Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4544/2021 31.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçının Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4544/21 (Açar sözlər: torpaq sahəsinin qaytarılması, maddi ziyan) Bakı şəhəri, 31 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3067/2021 nömrəli iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 31 avqu st 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması, torpaq sahəsi üzərində olan tikilinin sökülərək qanuni sahibliyinə qaytarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dairviddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, ev 288T saylı bağ sahəsindən və ona bitişik olan etibarnamə əsasında ona aid olan ümumilikdə 0,10 ha (10 sot) ərazini əhatə edən bağ sahəsindən çıxarılması, yaranmış maneələrin aradan qaldırılması, torpaq sahəsinin onun qanuni sahibliyinə qaytarılması və cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 2000 manat məbləğində maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, torpaq sahəsi anası X2 21.01.2009-cu il tarixdə Bakı şəhəri, Pirşağı qəsəbəsi, bağlar massivində 10 sot 288T nömrəli bağı boş torpaq sahəsi olaraq Hüseynağa Həsənağa oğlundan bağın icarəyə verilməsi haqqında 24750 nömrəli, 14.01.1993-cü il tarixli müqaviləyə əsasən etibarnamə əsasında almış, sonradan onun adına rəsmiləşdirilmişdir. Lakin, X1 aldığı torpaq sahəsini hasara almağa imkan verməmiş və torpaq sahəsinin bir hissəsinin ona məxsus olduğunu bildirmişdir. Bu barədə polisə müraciət etmişlər. Polisdə aparılan araşdırma zamanı torpaq sahəsinin ona məxsus olması bildirildikdən sonra o, torpaq sahəsini hasara almış, orada kiçik bir e v tikmiş, lakin tikintisini tam çatdıra bilməmişdir. Həmin vaxt AR ƏMDK-nin DƏDRX-nə çıxarış almaq üçün müraciət etmişdir. AR ƏMDK-nin DƏDRX-dən isə qeyd edilən torpaq sahəsinin mübahisəli olduğu üçün ona yalnız 6 sot üçün torpaq sahəsinə çıxarış verilmişdir. Qalan 4 sot torpaq sahəsinin isə Həsənağa Hüseynağa oğlunun adına qalmış, bu mübahisənin həll etdikdən sonra həmin hissəyə də maneəsiz dövlət reyestrindən müvafiq çıxarış alacaqdır. Bundan başqa, onunla Pirşağı bələdiyyəsi arasında bağlanmış 1161 saylı icarə müqaviləsinə əsasən həmin ərazidə 650 kv.m torpaq sahəsi də onun istifadəsindədir. Ona bağı zəbt edənin kimliyi sonradan məlum olmuşdur. Məlum olmuşdur ki, bağ sahəsi onun əvvəllər tanımadığı şəxs X1 tərəfindən hal-hazırda torpağı zəbt edən Cavabdeh verilmişdir. Torpaq sahəsini ca vabdeh heç bir hüquqmüəyyənedici sənəd olmadan zəbt etmişdir. Həmin şəxslər onun mülkiyyət hüquqlarını kobudcasına pozmuşdur. Hal-hazırda o, həmin bağ sahəsindən istifadə edə bilmir. Oranı zəbt edənlər isə qanunsuz hərəkətlərindən çəkinmirlər. Belə ki, təxminən 1 il bundan əvvəl o, bağ sahəsinə gələrkən orada tikdiyi hasara və evə sərf edilən daşların cavabdeh tərəfindən qanunsuz olaraq söküb özünə yeni hasar tikilməsi üçün istifadə etdiyini aşkar etmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri ilə də ona 2000 manat məbləğində ziyan dəymişdir. Uzun illər istifadəsində olmuş həmin bağ sahəsi üzərində olan hüquqlarının dövlət qeydiyyatına alınması üçün 16.03.2019-cu il tarixdə DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 28.10.2010-cu il tarixli MA seriya lı ******* saylı çıxarış verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 oktyabr 2020-ci il tarixli 2(008)-1899/2020 nömrəli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan 0,063015 torpaq sahəsi ilkin olaraq Hüseynağa Həsənağa oğluna 1993-cü ildə10 sot ayrılsa da, 2009-cu ildən başlayaraq həmin torpaq sahəsi artıq 0,063015 ha olmuş, bunu iddiaçı da, anası da bilmişlər. 