Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4545/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli 2(103)-803/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Nuriyev, iş № 2(007)-3555/2018) İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilərək İddiaçı azy aşlı uşağı ilə birlikdə Bakı şəhəri Nizami rayonunun Rüstəm Rüstəmov küçəsində yerləşən 74 saylı evin 71 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: Tərəflər 07 sentyabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan bir uşaqları olmuşdur. Bakı şəhəri Nizami rayon məhkəməsinin 15 avqust 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. Bundan sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabd ehlə ailə qurduqdan sonra onunla birlikdə iddia etdiyi mənzildə yaşamasını əsas göstərməklə azyaşlı uşağı ilə birlikdə mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək mübahisəli mənzilin qaynanası X1 mülkiyyətində olmasına baxmayaraq orada qeydiyyatda olmaqla mənzildən istifadə hüququna malik olmasını, başqa daimi yaşayış yerinin olmamasını, mübahisənin sübutlara düzgün qiymət verilmədən həll edilməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin ed ilməsini xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, mübahisəli mənzil mülkiyyət hüquqi əsasında iddiaçının sabiq ərinin anası X2 məxsusdur. İşin apelly asiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ailə qurduqdan sonra həmin mənzildə yaşasa da ora qanunla müəyyən olunmuş qaydada istifadə hüququ əldə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasənqətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibəti 2010-cu ildə, yəni 2009-cu ildə qəbul edilmiş Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə yarandığından məhkəmə kollegiyası həmin Məcəllənin 30.1-ci maddəsinin qüvvəsini tətbiq etməklə mübahisəni həll etmişdir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiy yətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında verdiyi şərhə görə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Lakin İddiaçı mənzilin mülkiyyətçisinə münasibətdə həmin şəxslər sırasına aid olmadığından, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı mənzilin mülkiyyətçisinin ailə üzvü deyildir. Digər tərəfdən, mənzilin mülkiyyətçisinə qarşı istifadə hüququ ilə əlaqədar da tələb irəli sürülməmiş və o, cavabdeh kimi işə cəlb edilməmişdir. Göstərilən vəziyyətdə iddianın təmin edilməsi üçün əsaslar olmadığından kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun həll edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. B akı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 15 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4545/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4545/2019
25.06.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver