Məhkəmə qərarları › İş №2(102)-4570/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4570/2021

31.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4570/2021 31.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4570/21 (Açar sözlər: prosessual müddətin ötürülməsi əsası ilə kasasiya şikayətinin geri qaytarılması) Bakı şəhəri, 31 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3367/2020 nömrəli iş üzrə 29 mart 2021-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə 31 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə və yardımçı sahələrdən istifadə hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 28 iyul 2020ci il tarixli, 2(042)-608/2020 saylı qətnaməsi ilə (hakim Marif Kazımov) iddia tələbi qismən təmin edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakiml ər – Şamil Rzaquliyev - sədrlik edən və məruzəçi, Loğman Süleymanov, Afiq Hüseynzadə) 2(004)-3367/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər tərəfindən birgə verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Gədəbəy Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(042)-608/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdehlər qətnamədən birgə kasasiya şikayəti və ötürülmüş müddətin bərpası barədə ərizə vermiş, Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şamil Rzaquliyev sədrlik edən və məruzəçi, Loğman Süleymanov, Afiq Hüseynzadə) 2(004)-3367/2020 saylı, 29 mart 2021-ci il tarixli qərardadı ilə Gəncə Apelyasiya Məhkəməsinin 2(004)-3367/2020 saylı, 21 oktyabr 2020-ci tarixli qətnaməsindən kasasiya şikayəti verilməsi üçün ötür ülmüş prosessual müddətin bərpası barədə cavabdehlərin ərizəsinin (vəsatətinin) təmin edilməməsi, kasasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası kasasiya şikayətini geri qaytarması barədə gəldiyi nəticəni onunla əsaslandırımışdır ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 2(104)-3367/2020 saylı qətnaməsindən kasasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair ərizə ilə müraciət etmiş olsa da, lakin kasasiya şikayətinə prosessual müddətin üzürlü səbəbdən ötürülməsini təsdiq edən sənəd əlavə etməmiş, nə də ki bu kimi sübutu məhkəmə iclasında təqdim etməmişdir. Belə ki, işdən göründüyü kimi cavabdehlər Gəncə Apelyasiya Məhkəməsinin qeyd olunan qətnaməsini 23.12.2020-ci il tarixdə aldığı halda həmin qətnamədən kassasiya şikayətini 12.03.2021-ci il tarixdə, yəni qətnaməni aldıqları gündən 2 (iki) ay 20 gün sonra vermiş, şikayəti verməni sərtləşdirilmiş karantin rejimi ilə əlaqələndirsələr də, kollegiya həmin dəlili əsassız sayır. Çünki Nazirlər Kabinetinin müvafiq qərarı ilə məhdudiyyətin tətbiq edildiyi Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) 18.01.2021-ci il tarixdən saat 00:00-dan sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması qərara alınmış, “SMS” icazə sistemindən istifadə ləğv edilmişdir. Göründüyü kimi Gəncə Apelyasiya Məhkəməsinin yer ləşdiyi Gəncə şəhərində sərtləşdirilmiş xüsusi karantin rejimi 18.01.2021-ci il tarixdə saat 00:00- dan yumşaldıbmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli, 2( 104)-3367/2020 saylı qətnaməsindən kasasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair ərizəsi təmin edilməməli və kasasiya şikayəti isə geri qaytarılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (vəkilləri Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək qərardada yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsi nə qaytarılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, karantin rejimi ilə əlaqədar kasasiya şikayəti vəkillə təmin oluna bilmədikləri üçün verilə bilinməmişdir. Gədəby rayonunda vəkil olmadığından sonradan evdən çıxaraq Gəncə şəhərinə gəlib vəkillə əlaqə saxlayaraq kasasiya şikayəti hazırlanmış və poçt vasitəsi ilə məhkəməyə göndərilmişdir. Məhkəmə qərardadı prosessual pozuntular ilə qəbul edildiyindən ləğv edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və vəkilləri Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, maddi vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, apelyasiya məhkəməsinin qəbul etdiyi qərardadın dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

402. Apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti ha qqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Maddə 405.0.1. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kasasiya şikayəti verilə bilər. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası mə hkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qərardad iş üzrə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları t ədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehlər kasasiya şikayətində prosessual müddətinin ötürülməsinin üzrlü səbəbi karantin rejiminin mövcudluğunu, daha sonra Gədəbəy rayonunda vəkil olmadığı üçün Gəncə şəhərinə gəlib vəkillə əlaqə saxlayaraq kasasiya şikayəti hazırlayıb məhkəməyə poçt vasitəsi ilə müraciət etdiklərini göstərsələr də, apelyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə məhdudiyyətin tətbiq edildiyi Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhə rlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) 18.01.2021-ci il tarixdən saat 00:00-dan sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması qərara alınmış, “SMS” icazə sistemindən istifadə ləğv edilmişdir. Kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, cavabdehlər karantin rejimi üzrə yumşalmaların tətbiq edildiyi zamandan iki aysa yaxın müddət sonra kasasiya şikayəti ilə məhkəməyə müraciət etmişlər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayətində göstərdikləri hallar ötürülmüş prosessual müddətin bərpası üçün üzrlü hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3367/2020 nömrəli iş üzrə 29 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar