Məhkəmə qərarları › İş №2(102)-4559/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4559/2021

28.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4559/2021 28.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4559/21 (Açar sözlər: özbaşına tikilinin sökülməsi) Bakı şəhəri, 28 dekabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin qaytarılması» tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-434/2021 nömrəli, 16.03.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə ic lasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Torpağın Mülkiyyətə verilməsinə dair” JN 095F (KOD ********) saylı Şəhadətnaməyə əsasən, Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə İddiaçı qızının mülkiyyətinə 0,39 ha həyətyanı torpaq sahəsi verilməsi göstərilmişdir. 2. “Torpağın Mülkiyyətə verilməsinə dair” JN 094F (KOD ********) saylı Şəhadətnaməyə əsasən, Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə Cavabdeh, X1, Quliyev Nuranə Məzahir qızının və X9 qızının mülkiyyətinə 0,08 ha həyətyanı torpaq sahəsi verilməsi göstərilmişdir. İddiaçı qızı onun torpağının bir hissəsinin qonşusu Cavabdeh zəbt edərək istifadə etməsi əsası ilə hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edil miş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəmədə iddia qaldıraraq, JN-095F (KOD ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında ona məxsus olan 0,39 ha torpaq sahəsinin 0,13 ha hissəsinin Cavabdeh alınıb, ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, sonradan onun nümayəndəsi X5 iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, JN-095F (KOD ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə üzrə 0,39 ha torpaq sahəsinin sərhədlərinin sənəd üzrə yerində müəyyən olunması və Cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin azad edilərək iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Göygöl Rayon Məhkəməsinin 2(066)-253/2019 nömrəli, 08 fevral 2019-cu il tarixli qərardadı il ə iş üzrə məhkəmə ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti "xxxx" MMC Gəncə Layihə Tədqiqat İdarəsinin 10 aprel 2019cu il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətində olan 0,39 ha həyətyanı torpaq sahəsinə dair JN 095F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə faktiki istifadə sahəsi və eləcə də Cavabdeh oğlunun mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsinə dair JN 094F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə faktiki istifadə arasında konfiqurasiya və ölçü cəhətdən uyğunsuzluq halı müəyyən olunmuşdur. İddiaçının mülkiyyətində 0,39 ha torpaq sahəsi olduğu halda, faktiki istifadəsində 0,26 ha-ya dək to rpaq sahəsi vardır. Cavabdehin mülkiyyətində olan 0,08 ha torpaq sahəsi olduğu halda, faktiki istifadəsində 0,116 ha-ya dək torpaq sahəsi vardır. Bununla yanaşı iddiaçı və cavabdehin Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamələrində torpaq sahələrinin yerləşmə kordinatları öz əksini tapmadığından həmin torpaq sahələrinin mülkiyyət sənədlərinə istinadən dəqiq yerləşmə mövqeyini müəyyən etmək olmur. Bu səbəbdən də yuxarıda qeyd ounan uyğunsuzluq hallarına nəzərən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,13 ha hissəsinin cavabdehin istifadəsində olub-olmadığını müəyyən etmək olmamışdır.

5. Göygöl Rayon Məhkəməsinin 2(066)-253/2019 nömrəli, 10 iyun 2019-cu il tarixli qərardadı ilə əlavə məhkəmə ekspertizası təyin edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ek spertiza Mərkəzinin 25 noyabr 2019-cu il tarixli ekspert rəyində göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti "xxxx" MMC Gəncə Layihə Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətində olan 0,39 ha həyətyanı torpaq sahəsinə dair JN 095F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə faktiki istifadə sahəsi və eləcə də Cavabdeh oğlunun mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsinə dair JN 094F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə faktiki istifadə arasında konfiqurasiya və ölçü cəhətdən uyğunsuzluq halı müəyyən olunmuşdur. İddiaçının mülkiyyətində 0,39 ha torpaq sahəsi olduğu halda, faktiki istifadəsində 0,26 ha-ya dək torpaq sahəsi va rdır.Cavabdehin mülkiyyətində olan 0,08 ha torpaq sahəsi olduğu halda, faktiki istifadəsində 0,116 ha-ya dək torpaq sahəsi vardır. Bununla yanaşı iddiaçı və cavabdehin Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamələrində torpaq sahələrinin yerləşmə kordinatları öz əksini tapmadığından həmin torpaq sahələrinin mülkiyyət sənədlərinə istinadən dəqiq yerləşmə mövqeyini müəyyən etmək olmur. Bu səbəbdən də yuxarıda qeyd ounan uyğunsuzluq hallarına nəzərən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,13 ha hissəsinin cavabdehin istifadəsində olub-olmadığını müəyyən etmək olmamışdır.

7. İddiaçının vəkili və nümayəndəsi Şahlar Tağıyev tərəfindən təqdim olunmuş “X3”nin 06 fevral 2020-ci il tarixli, 158 nömrəli ekspert rəyinə əsasən, Göygöl rayonu, Aşıqlı kəndində yerləşən İddiaçı məxsus olan JN 095F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0.39 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilərək, torpaq sahəsinin şimal-qərb tərəfindən 0.06 ha hissəsinin Cavabdeh tərəfindən tutularaq, istifadə olunduğu müəyyən edilmişdir.

8. Göygöl Rayon Məhkəməsinin 2(066)-319/2020 nömrəli, 14 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim Q.Abbasov) iddia tələbi rədd olunmuşdur.

9. Məhkəmə hesab etmişdir ki, “X3”nin ekspert rəyi işin faktiki hallarına uyğun olmadığından əsas götürülə bilməz.

10. Məhkəmə əlavə ekspertiza rəyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin iddiaçının torpaq sahəsini zəbt etməsi müəyyən olunmur. Buna görə də, iddia əsassızdır.

11. Birinci instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyas iya instansiyası məhkəməsindəki icraat

12. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2368/2020 nömrəli, 02 oktyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin olunmuşdur. 13. “X3”nin 16 yanvar 2021-ci il tarixli, 431 nömrəli ekspert rəyinə əsasən, JN 095F (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı məxsus 0.39 ha həyətyanı torpaq sahəsinin şimal-qərb tərəfindən 0.04 ha hissəsinin Cavabdeh tərəfindən tutularaq, istifadə olunduğu müəyyən edilmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər- Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov və F.Mehtiyev) 16 mart 2021-ci il tarixli, 2(104)-434/2021 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Göygöl Rayon Məh kəməsinin 2(066)-319/2020 nömrəli, 14 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilərək cavabdehin iddiaçıya məxsus olan 0.04 ha torpaq sahəsindən çıxarılması qəğ edilmişdir.

15. Apellyasiya məhkəməsi hesab etmişdir ki, “X3”nin 16.01.2021-ci il tarixli, 431 nömrəli rəyi torpaq sahələrinin koordinatları göstərilməklə, kifayət qədər aydın tərtib edildiyindən həmin rəy işin faktiki hallarının müəyyən edilməsi üçün mötəbər sübut kimi qəbul edilməlidir.

16. Qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyas iya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmiş və kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə alınmış ekspert rəyləri arasında olan ziddiyyətlər apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Kassasiya icraatı zamanı məlum olmuşdur ki, kassator vəfat etmişdir. Onun hüquqi varisi-arvadı X6 prorsesə cəlb edilməsini xahiş etmiş, məhkəmə vəsatəti qəbul edərək vərəsəni hüquq varisi kimi prosesə cəlb etmişdir. Lakin tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasl arına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

20. Maddə. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Mə hkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

28. Maddə

420. Kassasiya instansiyasında işə baxan mə hkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası qiymətləndirilməməlidir. məhkəməsinin faktiki halları araşdırması kimi Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti əsaslı hesab olunaraq qətnamə ləğ v edilməli, iş yenidən apellyasiya baxışına göndərilməlidir.

31. İşin mübahisəsiz halı bundan ibarətdir ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının eyni tarixli, eyni nömrəli qərarları əsasında iş üzrə tərəflərə qonşu torpaq sahələri verilmişdir.

32. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni “X3”nin 16.01.2021-ci il tarixli, 431 nömrəli rəyi ilə əsaslandırmışdır.

33. Həmin ekspertiza mərkəzinin işdə iki rəyi vardır. Hər iki ekspert rəyi eyni ekspertlər tərəfindən tərtib edilmişdir. Hər iki ekspertiza rəylərinin giriş və əsaslandırıcı hissələri sözbəsöz eynilik təşkil edir, ancaq rəylər nəticə hissəsində fərqlənir.

34. Belə ki, “X3”nin 16.01.2021-ci il tarixli, 431 nömrəli rəyi ilə iddiaçıya məxsus torpaq sahəsinin şimal-qərb tərəfindən 0.06 ha hissəsinin cavabdeh tərəfindən zəbt olu nması müəyyən olunmuş, həmin Mərkəzin 06 fevral 2020-ci il tarixli, 158 nömrəli ekspert rəyi ilə iddiaçıya məxsus torpaq sahəsinin şimal-qərb tərəfindən 0.04 ha hissəsinin cavabdeh tərəfindən zəbt olunması müəyyən olunmuşdur.

35. Göründüyü kimi, “X3”nin eyni ekspertləri tərəfindən verilmiş iki rəyin nəticə hissələri fərqli olsa da işə baxan Apelyasiya Məhkəməsi bu fərqliliklə bağlı dəyərləndirmə aparmamışdır. Eyni şəxsin vermiş olduğu, müxtəlif nəticələr nəzərdə tutan rəyin hansı əsaslarla mötəbər rəy hesab olunması əsaslandırılmamışdır.

36. Eyni zamanda kollegiya qeyd edir ki, Apelyasiya Məhkəməsinin istinad etdiyi rəy işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti "xxxx" MMC Gəncə Layihə Tədqiqat İdarəsinin 10 aprel 2019-cu il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2019-cu il tarixli ekspert rəyi ilə də ziddiyyət təşkil edir. Belə ki, həmin rəylərlə müəyyən edilir ki, iddiaçının mülkiyyətində 0,39 ha torpaq sahəsi olduğu halda, faktiki istifadəsində 0,26 ha-ya dək torpaq sahəsi vardır. Cavabdehin mülkiyyətində isə 0,08 ha torpaq sahəsi olduğu halda, faktiki istifadəsində 0,116 ha-ya dək torpaq sahəsi vardır. Cavabdeh, “X3”-nin rəylərində göstərilən həcmdə (birində 0.6 sot, digərində 0.4 sot torpaq sahəsi) torpaq sahəsi zəbt etmişdirsə, onda cavabdehin faktiki istifadəsində daha çox torpaq sahəsi olması vacibdir. Çünki iddiaçının 0.8 sot mülkiyyətində olan torpaq və əlavə olaraq 06 və yaxud 04 sot torpaq sahəsi, onda cavabd ehin müvafiq olaraq istifadəsində faktiki ya 0.14 sot, və yaxud 0.12 sot torpaq sahəsi olmalıydı.

37. Qeyd olunanları nəzərə alaraq kassasiya kollegiyası hesab edir ki, işə baxan Apelyasiya Məhkəməsi işdə olan sübutları MPM-nin 88-ci maddəsinin tələbləri baxımından dəyərləndirmədən qərar qəbul etmişdir ki, bu da yekun məhkəmə qərarının obyektivliyini şübhə altına alır.

38. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü maddəsinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdi rilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

39. Apellyasiya instansiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən qeyd olunan hallar araşdırılmaqla, iş üzrə mötəbər, biri digərini təkzib etməyən sübutlara əsaslanan qətnamə qəbul edilməlidir.

40. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamışdır. Ona görə də, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (hüquq varisinin) kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-434/2021 nömrəli, 16.03.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar