Məhkəmə qərarları › İş №2(102)-4566/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4566/2019

09.07.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4566/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 aprel 2019-cu il tar ixli qərardadından ərizəçilər Ərizəçi2 və Ərizəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Nuriyev) Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsi, döngə 21D saylı evə dair artıq 172,5 kv.m torpaq sahəsi və 84,71 kv.m sahədə inşa edilmiş evin X1nun və X2nun istifadəsində olması faktı müəyyən edilməsi təmin edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Bakı Apellya siya Məhkəməsinin MK-nın 03 aprel 2019-ci il tarixli qərardadı ilə (sədrlik edən Z.Əliyev, hakimlər F.Talışinski və R.Eyvazov) Nizami rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 aprel 2019-cu il tarixli qərardadının ilə ləğv edilməsini və iş üzrə yeni qə rar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Ərizəçilər X1 və X2 hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsi ilə ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsi, döngə 21D saylı evə dair artıq 172,5 kv.m torpaq sahəsi və 84,71 kv.m sahədə inşa edilmiş evin X1nun və X2nun istifadəsində olması faktı müəyyən edilməsi təmin edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Maraq lı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli, 16.07.2018-ci il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonunun, Keşlə qəsəbəsində Nizami Abdullayev küçəsi 21 D saylı ev və 0,05035 ha torpaq sahəsi üzərində Rahim Ələkbərovun və Əri zəçi1 V2 payla mülkiyyət hüquqları qeydə alınmışdır. Ərizəçilər həmin reyestrdə qeydə alınmamış 172,5 kv.m. torpaq sahəsinin və onun 84,71 kv.m.-də inşa edilmiş evin 1965-ci ildən onların sahibliyində və istifadəsində olduğunu bildirərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən sahənin və evin sənədləşdirilməsini xahiş etmişlər. Həmin idarəsi tərəfindən Ərizəçi2 ünvanlanmış 17 avqust 2018-ci il tarixli məktubdan görünür ki, təqdim edilmiş ərizədə qeyd edilən 172,5 kv.m torpaq sahəsi və 84,71 kv.m tikintialtı sahəsi arxiv texniki pasportunda göstərilmədiyi və 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyətinə verilmiş 503,5 kv.m torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. «Daşınmaz əmlakın dövl ət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ərizəçilər müəyyən etdikləri faktın, yəni ünvan 1 ünvandakı 172,5 kv.m. əlavə sahə və onun 84,71 kv.m də inşa edilmiş ev üzərində sahiblik, istifadə və sərəncam vermək faktının onlara nə üçün lazım olmasını, konkret hansı mənafelərini təmin edəcəyini ərizədə əsaslandırmamışlar. Belə ki, ərizəçilər, torpaq sahəsinin və evin 1965-ci ildən sahiblik və istifadələrində olması səbəbdən onlara əmlak hüquqlarının yarandığını bildirsələr də, sözügedən fakt təsdiqi ilə konkret hansı hüquqi məsələni həll etmək istədiklərini (məsələn, əldəetmə müddəti ilə mülkiyyət hüququnun qeydə alınması və s.) göstərməmişlər. Halbuk i, Mülki-Prosessual Məcəllənin 310.1 -ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ərizəçilər sözügedən torpaq sahəsinə və evə dair tələblərinin konkret faktiki və hüquqi əsaslarını göstərməklə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə müraciət edə, ərizənin təmin olunmasından əsassız şəkildə imtina edildikdə isə inzibati orqanın hərəkətlərindən müvafiq inzibati-iqtisadi məhkəməsinə iddia qaldıra bilərlər. Qeyd edilənlər ona dəlalət edir ki, hazırkı məqamda ərizəyə mülki məhkəmə icraatı qayd asında baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 aprel 2019-cu il tarixli qərardadı dəyişdiril mədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar