Məhkəmə qərarları › İş №2(102)-4556/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4556/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4556/2021 17.11.2021 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20.11.2020-ci il tarixli, x nömrəli qətnaməsindən İddiaçı oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2020-ci il tarixli, x nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsi hakiminin 29.04.2021-ci il tarixli qərardadı ilə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilmiş və şikayət geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarından məlum olur ki, apellyasiya instansiyası məhkəməsi həmin qərara riayət etməyərək kassasiya şikayətini geri qaytarmamış, 27.05.2021-ci il tarixli rüsum qəbzini işə əlavə edərək eyni kassasiya şikayətini baxılması üçün yenidən Ali Məhkəməyə göndərmişdir. Kollegiya hesab edir ki, hazırkı vəziyyətdə kassasiya şikayətinə baxılması prosessual cəhətdən mümkün deyil. Ona görə ki, rüsumla bağlı nöqsan aradan qaldırıldığı tarixdə kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddət ötmüşdü. Belə ki, Mülki-Prosessual Məcəllənin 405.0.1-ci madd əsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. İşdə olan x nömrəli poçt xəbərnaməsindən görünür ki, x göndərilmiş Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2020-ci il tarixli qətnaməsi 19.01.2021-ci il tarixdə ünvanda imza edilməklə rəsmi qaydada alınmışdır. Rüsumla bağlı nöqsan isə 27.05.2021-ci il tarixdə aradan qaldırılmışdır. Buna baxmayaraq apellyasiya məhkəməsi prosessual müddətin bərpası məsələsini həll edilmədən şikayəti kassasiya məhkəməsinə göndərmişdir. Kollegiya hesab edir ki, kassasiya şikayətinin mümkünlüyü ilə bağlı yuxarıda qeyd olunan məsələlərin yoxlanılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında 25.06.2021-ci il tarixli qərardad ləğv edilməklə iş kassasiya baxışından çıxarılmalı və apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 417.1.7-ci maddəsinə əsasən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.http://www.e-qanun.gov.az/alpidata/code/data/0/c_c_9.htm Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-ci və 419-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20.11.2020-ci il tarixli, X nömrəli qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında 25.06.2021-ci il tarixli qərardad ləğv edilsin və iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar