Məhkəmə qərarları › İş №2(102)-4563/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4563/2021

30.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4563/2021 30.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, evə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2022/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 30 sentyabr 2021-ci il tarixdə A li Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, İddiaçı atası Cavabdeh3, anası X1 olmaqla 22 may 1998-ci ildə xxx kəndində anadan olmuşdur.

2. Qazax Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli 2(023)-1624/2018 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh3 ilə X2 xxx kənd sovetliyində 06 may 1995-ci ildə 07 nömrə ilə qeydə alınmış nikah qeydinin pozulması qət edilmişdir. 3. 12 aprel 2013-cü il tarixli seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xxx kəndində 0,19 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 190,8 kv.m olan fərdi yaşayış evi tam olaraq Cavabdeh1 adına, evin yerləşdiyi 0,19 ha həyətyanı torpaq sahəsi isə paylı mülkiyyət kimi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3, X5, X7 və X4 adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 məxsus, Qazax rayonunun Hüseynbəyli kəndində yerləşən evin yaşayış sahəsindən istifadə hüququ bərpa edilməklə, həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası Cavabdeh3, anası X1 olmaqla 22 may 1998-ci ildə xxx kəndində anadan olmuşdur. Valideynləri ilə birlikdə ata xətti üzrə babasına məxsus evdə yaşayıb, böyüyüb, boya-başa çatmışdır. Valideynləri aralarında yaranmış mübahisələrdən rəsmi qaydada boşanmışlar. 2019-cu ilin sentyabr ayından müəyyən səbəblərə görə yaşadığı evdən çıxmaq məcburiy yətində qalmışdır. Hazırda sözügedən evə köçmək istəyir.

6. Qazax Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(023)-284/2020 saylı qətnaməsi ilə (hakim N.Musayev), iddia təmin edilərək, İddiaçı, Cavabdeh1 məxsus, xxx kəndində yerləşən evin yaşayış sahəsindən istifadə hüququ bərpa edilməsi və onun həmin evə köçürülməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı doğulduğu 22 may 1998-ci il tarixdən 2019-cu ilin sentyabr ayına kimi sözügedən evdə yaşamış, orada böyüyüb boya-başa çatmışdır. İddiaçının sözügedən evə köçürülməsinə cavabdehlər etiraz etmədiklərindən və onun sözügedən ev üzərində yaşayış hüququ olduğundan iddia tələbi təmin edilməklə, İddiaçı xxxx kəndində yerləşən evin yaşayış sahəsindən istifadə hüququ bərpa edilərək o, həmin evə köçürülməlidir.

8. İddiaçı 1982-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə əsasən yaşayış hüququ əldə etmişdir.

9. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

10. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mü lkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir.

12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2022/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Muradov və Ə.Məmmədov) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(023)284/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan ev mübahisəli hüquq münasibətinin yarandığı vaxtı dövlət qeydiyyatına alınmadığına görə birinci instansiya məhkəməsi ha qlı olaraq analoji münasibətləri tənzimləyən normaları seçmişdir.

14. Hüquq münasibətləri yaranan zaman qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını(ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək hüququna malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamısa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan şəxslərlə birlikdə istifadə etmək hüququ əldə edirlər.

15. Mənzil Məcəlləsinin 53-cü maddəsinin üçüncü hissəsinə əsasən,icarədarın ailə üzvləri icarədarın əri(arvadı),onların uşaqla rı və valideynləri hesab olunur. İcarədar ilə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

16. Mənzil Məcəlləsinin 53-cü maddəsinin dördüncü hissəsinə əsasən, bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

17. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı doğulduğu vaxtdan mübahisəli evə evin icarədarı tərəfindən və hazırda mülkiyyətçisi olan şəxs tərəfindən köçürüldüyündən, iddiaçı onun ailə üzvü olduğundan, onunla birgə təsərrüfat idarə etdiyindən birinci instansiya məhkəməsi haqlı olaraq onu evə köçürmüşdür.

18. Bundan başqa mübahsəli evin yerləşdiyi torp aq sahəsi Cavabdeh1 və onun ailə üzvləri olan 6 nəfərə Qazax rayon Aqrar İslahat Komissiyasının 07 may 1997-ci il tarixli 06 saylı qərarı ilə verilmişdir. Həmin ailə üzvlərindən biri İddiaçı olmuşdur. Bu da onu göstərir ki, həqiqətən də iddiaçı hazırda köçürülmək istədiyi evin mülkiyyətçisi ilə mübahisəli evdə yaşamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdı rmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

23. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdı rılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

24. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını a raşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətində iş üzrə Cavabdeh1 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq 1982-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

27. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə mü qaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. (maddə 53)

28. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. (maddə 123) Mülki Prossesual Məcəllə

29. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

30. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

31. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüqu q normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

32. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

33. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadı nı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilmə z.

37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2022/2020 nömrəli iş üzrə 25 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar