Məhkəmə qərarları › İş №2(102)-4550/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4550/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4550/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)1965/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.N.Quliyev, iş № 2(005)-3194/2019) İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi, bildirişin etibarsız hesab edilməsi tələbinə dair iddiası qismən təmin edilərək, 2019-cu ilin mart a yından başlayaraq müqavilə üzrə mənzillər verilənədək xx xxxx 2018-ci il tarixli 97 saylı müqavilə üzrə hər təqvim ayı üçün 500 manat və xx xxxx 2018-ci il tarixli 98 saylı müqavilə üzrə hər təqvim ayı üzrə 500 manat olmaqla cəmi hər təqvim ayı üzrə 1000 manat məbləğində kirayə haqqı üçün Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi, Cavabdeh MMC-nin xx xxxxxx 2019-cu il tarixli bildirişinin etibarsız (qanunsuz) hesab edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh MMC-nin İddiaçı və üçüncü şəxslərə qarşı ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı və mübahisə predmeti barəsində müstəqil təl əblər irəli sürməyən üçüncü şəxs Cavabdeh MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdeh İddiaçı və Cavabdeh MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov) Cavabdeh MMC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, müstəqil tələblər irəli sürən üçüncü şəxslər X6 və X1 apelyasiya şikayətləri təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnamənin ləğv edilməsi, İddiaçı iddiasının və Cavabdeh MMC-nin qarşılıqlı iddiasının rədd edilməsi, üçüncü şəxslər X5 və X 3 iddiasının təmin edilib, Cavabdeh MMC ilə İddiaçı arasında xx xxxx 2018-ci il tarixli 97 saylı və xx xxxx 2018-ci il tarixli 98 saylı müqavilələrinin etibarsız hesab edilməsi qət edilmişdir. İşin halları: Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən xx.xx.2016-cı il tarixdə “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərar qəbul edilmiş və həmin Qərarla mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələbinə əməl edilməklə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən tikililərin, o cümlədən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 162 06 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə rayonun ərazisində yaşayış üçün yarasız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi qərara alınmışdır. Göstərilən qərara əsasən Nizamnaməsi 2010-cu ildə dövlət qeydiyyatına alınmış Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında yerləşən və yaşayış üçün təhlükəli vəziyyətdə olan birmərtəbəli yaşayış evinin sökülməsi və həmin ərazidə hündürmərtəbəli yaşayış binasının inşa olunub oradan sökülmüş binanın sakinlərinə təmirli mənzillərin verilməsi və binanın tikintisinin başa çatana kimi həmin sakinlərə kirayədə yaşamaq üçün pul vəsaitinin verilməsi barədə müqavilələr bağlanmışdır. Cavabdeh MMC tərəfindən xx xxxx 2018-ci il tarixdə sökülmüş binanın sakini İddiaçı yeni tikiləcək binada 2 v ə 3 otaqdan ibarət iki mənzillə təmin olunması barədə müqavilələr bağlanmış və həmin müqavilələrdə yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə hər mənzilə görə ona aylıq 500 manat məbləğində haqq ödənilməsi nəzərdə tutulmuşdur. İlk bir ilin kirayə haqqı kimi MMC tərəfindən İddiaçı birdəfəlik 12.000 manat ödənilmiş, 2019-cu ilin mart ayından kirayə haqqının MMC tərəfindən ödənilməsi dayandırılmışdır. xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh MMC tərəfindən iddiaçıya onun tərəfindən əvvəlki mənzilin mülkiyyətçisi olmasını təsdiq edən sənədin təqdim edilməməsini və həmin ünvana dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmamasını əsas göstərməklə onunla bağlanmış müqavilələrin etibarsız olması və ödənilmiş 12.000 manatın geri tələb olunması barədə bildiriş göndərilmiş dir. 2019-cu ilin iyun ayında İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sökülmüş evin valideynlərindən ona miras qalmaqla onun evə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına Dövlət Reyestrindən Çıxarışın verilməsini əsas göstərməklə Cavabdeh MMC-dən 2019-cu ilin