10 sot torpaq sahəsinin qalan hissəsi Hüseynağa Həsənağa oğlu tərəfindən özəlləşdirilməmiş və iddiaçıya satılmamışdır. Cavabdeh həmin toraq sahəsində isə qanuni əsaslarla yerləşmişdir. Belə ki, E saylı bağ sahəsinin 0,5 ha olan torpaq sahəsi dövl ət reyestrindən çıxarışa əsasən cavabdehin qanuni mülkiyyətindədir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2, 67.4, 68-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Talışinski - sədrlik edən və məruzəçi, Rafael Eyvazov, Ziya Şirinov) 2(103)-3067/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1899/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti rədd edilməlidir. Diqqətə çatdırılmalıdır ki, iddiaçının istinad etdiyi qanunvericiliyə müvafiq və hallara dair ziddiyyətli dəlillər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid məsələlərdir. Belə ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi, yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürə bilər. İzah edilməlidir ki, müvafiq qeydiyyatlara cavabdehlik daşıyan səlahiyyətli icra hakimiyyəti orqanlarına müraciət edilərək verilmiş sənədlər üzrə araşdırma aparılması məhz onların vəzifələrini əhatə edir, hazırki iş üzrə isə bu qeydiyyatlar mübahisələndirilmədiyindən, tələbdən kənar olaraq qanuni qeydiyyatları olan şəxslərin mülkiyyət hüquqlarına qanunsuz müdaxilə hüquqlardan sui-istifadəyə şərait yaradan hal kimi y olverilməzdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində birinci məhkəmə baxışı iclasında onun tərəfindən iş üzrə müvafiq ekspertizanın keçirilməsinə dair şifahi vəsatətlə müraciət edərkən hakim əvvəlcə aidiyyəti üzrə sənədlərin təqdim edilməsinə dair sorğu verilməli olduğunu, lazımi sənədlər gəldikdən sonra ekspertiza keçiriləcəyini bildirsə də, məhkəmə sorğusunun cavabı gəldikdən sonra ekspertiz a təyin etmədən, yerli baxış keçirmədən tələsik şəkildə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etdi. Sənədlərdən də göründüyü kimi iddiaçıya verilən torpaq sahəsi ilkin olaraq 10 sot olmuşdursa, yerdə qalan təxmini 3.7 sot torpaq sahəsi fiziki olaraq yox ola bilməzdi, deməli həmin torpaq sahəsi qanunsuz olaraq zəbt edilmişdir. Bundan başqa, məhkəmə baxışı iclasında həm iddiaçının nümayəndəsi və vəkilinin həm də sədrlik edənin sualına cavab olaraq cavabdeh iddiaçıya məxsus tikilinin və hasarın bir hissəsini özbaşına sökdüyünü və sökdükdən sonra İddiaçı məxsus hasarın tikilməsində istifadə edilən daşları (kubikləri) yolun kənarına nəzarətsiz şəkildə atdığını etiraf etmişdir. İşə baxan hakim iddianın bir hissəsi olan dəymiş zərərin əvəzinin ödənilməsi tələbini də təmin etməmişdir. Apelyasiya məhkəmə isə onun bildirdiklərini səhv qeyd etmişdir. Belə ki, o, bildirmişdir ki, Hüseynağa Həsənağa oğlundan torpaq aldığı torpaq sahəsini hasara alarkən X1 ilə aralarında mübahisə olmuş, lakin polis işə qarışdıqdan sonra mübahisə yoluna qoyulmuşdur. Onun bağ sahəsinin bir hissəsini zəbt edən isə hazırki cavabdehdir. O, bir il əvvəl öz ba evində tikdiyi ev və hasarın sökülərək daşların cavabdeh tərəfindən istifadə edildiyini aşkar etmişdir. Cavabdeh tərəfindən ona 2000 manat maddi ziyan vurulmuşdur. Lakin məhkəmə buna qiymət verməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırı lmasına baxmayaraq İddiaçı və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qər arı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməy ə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkə məsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya ş ikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, iddiaçı kasasiya şikayətində də cavabdeh tərəfindən onun torpaq sahəsinin zəbt edildiyinə, orada söküntü aparılmaqla ona maddi ziyan vurulduğuna istinad etmiş, lakin tələbinin əsasını təşkil edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, iddiaçının zəbt edildiyini iddia etdiyi torpaq sahəsi qanuni əsaslarla cavabdehin mülkiyyətindədir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı kasasiya şikayətində apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsinə də istinad edə bilməmişdir. Ümumi kasasiya yoxlaması nəticəsində isə hər hansı hüquq normasının pozuntusuna yol verilməsi müəyyən e dilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3067/2021 nömrəli iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.