Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-457/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(103)4416/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsi nin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Cavabdeh və İddiaçı 29 iyun 2004-cü il tarixdə nikaha daxil olmuş, nikahları Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur.
2. Bakı şəhəri, Səbail rayonu, 2-ci Mirzə Mənsur döngəsi, 11 saylı evin paylı mülkiyyət üzrə 2/6 hissədən qalan hissə X1 mülkiyyətində olmuş və o, 28 oktyabr 2021-ci il tarixdə həmin daşınmaz əmlakı oğlu Cavabdeh bağışlamışdır.
3. İddiaçı 12 noyabr 2007-ci il tarixdən mübahisələndirilən həmin yaşayış sahəsində qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının və övladı X2 istifadə hüquqları tanına raq, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, tərəflərin münasibətləri pozulduğundan, iddiaçı qızı ilə boş, əşyasız evdə kirayədə qalır. Cavabdeh onları yaşadıqları evə buraxmır. İddiaçı müəllimədir, qızı X3 tələbədir. İddiaçı 12 noyabr 2007-ci il tarixdən cavabdehə məxsus ünvan 1 ünvandakı mənzildə qeydiyyatdadır və 15 il, yəni 2022-ci ilin may ayına qədər qeyd olunan mənzildə yaşamışlar. Cavabdehlə birgə yaşadığı müddətdə mənzili ümumi vəsait ilə təmir etmişlər.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(009)626/2023 nömrəli qətnaməsi ilə (hakim Ş.Ə.Süleymanova) iddia tələbi təmin edilərək, İddiaçı və övladı X2 ünvan 1 ünvanında yerləşən mənzildən 2/6 hissədən qalan hi ssədən (********** qeydiyyat nömrəsi) istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələri qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 29 iyun 2004-cü il tarixdə ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçüb yaşamış, 12 noyabr 2007-ci il tarixdən isə qeydiyyatda olmuşdur. Odur ki, iddiaçının istifadə hüququnun olmasının müəyyən edilməsi üçün 2004-cü il əsas götürülməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçının həmin yaşayış sahəsindən istifadə hüququ yaranmışdır.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının istifadə hüququ yarandığından, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməlidir.
9. Belə ki, iddiaçı cavabdeh ilə 29 iyun 2004-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə mübahisəli evə gəlin köçüb orada yaşamağa başlamışd ır. Bu faktı iddiaçı və cavabdeh özləri də, təsdiq edərək nikahın pozulmasınadək yaşamasını göstərmişlər.
10. İddiaçı qayınatasının adına qeydiyyatdan keçməmiş evdə yaşamış, birlikdə təsərrüfatı idarə etmiş və əmlakın idarə olunmasında iştirak etmişdir. Tərəflər arasında münasibətlər 01 oktyabr 2009-cu ilə kimi yarandığına və həmin vaxt tərəflərin yaşadığı ev dövlət qeydiyyatından keçmədiyinə görə tərəflər arasında Mülki Məcəllənin 228-ci maddəsinin tələbinə əsasən yaşayış evinin tərkib hissəsindən istifadə hüququna dair tərəflər arasında notariat qaydada təsdiq edilmiş razılığı alınmamışdır.
11. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının yetkinlik yaşına çatmayan uşağının mübahisəli mənzilə istifadə hüququ yaranmış və hazırda 03 sentyabr 2005-ci il təvəllüdlü X3 anası İddiaçı faktiki olaraq himayəsində olmaqla onunla birlikdə yaşayır və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qətnaməsi ilə 27 sentyabr 2013-cü il təvəllüdlü X4 və 03 sentyabr 2005-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir.
12. Məhkəmə, 03 sentyabr 2005-ci il təvəllüdlü X3 anası İddiaçı himayəsində olmasını, hazırki qətnamə ilə iddiaçının mübahisəli mənzilə köçürülməsi tələbinə dair iddiasının əsaslı olması nəticəsinə gəlindiyini nəzərə alaraq, iddiaçının bununla bağlı dəlillərini də əsaslı hesab etmişdir.
13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 27.1, 27.2, 139.1, 178.1-ci, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54-cü, Mülki Prosessual Məcəllənin 13.4, 14.2, 76.1, 7 6.2, 77.1, 217.2, 217.3, 217.4cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(009)-626/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(103)-4416/2023 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Eyvazovun sədrliyi və məruzəsi ilə, hakimlər G.T.Axundovadan və F.F.Babayevdən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(009)-626/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddianın qismən təmin olunm ası, İddiaçı övladı X3 ilə birlikdə istifadə hüquqları 1 (bir) il müddətinə müvəqqəti saxlanılmaqla, ünvan 1 ünvanında yerləşən, cavabdehin mülkiyyətində olan yaşayış sahəsinə köçürülməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 2004-cü ildə digər şəxsin (cavabdehin atasının) mülkiyyətində olan yaşayış sahəsinə köçmüş, bu səbəbdən də istifadə hüququ ilə bağlı məsələ həmin vaxtı qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından yoxlanılmalıdır. İşin faktiki halları nəzərə alınmaqla, iddiaçının mübahisəli yaşayış sahəsinə köçən zamanı, oradan qanuni istifadə hüquqları yaranmamışdır. Çünki, iddiaçı ilə mülkiyyətçi arasında notariat qaydasında t əsdiqlənən müvafiq yazılı razılaşma bağlanmamışdır.
17. Apellyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının mübahisəli ünvana pasport qeydiyyatına düşməsi faktı özü-özlüyündə tərəfin həmin mənzildə istifadə hüququnun olmasını ehtiva etmir.
18. Göründüyü kimi, birinci instansiya məhkəməsinin, iddiaçının mübahisəli yaşayış sahəsinə köçən zamanı oradan istifadə hüquqlarının yaranması barədə mövqeyi əsassız olmaqla, işin halları və tədqiq olunmuş sübutlarla uzlaşmır.
19. Lakin, mübahisəli yaşayış sahəsi 2021-ci il tarixdə cavabdehə bağışlandıqdan və sonuncunun mülkiyyət hüquqları dövlət qeydiyyatına alındıqdan sonra, həmin vaxtı qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından iddiaçının həmin yaşayış sahəsindən istifadə etmək hüquqları yaranmışdır.
20. Məhkəmə göstərmişdir ki, iddiaçı Mülki Məcəllənin 30.1-ci maddəsinin 1-ci cümləsinin dispozitiv şərtləri çərçivəsində cavabdehin ailə üzvü hesab edilmiş, bu səbəbdən də mübahisəli yaşayış sahəsindən onun cavabdehin mülkiyyətinə keçdiyi andan qanuni istifadə etmək hüquqları olmuşdur. Lakin, tərəflər arasında nikah 2023-cü il tarixdə məhkəmə qətnaməsi ilə pozulduğundan və tərəflərin ailə münasibətlərinə faktiki xitam verilmiş, bu səbəbdən də iddiaçının həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
21. Tərəflərin izahatlarına əsasən məhkəmə müəyyən etmişdir ki, iddiaçı özünün mənzil ehtiyaclarının qarşılanması üçün heç bir başqa imkan və vəsaitə malik olmamaqla (hazırda kirayədə qalır) mənzil ehtiyacının qarşılaya bilmir (bunun əksini sübut edəcək faktlar məhkəməyə təqdim olunmamışdır).
22. Bu səbəbdən də, apellyasiya məhkəməsi Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri baxımından iddiaçının mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvü kimi onun bu ehtiyaclarının ödənilməsi məqsədilə, mülkiyyətçinin (cavabdehin) hüquqlarını məhdudlaşdırmaqla, iddiaçının 1 (bir) il müddətinə mənzildən istifadə hüququnun tanınmasını məqsədə müvafiq hesab etmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, bu hal (yaşayış sahəsindən müvəqqəti istifadə hüququnun saxlanılması) iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz, çünki qanunverici belə bir səlahiyyəti məhkəməyə tanımışdır. Bu səbəbdən də, tələbdə olub-olmamasından asılı olmayaraq qanunvericiliyin qeyd edilən normasının dispozitiv şərtləri daima yoxlanılmalıdır.
24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152.1, 228-ci, Mənzil Məcəlləsinin 29.1, 30.1, 30.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarı, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı” Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair 22 yanvar 2015-ci il tarixli qərardadı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki k ollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(103)-4416/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 152.1, 152.3, 158.1.2, 228.2-ci, Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələbləri pozulmuşdur.
27. Belə ki, iddiaçı, Heybət Əsədullayevə məxsus və cavabdehin də yaşadığı mübahisəli mənzilə gəlin köçmüş və Heybət Əsədullayevin razılığı ilə həmin mənzilə qeydiyyata düşmüşdür. Heybət Əsədullayev iddiaçını qeydiyyata salmaqla ona mənzildən faydalanmaq imkanı vermişdir. İddiaçının əvvəlki mülkiyyətçinin razılığı ilə mübahisəli evə gəlin köçdüyü andan h əmin evdən artıq istifadə hüquq yaranmışdır. İddiaçının mənzilin tərkib hissəsindən istifadə hüququ Heybət Əsədullayev tərəfindən notariat qaydasında təsdiqlənən yazılı razılaşma əsasında olmuşdur.
28. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
29. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
30. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını y oxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə iddianın təmin olunmayan hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
32. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Resp ublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
33. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sa həsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçis inin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında göstərmişdir ki,... Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sa həsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq v ə yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə ya lnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərə findən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına hüquqi qiymət verilmiş və məhkəmə gəlinən nəticə ilə tam razılaşır.
39. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında izah etmişdir ki, Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
40. İddiaçı kassasiya şikayətində mübahisəli yaşayış sahəsinə 2004-cü il tarixdə köçdüyünü və qayınatası X1 razılığı ilə həmin mənzildə qeydiyyata alındığı qeyd etsə də, Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən iddiaçı ilə qayınatası arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi və həyata keçirilməsi şərtlərinə dair notarial qaydada təsdiq olunmuş razılaşma, habelə bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sübut işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim edilməmişdir.
41. Bu səbəbdən, iddiaçının mübahisəli yaşayış sahəsinə köçürülən zaman oradan istifadə hüququnun yaranmamasına dair apellyasiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
42. Məhkəmə kollegiyası həmçinin razılaşır ki, mənzil 28 oktyabr 2021-ci il tarixdə iddiaçının həyat yoldaşının mülkiyyətinə köçdüyü üçün, qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən həmin tarixdən sonra onun yaşayış sahəsindən istifadə hüququ yaranmışdır. Lakin, tərəflərin nikahları pozulduğund an, iddiaçının bu hüququ Məcəllənin 30.4-cü maddəsinin birinci cümləsinə görə saxlanılmır.
43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(103)-4416/2023 nömrəli qətnaməsi iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.