Məhkəmə qərarları › İş №2(102)-4562/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4562/2021

31.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4562/2021 31.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4562/21 (Açar sözlər: maneənin aradan qaldırılması və s.) Bakı şəhəri, 31 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1394/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 31 avqust 2021-ci il tarixdə Ali Məhkəm ənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin azad edilməsi, giriş-çıxış yolunun açılması, ümumi istifadədə olan transformatorun maneələrinin aradan qaldırılması və elektrin xətlərinin cavabdehin hesabına bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin azad edilməsi, giriş-çıxış yolunun açılması, ümumi istifadədə olan transformatorun maneələrinin aradan qaldırılması və elektrin xətlərinin cavabdehin hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Ağstafa rayonu Dağk əsəmən kəndində yaşayır. Özünün mülkiyyətində olan yaşayış evi və onun həyətyanı torpaq sahəsi vardır. Cavabdeh qanunsuz olaraq evinin qarşısında yeməkxana tikdirib, həmin yeməkxana onun və kənd sakinlərinin hüquqlarını kobud şəkildə pozur. Evinə gələn yolun girişini qanunsuz olaraq bağlayıb və nəticədə o, yaşayış evindən və torpaq sahəsindən rahatlıqla istifadə edə bilmir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ümumi istifadədə olan yüksək gərginlik transformatorunun kənarları bağlanmış və yalnız cavabdeh istifadə etməklə öz hökmranlığını irəli sürür. Yeməkxananın həyətində olan hündür ağaclar elektrik xətlərinə dəyir. Bunun da nəticəsində qısa qapanma baş verməklə ev əşyalarına ziyanlıqlar dəyir və dəyməkdə davam edir. Cavabdehin məhkəməyə təqdim etdiyi bələdiyyənin qərarı və Ağstaf a rayon İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdirinin rəyi qanunsuzdur. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ağstafa Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12.11.2020-ci il tarixli, 2(015)-676/2020 nömrəli qətnaməsi ilə (hakim Natiq Abbasov) iddianın rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçının xüsusi mülkiyyət əsasında ona məxsus olan torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunan yeməkxana adlandırılan tikili ilə yaxın ərazidə yerləşir, iddiaçının torpaq sahəsi və fərdi yaşayış evi yolun bir kənarında, cavabdeh tərəfindən istifadə olunan tikili isə yolun digər kənarında yerləşir. Onlar bir-birinə qonşu olan, bitişik sahələr deyillər. İddiaçı qeyd edir ki, cavabdeh qanunsuz olaraq yeməkxana tikdirmiş və bu da onun hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə yerində müayinə edərkən yolun sol kənarında cavabdeh tərəfindən tikililərdən yeməkxana kimi istifadə etməsini müşahidə etmişdir. Lakin baxış zamanı yeməkxana fəaliyyətdə deyildir. Cavabdeh yeməkxanaya aid sənədləri məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, cavabdeh yeməkxana fəaliyyətini tam qanuni əsaslarla həyata keçırir. Həmin torpaq sahəsinin sahibkarlıq məqsədi ilə satılmasını Rayon Memarlıq və Tikinti Şöbəsi məqsədəmüvafiq hesab etmişdir. İddiaçı qeyd edir ki, cavabdeh onun evinə gələn yolun girişini qanunsuz bağlamışdır ki, bununla onun hüquqları pozulmuşdur. Məhkəmə yerində müayinə zamanı müəyyən etmişdir kı iddiaçının evi yolun sağ tərəfində yer ləşir. 10-15 metr enində arada yol vardır. Yolun sol tərəfində isə cavabdehin yeməkxanası yerləşir. Cavabdeh tərəfindən yolun bağlanması müəyyən edilməmişdir. İddiaçının digər arqumenti ondan ibarətdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ümumi istifadədə olan yüksək gərginlik transformatorunun kənarları bağlanmışdır. Lakin məhkəmə yerində baxış zamanı transformator qurğusunun cavabdehə aid ərazidə olmaması müəyyən edilmişdir. Bundan başqa iddiaçı qeyd edir ki. yeməkxananın həyətində olan hündür ağaclar elektrik xətlərinə dəyir ki, bunun səbəbindən qısa qapanma baş verir və evdə olan elektrik avadanlıqlarına ziyan dəymişdir. Bununla bağlı məhkəmə qeyd edir ki. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli. 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginli yi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalaı”nın 5-ci hissəsinə əsasən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonası aidiyyəti qurum tərəfindən qorunur. Baş vermiş hər hansı bir müdaxilə qanunla müəyyən edilmiş qaydada həll olunur. Cavabdehin mülkiyyətində olan ağaclar elektrik naqilləri üçün maneə yaradırsa, bu halda aidiyyəti enerji-təchizat qurumu buna müdaxilə edərək aradan qaldırmalıdır. Cavabdeh heç bir halda buna cavabdehlik daşımır. Məhkəmə iddiaçının zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbi ilə bağlı qeyd edir. hazırkı iddia predmetınə aid olan mübahisəli torpaq sahəsinə dair iddiaçının cavabdehə qarşı hər hansı bır tələbin irəli sürülməsi üçün üç şərt müəyyən olunmalıdır. Birinci şərt ondan ibarətdir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə aid olmalıdır, ikinci şərt ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmalıdır. Üçüncü şərt ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz zəbt olunaraq iddiaçının mülkiyyət hüquqları pozulmalıdır. Lakin, birinci şərtin mövcud olmaması yəni mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə aid olmaması digər iki şərtin araşdırılmasına zərurət yaratmır, iddiaçı özünə aid torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb edə bilər. Qeyd olunur ki, qanunvericiliyin tələbinə görə iddiaçının həmin torpaq sahəsi üzərində hüququnun yaranması üçün, torpaq sahəsinin sərhədləri yerində müəyyən edilməli, torpaq sahəsinin yerquruluşu və olanları və təsvirləri tərtib edilməli, to rpaq sahəsinin təhvil verilməsi barədə müqavilə bağlanmalı, həmin sahə müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməlıdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi üzərində istifadə hüquqları yaranmamışdır Belə ki, həmin torpaq sahəsi iddiaçının mülkiyyətində və iddiaçının mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmamışdır. Qeyd edilən torpaq sahəsi kənd sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş yoldur. Eyni zamanda tərəflərin iştirakı ilə mübahisəli əraziyə yerli baxış keçirilmiş və yerli baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsində kənd sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş yolun eni təqribən 10 metr olmaqla, yolun sağ hissəsində İddiaçı məxsus ev və həyətyanı torpaq sahəsi yerl əşir. Yolun sol hissəsində dəmir talvar materialından hazırlanmış maşın təmir üçün tikili (boks) vardır. Həmin tikilinin arxa hissəsində Cavabdeh məxsus kafe və onun kənarında isə transformator vardır. Cavabdeh tərəfindən isə iddiaçının mübahisələndirdiyi torpaq sahəsində kənd sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulmuş giriş-çıxış yolu bağlanmamışdır Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələblərinin təmin edilməsi üçün mötəbər sübut təqdim edilmədiyindən və iddiaçının istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmadığından iddia təmin oluna bilməz. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edi lməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fikrət Mehtiyev - sədrlik edən və məruzəçi, Rəhman Muradov, Ədil Məmmədov) 17 mart 2021-ci il tarixli, 2(103)-1394/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Ağstafa Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli 2(015)-676/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə münasibətdə qeyd edir ki, iddiaçının həmin tələbi irəli sürməsi üçün onun qanunla qoranan hər hansı bir hüququnun pozulmasını sübut etsin. İd diaçı özü iddiasında göstərmişdir ki, cavabdehin istifadə etdiyi yeməkxana onun evinin qarşısında yerləşir. Yəni, cavabdeh tərəfindən onun evinə müdaxilə edilməsi və nəticədə onun hüququnun pozulmasını göstərmir. Ancaq o, cavabdehin tikdirdiyi yeməkxananın qanunsuz olduğunu iddia edir. Bununla bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi, Cavabdeh həmin yeməkxanaya sənədləri mövcüddur və həmin sənədlər hal-hazırda qüvvədədir. Belə olan halda onun tərəfindən yeməkxananın qanunsuz istifadə etməsi barədə dəlillərlə razılaşmaq olmaz. İddianın giriş çıxış yolunun bağlanmasına münasibətdə isə kollegiya qeyd edir ki, bu istiqamətdə araşdırma aparan birinci instansiya məhkəməsi yerində müayinə aparmış və müəyyən etmişdir ki, cavabdeh onun evinə gələn yolun gi rişini qanunsuz bağlamışdır ki, bununla onun hüquqları pozulmuşdur. Məhkəmə yerində müayinə zamanı müəyyən etmişdir ki, iddiaçının evi yolun sağ tərəfində yerləşir. 10-15 metr enində arada yol vardır. Yolun sol tərəfində isə cavabdehin yeməkxanası yerləşir. Cavabdeh tərəfindən yolun bağlanması müəyyən edilməmişdir. Ancaq birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçının evi yolun sağ tərəfində yerləşir. 10-15 metr enində arada yol vardır. Yolun sol tərəfində isə cavabdehin yeməkxanası yerləşir. Cavabdeh tərəfindən yolun bağlanması müəyyən edilməmişdir. Kollegiya iddiaçı tərəfin cavabdehin qanunsuz hərəkətləri nəticəsində ümumi istifadədə olan yüksək gərginlik transformatorunun kənarları bağlanmasına münasibətdə qeyd edir ki, birinci i nstansiya məhkəməsi tərəfindən aparılmış yerində müayinə zamanı transformator qurğusunun cavabdehə aid ərazidə olmaması müəyyən edilmişdir. Bundan başqa yeməkxananın həyətində olan hündür ağacların elektrik xətlərinə dəyməsinə münasibətdə qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci hissəsinə əsasən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonası aidiyyəti qurum tərəfindən qorunur. Baş vermiş hər hansı bir müdaxilə qanunla müəyyən edilmiş qaydada həll olunur. Cavabdehin mülkiyyətində olan ağaclar elektrik naqilləri üçün maneə yaradırsa, bu halda aidiyyəti enerji-təchizat qurumu buna müdaxilə edərək ar adan qaldırmalıdır. Cavabdeh heç bir halda buna cavabdehlik daşımır. Beləliklə, apelyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi mülki mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyinəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəki li Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Gəncə Apellyasiya Məhkəməsinin gəldiyi qənaətlə razı deyildir. Çünki qətnamə çıxarılan zaman o, Gəncə Apelyasiya Məhkəməsinə ünvanlandığı ərizəsində qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(104)1394/2021 saylı mülki iş üzrə iddianın verilməsinə əsas olan qərarlar və alqı-satqı aktı onun tərəfindən mübahisələndirildiyindən, bu işin baxılması həmin işlərin baxılmasının nəticəsindən, qəbul ediləcək qətnamə və qərarlardan, onunların yekunundan asılı olduğu üçün hazırki iş üzrə icraatın dayandırı lması xahiş edilmiş, işə baxan hakim onun ərizəsinə məhəl qoymadan qətnamə çıxarmışdır. Onun iddia ərizəsində göstərmiş olduğu xüsusatlar nə birinci instansiya məhkəməsində, nə də apelyasiya instansiyası məhkəməsində araşdırılmamışdır. Çünki cavabdehin əlində olan sənədlərin saxta olmasına, sənədlərin uyğunsuzluq təşkil etməsinə nəzər yetirilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı, vəkili Vəkil və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsi nə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.1 və 29.2. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edən dən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun ol mamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasas iya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, iddiaçı iş üzrə icraatın dayandırılması barədə ərizəsinə münasibət bildirilməmə sinə istinad etsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, qeyd edilən ərizə qətnamə qəbul edildikdən sonra işə baxmış hakimə təqdim edilmiş, hakim tərəfindən həmin tarixdə ərizəyə imza edilməklə iş materialına əlavə edilmişdir. Odur ki, işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilərkən işə baxmış apelyasiya kollegiyası hər hansı prosessual pozuntuya yol verməmişdir. İddiaçının cavabdehin sənədlərinin saxta olması ilə bağlı məhkəmə araşdırmasının aparılmaması barədə dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçı qeyd edilən mübahisə üzrə cavabdehə məxsus sənədlərin saxtalığını mübahisələndirməmiş, işə mahiyyəti üzrə baxmış məhkəmələr haqlı olaraq mübahisəyə iddia tələbi həddində baxaraq qətnamə qəbul etmiş, bu zaman da hər hansı maddi və prosessual hüquq normasının po zuntusuna yol verməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1394/2021 nömrəli, 17 mart 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar