Məhkəmə qərarları › İş №2(102)-4572/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4572/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4572/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair QƏRARİ Açar sözlər: qızıl-zinət əşyaları tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili X1, Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3643/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş k assasiya şikayətinə dair işə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh1 16.12.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların nikahından 1 övladları - 05 yanvar 2012-ci il təvəllüdlü xxx doğulmuşdur. Cavabdeh2 iddiaçının qayınanasıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 və Cavabdeh2 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən qızıl əşyalarının naturada, naturada mövcud olmadıqda isə dəyərinin, eləcə də, 8.000 ABŞ dollarının və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunl a əsaslandırmışdır ki, toy günü cavabdehlərin yaşadığı Şəmkir rayonu, Yeni-Həyat kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əşyaları da həmin evə yığılmışdır. Evləndikləri ilk vaxtlar ailə münasibətləri normal olmuş, lakin sonradan münasibətləri pisləşmişdir. Nəticədə cavabdehlər onu evdən qovmuşlar. Evdən çıxarkən cavabdehlər ona mane olaraq əmlakını götürməyə icazə verməmişlər. Belə ki, toy zamanı ona 1 ədəd dəyəri 5.000 manat olan, 30 qram çəkidə brilyant qaşlı, fantaziya formalı qızıl kolye, 1 ədəd dəyəri 2.500 manat olan, 17.5 qram çəkidə brilyant qaşlı, fantaziya formalı qızıl qolbağı, 1 dəst dəyəri 5.000 manat olan, 22 qram çəkidə brilyant qaşlı, iri badam formalı sırğa-üzük dəsti, 1 ədəd dəyəri 2.000 manat olan, 8 qram çəkidə brilyant qaşlı, gül formasında qızıl nişa n üzüyü, 1 ədəd dəyəri 200 manat olan sadə qaşlı qızıl üzük və 1 ədəd dəyəri 600 manat olan, 8 qram çəkidə Türkiyə istehsalı, hörük formasında qızıl sep hədiyyə edilmişdir. Lakin toydan sonra qayınanası qızılları ondan alaraq, özündə saxlamış, yalnız istifadə edəndə ona vermişdir. Həmçinin, əri də qızılların baha olmasını, bu səbəbdən anasında qalmasının daha doğru olmasını ona demişdir. Ayrıldıqdan sonra dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdehlər ona məxsus qızılzinət əşyalarını könüllü olaraq verməkdən imtina etmişlər. Həmçinin, evləndikdən bir müddət sonra əri işləmək üçün Rusiya Federasiyasına getmək istəmiş, bu səbəbdən onu məcbur etmişdir ki, atasından 4.000 ABŞ dolları pul alıb ona versin. Atasından 4.000 ABŞ dolları pul alaraq ərinə vermiş, sonuncu da Rusiya Federasiyasına ge tmişdir. Ərinin getməsindən bir neçə ay sonra o da ərinin yanına getmiş, bir müddət sonra Azər yenə onu məcbur etmişdir ki, atasından pul alsın, işləyib qısa müddətdə bütün borcunu qaytaracaqdır. Ərinin təkidi ilə atasından təkrar borc pul istəmiş, atası da Rusiya Federasiyasına onlara 4.000 ABŞ dolları pul göndərmişdir. Bir müddət orada yaşadıqdan sonra əri onu Azərbaycana qaytarmışdır. Həmin vaxtdan sonra atasından alıb ərinə verdiyi 8.000 ABŞ dolları pulu tələb etmiş, əri isə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən də ailəsində narazılıq yaranmış, münasibətləri daha da kəskinləşmişdir. Hazırda isə cavabdehlər ona məxsus qızıl əşyalarını və pulu qaytarmır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansi ya məhkəməsinin iclasında Cavabdeh2 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddia ərizəsində göstərilən qızıl əşyalarından toy zamanı 1 ədəd brilyant qaşlı, fantaziya formalı qızıl kolye, 1 ədəd brilyant qaşlı, fantaziya formalı qızıl qolbağı, 1 dəst brilyant qaşlı, iri badam formalı sırğa-üzük dəsti, 1 ədəd brilyant qaşlı, gül formasında qızıl nişan üzüyü iddiaçıya hədiyyə verilmişdir. Qızıllar həmişə iddiaçının özündə olmuşdur. Belə ki, iddiaçı əri ilə Rusiya Federasiyasında yaşamış, qızıllarından da istifadə etmişdir. Belə olan halda qızılların onlarda qalması mümkün deyildir. 1 ədəd dəyəri 200 manat olan sadə qaşlı qızıl üzük və 1 ədəd dəyəri 600 manat olan, 8 qram çəkidə Türkiyə istehsalı, hörük formasında qızıl sep isə ümumiyyətlə mövcud olmamışdır. Qızıl əşyalarının q iyməti və çəkisi şişirdilmiş şəkildə yazılmışdır. Həmçinin, iddiaçı və ya atası xxx pul verməmişdir. İddianın heç bir əsası yoxdur və iddiaçı onlara olan qərəzli münasibətin təsiri altında onlardan olmayan qızıl əşyası da tələb edir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi X3 irəli sürülmüş iddianı qəbul etməmiş və digər cavabdehlə eyni məzmunlu izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, 1 ədəd 30 qram çəkidə brilyant qaşlı, fantaziya formalı qızıl kolye dəyəri 4500-5500 dəyərində, 1 ədəd 17.5 qram çəkidə brilyant qaşlı, fantaziya formalı qızıl qolbağı 2.500-3000 dəyərində, 1 dəst 22 qram çəkidə brilyant qaşlı, iri badam formalı sırğa-üzük dəsti 5000-5500 manat dəyərində, 1 ədəd 8 qram çəkidə brilyant qaşlı, gül formasında qızıl nişan üzüyü 1500-2000 manat dəyərində, 1 ədəd qızıl üzük, sadə qaşlı 200 manat, 1 ədəd qızıl sep 500-600 manat dəyərində qiymətləndirilmişdir. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(076)1669/2020 nömrəli iş üzrə 17 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.İmanov) iddianın qismən təmin edilməsi, cavabdehlərdən 1 ədəd dəyəri 5.000 manat olan, 30 qram çəkidə brilyant qaşlı, fantaziya formalı qızıl kolye, 1 ədəd dəyəri 2.500 manat olan, 17.5 qram çəkidə brilyant qaşlı, fantaziya formalı qızıl qolbağı, 1 dəst dəyəri 5.000 manat olan, 22 qram çəkidə brilyant qaşlı, iri badam formalı sırğa-üzük dəsti və 1 ə dəd dəyəri 2.000 manat olan, 8 qram çəkidə brilyant qaşlı, gül formasında qızıl nişan üzüyünün naturada, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyaların dəyərinin alınıb iddiaçıya verilməsi, habelə cavabdehlərdən 30 manat dövlət rüsumunun alınıb, iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qızılzinət əşyalarına münasibətdə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən fotoşəkilləri və səs yazısını məhkəməyə təqdim etmiş, inandırıcı izahat vermiş, iddiaçının bildirdikləri işin həm faktiki, həm həqiqi hallarına daha uyğundur, cavabdeh tərəf isə əşyaların iddiaçının özündə olduğunu bildirsə də, öz etirazının əsası kimi heç bir sübut təqdim etməmişdir. Səs yazısı məh kəmə tərəfindən dinlənmiş və cavabdehlərin iddiaçıya məxsus qızılların onlarda olmasını və qaytaracaqlarını demələri müəyyən edilmişdir. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlmişdir ki, iddia qızıl-zinət əşyaları tələbi hissəsində qismən - cavabdehlərin mövcudluğunu etiraf etdiyi əşyalara münasibətdə təmin olunmalıdır. Belə ki, cavabdehlərin mövcud olduğunu etiraf etmədiyi iki əşya (sadə üzük və Türkiyə istehsalı olan sep) ilə bağlı iddiaçı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə əşyaların çəkisinin və qiymətinin düzgün göstərilməməsi ilə bağlı cavabdehlərin mövqeyi ilə razılaşmamış və təqdim olunmuş mütəxəssis rəyini mövcud bazar qiymətlərinə uyğun hesab etmişdir. 8000 ABŞ dolları pul tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən, iddiaçı ilə cav abdeh arasında birbaşa şifahi və ya yazılı formada borc müqaviləsi olmalı, iddiaçı tələb etdiyi pul məbləğini cavabdehə verməli, cavabdeh isə həmin pul məbləğini aldığı miqdarda iddiaçıya qaytarmağı öhdəsinə götürməlidir. Lakin hazırkı mübahisə üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 739.1-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcud deyil, tərəflər arasında borc müqaviləsi bağlanmamış, iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamış, yəni iddiaçı hazırki tələb üzrə iddia qaldırarkən subyektiv hüquqa malik olmamışdır. Odur ki, iddia həmin hissədə əsaslı sayıla bilməz. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 152.1-152.3, 157.1, 157.2, 225.2, 385, 386.1, 666.1, 668.1.3, 739.1, 740-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n (bundan sonra – MPM) 14.2, 77.1, 78.1, 88, 217.4, 218.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdehlər apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar tam aydınlaşdırılmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. İddiaçı iddia ərizəsində qızıl-zinət əşyalarının çəkisini və qiymətini şişirdirlmiş şəkildə göstərmişdir. Bir halda ki, iddia ərizəsində adları çəkilən qızıl-zinət əşyaları real olaraq yoxdur, iddiaçı və mütəxəssis həmin qı zıl-zinət əşyalarının çəkisini necə müəyyən edə bilər. Bu ona dəlalət edir ki, mütəxəssis iddiaçının diqtəsi ilə qızıl-zinət əşyalarına qiymət qoymuşdur. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-3643/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Bayramov (sədrlik edən və məruzəçi), R.Mamedov və Ə.Abdullayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın qismən təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən əşyalar iddiaçıya məxsusdur, həmin əmlak üzərində istifadə, sahiblik və sərəncam hüquqları iddiaçıya aiddir. Təqdim olunmuş sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, həmin əmlaklar cavabdehlər tərəfindən iddiaçının qanuni sahibliyindən alınmışdır. Odur ki, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə həll etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Qətnamədən cavabdehlər kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdehlər (Vəkil) kassasiya şikayətində apellya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olan kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, iddianın heç bir əsası yoxdur, məhkəmə mübahisəyə baxan zaman işin hallarına səthi yanaşmış, onları tam, hərtərəfli və obyektiv araşdırmamamışdır. Şikayətin əsası kimi MPM-in 77.1-ci maddəsinə istinad olunmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassator Cavabdeh1 nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinləni lmədi. İddiaçının vəkili kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kas sasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2). Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (maddə 225.2). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmas ı və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğu qeyd edilsə də, maddi və prosessual hüquq normalarının pozulmasının və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutara q, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3643/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar