Məhkəmə qərarları › İş №2(102)-4558/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4558/2021

18.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4558/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsinə çəkilmiş xərclərin əvəzinin ödənilməsi. Sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-612/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 19 fevral 2010-cu il tarixdə oğlu Akif Sadıxova bağışlanmışdır. 05.03.2010-cu il tarixli, Seriya MA ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22.12.2016-cı il tarixli, 2(044)-6868/2016 saylı qətnaməsinə əsasən iddiaçı X2 cavabdehlər X16, Gəncə şəhər 2 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin ləğv edilməsi və evin ilkin hüquqi vəziyyətinə qaytarılması tələbinə dair iddiası tə min edilməmişdir. Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 29.03.2017-ci il tarixli, 2(104)1071/2017 saylı qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli, 2(044)-6868 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilmiş, X24 ilə X7 arasında bağlanmış, 19.02.2010-cu il tarixli, 4Ə-1-49 reyestr nömrəli bağışlama müqaviləsi ləğv edilmiş, müqaviləyə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınmış olan Gəncə şəhəri, Totanlı küçəsi, 1-ci döngə, 20 saylı evin mülkiyyət hüququnun dövlət qeydiyyatı ləğv edilmiş və mənzilin ilkin hüququ vəziyyətinə qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08.09.2017-ci il tarixli, 2(102)-5851/ 17 saylı qərarı ilə cavabdeh X24nun kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 29.03.2017-ci il tarixli, 2(104/-1071/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 30.11.2017-ci il tarixli, Seriya RX ******* saylı çıxarışa əsasən, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X2 adına qeyd olunmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19.03.2018-ci il tarixli, 2(044)-782/2018 saylı qətnaməsi ilə x1 tərəfindən İddiaçı, X32 və X17 hər birinə 4000 manat olmaqla, cəmi 12000 manat məbləğində pul kompensasiyası ödənilməklə onların Gəncə şəhəri, Totanlı küçəsi, 1-ci döngədə yerləşən 20 saylı fərdi yaşayış evindən hüququna xitam verilməsi və onların həmin evdən çıxarılmaları, yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması pul kompensasiyasının verilməsi eyni vaxtda icra olunması, cavabdehlər X5, X13, X10, X6, X18, X3, X14,X11, X8, X12 və X9 xüsusi mülkiyyət hüququ ilə iddiaçı X4 məxsus Gəncə şəhəri, Todan küçəsi, 1-ci döngədə yerləşən 20 saylı fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 16.07.2018-ci il tarixli, 2(104)2236/2018 saylı qətnaməsi ilə İddiaçı, X32 və X25 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(044)-782/2018 saylı qətnaməsinin mübahisələndirilən hissədə onlara münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25.02.2019-cu il tarixli, 2(102 )-1151/2019 saylı qərarı ilə cavabdehlər İddiaçı, X32, X25 və onların vəkili Vəkil kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.07.2018-ci il tarixli, 2(104)-2236/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılması qət edilmişdir. 03.05.2019-cu il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmurları X29, X19, tələbkar İddiaçı, X32, X15, hal şahidləri-X22, X20 iştirakı ilə tərtib olunmuş akta əsasən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 19.03.2018-ci il tarixli, 2(044)-782/18 saylı icra vərəqəsinin icrası ilə bağlı tələbkar Cavabdeh tərəfindən İddiaçı, X26 və X17 hər birinə 4000 manat olmaqla, cəmi 12000 manat kompensasiya verilməklə ünvan 3 ünvanından çıxarılmışlar və ev boş vəziyyətdə tələbkar Cavabdeh təhvil verilmişdir. 03.05.2019-c u il tarixdə X32, İddiaçı və X25 tərəfindən yazılmış və notarial qaydada təsdiqlənmiş ərizələrdə qeyd olunmuşdur ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 19.03.2018-ci il tarixli, 2(044)-782/2018 saylı qətnaməsi ilə onların ünvan 3 ünvanından çıxarılmasına görə 4000 manat (hər birinə ayrı-ayrılqda) kompensasiya ayrılması qət edilmişdir. Onlar həmin pulu X1 almış və evi tərk etmiş, bu işlə bağlı onların heç bir şikayət və tələbi qalmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ünvan 3 ünvanda yerləşən evə çəkdiyi tikinti və təmir işlərinə görə çəkdiyi 20000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkə məyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehdən tikinti və təmir işlərinə görə çəkdiyi 8900 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.03.2020-ci il tarixli, 20922 saylı rəyinə əsasən, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 11142,5 manat məbləğində müəyyən olunmuş, tədqiq olunan evdə aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrıayrılıqda dəyəri smetada göstərilmişdir. Tədqiq olunan ərazidə aparılmış tikintinin müddətinin müəyyən olunmasına dair metodika olmadığı üçün qərardadın ikinci sualı üzrə tədqiq at aparılmamışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (sədrlik edən Gündüz Şirinov) 08.06.2020-ci il tarixli, 2(044)-34/2020 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə tikinti və təmir işlərinə görə 8900 manat xərc çəkdiyini göstərməklə, həmin məbləğdə pulun cavabdeh olan atası Cavabdeh alınıb ona verilməsini xahiş etsə də, öz iddiasını sübuta yetirəcək mötəbər sübutları təqdim edə bilməmiş, həmin hal hər hansı digər sübutlarla da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.03.2020-ci il tarixli, 20922 saylı rəyində həqiqətən də ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində təmir-tikinti işlərinin aparılması müəyyən olunsa da, t kintinin aparılma müddəti müəyyən olunmamışdır. Həmçinin, həmin tikinti-təmir işlərinin kimin tərəfindən aparılması da müəyyən edilə bilməmiş, iddiaçı bu hallarla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh həmin evi özünün inşa etdiyini bildirsə də, iş materiallarında evin əvvəlki vəziyyəti ilə daşınmaz əmlakın dövlət reyestri tərəfindən aparılmış müayinəyə dair sənədlər nəzərə alınmamış və evin hazırkı və ona bağışlandıqdan sornakı vəziyyəti qiymətləndirilməmişdir. Həmin tikili və təmir işləri onun tərəfindən aparılmışdır. Bütün tikili və təmir işlərini öz qazancı hesabına etmişdir. Bu xərci sonradan layihə-smeta tutulduqdan sonra müəyən etdiyi üçün əvvəlki iddia ərizəsində h əmin xərci dəqiq müəyyən edə bilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Loğman Süleymanov - sədrlik edən və məruzəçi, Şamil Rzaquliyev, Afiq Hüseynov) 04 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi kollegiyası qeyd etmişdir ki, iddiaçı fərdi yaşayış evində təmir-tikinti işlərinin məhz onun tərəfindən aparılması barədə mötəbər sübut növlərini nə birinci instansiya məhkəməsinə, nə məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbləri nin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının i zahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayar aq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətind ə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlak a zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq mün asibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-612/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar