Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4555/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı X1 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin pozulmasına görə pul və kompensasiya tələbi, sübut etmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa (məruzəçı), Vəliyeva Elşanə Raqiq qızı və Şamayev Elşad Yaquboviç oğlundan ibarət tərkibdə, iddiaçı X1 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “öhdəliyin pozulmasına görə pul və kompensasiya” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2791/2022 nömrəli, 07 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC-nin kassasiya şikayətinə 14 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən dövlət reyestrində xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh1 MMC-nin (VÖEN **********1) hüquqi ünvanı AZ6300, ünvan 1vlət reyestrində xx.xx.1982-ci il təvəllüdlü X7 (VÖEN **********) xx.xx.2007-ci il tarixdən hüqüqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotdadır. X1 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir.
2. X3 (Alıcı) ilə Cavabdeh1 şirkətinin direktoru Cavabde h2 (Satıcı) arasında bağlanmış müqaviləyə əsasən, bu müqavilə Brivio, Bernetta və Janna toxum sortlarının alqısatqısı ilə bağlıdır. Sifarişin ümumi məbləği 185.000 ABŞ dolları təşkil edir. Alıcı xx.xx.2019-cu il tarixdə 75.000 ABŞ dolları və xx.xx.2019-cu il tarixdə 73.334 ABŞ dolları nağd ödəniş edib. 36.666 ABŞ dolları isə mal çatdırıldıqdan və Alıcıya təhvil-təslim aktı ilə təhvil verildiyi tarixdə nəğd olaraq Mərkəzi Bankın rəsmi məzənnəsi üzrə manatla ödəniləcəkdir. Janna toxumu 27-30 may tarixlərində Hollandiyadan göndərildiyi təqdirdə, Alıcıya maksimal çatdırılma vaxtı 5 iyun olacaqdır. Seminis toxumu 24 mayda Hollandiyadan göndərildiyi təqdirdə Alıcıya çatdırılacaq maksimum vaxt 1 iyun olacaqdır.
3. Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərara əsasən tərəflər arasında olan mübahisə mülki xarakterli olmaqla öz həllini məhkəmə yolu ilə tapmalıdır və vətəndaş X2 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin araşdırma zamanı Cavabdeh2 izahatında onun tərəfindən müqavilənin şərtlərinə qismən əməl edildiyi və sifariş edilmiş pomidor toxumunun bir hissəsinin gətirilib alıcıya təhvil verildiyini, alıcının istəyi ilə sifarişdə dəyişiklik edildiyini, pomidor toxumlarının əvəzinə ona yemiş toxumlarının gətirilməsinin sifariş edildiyini, lakin həmin toxumların keyfiyyəti ilə bağlı problemlər olduğundan gətirilməsində gecikmələr olduğunu bildirmişdir. Cavabdeh2 izahatında, X2 86.000 ABŞ dolları borcu qaldığını etiraf etmiş, həmin b orcunu 15 yanvar 2020-ci il tarixədək hissə-hissə ödəməsinə söz vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı X3 iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC-dən (bundan sonra "xxxx") və MMC-nin direktoru Cavabdeh2 (bundan sonra “cavabdeh”) müqavilə öhdəliyinin pozulmasına görə 86.000 ABŞ dolları məbləğində pulun və 44.490 ABŞ dolları məbləğində kompensasiyanın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildən Azərbaycan Respublikasına gələrək ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. 2019-cu ilin fevral ayında Bakı şəhərində sosial şəbəkə vasitəsi ilə MMC-nin direktoru olan cavabdehlə tanış olmuş, bundan so nra MMC-nin ünvan 2 ünvanda yerləşən ofisində cavabdehlə görüşüb xarici ölkələrdən pomidor və yemiş toxumları almaq istəməsi, bununla bağlı ona müvafiq köməklik göstərməsi barədə söhbət etmişlər.
6. Cavabdeh onun təklifini qəbul edib, Almaniya və Hollandiyadan sərfəli qiymətə həmin toxumları gətirib təhvil verəcəyini vəd etmiş, bundan sonra toxumun miqdarı və qiyməti barədə razılığa gəlmişlər. MMC-nin ünvan 2 ünvanda yerləşən ofisində cavabdehlə 185.000 ABŞ dolları dəyərində toxum tədarükü barədə müqavilə bağlanıb. Müqavilənin şərtlərini hər iki tərəf imzaları ilə təsdiq etmiş, həmçinin müqavilə MMC-yə məxsus möhürlə təsdiq olunmuşdur.
7. Müqavilənin şərtlərinə əsasən iddiaçı toxum ona təhvil verilməmişdən əvvəl xx.xx.2019-cu il tarixdə cavabdehə 75.000 ABŞ dolları, 26 aprel 2019-cu il t arixdə isə 73.334 ABŞ dolları məbləğində nağd ödəniş etmişdir. Toxumun dəyərindən qalan 36.666 ABŞ dolları məbləğin isə toxumun iddiaçıya təhvil verildikdən sonra ödəniləcəyi barədə razılığa gəlmişlər. İddiaçı ümumilikdə 148.334 ABŞ dolları məbləğində pulu cavabdehə ödədikdən sonra, təqribən 2019-cu ilin iyun ayında sonuncu 46.500 ABŞ dolları dəyərində pomidor toxumu gətirib iddiaçıya təhvil vermişdir. Lakin gətirilən pomidor toxumu iddiaçının sifariş etdiyi toxumdan olmadığı və toxumun qalan hissəsinin gətirilməsində gecikmələr yarandığı üçün iddiaçı ödədiyi 148.334 ABŞ dollarından qalan 101.884 ABŞ dollarını qaytarmağı cavabdehdən tələb etmiş, sonuncu qalan məbləği yaxın günlərdə qaytaracağını vəd etsə də, vədinə bu günə kimi əməl etməmişdir. Halbuki, müqavilənin 4.4.1-ci bəndində həmin toxumların alıcıya müvafiq olaraq 2019-cu ilin 01 və 05 iyun tarixlərində çatdırılacağı nəzərdə tutulmuşdur. Ödənilmiş məbləğin qalan hissəsi satıcı tərəfindən qaytarılmadığı üçün, iddiaçı 2019-cu ilin noyabr ayında Nəsimi Rayon Polis İdarəsinə şikayət etmiş, bundan sonra cavabdeh ona borclu qaldığı məbləğdən 15.860 ABŞ dollarını qaytarmış, hazırda isə cavabdehin iddiaçıya 86.000 ABŞ dolları borcu qalmışdır.
8. Nəsimi Polis İdarəsinin 22-ci Polis Bölməsində aparılan araşdırma zamanı cavabdeh toxuma görə əvvəlcədən ödənilmiş məbləğin qalan hissəsini 15 yanvar 2020-ci il tarixədək ödəməsi barədə vəd versə də, sonradan bundan imtina etmişdir.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 399.1, 405.1, 445.1, 447.1, 448, 449.1, 599.1 və 599.4-cü maddələrinə istinad etmişdir.
10. Cava bdeh iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - cavabdeh iddiaçı ilə toxum alıb-satmaqla bağlı danışmış və razılaşmışlar. Əslində bu işin əsas iştirakçısı Xuruş Kərəm adlı şəxsdir. Bu işi görmək üçün pul vəsaitini o ayırmışdır. Bir gün Xuruş Kərəm gəlib cavabdehlə görüşmüş və ondan 100.000 ABŞ dollarlıq mal götürəcəyini bildirmiş, və İran İslam Respublikasında olan işçilərinə zəng edərək bildirmişdir ki, ona 75.000 ABŞ dolları pul göndərsinlər. Daha sonra Xuruş Kərəm cavabdehə demişdir ki, gedir, o isə həmin pulla işi davam etdirsin; - 2019-cu ilin Novruz bayramı vaxtı X15 getmişdir. Sonra cavabdeh Xuruş Kərəmlə danışmışdır ki, mal gecikir, bir az pul lazımdır. Sonuncu da öz növbəsində işçilərinə demişdir ki, ona 75.000 ABŞ dolları göndərsinlər. X8 150.000 ABŞ dolları pul vermişdir. 20 19-cu ilin iyun ayında yenə də malların gəlməyində gecikmələr baş vermişdir; - iddiaçı ofisə gələrək bildirmişdir ki, mallar gecikir, bu səbəbdən ona verdikləri pullara görə yazılı müqavilə bağlamalıdırlar. Yazılı müqavilə bağlandıqdan bir müddət sonra iddiaçı onlardan polisə şikayət etmişdir. Həmin şikayətdən sonra cavabdehi polisə çağırmışlar, gedib izahat vermişdir; - cavabdeh 2019-cu il dekabr ayında iddiaçıya 10.000 ABŞ dolları pul vermişdir. Daha sonra cavabdeh Frankfurt şəhərində olarkən iddiaçı ona zəng edərək, pul lazım olduğunu bildirmiş, cavabdeh də sonuncuya 5.000 ABŞ dolları pul vermişdir. İddiaçının müraciətindən sonra cavabdeh yenə də 10.000 ABŞ dolları pul vermişdir; - iddiaçı müxtəlif vaxtlarda ofisə yaxınlaşaraq onun işçisi olan Lətafət xanımdan 3.000 ABŞ dolları və 5.000 ABŞ dolları daxil olmaqla müxtəlif məbləğlərdə pul götürmüşdür. Bir gün Xuruş Kərəm cavabdehə zəng edərək bildirmişdir ki, ona 10.000 ABŞ dolları pul göndərsin. Cavabdeh də demişdir ki, pulları iddiaçıya verir. Xuruş Kərəm də cavabında bildirmişdir ki, onun pullarını iddiaçıya niyə verir?! Bu anlaşılmazlığa görə də, cavabdeh iddiaçını ofisə dəvət edərək bildirmişdir ki, ona verdiyi pulları yazılı şəkildə imza etməklə ondan götürdüyünü təsdiq etsin. İddiaçı isə cavabında bildirmişdir ki, borcun hamısını vermədiyi müddətcə imza etməyəcəkdir; - mövcud olan audio-video yazılara əsasən iddiaçıya 17.400 ABŞ dolları borcunun olduğu iddiaçı tərəfindən etiraf edildikdən sonra da cavabdeh borcundan qaytarmışdır. Belə ki, hissə-hissə iddiaçıya 10.400 ABŞ dolları pul vermişdir. Hazırda isə iddiaçıya qalıq borcu 7.000 ABŞ dolları təşkil etməkdədir.
11. İddiaçı birinci instansiya məhkəməsində cavabdehin təqdim etdiyi audio səs yazısı ilə bağlı bildirib ki, səs yazıları ona aiddir. Həmin səs yazısında, cavabdeh ona müraciət edərək, 68.600 ABŞ dolları pul verdiyini, cəmi 17.400 ABŞ dolları borcu qaldığını ondan soruşmuş, o da həmin məbləğdə borcun qaldığını təsdiq etsə də, lakin qeyd olunan pulun verilməsi onların başqa iş birlikləri ilə bağlı olan məsələyə aiddir. İddiaçı “Sizin cavabdeh ilə daha nə kimi iş birliyiniz vardır” sualına cavab verməmişdir. Daha sonra isə həmin suala cavab olaraq bildirmişdir ki, cavabdeh tərəfindən ona İran İslam Respublikasında 63.000 ABŞ dolları dəyərində malın veriləcəyi təqdirdə 17.000 ABŞ dolları məbləğində borcun qalacağını demişdir.
12. Birinci inst ansiya məhkəməsində şahid X9 ifadəsində bildirib ki, MMC-də satış meneceri vəzifəsində çalışır. İddiaçı ilə cavabdeh arasında olan pul münasibətlərindən xəbəri var. Düzdür, şəxsən iddiaçıya pul verməmişdir, lakin cavabdehin iddiaçıya dəfələrlə pul verdiyinin şahidi olmuşdur. Həmçinin şirkətin əməkdaşı olan Lətafət xanımın da iddiaçıya dəfələrlə pul verdiyinin şahidi olmuşdur. Yay ayları olardı, cavabdehlə bankdan 30.000 manat pul götürmüşlər, ofisin qarşısına gələndə cavabdeh ona 20.000 manat vermiş və 10.000 manat götürərək bildirmişdir ki, 10.000 manat pulu iddiaçıya verəcəkdir. İddiaçı ilə şəxsi münasibəti yoxdur, iddiaçını ofisə gəlib-gedəndən sonra tanımışdır, cavabdeh tərəfindən iddiaçıya verilən pulların dəqiq məbləğini bilmir.
13. Birinci instansiya məhkəməsində şahid X10 ifadəsind ə bildirib ki, o, MMC-də mühasib vəzifəsində çalışır. İddiaçını şəxsən tanıyır. Belə ki, sonuncuya dəfələrlə müxtəlif tarixlərdə və müxtəlif məbləğlərdə pul vəsaitləri vermişdir. Həmin məbləğlər dollar şəklində 3.000 ABŞ dolları, 5.000 ABŞ dolları və sair, manat şəklində isə müxtəlif məbləğlərdə bilavasitə pul verdiyini xatırlayır. Sonuncu dəfə isə iddiaçı oğlu 04 fevral 2021-ci il tarixdə ofisə yaxınlaşaraq, 700 manat məbləğində pul götürmüşdür. İddiaçıya ödənilmiş pul məbləğlərinin siyahısını özü tərtib etmişdir. Həmin siyahıya əsasən qalıq borc 10.236 ABŞ dolları təşkil edir.
14. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)2572/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 17.400 ABŞ dolları məbləğində pulun ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla Cavabdeh1 MMC-dən tutularaq iddiaçı X2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Ceyhun Tağıyev)
15. Birinci instansiya məhkəməsi tərəflərin izahatları və məhkəməyə təqdim edilmiş audio-video materiallarına əsasən müəyyən etmişdir ki, tərəflər arasında Brivio, Bernetta növlü pomidor, Janna növlü yemiş toxumlarının gətirilməsi ilə bağlı müqavilə münasibətləri mövcud olmuşdur. İddiaçı tərəfindən MMC-yə pul ödənilmiş, əvəzində MMC tərəfindən iddiaçıya sifariş etdiyi toxumlardan müəyyən qismi gətirilərək təhvil verilmişdir. Sonradan iddiaçı cavabdeh tərəfindən qalan sifarişin gətirilməməsini, pul qalığının qaytarılmasını tələb etmişdir.
16. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı məhkəmə iclasında ona cəmi 13.000 ABŞ dollar ı qaytarıldığını, 73.000 ABŞ dolları məbləğində borcun qaldığını və müqavilə şərtlərinə görə ona 44.490 ABŞ dolları məbləğində kompensasiya ödənilməli olduğunu iddia etsə də, cavabdeh iddiaya etirazında MMC tərəfindən iddiaçının tələbi ilə öz aralarındakı razılığa əsasən audio yazıda qeyd edildiyi kimi, məhkəməyə təqdim edilmiş audio yazı aparılan zaman iddiaçıya 68.600 ABŞ dolları pul qaytarılmasını, 17.400 ABŞ dolları borc məbləğinin qalmasını, habelə ondan sonra da, həmin məbləğdən 10.400 ABŞ dolları məbləğində iddiaçıya pul verilməsini və ümumilikdə iddiaçıya 7.000 ABŞ dolları məbləğində borcun qalmasını göstərmişdir.
17. Birinci instansiya məhkəməsi iddia tələblərinə və iddianın qismən etiraf edilərək etiraf edilməyən hissəsi üzrə irəli sürülən etirazın dəlillərinə qiymət verərək hesa b edib ki, tərəflər arasında müqavilə münasibətləri olsa da, faktiki olaraq mövcud münasibətlər borc münasibətləri kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh tərəf müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmamış, lakin iddiaçı tərəf cavabdehin bu öhdəlikləri qismən icra etməsinə baxmayaraq, öhdəliyin onları qane edən formada yerinə yetirilmədiyinə görə onun davam etdirilməsini istəməyərək ödənilmiş pulunu tələb etməyə başlamış, mübahisə yaranandan və sonradan bu mübahisənin polis orqanlarında araşdırılması dövründən sonra iddiaçı borcdan ona ümumilikdə 13000 ABŞ dolları ödənilməsini göstərmiş, cavabdeh isə mövcud olan audio-video yazılara əsasən iddiaçıya 17.400 ABŞ dolları borcunun olduğu iddiaçı tərəfindən etiraf edildikdən sonra da, borcundan 10.400 ABŞ dolları m əbləğində ödənişlər aparmaqla qaytarmasını, hazırda iddiaçıya olan qalıq borcunun 7.000 ABŞ dolları təşkil etməsini göstərmişlər.
18. Birinci instansiya məhkəməsi ilk olaraq təqdim edilən audio-video yazılara münasibət bildirərək göstərmişdir ki, tərəflər audio yazıda olan səslərin onlara məxsus olmasını məhkəmə iclasında etiraf etmişlər. Tədqiq edilən audio yazıda iddiaçının “Əli” deyə çağırılmasını da tərəflər təsdiq etmişlər. Daha sonra həmin yazının 5-ci dəqiqəsində iddiaçı cavabdehin ona 17700 manat qalıq borcunun qalmasını bildirdikdə, cavabdeh ona düzəliş edərək bu məbləğin 17700 manat deyil, 17400 ABŞ dolları olmasını göstərmiş və bu məbləğlə bağlı da onlar arasında danışıqlar davam etmişdir.
19. Birinci instansiya məhkəməsinin mövqeyinə görə audio yazıda əsasən cavabdeh tərəfin id diaçıya 17.400 ABŞ dolları borcunun olduğu sonuncu tərəfindən etiraf edilməsi faktı təsdiqini tapdığından iddia tələblərinə və ona qismən edilən etirazın dəlillərinə də bu sübut növü əsasında müvafiq qiymət verilməlidir.
20. Birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutlar əsasında müəyyən etmişdir ki, MMC-nin iddiaçıya ödənilməmiş 17.400 ABŞ dolları məbləğində borcu qalmış və MMC iddiaçı qarşısında həmin məbləğdən əlavə hər hansı öhdəlik və məsuliyyət daşımır. Belə ki, cavabdeh tərəfindən müqavilə şərtləri pozulmamışdır. İddiaçı tərəf sifariş verilən toxumların qalan hissəsinin gətirilməsini istəməyərək ödədiyi pulları geri tələb etmişdir. İş materiallarında olan 21 noyabr 2019-cu il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar»da da iddiaçı və cavabdeh tərəfindən sifariş edilmiş və gətirilmiş toxumların növü, qablaşması, istehsalçı ölkə və s. bağlı tərəflər arasında olan münasibətlər barədə geniş izahat verilmişdir. Bu səbəbdən, müqavilənin qalan hissəsi icra edilməmiş və cavabdeh tərəfindən iddiaçıya qalıq pul məbləğləri hissəhissə qaytarılmağa başlanılmışdır.Başqa sözlə, müqavilənin qalan hissəsinin icra edilməsini iddiaçı tərəf arzulamamış, gətirilməli olan toxumlara görə ödənilmiş pul vəsaitinin qaytarılması tələb edilmişdir. Cavabdeh tərəf isə buna etiraz etməmiş və qalıq məbləği hissə-hissə qaytarmağa başlamışdır. İddiaçı ofisə gedərək, dəfələrlə orada olmuş və orada ona ödənişlər təqdim edilmişdir. Həmin pul məbləğləri bəzən açıq şəkildə əskinaslarla, bəzən isə zərflərdə bağlı şəkildə təqdim olunmuşdur. Tərəflər arasında aparılan danışıq zamanı iddiaçı tərəf etiraf etmişdir ki, cavabdehin qalıq borcu 17.400 ABŞ dolları təşkil edir.
21. Birinci instansiya məhkəməsi iddiaya və ona edilən etirazın dəlillərinə qiymət verməyə davam edərək hesab etmişdir ki, cavabdeh tərəfindən qalıq borcu 17.400 ABŞ dolları təşkil etdikdən sonra, əlavə olaraq 10.400 ABŞ dolları məbləğində pulun ödənilməsinə dair hər hansı bir sübut təqdim edilməmişdir.
22. Birinci instansiya məhkəməsinin mövqeyinə görə şahid X5 cavabdeh tərəfindən iddiaçıya dəqiq olaraq nə qədər pul verildiyini görməməsi barədə ifadəsi iş üçün heç bir əhəmiyyət kəsb etmir. Həmçinin digər şahid X6 ifadəsi də mötəbər deyil. Belə ki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə, iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Şahid MMC-də mühasib vəzifəsində çalışır. Onun ifadəsi həm cavabdehin maraq və mənafeyi üçün verilmiş ifadədir, həm də onun MMc-nin iddiaçıya qalıq borcunun 10.236 ABŞ dolları təşkil etməsinə dair ifadəsi işin araşdırılmış halları ilə uzlaşmır. Çünki şahid iddiaçıya ödənilmiş pul məbləğlərinin siyahısını özü tərtib etməklə MMC-nin iddiaçıya qalıq borcunun 10.236 ABŞ dolları təşkil etməsini göstərsə də, cavabdeh məhkəmə baxışı zamanı MMC-nin iddiaçıya 7000 ABŞ dolları borcu qalmasını bildirmişdir.
23. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsiplərin, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından cavabdeh tərəf borcdan yalnız 7000 ABŞ dolları qalmasına dair öz hüquqi mövqeyini sübut edə bilməmiş, bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Belə olan halda hazırda MMC-nin iddiaçı tərəfə ödənilməmiş 17.400 ABŞ dolları məbləğində borcunun mövcud olması öz təsdiqini tapdığından həmin borc məbləği də iddiaçıya ödənilməlidir.
24. Birinci instansiya məhkəməsi onu da qeyd edib ki, iş materiallarına əsasən mübahisənin əmələ gəlməsinə əsas iddiaçı ilə MMC arasında bağlanmış müqavilənin tam icra edilməməsi nəticəsində yaranmış borc münasibətləri dir. Lakin iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə bağlanmadığından, yəni, cavabdeh (Cavabdeh2) iddiaçı qarşısında hər hansı maddi məsuliyyət və mülki cavabdehlik daşımadığından, iddia ona münasibətdə rədd edilməlidir.
25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 385.1, 739.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 80-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək iddiasının tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi iddiaçı və cavabdehlər tərəfindən təqdim edilmiş sübutlara düzgün qiymət verməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş audio və video görüntülərdə əks edilən yazışmalar cavabdehlə aralarında olan müqaviləyə heç bir aidiyyatı olmayan Xuruş adlı şəxslə cavabdeh arasında olan yazışmalardı, videogörüntülər məhkəmədə cavabdehdən 6.000 ABŞ dollarının onun tərəfindən alınmasının etirafına aiddir. O, bunu cavabdeh videogörüntüləri təqdim etməmişdən bildirmişdir. Həmin videogörüntülərə baxdıqda tam aydın şəkildə görünür ki, o, bir dəfə 20 ədəd pul əskinası sayır, digərlərində isə qapalı konvertlər götürür. Bu da cəmi 6.000 ABŞ dolları olmuşdur; - həmin şirkətdə işçi olan X10 iddiaçıya 10.000 ABŞ dolları verməmişdir. Bunu videogörüntülərə baxdıqda müəyyən etmək olur. İddiaçıya yuxarıda qeyd edilən məbləğ Lətafət Əliyeva tərəfindən verilsə idi, o, həmin vəsaiti sayardı v ə bu da videogörüntüdə əks olunardı; - audio yazıda gedən 17.000 ABŞ dollarına aid isə bildirir ki, cavabdehin ona yerdə qalan 63.000 ABŞ dolları məbləğində İran İslam Respublikasında mal təklif etdikdən sonra həmin 17.000 ABŞ dolları məbləğində vəsait qalmalı idi, lakin ona məhkəmə prosesi zamanı da bildirdiyi kimi İran İslam Respublikasında 63.000 ABŞ dolları dəyərində mal təqdim olunmamışdır; - məhkəməyə cavabdeh tərəfindən şahid qismində dəvət olunmuş X9 bildirmişdir ki, ümumiyyətlə, cavabdeh tərəfindən iddiaçıya hansısa vəsaitin təqdim olunmasının şahidi olmamışdır; - iddianın Cavabdeh2 münasibətdə təmin edilməməsi ilə bağlı bildirir ki, müqaviləni şəxsən cavabdeh imzalamışdır və buna görə də cavabdeh özü də şəxsən mülki cavabdehlik daşıyır; - məhkəmə qətnaməsinin 5-ci vərəqinin 6-cı abzasında qeyd edilmişdir ki, məhkəmə iddia tələblərinə və iddianın qismən etiraf edilərək etiraf edilməyən hissəsi üzrə irəli sürülən etirazın dəlillərinə qiymət verərək hesab edib ki, tərəflər arasında müqavilə münasibətləri olsa da, faktiki olaraq mövcud münasibətlər borc münasibətləri kimi qiymətləndirilməlidir. Buna etiraz edərək bildirir ki, iddiaçı ilə cavabdehin arasında rəsmi müqavilə bağlanmışdır və cavabdeh müqavilə üzrə onun üzərinə düşən öhdəliyi icra etməmişdir. Bu isə iddiaçı ilə cavabdehin arasında borc münasibətləri kimi qiymətləndirilə bilməz; - 44.490 ABŞ dolları məbləğində kompensasiyanın onun xeyrinə cavabdehdən tutulmasına dair bildirir ki, cavabdehlə aralarında olan müqavilənin 7-ci bəndində qeyd edilmişdir ki, satıcı (cavabdeh) söz verilən tarixdə malları çatdırma dığı təqdirdə alıcının (mənim) bütün ödədiyi məbləği və kompensasiya olaraq bu məbləğin 30 faizini 1 ay ərzində alıcıya ödəməyi öhdəsinə götürür. Cavabdehə ödənilən məbləğ 148.334 ABŞ dolları olmuşdur və həmin məbləğin 30 faizi 44.490 ABŞ dolları təşkil edir. Məhkəmə iddianın bu hissəsinə, ümumiyyətlə, hüquqi qiymət verməmişdir.
28. MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, 7.000 ABŞ dollarının ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla Cavabdeh1 MMC-dən tutularaq, iddiaçıya ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
29. MMC-nin apellyasiya şikayətinin dəlilləri: - məhkəmə işin hallarını araşdırmadan, tamamilə əsassız şəkildə qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə prosesi zamanı məhk əməyə dəvət etdikləri şahidlərin ifadələrinə mötəbər sübut kimi qiymət verilməmişdir. Halbuki onların ifadələri mötəbər sübut kimi qəbul edilməli idi; - belə ki, şahid X9 məhkəməyə səmimi şəkildə Cavabdeh2 dəfələrlə iddiaçıya pul verdiyini, yay aylarında Cavabdeh2 ilə bankdan 30.000 manat pul götürdüyünü, Cavabdeh2 şahidə (Kamrana) 20.000 manat verdiyini, 10.000 manat pulu isə götürərək iddiaçıya verəcəyini bildirdiyinin şahidi olmuşdur. Digər şahid X10 isə iddiaçıya ödənilmiş pul məbləğlərinin siyahısını özünün tərtib etdiyini və həmin siyahıya əsasən, qalıq borcun 10.236 ABŞ dolları təşkil etdiyini bildirmişdir; - X10 iddiaçıya 10.236 ABŞ dolları qalıq borcunun qaldığının şahidi olsa da, onun hesablamasından kənar əlavə ödənişlər etmişlər və hazırda qalıq borcları 7.000 ABŞ dolları təşki l edir. Buna baxmayaraq, məhkəmə şahidlərin ifadələrini düzgün qiymətləndirməmiş, şahid ifadələrini mötəbər sübut hesab etməmişdir. və əsassız olaraq 17.400 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla Cavabdeh1 MMC-dən tutularaq, iddiaçı X2 ödənilməsini qət etmişdir. Halbuki, cavabdehdən 7.000 ABŞ dolları tutularaq, iddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul edilməli idi.
30. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2791/2022 saylı, 07 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiyası məhkəməsinin qətnaməsinin qismən - kompensasiya məbləğinin tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 MMC-dən 5.220 ABŞ dolları kompensasiyanın (ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) tutularaq iddiaçı X2 ödənilməsi, iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Şeyda Məhərrəmova)
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim edilən audio-video yazılara münasibət bildirərək qeyd etmişdir ki, tərəflər audio yazıda olan səslərin onlara məxsus olmasını məhkəmə iclasında etiraf etmişlər. Həmin audio yazıda i ddiaçının «Əli» deyə çağırılmasını da tərəflər təsdiq etmişlər. Daha sonra həmin yazının 5-ci dəqiqəsində iddiaçı cavabdehin ona 17.700 manat qalıq borcunun qalmasını bildirdikdə, cavabdeh ona düzəliş edərək bu məbləğin 17.700 manat deyil, 17.400 ABŞ dolları olmasını göstərmiş və bu məbləğlə bağlı da onlar arasında danışıqlar davam etmişdir. Beləliklə, təqdim edilən audio yazıda cavabdeh tərəfin iddiaçıya 17.400 ABŞ dolları borcunun olması faktı təsdiqini tapmışdır.
32. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə işin müəyyən edilmiş hallarından və qanunvericiliyin qeyd edilən normalarının dispozisiya şərtlərindən müəyyən edilir ki, iddiaçının cavabdehlə bağladığı alqı-satqı müqaviləsi üzrə sonuncuya ödəmiş olduğu pul məbləğinin qalığının qaytarılmasını tələb etmək hüququ olmuşd ur.
33. Qaytarılmalı olan pulun məbləği ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı ödənilmiş əsas məbləğdən ona 73.000 ABŞ dolları məbləğində pulun qaytarılmalı olduğunu, cavabdeh isə onun iddiaçıya 7.000 ABŞ dolları məbləğində borcunun qaldığını bildirsə də, iş materiallarında olan sübutlarla Cavabdeh1 MMC-nin iddiaçıya ödəməli olduğu məbləğin 17.400 ABŞ dolları təşkil etməsi təsdiq olunmuşdur.
34. İddiaçının bu səs yazısında göstərilən borc məbləğinin həqiqəti əks etdirməməsi, həmin danışıq olan zaman cavabdehin ona İran İslam Respublikasında 63.000 ABŞ dolları məbləğində mal verməyi təklif etməsi və həmin malın dəyəri nəzərə alındıqdan sonra qalan borcun 17.400 ABŞ dolları təşkil etməsi, lakin İran İslam Respublikasında 63.000 ABŞ dolları dəyərində həmin malı n təqdim olunmaması barədə dəlillərini apellyasiya instansiyası məhkəməsi əsaslı hesab etməyib və bunu onunla əsaslandırıb ki, iddiaçı bu dəlillərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
35. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçıya 7.000 ABŞ dolları borcu qalması ilə bağlı dəlillərini də əsassız hesab edərək göstərmişdir ki, cavabdeh onun tərəfindən 17.400 ABŞ dolları borc məbləği barədə iddiaçı ilə danışdıqdan sonra da ödənişlər etdiyini bildirir və bununla bağlı sübut olaraq şahidlərin ifadələrinə istinad edir. Lakin həmin şahidlərin verdikləri ifadələr cavabdeh tərəfindən göstərilən pul məbləğlərinin ödənildiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, şahidlərdən biri ifadəsində pulun verilməsini birbaşa görmədiyini, yalnız cavabdehin bankdan götürdüyü pul məbləğindən 10.000 manatını iddiaçıya verəcəyini göstərmişdir. Cavabdehin pulu iddiaçıya verəcəyini şahidə deməsi həmin pulun verilməsi anlamına gəlmir. Bundan başqa, həm iddiaçı, həm də cavabdeh ayrı-ayrı vaxtlarda cavabdeh tərəfindən iddiaçıya müxtəlif məbləğlərdə pul vəsaitlərinin verildiyini bildirmişlər. Digər şahidin ifadəsində isə göstərilən məbləğin iddiaçıya verilməsinin məhz onların arasındakı 17.400 ABŞ dolları borcla bağlı telefon danışığından əvvəl, yaxud sonra olması aydın olmur. Digər iş materiallarından da göründüyü kimi, həmin şahid cavabdehin direktoru olduğu MMC-də mühasib vəzifəsini tutur. Bu isə onun verdiyi ifadənin mötəbərliyinə daha həssas yanaşılmasını, məhkəmə tərəfindən həmin ifadədə göstərilən halların daha ciddi təftiş edilməsin i, iş üzrə toplanmış digər mötəbər sübutlarla əlaqəli şəkildə yoxlanılaraq qiymət verilməsini zəruri edir. Bu baxımdan şahid X6 ifadəsində göstərdiyi hallar işdə olan digər sübutlarla təsdiq olunmur. Əksinə, cavabdehin özünün təqdim etdiyi səs yazısında tərəflər arasındakı borcun məbləğinin 17.400 ABŞ dolları olduğu göstərilsə də, şahid borc məbləğinin onun hesablamalarına görə 10.236 ABŞ dolları olduğunu bildirir. Cavabdeh isə apellyasiya şikayətində onun borcunun, ümumiyyətlə, 7000 ABŞ dolları olduğunu qeyd edir. Göründüyü kimi, cavabdeh tərəfin və onun təşəbbüsü ilə dindirilən şahidlərin ifadələri arasında borcun məbləği ilə bağlı uyğunsuzluqlar vardır.
36. Cavabdeh tərəf borcdan yalnız 7.000 ABŞ dolları qalmasına dair öz hüquqi mövqeyini sübut edə bilmədiyi, bununla bağlı mötəbər sübut lar təqdim etmədiyi üçün apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə ödənilmiş puldan qaytarılmalı olan məbləğin 17.400 ABŞ dolları olduğu qənaətinə gəlməkdə və həmin hissədə iddianı qismən təmin etməkdə haqlı olmuş, eləcə də, iddianın Cavabdeh2 münasibətdə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi də əsaslı olmuşdur.
37. Bununla belə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin kompensasiya ilə bağlı iddia tələbi üzrə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edib ki, bu tələbi rədd etsə də, gəldiyi bu nəticəni birinci instansiya məhkəməsi, ümumiyyətlə, əsaslandırmamışdır. Belə ki, iddia ərizəsinə əsasən iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 7-ci bəndinə istinad edərək cavabdehdən o nun xeyrinə ödənilmiş ümumi məbləğin (148.334 ABŞ dolları) 30%-i həcmində kompensasiya ödənilməli olduğunu bildirmişdir. Müqavilənin həmin bəndinə əsasən müəyyən edilmişdir ki, satıcı söz verilən tarixdə malları çatdırmadığı təqdirdə alıcının bütün ödədiyi məbləği və kompensasiya olaraq bu məbləğin 30%-ni 1 ay ərzində alıcıya ödəməyi öhdəsinə götürür.
38. İşin hallarından müəyyən edilmişdir ki, cavabdeh müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəliyi icra edə bilmədiyindən, yəni müqavilədə nəzərdə tutulmuş, habelə özünün də etiraf etdiyi kimi, aralarındakı razılığa əsasən gətirilməli olan pomidor toxumları əvəzinə yemiş toxumları gətirməyi öhdəsinə götürsə də, onları razılaşdıqları vaxtda gətirə bilməmiş, məhz bu səbəbdən aralarında bağlanmış müqaviləyə alıcının marağı itmiş və o, s atıcıdan pulun qalan hissəsini tələb etməyə başlamış, satıcı da bununla razılaşaraq qalıq pulu qaytaracağını bildirmişdir.
39. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müqavilənin qeyd edilən 7-ci bəndində kompensasiya kimi pul məbləğinin ödənilməsinin nəzərdə tutulması, əslində, satıcının öz üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etməsini təmin etməyə yönəlmişdir və mahiyyət etibarı ilə dəbbə puludur. Müqavilənin və mülki qanunvericiliyin tələblərinə əsasən belə nəticəyə gəlmək olur ki, müqavilənin şərtlərinin cavabdeh tərəfindən pozularaq onun icrası gecikdirildiyindən, iddiaçının müqavilənin 7-ci bəndinə istinad edərək cabadehdən pul tələb etmək hüququ yaranmışdır.
40. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi işin diqqətəlayiq hallarını, o cümlədən cavabdehin ödəməli olduğu pul vəsaitini uzun müddət gecikdirməsini, lakin həmin məbləğin böyük hissəsini artıq iddiaçıya qaytarmasını nəzərə alaraq hesab etmişdir ki, müqavilənin 7-ci bəndinə əsasən cavabdehdən ödənilməsi tələb edilən məbləğ tənasübsüz dərəcədə yüksəkdir, ona görə də həmin məbləğ müqavilədə nəzərdə tutulduğu kimi müqavilə üzrə satıcıya ödənilmiş bütün məbləğin 30%-i deyil, borcun qalıq məbləğinin 30%-i həcmində (17.400 x 30% = 5220 ABŞ dolları) müəyyən edilməlidir.
41. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlib ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti kompensasiyanın ödənilməsi tələbi hissəsində qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh1 MMC-dən 5.220 ABŞ dolları tutularaq iddiaçıya ödənilməli, iddiaçın ın apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
42. Apellyasiya instansiyası məhkəməsi həmçinin, Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri yuxarıda sadalanan səbəblərə görə əsaslı hesab etməmişdir.
43. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 462.1, 467, 567, 599.1, 599.3-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
44. MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, kompensasiyanın təmin olunması hissəsində rədd edilməsi və 17.400 ABŞ dolları mələğində pulun cavabdehdən iddiaçıya ödənilməsi hissəsində qismən təmin edilməsi, 7000 ABŞ dollarının ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla Cavabdeh1 MMC tutularaq, iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
45. Şikayət belə əsaslandırılıb: - cavabdeh öhdəliyinin icrasından yayınmamışdır, lakin iddiaçı tərəf cavabdehin bu öhdəlikləri qismən icra etməsinə baxmayaraq öhdəliyin onları qane edən formada yerinə yetirilmədiyinə görə onun davam etdirilməsini istəməyərək ödənilmiş pulunu tələb etməyə başlamışdır. Mallar Hollandiyadan göndərilir və gecikmələrin olması cavabdehdən asılı olmayan səbəblərdən baş verə bilir. Malın vaxtında göndərilməməsi satıcını əlverişsiz çətin vəziyyətə salır. Bu halları və müqavilədən imtina edən tərəfin iddiaçı olduğunu nəzərə alaraq kompensasiya tələbinin irəli sürülməsi əsassızdır; - tərəflər arasında ilkin razılaşma şifahi formada olmuş, bu zaman kompensasiya ilə bağlı heç bir tələb olmamışdır. Həmin müqavilə tərəflər arasındaki mövcüd münasibətləri rəsmiləşdirmək üçün sonradan bağlanılmış və formal xarakter daşıyır. - iş üzrə şahidlərin ifadəsinə kifayət qədər diqqət yetirilməmiş, sübut kimi nəzərə alınmamışdır; - cavabdeh tərəfin və onun təşəbbüsü ilə dindirilən şahidlərin ifadələri arasında borcun məbləği ilə bağlı uyğunsuzluqlar vardır. Lakin bu uyğunsuzluqların olması həm cavabdehin, həm də şahidlərin ifadələrinin sübut kimi dəyərləndirilməməsinə əsas ola bilməz. Şahid ifadələrində nəzərdə tutulan halların tam olaraq hansı dövrdə baş verməsi tam araşdırılmamış, iddia tələbi təmin edilərkən mötəbər sübut kimi yalnız telefon danışıqlarınad ək olan dövr nəzərə alınmış, bu danışıqlardan sonraki müddət ərzində də ödəniş edilməsinin mümkünlüyü nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 599.1. Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Maddə 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmi ş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halları na uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilm əməlidir
48. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni həmin hissədə yoxlayır.
49. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissələrdə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu ba xımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə düzgün nəticəyə gəlib.
52. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 3143-cü bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
53. Məhkəmə kollegiyası iş üzrə şahid ifadələrinin sübut kimi nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir. Belə ki, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi apellyasiy a şikayətinin eyni məzmunlu dəlilini işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirmiş, həmin şahidlərin ifadlərini nəyə görə qəbul etməməsini yetərincə əsaslandırmışdır. (bax: 35-ci bənd)
54. Cavabdehin öhdəliyinin icrasından yayınmaması, malların Hollandiyadan göndərilməsi və gecikmələrin olmasının cavabdehdən asılı olmayan səbəblərdən baş verə bilməsi, müqavilədən imtina edən tərəfin iddiaçı olması nəzərə alınarsa, kompensasiya tələbinin əsassız olması barədə dəlil də qəbul edilən deyil. Belə ki, işin sübutlar əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə cavabdeh müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəliyi icra edə bilməmiş, yəni cavabdeh müqavilədə nəzərdə tutulmuş, habelə özünün də etiraf etdiyi kimi, aralarındakı razılığa əsasən g ətirilməli olan pomidor toxumları əvəzinə yemiş toxumları gətirməyi öhdəsinə götürsə də, onları razılaşdıqları vaxtda gətirə bilməmiş, məhz bu səbəbdən aralarında bağlanmış müqaviləyə alıcının marağı itmişdir. (bax: 38-ci bənd)
55. Tərəflər arasında ilkin razılaşmanın şifahi formada olması, bu zaman kompensasiya ilə bağlı heç bir tələb nəzərdə tutulması, həmin müqavilənin tərəflər arasındaki mövcüd münasibətləri rəsmiləşdirmək üçün sonradan bağlanılması və formal xarakter daşıması barədə dəlilə gəldikdə, bu dəlil yeni dəlildir, işə mahiyyəti üzrə baxan məhkəmələrdə, o cümlədən apellyasiya şikayətində irəli sürülməyib, üstəlik, işin faktiki hallarının müəyyən edilməsinə yönəlib. Apellyasiya baxışının predmeti olmayan, eləcə də işin faktiki hallarının araşdırılmasına yönələn dəlillər isə kas sasiya instansiyasında irəli sürülə bilməz.
56. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2791/2022 nömrəli, 07 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.