mart, aprel, may, iyun ayları üçün aylıq kirayə haqları kimi cəmi 4000 manatın, dəymiş mənəvi zərərə görə 5000 manatın tutulması və bildirişin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia üzrə Cavabdeh MMC qarşılıqlı iddia verərək, İddiaçı sökülmüş evə mülkiyyət hüququnun olmasına dair Reyestrdən Çıxarışın məhkəməyə təqdim etməməsini və bununla əlaqədar onunla bağlanmış müqavilələrin etibarsız hesab edilməsini, ona ödənilmiş 24.000 manatın İ ddiaçı tutulmalı olmasını, sökülmüş evə başqalarının da pay hüquqlarının olmasını, evin sökülməsi ilə əlaqədar İddiaçı evə dair dövlət qeydiyyatının da ləğv edilməli olmasını və s. əsas göstərməklə İddiaçı 24.000 manat tutularaq Cavabdeh MMC-yə ödənilməsi, N saylı fərdi yaşayış evinə dair dövlət qeydiyyatının ləğv edilməsi və bu barədə müvafiq hərəkətlərin aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC tərəfindən sonradan iddia tələbi dəqiqləşdirilərək İddiaçı yalnız 24.000 manatın tutulması xahiş edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 cavabdeh İddiaçı qarşı, Cavabd eh MMC–ni mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs göstərməklə müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sökülmüş evin paylı mülkiyyətçisi olmasını, lakin buna baxmayaraq həmin evin üzərində onun razılığı olmadan sərəncam verilməsini əsas göstərməklə, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 97 və 98 saylı müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən digər üçüncü şəxs X6 cavabdeh İddiaçı və Cavabdeh MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən mənzilin payçısı olmasına bax mayaraq MMC tərəfindən evin tam mülkiyyətçisi kimi İddiaçıla onun razılığı olmadan müqavilə bağlanmasını və s. əsas göstərməklə İddiaçı iddiasının rədd edilməsi, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 97 və 98 saylı müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında İddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsi ni, cavabdeh MMC-nin vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən göründüyü kimi, mübahisəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında bir neçə nəfərə məxsus olmasına baxmayaraq ilk iddia üzrə İddiaçı ilə digər payçıların xəbəri və razılığı olmadan evin tam mülkiyyətçisi kimi ona iki mənzilin ve rilməsi barədə iki müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Halbuki, müqavilələr bağlanan zaman İddiaçı mübahisəli evin nəinki tam mülkiyyətçisi kimi, paylı mülkiyyətçi kimi belə hüquqları dövlət qeydiyyatına alınmamışdır. Göstərilən vəziyyətdə evin digər payçıları olan X4 və X6 özlərinə məxsus əmlak üzərində sərəncam vermək hüququndan məhrum olunmuş və onlara məxsus əmlak üzərində qanunun yuxarıda göstərilən normasının və Mülki Məcəllənin 152-ci maddəsinin ziddinə olaraq İddiaçı tərəfindən sərəncam verilmişdir. Nəticədə isə digər paylı mülkiyyətçilər normal qaydada və şəraitdə Cavabdeh MMC ilə evin sökülməsinə razılı q verilməsi, paylarına uyğun mənzillə təmin olunmaları və Nazirlər Kabinetinin qərarı əsasında həyata keçirilən layihə üzrə müəyyən olunmuş güzəştlərdən istifadəsi ilə əlaqədar danışıqlar aparmaq imkanını itirmişlər. Cavabdeh MMC ilə 3-cü şəxslər arasında 2019-cu ilin yanvar, fevral aylarında müqavilələr bağlansa da, həmin müqavilələr iddiaçı ilə bağlanmış müqavilələrdən fərqli şəkildə bağlanmaqla əlavə mənzil sahəsinin verilməsi, kirayə haqqlarının ödənilməsi və s. mühüm şərtlər sonrakı müqavilələrdə nəzərdə tutulmamış və 3-cü şəxslər layihədə nəzərdə tutulmuş güzəştli şərtlərdən istifadə edə bilməmişlər. Beləliklə evin bütün payçılari ilə bir vaxtda müqavilələrin bağlanmaması 3-cü şəxslərin hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci ma ddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Cavabdeh MMC ilə İddiaçı arasında xx xxxx 2018-ci il tarixli 97 və 98 saylı müqavilələrin bağlanması zamanı Mülki Məcəllənin 215.5-ci maddəsində müəyyənləşdirilmiş şərtlər pozulduğundan, məhkəmə kollegiyası hesab etmişdir ki, X4 və X6 hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Məhkəmə kollegiyası hesab etmişdir ki, xx xxxx 2018-ci il tarixli müqavilələr qanun pozuntusu ilə bağlanmaqla həmin pozuntular müqavilənin etibarsız sayılması üçün tam əsas verir. 3-cü şəxslərlə, onların paylı mülkiyyətində olan və söküldükdən sonra ilk iddia üzrə iddiaçı ilə bağlandığı vaxtdan təxminən bir il keçdikdən sonra m üqavilələrin bağlanması İddiaçı ilə bağlanmış müqavilələrin qanuni sayılması üçün əsas vermir. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı onunla Cavabdeh MMC arasında bağlanmış müqavilələrə əsaslanaraq Cavabdeh MMC-dən onun xeyrinə 2019-cu ilin mart ayından aylıq kirayə haqlarının ödənilməsi və xx xxxxxx 2019-cu il tarixli bildirişin etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır. İddiaçı istinad etdiyi xx xxxx 2018-ci il tarixli müqavilələr qanun pozuntusu ilə bağlanmaqla etibarsız olduğundan, məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh MMC-dən həmin müqavilələr üzrə öhdəliyin icrasının tələb edilməsi əsaslı sayıla bilməz. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı ilə bağlanmış müqavilələrin etibarsız sayılması paylı mülkiyyətdə olan sökülmüş evin əvəzi kimi ona yeni mənzilin verilməsi və bununla əlaqədar onların arasında əvvəlki şərtlərlə yeni müqavilələrin bağlanması imkanını aradan qaldırmır. Kollegiya işin yuxarıda göstərilən hallarına əsaslanaraq apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, mübahisə işdə olan sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə əməl edilməklə həll edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mini r. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ İş № 2(102)-4550/2020 xx xxxxxxx 2020-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)1965/2020 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.N.Quliyev, iş № 2(005)-3194/2019) İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi, bildirişin etibarsız hesab e dilməsi tələbinə dair ilk iddiası qismən təmin edilmiş, 2019-cu ilin mart ayından başlayaraq müqavilə üzrə mənzillər verilənədək xx xxxx 2018-ci il tarixli 97 saylı müqavilə üzrə hər təqvim ayı üçün 500 manat və xx xxxx 2018-ci il tarixli 98 saylı müqavilə üzrə hər təqvim ayı üzrə 500 manat olmaqla cəmi hər təqvim ayı üzrə 1000 manat məbləğində kirayə haqqı üçün Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi, Cavabdeh MMC-nin xx xxxxxx 2019-cu il tarixli bildirişinin etibarsız (qanunsuz) hesab edilməsi, iddianın qalan hissədə, həmçinin qarşılıqlı iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov) Cavabdeh MMC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, müstəqil tələblər irəli sürən üçüncü şəxslər X6 və X1 apelyasiya şikayətləri təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnamənin ləğv edilməsi, İddiaçı iddiasının və Cavabdeh MMC-nin qarşılıqlı iddiasının rədd edilməsi, üçüncü şəxslər X5 və X3 iddiasının təmin edilib, Cavabdeh MMC ilə İddiaçı arasında xx xxxx 2018-ci il tarixli 97 saylı və xx xxxx 2018-ci il tarixli 98 saylı müqavilələrinin etibarsız hesab edilməsi qət edilmişdir. Cavabdeh MMC Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci i il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşə kassasiya qaydasında baxılarkən Cavabdeh MMC məhkəməyə kassasiya şikayətindən imtina edilməsi barədə ərizə təqdim edərək kassasiya icraatına xitam verilməsini xahiş etmişdir. Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətindən imtinaya dair Cavabdeh MMC-nin ərizəsini müzakirə etdikdən sonra hesab edir ki, kassasiya şikayətindən imtina qəbul edilməli və kassasiya instansiyasında icraata cavabdehə münasibətdə xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 410-cu maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır (410.1). Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir(410.2). Şər h olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 410-cu maddəsini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh MMC-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası təsdiq edilsin və kassasiya icraatına cavabdehə münasibətdə xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar