomobil yolunun tikintisi layihəsinə əsasən tikinti altına düşən Cavabdeh sahibliyində olan ünvan 7 ünvanında yerləşən mənzil sahəsinin sökülməsinə, həmin ünvandan qeydiyyatdan çıxarılmasına, əmlakın hüquqmüəyyənedici sənədinin ləğvinə və bununla əlaqədar verilən kompensasiyanın Cavabdeh almasına etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi fərdi yaşayış evinin tərəflərin birgə nikahları dövründə tikildiyi və yeni avtomobil yolunun tikintisi ilə əlaqədar sökülərək, buna görə Cavabdeh 254118,00 manat məbləğində kompensasiya ödənildiyi işin mübahisələndirilməyə halıdır. İşin bu halı işdə olan sənədlərlə (notarial qaydada 14.06.2018-ci il tarixli müqavilə və müvafiq məhkəmə aktları) də öz təsdiqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi evə dair 14.06.2018-ci il tarixli müqavilənin Agentliklə evin sahibi olan Rafael Xəlilov arasında bağlandığını, üçüncü şəxs Şükufə Xalıqovanın həmin müqaviləni mübahisələndirmədiyinə, həminçinin torpaq sahəsinin özü tərəfindən əldə edilərək evin tikilməsi barədə irəli sürdüyü işin faktik halını sübut edə bilmədiyinə əsaslanmaqla evin iddiaçı və cavabdehin birgə nikahda olduqları dövrdə (2011-ci ildə) və onların birgə vəsatətləri hesabına tikilməsi ilə bağlı iddiaçının dəlilləri ni inandırıcı saymışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, evin iddiaçı ilə cavabdehin birgə nikahları dövründə tikildiyi işin mübahisəsiz halıdır. Həmçinin iş materiallarından ev tikildikdən sonra tərəflərin oraya köçdükləri və orada birgə təsərrüfat apardıqları müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, evin iddiaçı ilə cavabdehin ümumi gəlirləri hesabına deyil, cavabdehin və ya onun qohumlarının vəsaiti hesabına inşa edildiyini sübut etmək yükü digər proses iştirakçılarının üzərinə düşmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisəli evin iddiaçı ilə cavabdehin ümumi gəlirləri hesabına deyil, onların vəsaiti hesabına inşa edildiyini sübut edə bilməmişlər. Digər tərəfdən iş materiallarından aydın olur ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-828/2018 saylı 16.03.2018-ci il tarixli qətnaməsi ilə ünvan 7 ünvanında yerləşən 2 mərtəbəli 5 otaqlı sahəsi 200 kv.m olan fərdi yaşayış evi İddiaçı Cavabdeh ilə birgə nikahda olduqları dövrdə, 2011-ci ildə onların birgə vəsaitləri hesabına tikilmiş və 2012-ci ildə həmin evə köçmüşlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6770/2018 saylı 08.08.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)828/2018 saylı 16.03.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilm iş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 32.3-cü maddələrinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. komm ersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə kollegiyası mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddiası üzrə belə nəticəyə gəlir ki, ünvan 5 ünvanında yer ləşən evin üçüncü şəxsə məxsus olması halı sübut edilmədiyindən, onun evin sökülməsi ilə bağlı verilmiş kompensasiyadan pay tələb etmək hüququ yaranmamışdır. Odur ki, üçüncü şəxsin iddia tələbi əsaslı olaraq rədd edilmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x3nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul
Məhkəmə qərarları › İş №2(102)-4543/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4543/2019
27.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver