Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4555/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarlı sayılması ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı «əqdin etibarlı sayılması» tələbinə dair Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-518/2021 nömrəli, 01 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəki rayonu Qayabaşı kəndi ərazisində yerləşən 8.08 hektar torpaq sahəsi JN:0017 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsi uzun müddətdir ki, iddiaçının faktiki istifadəsindədir. İddiaçı torpağı cavabdehlərdən satın aldığını və onlar arasında faktiki olaraq alqı-satqı müqaviləsi baş tutduğunun bildirərək hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Qayabaşı kəndi ərazisində yerləşən JN:0017 (kod ******** ) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 xüsusi mülkiyyətində olan 8.08 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barəsində cavabdehlərlə arasında 15 yanvar 2004-cü il tarixdə bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 15 yanvar 2004-cü il tarixdə Şəki rayonu Qayabaşı kəndi ərazisində yerləşən JN:0017 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 xüsusi mülkiyyətində olan cəmi 8.08 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı ayrı-ayrı yerlərdəki üç torpaq sahəsini pulunu tam ödəməklə onlardan satın almı şdır. 15 yanvar 2004-cü il tarixdə 8.08 ha torpaq sahəsinin dəyəri olan 20 200 000 (iyirmi milyon iki yüz min) AZM [4040 (dörd yüz qırx) manat] pul məbləğini cavabdehlərə tam şəkildə ödəmişdir. Qeyd edilən torpaq sahəsi Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 xüsusi mülkiyyətlərinə verilmiş, bu qərar əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adlarına 18 mart 1998-ci il tarixli, JN:0017 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” hazırlanmışdır. Torpaq sahəsinin dəyərini ödədikdən sonra cavabdehlər torpaq sahəsini və torpaq sahəsinə dair onlarda olan JN:0017 (kod ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının əslini itirdiklərini bildirərək həmin sənədin surətini ona təhvil vermişlər. Həmin torpaq sahəsi qeyd edilən tarixdən onun faktiki istifadəsindədir. Torpaq sahələrini əvvəllər öz adına sənədləşdirməyə özü də tələsməmiş, cavabdehlərə inandığından onların nə vaxtsa torpaq sahələrini adına rəsmiləşdirməkdən imtina edəcəklərini güman etməmişdir. Son vaxtlarda qeyd edilən torpaq sahələrini öz adına rəsmiləşdirmək məqsədilə cavabdehlərə müraciət edərək onlarda olan müvafiq sənədlərlə birlikdə müvafiq notariat kontoruna gələrək alqı-satqı müqaviləsinə satıcı qismində imza etmələrini xahiş etmişdir. Cavabdehlər bu yaxınlaradək torpaq sahəsini ona satmaqla torpaq sahəsinin müqabilində müvafiq pul məbləğini almış olmalarını inkar etməsələr də, torpaq aktının əslinin olmadığını səbəb göstərər ək alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinin mümkün olmadığını demişlər. Son günlərdə ona məlum olmuşdur ki, cavabdehlər ona satdıqları torpaq sahələrinə dair yeni mülkiyyət hüququ tanıyan sənədlər əldə etmişlər. Bundan sonra cavabdehlərə bir daha başqa şəxslər vasitəsilə müraciət edərək satın aldığı torpaq sahələrini adına rəsmiləşdirilməsini tələb etmişdir. Sonuncular hazırda torpaq sahələrini ona satdıqlarını inkar edərək torpaq sahəsini geri götürmək istəyirlər. O, qeyd edilən torpaq sahəsi ilə bağlı alıcı kimi üzərinə düşən bütün öhdəlikləri hələ 15 yanvar 2004-cü il tarixdə tam icra etmişdir. Cavabdehlər isə satıcı kimi öz üzərlərinə düşən öhdəlikdən, yəni müvafiq torpaq sahəsini onun adına rəsmiləşdirmək üçün notariat kontoruna gələrək müvafiq alqı-satqı müqaviləsinə imza etmə kdən yayınırlar. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır
4. Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) 23 noyabr 2020-ci il tarixli 2(075)-1470/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “əqdin etibarlı sayılması” tələbinə dair iddiası təmin edilməmişdir.
5. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.4, 336.2; “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı; Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarına istinad etmişdir.
6. İddiaçı apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2021-ci il tarixli, 2(10 7)-518/2021 saylı qətnaməsi ilə (sədrlik edən və məruzəçi G.Abbasov, hakimlər M.Hüseynov və E.Hüseynov) İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməməsi; Şəki Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(075)-1470/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
9. İddiaçı kassasiya şikayəti vermişdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı kasasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şi kayəti belə əsaslandırılmışdır: məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı və Cavabdeh2 məhkəmə iclasına vəkilsiz gəlmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdikləri üçün məhkəmə iclasında onların izahatı alınmamışdır.
14. Digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə on ların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. Maddə. 144.4. Əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur.
16. Maddə. 336.2. Əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları s übut etməlidir.
19. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
20. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübut lara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
23. İddiaçı cavabdehlərə məxsus olan 8.08 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair bağlanmış əqdin etibarlı sayılmasını tələb edir. Bildirir ki, onunla cavabdehlər arasındak 2004-cü ildə əqd bağlanmışdır. Ona görə mübahisəyə 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 335.2. maddəsinin tətbiq olunmasını xahiş edir. Həmin normada nəzərdə tutulurdu ki, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya q ismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır.
24. İlk növbədə qeyd edilir ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edilməklə dövlət qeydiyyatına alınır. İddiaçı sübut etməlidir ki, tərəflər daşınmaz əmlaka dair aqlı-satqı barədə razılığa gəlmişlər və əmlakın dəyərini ödəyərək onu satın almışdır. İddiaçı bu halı sübuta yetirə bilməmişdir. Cavabdeh tərəf torpaq sahəsini iddiaçıya satmalarını qəti olaraq inkar edir. Tərəflər arasında alqı-satqıya dair heç bir yazılı rəsmiləşmə yoxdur. Nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-nin 81-ci maddəsi).
25. Məhkəmələr düzgün olaraq məhkəmə iclasında ifadə verən şahid ifadələrinə tənqidi yanaşmışlar. Belə ki, birinci instansiya məhkəməsində iddiaçı tərəfindən dəvət olunmuş şahidlərin torpaq sahəsinin cavabdehlər tərəfindən İddiaçı satıldığını qeyd etmişlər. Şahidlərdən biri iddiaçının yaxın qohumu olmuş, digər şahid isə tərəflər arasında hər hansı əqdin bağlanması barədə heç bir fikir ifadə etməmiş, torpağın iddiaçıya satıldığını eşitdiyini bildirmişdir.
26. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisəyə qiymət verərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilmə məlidir.
27. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-518/2021 nömrəli, 01 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.