Məhkəmə qərarları › İş №2(102)-456/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-456/2020

22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-456/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəkili Sadıqov Şahin Bəxtiyar oğlunun, Cavabdeh2 Hacıdadaş oğlu və onun vəkili Şirinov Nadirşah Pirmurad oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)2502/2019 nömrəli qətnaməsindən Cavabdeh2 Hacıdadaş oğlunun kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏ YYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh2 Hacıdadaş oğluna, X1, Cavabdeh1 Vəlican oğluna və Cavabdeh4 qarşı “kredit borcu və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Hacıdadaş oğlu, X2 və Cavabdeh1 Vəlican oğlundan müştərək qaydada 13.032,94 ABŞ dolları məbləğində əsas borc, 5.084,08 ABŞ dolları faiz borcu və 16.795,18 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 34.912,20 ABŞ dolları kredit borcu, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predimetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün dövlət büdcəsinə ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının İddiaçı QSC-nin xeyrinə tutulması, tələbin Qəbələ şəhəri Bakıxanov küçəsində Cavabd eh2 Hacıdadaş oğlunun mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 153.7 m2 yardımçı, 39.3 m2 yaşayış, 193 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsinə, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması və cəmi 34.912,20 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh2 Hacıdadaş oğlu, Cavabdeh3 və Cavabdeh1 Vəlican oğlundan tutulması, Qəbələ şəhəri B akıxanov küçəsində Cavabdeh2 Hacıdadaş oğlunun mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 153.7 m2 yardımçı, 39.3 m2 yaşayış, 193 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 Hacıdadaş oğlu və Cavabdeh4 həmin fərdi yaşayış evinə və torpaq sahəsinə istifadə hüquqlarının itirilməsi, onların həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Hacıdadaş oğluna İddiaçı QSC ilə aralarında xx.xx.2013-cü il tarixdə bağlanmış 07L000003075 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 Hacıdadaş oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 07R000010734 saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür.Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 07R000010734S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli oldu ğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır.Cavabdeh götürdüyü kredit borcundan 6.967,06 ABŞ dolları məbləğində ödəmiş, onun 13.032,94 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2016-cı il tarixə 429 gün üçün hesablanmış faiz borcu 5084.08 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış fai zi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. Buna əsasən xx.xx.2016-cı il tarixə 429 gün üçün ona hesablanmış cərimə 16.795,18 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh – ipoteka verən Cavabdeh2 Hacıdadaş oğlu iddiaçı ilə bağladığı xx.xx.2013-cü il tarixli 07M000000393 saylı ipoteka müqaviləsi (Qəbələ rayonu xüsusi notariusu Alxasov E.S. tərəfindən təsdiq edilib) əsasında Qəbələ şəhəri, Bakıxanov küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 153.7 kv.m yardımçı, 39.3 kv.m yaşayış, 193 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikas ı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən 6 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmış və RX ******* nömrəli çıxarışa əsasən Qəbələ şəhəri Bakıxanov küçəsində Cavabdeh2 Hacıdadaş oğlunun mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı, 153.7 kv.m yardımçı, 39.3 kv.m yaşayış, 193 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin onun kredit öhdəliklərinin icrasını təmin etmək üçünbankın xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka haqqında Qanununun 34.1.1-34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutmanın yönəltməsi hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur.İpoteka saxlayan bank tərəfindən cavabdeh ipoteka verən Cavabdeh2 Hacıdadaş oğluna həmin Qanunun 36.2-ci bəndinə uyğun olaraq xx.xx.2016-cı il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, xx.xx.2016-cı il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeyə alınması haqqında ərizə xx.xx.2016-cı il tarixdə Elektron Xidmətlər Portalı vasitəsi ilə DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin tarixdə sonuncu tərəfindən qeydə alınmışdır. Bildirişin qeydiyyata alınması üçüq 10 manat dövlət rüsumu və 21 manat məbləğində xidmət haqqı ödənilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 Ağadadaş oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 və Cavabdeh1 Vəlican oğlu zaminlik müqaviləsinə əsasən bank qarşısında üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Qəbələ rayon İHB-nın Qəbələ şəhər İƏ-də nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 5058 saylı arayışa əsasən Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh4 ev və torpaq sahəsi ipotekaya qoyulan və ipoteka müqaviləsi rəsmiləşdirilən zaman notariat kontoruna ərizə təqdim edərək həmin əmlakların ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin fərdi yaşayış evini və torpaq sahəsini qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Qəbələ Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(025)-6/2019 saylı qətnaməsi ilə (sədirlik edən hаkim Abbas Əliyev) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 Hacıdadaş oğlu, Cavabdeh3, Cavabdeh1 Vəlican oğlu və Cavabdeh4 qarşı kredit borcu və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 Hacıdadaş oğlu, Cavabdeh3 və Cavabdeh1 Vəlican oğlundan müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyirinə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla xx xxxxxx 2014-cü il tarixli 07R000010734 nömrəli kredit razılaşması üzrə 13.032,94 ABŞ dolları məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 5.084,08 ABŞ dolları məbləğində faiz borcu, 1300 ABŞ dolları cərimə borcu, cəmi 19.417,02 ABŞ dolları borcun və habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı, cəmi 61 (altmış bir) manatın tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh2 Hacıdadaş oğluna məxsus, Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 153,7 m2 yardımçı, 39,3 m2 yaşayış, 193 m2 ümumi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, Qəbələ şəhəri, Bakıxanov küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 153,7 m2 yardımçı, 39,3 m2 yaşayış, 193 m2 ümumi sahədən ibarət olan fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 38.000 (otuz səkkiz min) manat müəyyən edilməsi, mənzilin satılması və ondan əldə ediləcək vəsait Cavabdeh2 Hacıdadaş oğlunun banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin Cavabdeh2 Hacıdadaş oğluna qaytarılması, Cavabdeh2 Hacıdadaş oğlunun və Cavabdeh4 Qəbələ şəhəri, Bakıxanov küçəsi ndə yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 153,7 m2 yardımçı, 39,3 m2 yaşayış, 193 m2 ümumi sahədən ibarət olan fərdi yaşayış evini həmin daşınmaz əmlak açıq hərracdan satıldıqdan ən geci bir ay ərzində tərk etmələri, evin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan borcun İcra haqqında Qanunun tələblərinə uyğun olaraq ümumi qaydada cavabdehdən tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ipoteka predmetinin qiymətləndirilməsinə görə cavabdehlər Cavabdeh2 Hacıdadaş oğlu, Cavabdeh3 və Cavabdeh1 Vəlican oğlundan müştərək qaydada 200 manat xidmət haqqının tutularaq «xxxx» MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh2 Hacıdadaş oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi M ülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)2502/2019 nömrəli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) Cavabdeh2 Hacıdadaş oğlunun apelyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(025)-6/2019 nömrəli qətnaməsi qismən-Cavabdeh1 Vəlican oğluna aid iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, iddia tələbi Cavabdeh1 Vəlican oğluna aid hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki xx xxxxxx 2019-cu il tarixli, 2(107)-2502/2019 nömrəli qətnaməsindən Cavabdeh2 Hacıdadaş oğlu və vəkili Şirinov Nadirşah Pirmurad oğlu kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh2 Hacıdadaş oğlu və vəkili Şirinov Nadirşah Pirmurad oğlu kassasiy a şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki xx xxxxxx 2019-cu il tarixli, 2(107)-2502/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin təkrar apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, həm əsas borc, həm də faiz və cərimə borcu düzgün hesablanmamışdır. Belə ki, onun tərəfindən edilən ödənişlər əsas borc hissəsindən deyil, faiz və cərimə borcundan çıxıldığı üçün əsas borcun məbləği düzgün hesablanmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəkili Sadıqov Şahin Bəxtiyar oğlu kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh2 Hacıdadaş oğlu və vəkili Şirinov Nadirşah Pirmurad oğlu məhkəmə iclasında iştirak edərək kassasiya şikayətinin təmin edilməsini xah iş etdilər. Cavabdehlər X2, Cavabdeh1 Vəlican oğlu və Cavabdeh4 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 Hacıdadaş oğlunun apellyasiya şikayəti qismən təmin etməklə kassatora aid hissədə borcun t utulmasına dair iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, həmin hissədə iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı QSC ilə “Cavabdeh2 Hacıdadaş oğlu arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 07L000003075 nömrəli “Kredit xətti müqavləsi”nə əsasən İddiaçı QSC ona 60 ay müddətinə 20.000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı QSC həmin müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kredit alana – Cavabdeh2 Hacıdadaş oğluna 20.000 ABŞ dolları məbləğində kredit xəttini açmağı öhdəsinə götürmüşdür. Kreditlərin tərəflər arasında «Kredit razılaşması» və «Bank qarantiyası verilməsi haqqında müqavilə» formasında bağlanacaq ayrıca razılaşma (Kredit razılaşmaları) əsasında verilməsi nəzərdə tutulmuş, həmin müqavilə bankın kredit vermək vədini ifadə etməmişdir. Müqavilənin 1.2-ci bəndinə görə, bu Müqavilə və Kredit razılaşmaları əsasında istənilən məbləğ 60 aydan gec olmayaraq verilməlidir. Müqavilənin 1.3-cü bəndinə görə, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlər hər dəfə tərəflər arasında bağlanan və bu Müqavilənin ayrılmayan hissəsi olan Kredit razılaşması ilə müəyyən olunur. xx.xx.2014-cü il tarixli 07R000010734 nömrəli Kredit razılaşmasından görünür ki, həmin razılaşmaya əsasən İddiaçı QSC tərəfindən Cavabdeh2 Hacıdadaş oğluna fərdi kredit olara q 48 ay müddətinə aylıq 1,9167 faiz dərəcəsi ilə 20000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından isə görünür ki, cavabdeh kredit vəsaitini hər ay 644,99 ABŞ dolları, sonuncu ay isə 645,05 ABŞ dolları olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, «Kreditalan» ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan «İddiaçı” QSC-nin əməliyyat departamentinin xx.xx.2014-cü il tarixli kreditin verilməsi barədə qəbzdən görünür ki, bank ilə Cavabdeh2 Hacıdadaş oğlu arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit müqaıiləsi üzrə ona 20. 000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan xx xxxx 2015-ci il tarixli, 07R000010734S nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında tərəflər arasında bağlanmış sazişdən görünür ki, xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 07R000010734 kredit razılaşmasının ayrılmaz hissəsi olan həmin ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx xxxx 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. Sazişin 2-ci bəndinə əsasən kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir. Sözügedən sazişə əlavə olunmuş xx xxxx 2015-ci il tarixli ödəniş planına əsasən Cavabdeh2 Hacıdadaş oğlu kredit vəsaitini xx xxxx 2015-ci il t arixdə 378,17 ABŞ dolları, xx xxxx 2015-ci il tarixdə 326,85 ABŞ dolları, xx xxxxxx 2015-ci il tarixdə 434,14 ABŞ dolları, bundan sonra hər ay 904,07 ABŞ dolları, sonuncu ay, xx xxxxxx 2018-ci il tarixdə isə 12116,97 ABŞ dolları olmaqla ödəməlidir. xx.xx.2019-cu il tarixli, 4988 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 Hacıdadaş oğlunun xx.xx.2018-ci il tarixə xx.xx.2014-cü il tarixli 07R000010734 nömrəli Kredit razılaşması üzrə 13.032,94 ABŞ dolları əsas, 5.256,57 ABŞ dolları faiz və 15.683,41 ABŞ dolları cərimə (825 gecikdirilən günə) olmaqla, cəmi 33972,92 ABŞ dolları məbləğində kredit borcu vardır. xx.xx.2016-cı il tarixli 2695, 2696 və 2697 nömrəli «xəbərdarlıq» məktublarından görünür ki, cavabdehlər (kredit alan) Cavabdeh2 Hacıdadaş oğuna, Cavabdeh3 və Cavabdeh1 Vəlican oğlu na kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılmasına dair xəbərdarlıq edilmişdir. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əg ər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Yuxarıda sadalanan maddi hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı QSC ilə Cavabdeh2 Hacıdadaş oğlu arasında bağlanmış xx.xx.2013- cü il tarix li, 07L000003075 saylı kredit xətti müqaviləsinə əsasən tərəflər razılaşmışlar ki, cavabdehə 60 ay müddətinə, yəni 01.02. 2018-ci il tarixinədək 20.000 ABŞ dolları məbləğində kredit xətti açır və kredit razılaşmaları əsasında kredit verir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri, habelə ödənişlərin gecikdirilməsinə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra edə bilməmişdir. xx xxxx 2015-ci il tarixli 07R000010734S nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında tərəflər arasında bağlanmış sazişə əsasən xx xxxxxx 2014- cü il tarixdə bağlanmış 07R000010734 kredit r azılaşmasının ayrılmaz hissəsi olan həmin ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx xxxx 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. Sözügedən sazişə əlavə olunmuş xx xxxx 2015-ci il tarixli ödəniş planına əsasən Cavabdeh2 Hacıdadaş oğlu kredit vəsaitini xx xxxx 2015-ci il tarixdə 378.17 ABŞ dolları, xx xxxx 2015-ci il tarixdə 326.85 ABŞ dolları, xx xxxxxx 2015-ci il tarixdə 434.14 ABŞ dolları, bundan sonra hər ay 904.07 ABŞ dolları, sonuncu ay xx xxxxxx 2018-ci il tarixdə isə 12116,97 ABŞ dolları olmaqla ödənilməsi barədə öhdəlik götürülmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi bundan sonra da lazımi qaydada icra edə bilməmiş, nəticədə Banka borcu yaranmışdır. Cavabdeh2 Hacıdadaş oğlu kredit müqaviləsi üzr ə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib, təqdim edilən muhasibat sənədlərini araşdırıb, qiymətləndirməklə əsas götürüb hesab etmişdir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində təmin edilməli, cavabdehlərdən müştərək qaydada 13.032,94 ABŞ dolları məbləğində əsas və 5.084,08 ABŞ dolları məbləğində faiz borcu İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Eyni zamanda, xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 16.795,18 ABŞ dolları məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, dəbbə pulu borcu endirilməli və 1300 ABŞ dolları məbləğində müəyyən edilmə li, həmin məbləğ cavabdehdən İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üzrə mübahisələndirilən hissədə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassator borcun miqdarının düzgün hesablanmadığını qeyd et sə də, bu barədə hər hansı sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində işə baxılarkən təqdim etməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, kassasiya şikayətində ekspertizanın keçirilməsini tələb etsə də bununla bağlı işə aşağı instansiya məhkəmələrində baxılarkən bununla bağlı hər hansı vəsatət verməmişdir. Beləliklə, kassasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 Hacıdadaş oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)2502/2019 nömrəli qətnaməsi kassatora aid mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar