Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4572/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, müstəqil tələb irəli sürməyən 3-cü şəxsin vəkili Tanrıverdi Azər Rafiq oğlunun və Cavabdeh6 oğlunun vəkili X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.03.2019-cu il tarixli, 2(103)4877/2019 nömrəli qərardadından müstəqil tələb irəli sürməyən 3-cü şəxs 3nun kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31.10.2013-cü il tarixli 2(006)-15/2013 saylı qətnaməsi ilə ilkin iddia tələbi üzrə birgə iddiaçılar İddiaçı1 oğlıınun və İddiaçı2 MTK-nın ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4 və Cavabdeh11 qarşı «xxxx» Mənzil Tikinti Kooperativinin yaradılması barədə təsisçilərinin 27 sentyabr 2005-ci il tarixli təsis müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında İddiaçı2 MTK ilə X6 arasında bağlanmış 08.10.2005-ci il tarixli Bakı şəhəri X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin 2-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 148 kv.m olan 3 otaqlı 106 saylı mənzilinə dair müqavilənin, İddiaçı2 MTK ilə X6 arasında bağlanmış, 27.04.2006- ci il tarixli Bakı şəhəri X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci blokunu n 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,41 kv.m olan 3 otaqlı 38 saylı mənzilinə dair müqavilənin, İddiaçı2 MTK ilə Cavabdeh11 arasında bağlanmış 14.02.2006-cı il tarixli Bakı şəhəri X.Şuşinski küçəsində yerləşən 20 mərtəbəli yaşayış evinin 2-ci blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 183,65 kv.m olan 3 otaqlı 147 saylı mənzilinə dair müqavilənin, İddiaçı2 MTK ilə Cavabdeh11 arasında bağlanmış 14.02.2007-ci il tarixli Bakı şəhəri X.Şuşinski küçəsində yerləşən 20 mərtəbəli yaşayış evinin 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 160 kv.m olan 3 otaqlı 35 saylı mənzilinə dair müqavələnin etibarsız hesab edilməsinə dair ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh11 cavabdeh İddiaçı2xxxx«xxxx» MTK ilə Cavabdeh11 arasında bağlanmış 14. 02.2006-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 20 mərtəbəli yaşayış evinin 2-ci blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 183.65 kv.m olan 3 otaqlı 147 saylı mənzili və İddiaçı2 MTK ilə Cavabdeh11 arasında bağlanmış 14.02.2007-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 20 mərtəbəli yaşayış evinin 1- ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 160 kv.m olan 3 otaqlı 30 saylı mənzilin Cavabdeh11 qızma təhvil verilməsi, Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 20 mərtəbəli yaşayış evinin 2-ci blokunun 18-ci mərtəbəsində yerləşən ümumi sahəsi 183.65 kv.m olan 3 otaqlı 147 saylı və Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 20 mərtəbəli yaşayış evinin 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 160 kv.m olan 3 otaqlı 30 saylı mənzillərindən istifadə edilməsinə dair meələrin aradan qaldırılmasının İddiaçı2xxxx«xxxx» MTK ilə X6 arasında bağlanmış 27.04.2006cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərtəbəli yaşayış evinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumysahəsi 152.41 kv.m olan 3 otaqlı 38 saylı mənzilin X4 təhvil verilməsi, Bakı şəhəri, X.Şuşinski küçəsində yerləşən 16 mərətbəli yaşayış evinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152.41 kv.m olan 3 otaqlı 38 saylı mənzildən istifadə edilməsinə dair maneələrin aradan qaldırılmasının İddiaçı2 MTK-ya tapşırılması, qarşılıqlı iddia tələbinin yerdə qalan hissədə əsassız olduğuna görə rədd edilməsi qət edilmişdir.(hakim E.Z.Hümbətov). Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegi yasının 12 mart 2014-cü il tarixli 2(103)-1389/2014 saylı qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 MTK-nın apellyasiya şikayətləri təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2013-cü il tarixli 2(006)-15/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 avqust 2014-cü il tarixli qərarı ilə İddiaçı1 və İddiaçı2 MTK-nın kassasiya şikayətləri təmin edilməmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2014-cü il tarixli 2(103)-1389/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs X2 tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2013-cü il tarixli 2(006)-15/2013 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər T.S.Səmədov, İ.S.Şirinov, E.C.Kazımov) 28.03.2019-cu il tarixli 2(103)-4877/2019 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2013-cü il tarixli qətnaməsindən maraqlı şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs 3 və və onun vəkili Tanrıverdi Azər Rafiq oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.03.2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Müstəqil tələb irəli sürməyən 3-cü şəxs 3 və və onun vəkili Tanrıverdi Azər Rafiq oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.03.2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək, onun ləğv edilərək apellyasiya şikayətinin ape lıyaisya qaydasında baxılmasının mümkün hesab edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinə baxılmasının mümkünsüzlüyünün səbəbi olaraq iş üzrə qabubi qüvvəyə minmiş Bakı Apellyaisya Məhkəməsinin 12.03.2014-cü il tarixli qətnaməsinin və Ali Məhkəmənin 2008.2014-cü il tarixli qərarının olmasını göstərmişdir. Halbuki apellyasiya şikayətində də qeyd edildiyi kimi həmin məhkəmə qərarları ilə digər şəxsə (Cavabdeh11) verilməsi qət edilmiş mənzil Quliyeva qızından daha əvvəl, yəni 02.01.2007-ci il tarixində (Cavabdeh11 ilə müqavilə 14.02.2007-ci il tarixində bağlanmışdır) MTK tərəfindən N.Müşfıqin mülkiyyətinə verilmişdir. N.Müşfiq mənzilin dəyərini tam ödəmiş və buna dair MTK tərəfindən ona kassa mədaxil orderi təqdim edilmişdir. Lakin buna baxmayaraq, sonradan MTK tərəfindən eyni mənzilin Q.Rənaya satılmış, yəni N.Müşfıqin mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Apellyasiya məhkəməsi tərəfindən onun apellyasiya şikayətinə baxılmasının mümkünsüz hesab edilməsi N.Müşfıqin pozulmuş hüquqlarının məhkəmədə müdafiəsindən məhrum edilməsi deməkdir. PROSESSUAL MƏSƏLƏLƏR: Müstəqil tələb irəli sürməyən 3-cü şəxsin vəkili Tanrıverdi Azər Rafiq oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.03.2019-cu il tarixli qərardadının ləğv edilərək apellyaisya şikayətinin apelıyaisya qaydasında baxılmasının mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh6 oğlunun vəkili X7 m əsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında digər tərəflərin nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında digər tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 28.03.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 oktyabr 2013-cü il tarixli qətnaməsindən maraqlı şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab etməklə haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən göründüyü kimi, işə cəlb edilməyən şəxsin prosessual fəaliyyəti onun iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət edir. Bu isə belə şəxsin pozulmuş hüquqlarının bərpasına yönələn səmərəli məhkəmə müdafiəsini təmin edən müvafiq prosessual təminatları tələb edir. Belə prosessual təminat Mülki Prosessual Məcəllənin 387.2.4 və 418.4.6-cı maddələrində müəyyən edilmişdir. Laki n qeyd olunmalıdır ki, işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə xələl gətirilməməlidir. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər qanunvericiliyin tələblərinə əməl etməklə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququna malikdirlər. Qanunverici bir-birini təkzib edən nəticələri olan məhkəmə aktlarının mövcud olmamasını təmin etmək məqsədi ilə qanuni qüvvəyə minmiş qətnamələrə yuxarı instansiya məhkəmələri tərəfindən yenidən baxılması imkanını nəzərdə tutur. Qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2014-cü il tarixli 2(103)-1389/2014 saylı qətnaməsi və Azərbaycan Respub likası Ali Məhkəməsinin 20 avqust 2014-cü il tarixli qərarı mövcuddur. X1 izah olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə təqdimat verilməsi üçün işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxs kimi əlavə kassasiya qaydasında yenidən baxılması üçün müraciət etmək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı prosessual hüquq normaları ilə əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 8 iyun 2017-ci il tarixli qərarına əsasən Məhkəmə aktlarından apel lyasiya şikayəti verilməsi qanuni qüvvəyə minməmiş məhkəmə aktlarına yenidən baxılmasına imkan yaradır və birinci instansiya məhkəmələrində qəbul edilmiş qətnamə və qərardadların qanuniliyini və əsaslılığını yoxlamaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsinin aktlarına apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən baxılması işdə iştirak edən şəxslərin hüquqlarının və qanuni mənafelərinin təsdiq edilməsinin mühüm təminatı olmaqla, artıq qəbul edilmiş, lakin qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının mümkün qədər tez yoxlanılması üsuludur. Mülki Prosessual Məcəllənin 357-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Bu hüquqa işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Konstitusiya Məhkəməsinin Plenumu K.Maraevin şikayəti üzrə 29 iyul 2016-cı il tarixli Qərarında işdə iştirak etməyə cəlb olunmamış və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin hüquqi statusuna aydınlıq gətirmiş, onların pozulmuş hüquq və azadlıqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməsinin vacibliyini vurğulamışdır. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə qərarlarının stabilliyi prinsipinə riayət edilməsinə xüsusi önəm verərək, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28- ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli Qərarında göstərmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması institutu bir tərəfdən məhkəmə qərarlarının icrasının məcburiliyini tanıyan, digər tərəfdən isə yeni açılmış hallar və ya əvvəlki məhkəmə baxışında işin düzgün həll edilməməsinə təsir göstərmiş əhəmiyyətli maddi və prosessual hüquq pozuntuları olduqda, onların aradan qaldırılması zəruriliyini qəbul edən beynəlxalq hüquq normalarına da uyğundur. İnsan Hüquqları üzrə Avropa Məhkə məsinin (bundan sonra – Avropa Məhkəməsi) presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü əks olunmuşdur (Xotulyeva Rusiya Federasiyasına qarşı iş üzrə 30 iyul 2009-cu il tarixli, Kondraşov və digərləri Rusiya Federa siyasına qarşı iş üzrə 8 yanvar 2009-cu il tarixli Qərarlar). Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə belə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012- ci il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-nin 423-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının və İnzibati-iqtisadi kollegiyasının qərarlarından Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən təqdimat vermək hüququna malikdir. Şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadı qanuni və əsaslı olmaqla iş üzrə düzgün hüquqi nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri məhkəmə qərardadının ləğv olunmasına əsas vermir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsini n qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Müstəqil tələb irəli sürməyən 3-cü şəxs 3nun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.03.2019-cu il tarixli, 2(103)-4877/2019 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4572/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4572/2019
03.07.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver