Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4560/2019 28.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı vəkili Əliyev İlqar Kamil oğlu, Cavabdeh1, Cavabdeh2, onların vəkili Kərimli Nurlan Əzizağa oğlunun iştirakları ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fe vral 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair» iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 16 noyabr 2018-cı il tarixli qətnaməsi ilə (sədrlik edən R.Həsənov, iş 2(010)-5628/2018) iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh3, Cavabdeh4 (onların azyaşlı uşaqları X6 və X4) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları və həmin evin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmuş hissəsinin boşaldılıb, İddiaçıya təhvil verilməsi və cavabdehlərin qeyd edilən ünvana istifadə hüquqlarına xitam verilməsi onların (azyaşlı və yetkinlik yaşına çatmayan uşaqlarıda daxil olmaqla) həmin mənzildən pasport qeydiyyatından çıxarılmalarına əsas olması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), hakimlər Ş.Məhərrəmova və X.Sarıyev, iş № 2(103)-2900/2019) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə verdikləri apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli qətnaməsi “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılmaları və həmin evin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmuş hissəsinin boşaldılıb, İddiaçıya təhvil verilməsi, qeyd olunan cavabdehlərin həmin ünvana istifadə hüquqlarına xitam verilməsinin onların həmin mənzildən pasport qeydiyyatından çıxarılmalarına əsas olmasına” dair hissədə ləğv edilərək və həmin hissədə yeni qətnamə qəbul edilmiş, İddiaçının iddia tələbi “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılmaları, evin həmin cavabdehlər tərəfindən tutulmuş hissəsinin boşaldılması” hissəsində təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçının vəkili Əliyev İlqar Kamil oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol ver mişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh1 və Cavabdeh2 vəkili Kərimli Nurlan Əzizağa oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mü mkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 24 dekabr 2002-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçıya qarşı yaşayış sahəsindən və həyətyanı torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsinə dair iddiaları qismən təmin edilmiş, ünvan 2 ünvandakı yaşayış evlərindən və həyətyanı torpaq sahəsindən tərəflərin aşağıdakı şəkildə istifadə qay dasının müəyyən edilməsi, həmin ünvandakı şərti “A” adlanan yaşayış evinin cavabdeh İddiaçının və ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsindəki otaqların isə iddiaçılar Cavabdeh1 və Cavabdeh2, ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsindəki mətbəx və digər yardımçı sahələrin, həyətdəki tualet və həyətyanı torpaq sahəsinin isə əvvəlki qaydada tərəflərin ümumi istifadəsində saxlanılması, iddianın iki yaşayış evlərinin arasında hasar çəkilməsi barədə hissəsinin isə rədd edilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin 04 iyun 2003-cü il tarixli qərardadına əsasən iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı Ələkbər qızma qarşı ünvan 3 ünvandakı yaşayış evlərindən istifadə qaydasının müəyyən olunmasına dair iddia tələbi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkə məsinin 24 dekabr 2002-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçıya qarşı ünvan 3 ünvandakı yaşayış evlərindən istifadə qaydasının müəyyən olunmasına dair iddia tələbi üzrə tərəflərin barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilmişdir: həmin ünvandakı şərti “A” adlanan əvvəllər tikilmiş yaşayış evi İddiaçının, sonradan tikilmiş ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsi bütövlükdə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 istifadəsində saxlanılmış, ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsindəki mətbəx və yardımçı otaq (anbar) cavabdeh İddiaçının, həyətdəki tualet və hamam iddiaçıların istifadəsində saxlanılmış, iddiaçıların vəsaiti hesabına öz istifadələri üçün mətbəx tikilməsi, cavabdehin vəsaiti hesabına isə həyətdə özünün müəyyən etdiyi ye rdə tualet və hamam tikilməsi razılaşdırılmış, küçədən həyətə açılan böyük dəmir qapı cavabdehin istifadəsində qalmaqla onların vəsaiti hesabına birinci mərtəbədəki mətbəxin həyətdəki divarının sonundan həyətin içərisinə doğru hərəkət istiqamətində olan dayaq sütununa olan 2 metr 80 sm. oradan sola dönərək həyətin aşağı hissəsinə döğru 11 metr və oradan sola dönərək həyətin sol hasarına çatana qədər 6 metr uzunluğunda, 40 sm enində və evin birinci mərtəbəsinin hündürlüyündə daş hasar çəkilməli (sazişə əlavə edilmiş sxem üzrə), iki su çənindən biri cavabdehin istifadəsində qalır, mətbəxdən iddiaçıların istifadəsində qalan sahəyə açılan pəncərə cavabdeh tərəfindən kərpiclə hörülərək bağlanmalıdır. Buna əsasən işin icraatına xitam verilmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 02 iyun 2 010-cu il tarixli qətnaməsinə əsasən İddiaçının iddiası qismən təmin edilmiş, Bakı şəhəri, ünvan 1 ünvanında ev 1-in Cavabdeh1 bağışlamasına dair Bakı şəhəri 31 saylı Dövlət Notariat kontorunda bağlanmış 28 dekabr 2005-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi və bu ləğvetmənin Bakı şəhəri 31 saylı Dövlət Notariat kontorunda qeydə alınmış, həmin evin bağışlanma əsasında Cavabdeh1 adına mülkiyyət hüququ kimi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində hüquqi qeydiyyatının ləğv edilməsi, həmin evin bağışlanma əsasında Cavabdeh1 adına mülkiyyət hüququ kimi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində hüquqi qeydiyyatının ləğv edilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında ev 1-in ilkin hüquqi vəziyyətini bərpa edərək, həmin evin İddiaçının mülkiyyətinə qaytarılması və bu evin İddiaçı Ələkbər qızının adına xüsusi mülkiyyət kimi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində hüquqi qeydiyyatdan keçirilməsinin həmin idarəyə tapşırılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, ünvan 1 ünvanında ev 1-dən çıxarılması hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146, 152.1, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasina 1 saylı əlavə Protokolunun 1-ci maddəsinə, İnsan hüquqları üzrə Avropa M əhkəməsinin presedent hüququna istinad edərək hesab etmişdir ki, cavabdehlərin iddiaçının evinə dair heç bir hüquqları yoxdur. Həmin məhkəmə hesab etmişdir ki, tərəflərin arasında mübahisəli mülkün bölünməsi hər iki tərəfin razılığ ilə Azərbaycan Respublikası Apellyasiya məhkəməsinin MİÜMK-nın 04 iyun 2003-cü il tarixli qərardadına əsasən vaxtilə həyata keçirilmiş və cavabdehlər mübahisəli tikilinin özlərinə aid hissəsi ilə bağlı sərbəst şəkildə qərarlarını verərək həmin tikilini satıb qeyd olunan ünvanı tərk edib getmişlər. Sonradan isə iddiaçının evinə həmin cavabdehlərin qayıdaraq gəlib yaşamalarına iddiaçı yalnız müvəqqəti icazə vermişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi iddianın təmin edilməsini əsaslı hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir k i, mübahisələndirilən ev İddiaçı mülkiyyətində olsa da, cavabdehlərdən Cavabdeh1 anadan olduğu vaxtdan, Cavabdeh2 isə 1986-cı ildə sonuncu ilə nikaha daxil olduğu tarixdən həmin evdə yaşayırlar. Belə olan halda, hazırki mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mə nzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməm işsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinin üçüncü hissəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab e dilə bilərlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Göstərilən Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən al tı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Beləliklə, Azərbaycan Respublikasının mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsində cavabdehin istifadə hüququnun itirilməsi üçün konkret əsas müəyyən olunmuşdur. Həmin əsas isə ondan ibarətdir ki, cavabdeh daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. Hazırki iş üzrə isə müəyyən olunur ki, cavabdehlər Nəriman və Mehriban Əliyevlər 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq valideynlərinə (əvvəlcə Cavabdeh1 atası olan Babaəli Əliyevə, sonradan isə anası - hazırki iş üzrə iddiaçı ola n İddiaçı) məxsus mənzildə istifadə hüquqları olmuş və həmin istifadə hüquqlarına xitam verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin 04 iyun 2003-cü il tarixli qərardadı ilə tərəflər arasında mövcud olmuş mübahisəyə barışıq yolu ilə xitam verilsə və yaşayış sahəsinə (ilkin olaraq olan vəziyyətdə) tərəflərin istifadə qaydaları müəyyən olunsa da, həmin barışıqla hazırki iş üzrə cavabdehlərin mübahisələndirilən mənzildən istifadə hüquqlarına xitam verilməsi nəzərdə tutulmamışdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin yaşayış sahəsinin bir qismini, yəni ünvan 3 ünvanda sonradan tikilmiş ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsini üçüncü şəxslərin mülkiyyətlərinə vermələri, onların yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi üçün əsas ki mi qiymətləndirilə bilməz. Belə ki, iş üzrə müəyyən olunur ki, bundan sonra da, cavabdehlər iddiaçı ilə birlikdə mübahisələndirilən mənzildə yaşamış və hazıradək yaşamaqda davam edirlər.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və belə hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarını tətbiq edərkən səhvə yol vermişdir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, tərəflər arasında evdən istifadə ilə bağlı mübahisəyə 04 iyun 2009-cu ildə məhkəmə tərəfindən baxılmış və məhkəmə qərardadına əsasən hazırda iddiaçının cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini tələb etdiyi mənzil sahəsi məhkəmə qətnaməsinə əsasən iddiaçının istifadəsinə verilmiş, cavabdehlərə isə evin başqa hissəsi verilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, “cavabdehlər məhkəmə qərarına əsasən onların istifadəsinə verilən evin 2-ci mərtəbəsini satmış və kirayədə yaşamağa başlamışlar. Həmin xüsusat iş üzrə əhəmiyyət kəsb etməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi həmin xüsusat üzrə heç bir araşdırma aparmamış cavabdehlərin nə üçün məhkəmə qərarına əsasən onların istifadəsinə verilən yaşayış sahəsində deyil, məhz iddiaçıya məxsus yaşayış sahəsində yaşamasını müəyyənləşdirməmişdir. Cavabdehlərin məhkəmə qərarına əsasən onların istifadəsinə verilmiş yaşayış sahəsini satması əslində onların həmin evdə istifadə hüquqlarını itirmələri üçün əsas hesab edilməlidir. Apelyasiya instansiyası məhkəməsi bu xüsusatı nəzərdən qaçırması, onun tərəfindən maddi hüquq normal arının tətbiqində səhvə yol verilməsi üçün əsas olmuşdur. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi ona istinad etmişdir ki, əvvəllər də İddiaçı mübahisələndirilən mənzilin Cavabdeh1 bağışlama müqaviləsinin ləğvinə dair iddia tələbi ilə yanaşı cavabdehlər X1 və Cavabdeh2 həmin evdən çıxarılmasını məhkəmədən xahiş etsə də, qanuni qüvvədə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 iyun 2010-cu il tarixli qətnaməsi ilə iddia birinci hissədə təmin olunsa da, ikinci tələb cavabdehlərin başqa yaşayış evinin olmaması əsası ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndi rilmir və yenidən sübut edilmir.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, 02 iyun 2010-cu il tarixli Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qətnaməsinin hazırkı iş üçün Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən tətbiqindən söhbət gedə bilməz. Çünki, hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların hazırki məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi məsələsi müzakirə predmeti deyildir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 02 iyun 2010-cu il tarixli qətnaməsi ilə İddiaçının cavabdehlər Cavabdeh1 Baba oğlu və Cavabdeh2 ünvan 1 ünvanında ev 1-dən çıxarılma tələbi təmin olunmamışdır. Hazırki işdə də iddiaçı tərəfindən həmin tələb irəli sürülmüşdür. Ap elyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 261.0.3-cü maddəsinə istinad edib iş üzrə həmin tələbə baxıldığına görə həmin tələb üzrə qismən mülki işə xitam verilməsini müzakirə edə bilərdi. Lakin Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbinin əsası ilə 02 iyun 2010-cu ildə məhkəmədə baxılan iddia tələbinin əsasları müxtəlif olmuşdur. Belə ki, 02 iyun 2010-cu ildə mübahisəli ev faktiki olaraq İddiaçı deyil, Cavabdeh1 mülkiyyətində olmuşdur. Hazırda isə mübahisəli ev 30.09.2010-cu il tarixli qeydiyyatlı və MA seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. İddia tələbinin faktiki əsası dəyişdirildiyinə görə həmin mübahisəyə məhkəmədə baxılması hüquqa uyğundur. Lakin apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə MPM-nin 82.3-c ü maddəsini düzgün tətbiq etməmişdir. Bundan əlavə Məhkəmə kollegiyası qeyd edir ki, 02 iyun 2010-cu il tarixdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyət çiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bu baxımdan mübahisəli evin İddiaçı mülkiyyətinə verilməsini qət etmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 başqa yaşayış sahələri olmadığına görə mübahisəli evdən çıxarılması tələbinin müvəqqəti rədd edilməsi hüquqauyğun hesab oluna bilərdi. Hazırda həmin qətnamə qəbul ediləndən sonra 9 ildir ki, cavabdehlər iddiaçıya məxsus olan, yəni onun mülkiyyətində olan evdə yaşayırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından iddia tələbi əsaslı hesab olunmalıdır. Belə ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma y oxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Lakin yuxarıda qeyd olunduğu kimi İddiaçı ilə oğlu Cavabdeh1 arasında mənzildən istifadə ilə bağlı razılaşma olmuş və bu razılaşma Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin MİÜMK-nın 04 iyun 2003-cü il tarixli qərardadı ilə təsdiq olunmuşdur. Həmin razılaşmaya müvafiq olaraq Cavabdeh1 və onun arvadı Cavabdeh2 istifadəsinə evin 2-ci mərtəbəsi verilmiş, evin 1-ci mərtəbəsi isə hazırki iddiaçının istifadəsində qalmışdır. Tərəflər həmin razılaşmanın tələblərinə riayət etməlidirlər. Cavabdeh2 isə İddiaçı ail ə üzvü olmadığına görə onun ümumiyyətlə mübahisəli evdə yaşamaq hüququ mövcud olmamışdır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qeyd olunduğu kimi cavabdehlər artıq 9 ildən artıqdır ki, məhkəmə qətnaməsinə əsasən həmin evdə yaşayırlar. Məhkəmə kollegiyası hesab edir ki, bu müddət Mənzil Məcəlləsinin 30.4-cü maddəsi baxımından müəyyən müddətdə istifadə üçün kifayətedici hesab olunmalıdır. Beləliklə Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasın ın 21 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4560/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4560/2019
28.06.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver