Məhkəmə qərarları › İş №2(102)-4547/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4547/2019

03.07.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4547/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, Cavabdeh və vəkili Xİnın iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 iyul 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli 2(006)-4597/2018 saylı qətnaməsi ilə (sədrlik edən E.Ə.Mehdiyev) ilkin iddianın təmi n olunması, Cavabdeh əşyaları ilə birlikdə iddiaçı MMnun mülkiyyətində olan Bakı şəhəri, ÜNVANindən çıxarılmaları, Cavabdeh oğlunun cavabdehlər İddiaçı Xna və BBna qarşı mənzilin mülkiyyətə verilməsi və pul tələbinə dair qarşılıqlı iddia ərizəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 dekabr 2018-ci il tarixli 2(103)-13581/2018 saylı qətnaməsi ilə (E.M.Həsənov sədrlik edən məruzəçi, hakimlər X.A.Mərdanova və F.F.Babayevdən ibarət tərkibdə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4597/2018 saylı iş üzrə 26 sentyabr 2018-ci ıl tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ÜNVANinin mülkiyyət hüququ əsasında ona məxsus olduğunu, mül kiyyət hüquqlarından uzun müddətdir maneəsiz istifadə edə bilmədiyini, aralarındakı razılığa əsasən Cavabdeh həmin mənzildə 01 yanvar 2018-ci ilə qədər kirayədə qalıb çıxmalı olduğu halda, etibarlı münasibətlərdən sui-istifadə edərək mənzildən çıxmadığını göstərmiş buna görə də Cavabdeh dərhal əşyaları ilə birlikdə mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı və BBna qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək BBndan və MMndan 46500 manat müqabilində aldığı Bakı şəhəri, ÜNVANinin onun mülkiyyətinə verilməsi, mənzilin veriləməyəcəyi halda isə 46500 manat məbləğində pulun BBndan və MMndan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayə tinin dəlilləri Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Xİ kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə Bakı şəhəri, ÜNVANi 29 may 2002-ci il tarixdən etibarən mülkiyyət hüququ üzrə MMa məxsusdur, mənzildə qeydiyyatda heç kim yoxdur, məcburi köçkün olan Cavabdeh ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamaqdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq əbəsinin 23 iyun 2018-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Cavabdeh şikayəti əsasında araşdırma aparılmış, Bakı səhəri 23 saylı Mənzil Kommunal İstismar Sahəsinin işçilərinin və ÜNVAN-də yaşayan sakinlərin iştirakı ilə tərtib olunmuş akta əsasən həmin ünvandakı 55 saylı mənzilin İddiaçı məxsus olduğu, Cavabdeh orada kirayəşin kimi yaşadığı müəyyən edilmişdir. İşdə olan Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiq edilmiş 30 iyun 2018-ci il və 03 iyul 2018-ci il tarixli ərizələrin surətlərindən aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan X2 və X1, ünvan 2 ünvanında qeydiyyatda olan X4 və həmçinin ünvan 3 ünvanında qeydiyyatda olan X5, Cavabdeh 2010-cu il aprel ayından Bakı şəhəri, ÜNVANndə qeydiyyatsız yaşamasını öz imzaları ilə təsdiq etmişlər. Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Rəspublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqi qləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Rəspublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə ədə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqlar ı üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisəsi gedən mənzilin ilkin iddiaçının mülkiyyətində olması onun həmin mənzildən istifadə, sahiblik və sərəncam hüquqlarının olmasını ehtiva edir və bu mənada o, bu hüquqların mülkiyyətçiyə tanıdığı im kandan istifadə edərək cavabdehin qeyd edilən mənzildən çıxarılmasını tələb etməkdə haqlı olduğundan ilkin iddia tələbinin təmin olunması ilə bağlı gəlinən nəticə əsaslı hesab olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə gəldiyi nəticəni əsaslı hesab edərək qeyd etmişdir ki, həmin nəticənin doğru olmadığı qənaətinə gəlməyə əsas verəcək hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlə rə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 27 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar