Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4561/2023 07.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair ilkin iddiası və iddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma və maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə QƏRARDADİ (Açar sözlər: müddətin ötürülməsi əsası ilə kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X2 və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2023-cü il tarixli, 2(107)614/2023 saylı qətnaməsindən ilkin i ddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh torpaq sahəsi üçün 6000 manat, çəkdiyi xərclərə görə 755 manat, mənəvi zərərə görə 1000 manat və iddia qaldırmaq üçün ödədiyi 100 manat dövlət rüsumu olmaqla, cəmi 7855 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini və cavabdehin əməlində dələduzluq cinayətinin tərkibi olduğu üçün onun barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsini xahiş etmişdir.
2. Eyni zamanda Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd olunmasını, ona dəymiş 15000 manat maddi zərərin ona ödənilməsi, torpaq sahəsinin boşal dılması və onun istifadəsinə qaytarılması, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının və ödədiyi 135 manat dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
3. İş üzrə qəbul edilmiş məhkəmə aktları
4. Birinci instansiya məhkəməsində icraat
5. İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) 06 mart 2023-cü il tarixli, 2(037)-118/2023 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilərək cavabdehiddiaçı Cavabdeh 6000 manat pul, 755 manat çəkilmiş xərc və 87.55 manat dövlət rüsumu olmaqla, cəmi 6842.55 (altı min səkkiz yüz qırx iki manat əlli beş qəpik) manat məbləği alınaraq iddiaçı-cavabdeh İddiaçı verilməsi, ilkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıcavabdeh İddiaçı özünə aid edilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbi qismən təmin edilərək DƏDRX-nin 9 Saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Daşınmaz əmlakın dövlət reyestrində 81 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində **********45 reyestr nömrəsi ilə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı №0811609 nömrəli Çıxarışa əsasən Cavabdeh ümumi birgə mülkiyyət hüquqi ilə məxsus olan İsmayıllı rayonu, Qazmalar kəndində yerləşən 2.1521 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi boşaldılaraq, xx.xx.2016-cı il tarixli RX seriyalı №0811609 nömrəli Çıxarışla birlikdə cavabdeh-iddiaçı Cavabdeh qaytarılması, iddiaçı-cavabdeh İddiaçı 100 manat dövlət rüsumu alınaraq cavabdeh-iddiaçı Cavabdeh qaytarılması, qarşıl ıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsinin cavabdeh-iddiaçı Cavabdeh özünə aid edilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin eyni vaxtda icra edilməsi qət edilmişdir
6. İş üzrə qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
7. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2023-cü il tarixli, 2(107)-614/2023 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, İsmayıllı Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(037)118/2023 saylı qətnaməsinin qismən, ilk iddia tələbinin təmin edilən “cavabdehdən çəkdiyi xərclərə görə 755 manat məbləğinin alınmasına dair” hissəsində ləğv edilməsi və həmin hissədə yeni q ətnamə qəbul edilməklə ilk iddia tələbi həmin hissədə təmin edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
9. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
10. Kassasiya şikayətinin dəlilləri
11. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2023-cü il tarixli, 2(107)-614/2023 saylı qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və işə yenidən baxılması üçün işin Şəki Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
12. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
15. Maddə 130.
3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
16. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
17. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
18. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
19. Maddə
405. Apellyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.
20. Maddə 408.1. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
21. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
22. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kass asiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
23. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalı və apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.
25. Belə ki, MPM-nin 405.0.1-ci maddəsində apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddət, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müəyyən edilmişdir.
26. Həmin normanın tələbinə əsasən şikayət vermə müddətinin axımı qərardadın “rəsmi qaydada verildiyi” gündən başlandığına görə, müddətin axımını hesablamaq üçün məhkəmə aktının “rəsmi qaydada verilməsi” a nlayışının nəyi ifadə etməsi müəyyən olunmalıdır. Bu anlayışın izahı MPM-nin 135.5-ci maddəsində verilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
27. Göründüyü kimi MPM-nin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində göstərilən hər hansı bir qaydada çatdırılan məhkəmə sənədləri, rəsmi qaydada verilmiş sayılır. Bu qaydaların birindən bəhs edən MPM-nin 135.8-ci maddəsində deyilir ki, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
28. İş materiallarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2023-cü il tarixli, 2(107)-614/2023 saylı qətnaməsinin surətini ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə Cavabdeh xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə əldə etmişdir.
29. Lakin Cavabdeh kassasiya şikayətini 21 oktyabr 2023-cü il tarixdə verərək nəzərdə tutulan prossesual müddəti ötürmüş və prossesual müddətin ötürülməsinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir.
30. Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
31. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını, kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
32. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə əməl etməmişdir.
33. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması, apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur.
34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 408 və 411ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2023-cü il tarixli, 2(107)614/2023 saylı qətnaməsindən iş üzrə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.