Məhkəmə qərarları › İş №2(102)-4565/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4565/2021

30.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4565/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Ekspert rəyinin mötəbərliyinin əsaslandırılmaması 30.09.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-608/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 30 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncunun qanunsuz istifadə etdiyi 0,014 hektar həyətyanı torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İşin materiallarından görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1999-cu il tarixli, 14 saylı qərarı ilə İddiaçı, X3, X4 və X2 mülkiyyətinə xxx kəndində 0,10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bununla bağlı torpağın mülkiyyətə verilməsinə dair xxxx (kod: ********) saylı şəhadətnamə verilmişdir.

3. Tərtər rayon Sarıcalı-Düyərli Bələdiyyəsinin 40 saylı, 25 sentyabr 2018-ci il tarixli arayışından görünür ki, İddiaçı xxxx kənd ərazisində 0,10 ha həyətyanı torpaq sahəsi vardır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin 29 aprel 2019-cu il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçı və cavabdehin iştirakları ilə sözügedən əraziyə naturada baxış keçirməklə, torpağın mülkiyyətə verilməsinə dair xxxx (kod: ********) saylı şəhadətnamə ilə xxxx kənd sakini, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,10 hektar həyətyanı torpaq sahəsinin sərhədlərini müəyyənləşdirmək üçün onun faktiki istifadəsində olan və tələb etdiyi torpaq sahəsinin koordinatları vurulmuşdur. Onun qonuşuluğunda yerləşən torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İddiaçı məxsus həyətyanı torpaq sahəsi bütövlükdə mövcud deyildir. Həmin həyətyanı torpaq sahəsinin cənub-şərq hissəsindən olmaqla, en ölçüləri şimaldan 3,65 m, cənubdan 3,46 m, uzunluq ölçüləri şərqdən 12,99 m və qərbdən 12,36 m ölçüdə 0,0045 hektar hissəsinin ətrafı Cavabdeh tərəfindən dəmir dirək və metal torla çəpərlənərək zəbt edilmişdir. Həmin həyətyanı torpaq sahəsinin şərq tərəfdən qonşuluğundan 0,10 hektar bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsi vardır və halhazırda bütövlükdə Cavabdeh tərəfindən istifadə olunur. Həmin həyətyanı torpaq sahəsinin şimal tərəfdən qonşuluğunda isə 0,03 hektar bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsi vardır ki, o da hal-hazırda İddiaçı istifadəsindədir. Cavabdeh zəbt etdiyi 0,0045 hektarının ölçüləri və sərhədlərini əks etdirən sxem rəyə əlavə olunmur.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin 15.01.2020-ci il tarixli, 010 saylı mütəxəssis rəyindən görünür ki, iddiaçı və cavabdehin xxx kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsinin koordinatları naturada müəyyən edilərək Tərtər rayonunun keçmiş Narçılıq təsərrüfatının xxx kəndində aparılmış torpaq islahatına dair kompleks yerqurluşu layihəsinə yerləşdirildi və müəyyən olundu ki, torpağın mülkiyyətə verilməsinə dair xxxx, xxxx saylı şəhadətnaməyə əsasən İddiaçı verilmiş həyətyanı torpaq sahəsinin koordinatları özünün və cavabdehin faktiki istifadə etdikləri torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən daxil olmuş 05 fevral 2020-ci il tarixli, 26099 saylı rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı və cavabdehin xxxx kəndi ərazisində yerləş ən həyətyanı torpaq sahəsinin koordinatları naturada müəyyən edilərək Tərtər rayonunun keçmiş Narçılıq təsərrüfatının xxx kəndində aparılmış torpaq islahatına dair kompleks yerqurluşu layihəsinə yerləşdirilmiş və müəyyən olunmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair xxxx saylı şəhadətnaməyə əsasən İddiaçı verilmiş həyətyanı torpaq sahəsinin koordinatları özünün və cavabdehin faktiki istifadə etdikləri torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür.

7. İddiaçı bildirir ki, cavabdehlə heç bir ədavətləri olmamış, qonşu kimi münasibətləri normal olmuşdur. Ailəlikcə xxx kəndində yaşayırlar. Yaşadıqları kənddə ona və ailə üzvlərinə birlikdə Tərtər rayon X1 03 noyabr 1999-cu il tarixli 13 saylı qərarı ilə 0,10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Cavabdeh ona və ailə üzvlərinin m ülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin 0,014 hektar hissəsindən qanunsuz istifadə edir. Dəfələrlə cavabdehə həmin torpaq sahəsindən çıxmasını tələb etmiş, lakin o, bunu təmin etməmişdir. Qununvericilikdə nəzərdə tutulmuşdur ki, hər bir vətəndaşa verilən torpaq sahəsi ölçülərək şəhadətnamədə göstərilmiş cizgidə nəzərdə tutulmuş qaydada təhvil verilməlidir. Cavabdeh isə qanunla müəyyən edilmiş qaydada torpaq islahatı zamanı ona və ailə üzvləriin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsindən çıxmaq istəmir və öz qanunsuz hərəkətlərinə davam edir. Beləliklə o, qanunla müəyyən edilmiş qaydada mülkiyyətlərinə verilən torpaq sahəsi ilə təmin olunmamışdır. Həmin torpaq sahəsi sənədlərdə göstərildiyi ölçülərdə onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Artıq uzun müddətdir ki, t orpaq sahəsindən bu qaydada istifadə edir. Cavabdeh isə onu mülkiyyətindən istifadə hüququnu məhdudlaşdmaqda davam edir və bununla da o, torpaq sahlərindən istədiyi kimi istifadə etmək hüquqlarından məhrum olur. Dəfələrlə Tərtər rayon Ələsgərli kənd İƏD üzrə nümayərldəyə, müxtəlif aidiyyəti orqan və təşkilatlara problemin həll olunması üçün müraciət etmiş, lakin müraciəti həll olunmamışdır. Etdikləri müraciətlər nəticəsiz qaldığındn sözügedən iddia ilə məhkəməyə müraciət etməyi məcbur olmuşdur.

8. Cavabdeh bildirir ki, İddiaçı ilə heç bir ədavəti olmamışdır. Ağdam rayonundan məcburi köçkün düşüb, iddiaçının qonşuluğunda məskunlaşmış və qonşu kimi münasibətləri yaxşı olmuşdur. Məlum Qarabağ hadisələri ilə bağlı döyüşlərdə iştirak etmiş və İİ qrup əlil olmuşdur. X tərəfindən ona bələdiyyənin torpaq sahəsindən müvəqqəti istifadə etmək üçün 0,14 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. Uzun müddətdir ki, həmin torpaq sahəsindən istifadə edir. İddiaçının tələb etdiyi torpaq sahəsi onun istifadəsində deyildir. Hazırda da o, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir sotundan belə istifadə etmir. İddiaçı əsassız yerə ona torpaq sahəsindən çıxması ilə bağlı iddia qaldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. Tərtər Rayon Məhkəməsinin (hakim N.Əsgərov) 25 iyun 2019-cu il tarixli, 2(061)42/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh 25 may 1968-ci il təvəllüdlü, Cavabdeh Tərtər rayon X1 03 noyabr 1999-cu il tarixli, 13 saylı qərarı ilə yaşadıqları Tərtər rayonu, Yenikənd kəndində iddiaçı 19 aprel 1947 -ci il təvəllüdlü İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,10 hektar həyətyanı torpaq sahəsinin 0,0045 hektar hissəsindən çıxarılması, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Bununla yanaşı onlar həmin torpaq sahəsinə görə xxx olan torpağın torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə almışlar.

11. Göründüyü kimi iddiaçı və ailə üzvləri mübahisəli torpağa mülkiyyət hüququ qazanmışlar. Onların həmin mülkiyyət üzərində sahiblik, istifadə, sərəncam vermək hüquqları vardır.

12. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xid mətinin verdiyi mütəxəssis rəyində cavabdehin iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsinin 0,0,0045 hektar hissəsində qanunsuz istifadə etməsi göstərilmişdir.

13. Odur ki, iddiaçının cavabdehin qanunsuz istifadəsində olan 0,0045 ha torpaq sahəsini tələb etməsi onun qanunla nəzərdə tutulmuş hüquqlarıdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1, 146.2, 152.1, 152.2, 157.2, 238.1, 238.2, 238.3, 178.1-ci, Torpaq Məcəlləsinin 66.2, 80.1, 83.1, 84.1-ci, Mülki Prosessual Məcəllənin 9.3, 14.2, 77.1, 78.1, 88, 217.2, 217.4, 218.3cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.

16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kol legiyasının 2(104)-608/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Bayramov - sədrlik edən və məruzəçi, R.Mamedov və Ə.Abdullayev) apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Şəmkir Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2(076)-2570/2019 saylı qətnaməsi iddianın qismən təmin edildiyi hissədə, yəni cavabdeh 25 may 1968-ci il təvəllüdlü, Cavabdeh Tərtər rayon X1 03 noyabr 1999-cu il tarixli, 13 saylı qərarı ilə yaşadıqları xxxx kəndində iddiaçı 19 aprel 1947-ci il təvəllüdlü İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,10 hektar həyətyanı torpaq sahəsinin 0,0045 hektar hissəsindən çıxarılmasının təmin edildiyi hissədə ləğv edilmiş, yeni qətnamə çıxarılaraq, həmin hissədə də iddia tələbi təmin edilməmişdir.

17. Apelyasiya instansiyası məhkəməsi qəb ul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin tərəfindən daxil olmuş ekspert və mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçı və cavabdehin Tərtər rayonu xxx kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsinin koordinatları naturada müəyyən edilərək Tərtər rayonunun keçmiş Narçılıq təsərrüfatının xxx kəndində aparılmış torpaq islahatına dair kompleks yerqurluşu layihəsinə yerləşdirilmiş və müəyyən olunmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair xxxx saylı şəhadətnaməyə əsasən İddiaçı verilmiş həyətyanı torpaq sahəsinin koordinatları özünün və cavabdehin faktiki istifadə etdikləri torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Göründüyü kimi, iddiaçının mübahisələndiyi torpaq sahəsinin cavabdeh tərəfindən zəb olunması iş materialları ilə öz təsdiqini tapmamışdır.

18. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflərin istifadə etdikləri torpaq sahələri yanaşı qaydada yerləşmişdir. Aparılmış mütəxəssis və ekspert tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsinin koordinatları daxilində deyil, həmin torpaq sahələri üst-üstə düşmür. Bununla da, Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası iddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə verilmiş 15.01.2020-ci il və 29.04.2019-cu il tarixli mütəxəssis rəyləri arasında ziddiyyət olsa da, apelyasiya instansiyası məhkəməsi bu ziddiyyəti araşdırmamış və iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

23. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

24. M PM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

27. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)

28. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

29. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübut un məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

30. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)

31. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

33. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv e dilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.

35. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. (30)

36. Apelyasiya instansiyasi məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən daxil olmuş 15.01.2020-ci il tarixli mütəxəssis və 05.02.2020-ci il tarixli ekspert rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçı və cavabdehin xxxx kəndi ərazisində yerləşən həyətyanı torpaq sahəsinin koordinatları naturada müəyyən edilərək Tərtər rayonunun keçmiş Narçılıq təsərrüfatının xxx kəndində aparılmış torpaq islahatına dair kompleks yerqurluşu layihəsinə yerləşdirilmiş və müəyyən olunmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair xxxx saylı şəhadətnaməyə əsasən İddiaçı verilmiş həyətyanı torpaq sahəsinin koordinatları özünün və cavabdehin faktiki istifadə etdikləri torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Göründüyü kimi, iddiaçının mübahisələndiyi torpaq sahəsinin cavabdeh tərəfindən zəb olunması iş materialları il ə öz təsdiqini tapmamışdır.

37. Bununla bağlı qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi 15.01.2020-ci il tarixli mütəxəssis və 05.02.2020-ci il tarixli ekspert rəylərini mötəbər sübut kimi qəbul etsə də həmin rəylərin mötəbərliyini əsaslandırmamışdır.

38. Halbuki, iş materiallarında 15.01.2020-ci il tarixli mütəxəssis və 05.02.2020-ci il tarixli ekspert rəylərinin mötəbərliyini şübhə altına alan digər bir rəy yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin 29 aprel 2019-cu il tarixli mütəxəssis rəyi vardır.

39. Sonuncu rəydən görünür ki, iddiaçı və cavabdehin iştirakları ilə sözügedən əraziyə naturada baxış keçirməklə, torpağın mülkiyyətə verilməsinə dair xxx (kod: ********) saylı şəhadətnamə ilə xxx k ənd sakini, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,10 hektar həyətyanı torpaq sahəsinin sərhədlərini müəyyənləşdirmək üçün onun faktiki istifadəsində olan və tələb etdiyi torpaq sahəsinin koordinatları vurulmuşdur. İddiaçı məxsus həyətyanı torpaq sahəsi bütövlükdə mövcud deyildir. Həmin həyətyanı torpaq sahəsinin cənub-şərq hissəsindən olmaqla, en ölçüləri şimaldan 3,65 m, cənubdan 3,46 m, uzunluq ölçüləri şərqdən 12,99 m və qərbdən 12,36 m ölçüdə 0,0045 hektar hissəsinin ətrafı Cavabdeh tərəfindən dəmir dirək və metal torla çəpərlənərək zəbt edilmişdir. Həmin həyətyanı torpaq sahəsinin şərq tərəfdən qonşuluğundan 0,10 hektar bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsi vardır və hal- hazırda bütövlükdə Cavabdeh tərəfindən istifadə olunur. Həmin həyətyanı torpaq sahəsinin ş imal tərəfdən qonşuluğunda isə 0,03 hektar bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsi vardır ki, o da hal-hazırda İddiaçı istifadəsindədir. Cavabdeh zəbt etdiyi 0,0045 hektarının ölçüləri və sərhədlərini əks etdirən sxem rəyə əlavə olunur.

40. Bundan başqa qeyd edilən rəylərdən görünür ki, həm 15.01.2020-ci il tarixli, həm də 29.04.2019-cu il tarixli mütəxəssis rəyi eyni şəxslər tərəfindən verilmişdir. Bu halın göstərilməsi həmçinin ona görə əhəmiyyət kəsb edir ki, iddianın rədd edilməsinə əsas olan 05.02.2020-ci il tarixli ekspert rəyi 15.01.2020-ci il tarixli mütəxəssis rəyinin əsasında verilmişdir.

41. Həmçinin 29.04.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssislər iddiaçının torpaq sahəsinin naturada koordinatlarını yoxlamışlar və bu zaman iddiaçının mülkiyyətində ol an torpaq sahəsinin naturada koordinatlar üzrə yerində olmaması müəyyən edilməmiş, eyni zamanda həmin sahənin bir hissəsinin cavabdeh tərəfindən zəbt edildiyi müəyyən edilmişdir.

42. Belə olan halda apelyasiya instansiya məhkəməsi eyni şəxslər tərəfindən birbirinə zidd olan iki müxtəlif rəylərin verilməsinin əsaslarını araşdırmalı olduğu halda, bu hala hüquqi qiymət verməmişdir.

43. Bundan başqa apelyasiya instansiyası məhkəməsi ekspert rəyinə istinad etməklə iddiaçının mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin koordinatlarının naturada üst-üstə düşmədiyi nəticəsinə gələrək iddianı rədd edərkən nəzərə almamışdır ki, iddiaçı 0.10 ha torpaq sahəsinin deyil, həmin sahənin 0.014 Ha hissəsinin zəbt edildiyini göstərməklə cavabdehin həmin sahədən çıxarılmasını tələb edir. Belə olan vəziyyətdə isə işə baxan məhkəmənin araşdırma predmeti məhz iddiaçının göstərdiyi 0.014 ha torpaq sahəsinin koordinatlar üzrə naturada sonuncunun mülkiyyətində olub-olmamasını müəyyən etməkdən ibarət olmalı idi.

44. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

45. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

46. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-608/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar