Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4548/2021 31.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1na və Cavabdeh3 İslam qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4548/21 (Açar sözlər: pul) Bakı şəhəri, 31 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-736/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 31 avqust 2021-c i il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1na və Cavabdeh3 İslam qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 53220 manat məbləğində pulun, ödənilmiş dövlət rüsumuna görə 30 manatın, hüquqi yardıma görə ödənilmiş 110 manat məbləğində pulun, cəmi 53360 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərin hər üçünə inam və etibarı olmuşdur. Cavabdeh3 İslam qızı mağazada satıçı, digərləri isə daimi müştəri olmuşlar. Onlar bu etibard an istifadə edərək təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə onun əmlaklarını qanunsuz şəkildə ələ keçirmiş və ona külli miqdarda maddi ziyan vurmuşlar. Belə ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İslam qızı qabaqcadan əlbir olmaqla 2016-cı ilin fevral ayında müxtəlif adda dəyəri 3700 manat qızıl-zinət əşyalarını toya taxıb qaytaracaqlarını vəd etməklə ondan almış və həmin qızıl-zinət əşyalarını satıb mənimsəmişlər. Bundan başqa Cavabdeh2 2016-cı ilin fevral ayının əvvəllərindən mart ayının 03-dək olan müddət ərzində ona məxsus olan Bakıxanov qəsəbəsində yerləşən paltar mağazasında ümumi dəyəri 650 manat müxtəlif geyim əşyalarını, hədiyyəlik malları və bijuteriyaları satıcı Cavabdeh3 götürərək satıb pulunu verəcəyinə dair yalan vəd verməklə həmin əşy aları onunla birlikdə mənimsəmişlər. Bundan başqa cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İslam qızı ilə qabaqcadan əlbir olmaqla 2016-cı ilin fevral ayının axırlarında ona məxsus mağazadan müxtəlif çəkidə və adda dəyəri 19000 manat olan qızılzinət əşyalarını, mart ayının əvvəllərində yenə həmin mağazada müxtəlif adda və çəkidə dəyəri 23120 manat olan qızıl-zinət əşyalarını, 05 mart 2016-cı il tarixdə yenə də həmin ünvanda ona məxsus olan müxtəlif adda və çeşiddə ümumi dəyəri 16750 manat olan qızıl-zinət əşyalarını satıb pulu qaytaracaqları vədi ilə aldatmaqla həmin əşyaları birgə satmış və dəyərini mənimsəmişlər. Cavabdehlər tərəfindən aldadıldığını çox gec anlamışdır. Bundan sonra dəfələrlə cavabdehlərlə danışıqlar aparmış, əşyaların geri qaytarılmasını tələb etsə də, onlar müxtəli f bəhanələrlə əşyaları qaytarmaqdan yayınmışar. Cavabdeh3 İslam qızı onu inandırmışdır ki, onun barəsində şikayət etməsin, o öz payına düşən hissəni tez bir zamanda qaytaracaqdır. Ona görə də onun barəsində şikayətçi olmamış və pulu qaytarmasını gözləmişdir. Digər cavabdehlərin ümumiyyətlə pul məbləğini qaytarmamaq niyyətlərini görüb onların dələduz əməlləri barəsində polis orqanlarına şikayət etmişdir. Onların barələrində araşdırma aparılmış, əməllərində dələduzluq cinayətinin tərkibi olduğuna görə onlar Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04.01.2018-ci il tarixli qərarı ilə cinayət məsuliyyətinə cəlb edilmişlər. Bütün bu yuxarıda qeyd etdiyi faktlar məhkəmə hökmü və qərarı ilə müəyyən edilmişdir. Ca vabdehlərin birgə qanunsuz hərəkətləri nəticəsində ona 62570 manat, Cavabdeh2 ilə Cavabdeh3 İslam qızının ayrıca qanunsuz hərəkətləri nəticəsində ona 650 manat məbləğində maddi ziyan vurulmuşdur. Vurulmuş ziyanın məbləğindən Cavabdeh2 tərəfindən ona 10000 manat ödənilmişdir. Nəticədə isə cavabdehlər ona müştərək qaydada 53220 manat məbləğində maddi ziyan vurmuşlar. Cavabdehlər öz qanunsuz əməlləri ilə məhkəmənin hökmündən də göründüyü kimi onun külli miqdarda pul vəsaitini qanunsuz və əsassız şəkildə əldə etmiş və heç bir müqavilə və ya qanuni əsas olmadan varlanmışlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 fevral 2020-ci il tarixli, 2(008)-577/2020 saylı qətnaməsi ilə (hakim Anar Rzayev) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cava bdeh1ndan, Cavabdeh2 müştərək qaydada 52570 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, Cavabdeh2 650 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə tanışı Cavabdeh1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında İddiaçı 2016-cı ilin fevral ayının əvvəllərində 3700 manat, 2016-cı ilin fevral ayının axırlarında 19000 manat, sonradan isə 2016-cı ilin mart ayının əvvəllərində 23120 manat və daha sonra 05.03.2016cı il tarixdə yenə də 16750 manat, cəmi 62570 manat dəyərində əmlaklarını dələduzluq yolu ilə ələ keçirərək iddiaçıya zərər vurmuşlar. Qeyd olunan zərərin 10000 manatı cavabdehlərdən Cavabdeh2 tərəfindən tərəfindən iddiaçıya ödənilmişdir. Odur ki, 52570 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-73/2018 saylı, 04.01.2018-ci il tarixli qərarı ilə həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla 2016-cı ilin fevral ayının əvvəllərindən mart ayının 3dək olan müddət ərzində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən İddiaçı məxsus paltar və bijuteriyaları həmin mağazada satıcı işləyən Cavabd eh3 İslam qızından alaraq satıb pulunu verəcəyinə dair yalan vəd verib aldatmaqla ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı cəmi 650 manat ziyan vurmaqla dələduzluq etmişdir. Yəni məhkəmə qərarı ilə 650 manat məbləğində əmlakların məhz Cavabdeh2 tərəfindən dələduzluq yolu ilə mənimsənilməsi müəyyən edilmişdir. Odur ki, digər Cavabdeh3 İslam qızı tərəfindən iddiaçıya zərər vurulması halı müəyən edilmədiyindən iddia tələbi həmin hissədə qismən təmin edilərək yalnız Cavabdeh2 650 manat pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə, o cümlədən Cavabdeh3 İslam qızına münasibətdə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1ndan və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, hüquqi yardıma görə 1 10 manat məbləğində pulun ödənilməsi ilə bağlı məhkəməyə sübutlar təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 121.1, 217.4, 220.5-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin ona iad hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Emin Mehdiyev- sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) 2(103)-736/2021 saylı, 02 mar t 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(008)-577/2020 saylı qətnaməsinin mübahisələndirilən hissədə - Cavabdeh2 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, mülki hüquq pozuntusundan irəli gələn öhdəliyin yaranmasının mühüm şərti zərərin vurulması faktıdır. Əks təqdirdə, nə əmlak hüququ pozulmuş, nə də öhdəlik yaranmış olur. Pozulmuş əmlak hüququn olmam ası, o cümlədən bununla əlaqədar öhdəliyin yaranmaması məsuliyyətin həcmini müəyyən etməyi istisna edir. Beləliklə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə tanışı Cavabdeh1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında İddiaçı 2016-cı ilin fevral ayının əvvəllərində 3700 manat, 2016cı ilin fevral ayının axırlarında 19000 manat, sonradan isə 2016-cı ilin mart ayının əvvəllərində 23120 manat və daha sonra 05 mart 2016-cı il tarixdə yenə də 16750 manat, cəmi 62570 manat dəyərində əmlaklarını dələduzluq yolu ilə ələ keçirərək iddiaçıya zərər vurmuşlar. Qeyd olunan zərərin 10000 manatı cavabdehlərdən Cavabdeh2 tərəfindən iddiaçıya ödənilmişdir. Odur ki, 525 70 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin 1(103)-73/2018 saylı, 04 yanvar 2018-ci il tarixli qərarı ilə həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla 2016-cı il fevral ayının əvvəllərindən mart ayının 3-dək olan müddət ərzində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən İddiaçı məxsus paltar mağazasından ümumi dəyəri 650 manat təşkil edən müxtəlif üst geyimləri, hədiyyəlik mallar və bijüteriyaları həmin mağazada satıcı işləyən Cavabdeh3 İslam qızından alaraq satıb pulunu verəcəyinə dair yalan vəd verib aldatmaqla ələ ke çirərək zərərçəkmiş şəxs İddiaçı cəmi 650 manat ziyan vurmaqla dələduzluq etmişdir. Yəni məhkəmə qərarı ilə 650 manat məbləğində əmlakların məhz Cavabdeh2 tərəfindən dələduzluq yolu ilə mənimsənilməsi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, Cavabdeh2 qarşı iddianın təmin edilməsi barədə qətnamə qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh2 (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mülki iş üzrə 11 iyul 2019-cu il tarixdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 pul tələbinə dair id dia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin zaman mülki işə baxılarkən iddiaçı tərəfindən aidiyyat qaydalarının pozulması aşkar olmuşdur. Bu zaman iddiaçı tərəf iddia ərizəsinin geri götürülməsi ilə bağlı məhkəməyə müraciət etmiş və həmin mülki iş baxılmamış saxlanılmışdır. Hazırki mülki iş üzrə iddiaçı mülki işin aidiyyat qaydalarını tənzimləmək məqsədi ilə iddia ərizəsində əlavə cavabdeh qismində Cavabdeh3ın adını qeyd edilmişdir. Halbuki, Cavabdeh3 ümumiyyətlə bu məsələyə aidiyyatı yoxdur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli hökmü ilə də müəyyən olunur ki, cinayət işi üzrə hökm Cavabdeh3 barəsində yox, digər iki cavabdeh barəsində çıxarılmışdır. Cavabdeh3 həmin cinayət işi üzrə şahid qismində iştirak etmişdir. Belə ki, Cavabdeh3 İddiaçı satıcı sı olmuşdur. Təbii ki, Cavabdeh3 mövqeyindən çıxış edəcək. Bu da bir növ iddia tələbinin etirafı kimi qəbul edilməsi deməkdir. Ən əsası isə hazırkı mülki iş üzrə Cavabdeh3 adı aidiyyat qaydalarının tənzimlənməsi məqsədi ilə yazılmışdır. Bu səbəbdən də hesab edir ki, hazırkı mübahisəli məsələ ilə bağlı iddia ərizəsinə cavabdehlərin qeydiyyatı üzrə Astara rayon və Qazax rayon məhkəməsində baxılmalı idi. Hesab edir ki, bu halın aradan qaldırılması üçün aidiyyat ilə bağlı verilmiş vəsatətlərin təmin edilməməsi hazırda iddia tələnin qismən təmin edilməsinə gətirib çıxarmışdır. Göründüyü kimi, həm birin instansiya məhkəməsi, həm də apelyasiya məhkəməsi iş üzrə aidiyyətin pozulması məsələsini nəzərə almadan işə baxaraq, əsassız qətnamələr qəbul etmişlər. İşin faktiki halları ilə bağlı qeyd edilmə lidir ki, ümumiyyətlə iddia tələbini qəbul etmir. Belə ki, iddiaçının iddia ərizəsində göstərdikləri ilə razı deyildir, göstərilən hallar ona münasibətdə əsassız və qanunsuzdur. Tələb olunan məbləğin hamısı onun tərəfindən mənimsənilməmişdir. Bundan əlavə o, özünə münasibətdə iddiaçıya 10000 manat ödəmişdir. Bununla da özünə aid hissədə iddiaçıya aid olan borcunu tam ödəmişdir. İddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04.01.2018-ci il tarixli qərarına istinad edərək pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, iddia ərizəsində göstərilən hallar həqiqəti əks etdirmir. Göründüyü kimi, məhkəmə tərəfindən işin halları düzgün qiymətləndirilməmiş, göstərdiyi faktiklara hüqu qi qiymət verilməmiş, ona aid hissədə vəsaitin ödənilməsi nəzərə alınmadan əlavə vəsaitin də onun tərəfindən ödənilməsi ilə bağlı əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2, vəkili Vəkil2, İddiaçı Fəzaiim qızı, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İslam qızı məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. T ətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mat eriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətləri üzrə qətnamə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlkin olaraq iddiaçının kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Belə ki, cavabdeh kasasiya şikayətində apelyasiya şikayətində göstərdiyi kimi işə aidiyyət qaydalarının pozulması ilə baxılıb qətnamə qəbul edilməsinə istinad etmişdir ki, bu xüsusatla bağlı qeyd edilməlidir ki, cavabdehin bu dəlili əsassızdır. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən işin aidiyyəti üzrə göndərilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş, vəsatəti təmin edilməmiş, təmin edi lməmə barədə məhkəmə qərardadından şikayət verilmiş, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Bununla da işə baxılarkən aidiyyət qaydasının pozulmadığı məhkəmə qərardadı ilə müəyyən edilmişdir. Cavabdehin 10000 manat iddiaçıya ödəməklə ona aid hissədə borcunun tam ödənilməsi, iddiaçıya borcunun qalmaması barədə dəlili üzrə isə qeyd edilməlidir ki, hazırki cavabdehin digər cavabdeh Cavabdeh1 ilə birgə iddiaçıya 62570 manat, həmçinin ayrıca olaraq 650 manat ziyan vurması qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 04.01.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir. Həmin məbləğdə hazırki cavabdeh tərəfindən iddiaçıya 10000 manat pulun ödənilməsi onun iddiaçıya olan borcunun ödənilməsi hesab edilə bilməz. Bununla yanaşı, cavabdeh öz ü də iddiaçıya olan ona aid hissədə borcun ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş və ya hər hansı sübuta istinad edə bilməmişdir. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-736/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qəra