Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4576/2021 30.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X cavabdeh X qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1317/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 30 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin bina sında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı X cavabdeh X qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X rəisi X 14.07.2020-ci il tarixli, 65 saylı əmrinin etibarsız hesab edilməsi, onun əvvəlki işinə, yəni X buldozerçi işinə bərpa olunması və işə bərpa olunduğu günədək məcburi iş buraxdığı günlər üçün ştat cədvəlinə uyğun əmək haqqının və digər gəlirlərinin hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İşin mübahisə edilməyən hallarından görünür ki, iddiaçı 19.01.2007-ci ildə X3 İdarəsinə fəhlə qəbul edilmiş, 01.11.2007-ci ildə buldozerçi peşəsi üzrə işə keçirilmişdir. 08.04.2014-cü ildə işdən azad edilmiş, 17.07.2014-cü il tarixdə yenidən X buldozerçi peşəsi üzrə işə qəbul edilmişdir.
3. X 30.01.2 020-cı il tarixli 06 saylı əmri ilə X2 SD-22 markalı buldozer təmirdə olduğu üçün 30.01.2020-ci il tarixdən buldozerçi peşəsindən müvəqqəti olaraq çilingər peşəsinə keçirilməsi, ona əmək haqqının işəmuzd ödənilməsi, 30.01.2020-ci il tarixdən 17.02.2020-ci il tarixə qədər əsaslı təmirdə olduğu müddətdə X5 əmək haqqı ödənilməyən məzuniyyət verilməsi əmr edilmişdir.
4. X4 İdarəsinin 28.02.2020-cı il tarixli 18 saylı əmri ilə X6 01.03.2020-ci il tarixdən çilingər peşəsindən ştatdan kənar traktorçu-buldozerçi peşəsinə keçirilmişdir.
5. X 31.03.2020-cı il tarixli xxx saylı əmri ilə X4 buldozerçisi cəmiyyətin ona verdiyi tapşırıqları yerinə yetirmədiyi və məsuliyyətsiz yanaşdığına, işdə davamiyyət qaydalarına riayət etməməsinə görə (heç bir əsas olmadan 01.03.2020-ci il tarixdən 30.03.2020-ci il tarixədək işdə iştirak etmədiyinə görə) Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək haqqı tutulması şərti ilə X intizam tənbehi - töhmət elan edilmişdir.
6. X 04.05.2020-cı il tarixli 39 saylı əmri ilə X4 buldozerçisi cəmiyyətin ona verdiyi tapşırıqları yerinə yetirmədiyi və məsuliyyətsiz yanaşdığına, işdə davamiyyət qaydalarına riayət etməməsinə görə (heç bir əsas olmadan 01.04.2020-ci il tarixdən 30.05.2020-ci il tarixədək işdə iştirak etmədiyinə görə) Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək haqqı tutulması şərti ilə X intizam tənbehi - sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir.
7. İş materiallarından görünür ki, 19.05.2020-ci ildə X bir gün müddətinə Bakı şəhərinə ezam olunmuşdur.
8. X 14.07.2020-cı il tar ixli 65 saylı əmri ilə X4 İdarəsinin buldozerçisi X uzun müddət üzürsüz səbəbdən işə çıxmadığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70cı maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir.
9. İddiaçı bildirir ki, 19.01.2007-ci il tarixdən X3 İdarəsinə fəhlə, 01.11.2007-ci il tarixdən isə buldozerçi işinə qəbul olunmuş, fəhlə işləyəndə aylıq əmək haqqı 150 manat, sonradan buldozerçi işləyəndə aylıq gəliri 700-800 manat olmuşdur. Onu həmin işə idarənin keçmiş rəisi X qəbul etmiş, X 2013-cü ildə işdən çıxmış və idarəyə rəis olaraq X gəlmişdir. X rəis olan kimi onun əmək haqqını kəsərək 200 manat etmiş, buna etiraz etsə də hər dəfə ona maaşının düzələcəyinə söz vermiş, lakin bir nəticəsi olmamışdır. O, günəmuzd işləmiş və X onun adına hər ay təxminən 1500 manat pul silərək mənimsəmişdi r. O, gördüyü işin zəhmət haqqını tələb etsə də cavabdeh imtina etmiş və 2020-ci ilin iyul ayının əvvəlində onu işdən azad etdiyini bildirmiş, əmrini tələb etdikdə 14 iyul 2020-ci il tarixli saxta bir əmri yazaraq onu işdən azad etmişdir. İşdən azad edilməsinə dair əmr qanunsuz və əsassızdır, ona görə də həmin əmr etibarsız hesab edilməli, o əvvəlki işinə bərpa olunmalıdır.
10. Cavabdehin nümayəndəsi bildirir ki, iddiaçı X işlətdiyi buldozer Bakı şəhərində təmirdə olduğundan iddiaçı 02.03.2020-ci il tarixdən 04.06.2020-ci il tarixədək işə çıxmamiş, nazirliklə razılaşmasından sonra iddiaçı başqa vəzifəyə keçirilmiş ancaq yenə də işə gəlməmişdir. Onun işə çıxması üçün dəfələrlə ona şifahi və yazılı xəbərdarlıqlar edilmiş, hətta qaynatasını oııun qapısına göndərmiş, lakin yenə də hərəkətlərin i davam etdirmiş, işə laqeyd yanaşaraq heç bir tapşırıqları yerinə yetirməmiş və heç bir məlumat vermədən işə çıxmamışdır. Ona görə də məcbur qalıb barəsində inzibati tənbeh tədbirləri görmüşlər. İddiaçının barəsində töhmət, şiddətli töhmət elan edilmiş, 14.07.2020-ci il tarixli əmrlə isə işdən azad olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. Göygöl Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2(066)-1068/2020 saylı qətnaməsi ilə (hakim Q.Abbasov) iddiaçı X cavabdeh X qarşı cavabdeh X rəisi X 14.07.2020-ci il tarixli, xxx saylı əmrinin etibarsız hesab edilməsi, onun əvvəlki işinə, yəni X buldozerçi işinə bərpa olunması və işə bərpa olunduğu günədək məcburi iş buraxdığı günlər üçün ştat cədvəlinə uyğun əmək haqqının və digər gəlirləri nin hesablanıb ona ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, X rəisi X1 tərəfindən verilmiş 14.07.2020-ci il tarixli xxx nömrəli əmrlə X vəzifəsinin öhdəsindən gəlmədiyi üçün və uzun müddət işə çıxmadığına görə tutduğu vəzifəsindən azad edilmişdir. X uzun müddət işə çıxmadığı şahid ifadələri ilə də təsdiq olunur.
13. Məhkəmə tərəfindən iddiaçı X cavabdeh X rəisi X 14.07.2020-ei il tarixli. xxx saylı əmrinin etibarsız hesab edilmaşj,- oııun əvvəlki işinə, yəni X buldozerçi işinə bərpa olunması və işə bərpa olunduğu günədək məcburi iş buraxdığı günlər üçün ştat cədvəlinə uyğun əmək haqqının və digər gəlirlərinin hesablanıb ona ödənilməsinə əsas verə bilən mötəbər sübutların tə qdim edilməsi təklif olunsa da iddiaçı bu barədə məhkəməyə əsaslı heç bir dəlil təqdim edə bilməmişdir
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70(ç), 71, 72, 83, 296, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.
16. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1317/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Rzaquliyev - sədrlik edən və məruzəçi, L.Süleymanov və A.Hüseynzadə) apelyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2(066)-1068/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. A pelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı uzun müddət üzrsüz səbəbdən işə çıxmamış, barəsində görülmüş intizam tənbehləri də müsbət nəticə verməmişdir. İddiaçı verdiyi apelyasiya şikayətində traktoru təmirdə olduğuna görə mütəmadi olaraq Bakı şəhərinə gedərək traktorunun təmiri ilə məşğul olduğunu göstərmiş olduğunu göstərmiş olsa da, məhkəməyə təqdim etdiyi ezamiyyət vərəqəsindən ona 19.05.2019-cu il tarixdə 01 (bir) gün müddətində Bakı şəhəri “Grand motors” təmir müəssisəsinə ezam olunduğu görünür.
18. Göründüyü kimi iddiaçının traktorun təmiri ilə məşğul olmaq məqsədi ilə mütəmadi olaraq Bakı şəhərinə getməsi ilə bağlı göstərdiyi dəlil həqiqətə uyğun deyildir.
19. Məhkəmə kollegiyası iddiaçının cavabdeh təşkilatın hazırkı rəisi təyin olu nan vaxtdan, yəni 2013-cü ildən onun əmək haqqısını tam ödəməməsi ilə bağlı göstərdiyi dəlil də işin hallarına uyğun deyildir. Çünki işdən göründüyü kimi iddiaçı 2014-cü ildə cavabdeh idarədən işdən çıxsa da, sonra yenidən həmin idarəyə işə qəbul olunmuşdur. Digər tərəfdən məhkəmə kollegiyasının iclasında təqdim olunmuş iddiaçının əmək haqqı cədvəlindən çıxarışdan görünür ki, ona hesablanmış orta aylıq əmək haqqı 230 manat civarında olmuşdur.
20. Göründüyü kimi iddiaçı X işdən ona görə çıxarılmışdır ki, o, müdiriyyət tərəfindən intizam tədbirləri görülməsinə baxmayaraq üzrsüz səbəbdən uzun müddət işə çıxmamış, beləliklə də əmək müqaviləsi ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.
21. Məhkəmə kollegiyası tərəfindən X4 İdarəsinin 2020-ci il üçün işçilərin işə davamiyyət jurnalına və 2020-ci il üçün əmrlər kitabına baxış keçirilərkən də iddiaçının davamlı olaraq uzun müddət işə çıxmaması və ona münasibətdə intizam tənbehi görülməsinə, eləcə də işdən azad edilməsinə dair verilmiş əmrlərin əmrlər kitabında əksini tapması müəyyən olundu.
22. Odur ki, məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin cavabdehin 14 iyul 2020-ci il tarixli saxta bir əmr yazaraq onu işdən azad etməsi kimi dəlilini, həmçinin ona ayda 1500 manatadək əmək haqqı yazsa da, zəhmət haqqının ona ödənilməməsinə dair dəlilini əsassız sayır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. İ ddaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işlədiyi müddət ərzində heç bir intizam tənbehi almamışdır, cavabdeh idarənin rəhbəri qərəzli olaraq onu işdən çıxarmaq üçün sonradan saxta əmrlər və davamiyyət kitabı yazaraq məhkəməyə təqdim etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
27. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
28. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkə məsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
31. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. (maddə 70 (ç))
32. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. (maddə 71.2)
33. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. (maddə 71.3)
34. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. (maddə 80.2)
35. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. (maddə 83.2)
36. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona “əmək müq aviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehini” verə bilər. (maddə 186.2 (ç))
37. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. (maddə 300.1) Mülki Prose ssual Məcəllə
38. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
39. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
40. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
41. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
42. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli old uğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
44. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.
46. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. (56)
47. İş materiallarından görünür ki, iddiaçı X X buldozerçi peşəsi üzrə işə qəbul edilmiş, onun işlətdiyi buldozerin təmirə ehtiyacı olduğu üçün 2019-cu ilin noyabr ayında Bakı şəhərinə təmirə göndərilmiş, həmin buldozer təmirdə olduğu müddətdə əvvəlcə ona 01.03.2020-ci il tarixdən 30.03.2020-ci il tarixədək işə gəlməmə əsası ilə 31.03.2020-cı il tarixli xxx saylı əmrlə töhmət elan edilmiş, daha sonra 01.04.2020-ci il tarixdən 30.05.2020-ci il tarixədək işə gəlməmə əsası ilə 04.05.2020-cı il tarixli xxx saylı əmrlə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir.
48. Həmçinin iş materiallarından görünür ki, ca vabdeh idarə tərəfindən iddiaçıya 31.05.2020-ci ildə 15.05.2020-ci il tarixindən heç bir məlumat vermədən işə gəlməməsi barədə xəbərdarlıq edilmişdir.
49. Bundan başqa iddiaçı uzun müddət üzürsüz səbəbdən işə çıxmaması əsası ilə 14.07.2020-cı il tarixli xxx saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir.
50. Bununla bağlı iddiaçının dəlili ondan ibarətdir ki, işlədiyi müddət ərzində heç bir intizam tənbehi almamışdır. Cavabdeh idarənin rəhbəri qərəzli olaraq onu işdən çıxarmaq üçün sonradan saxta əmrlər və davamiyyət kitabı yazaraq məhkəməyə təqdim etmişdir.
51. İddiaçı qeyd edilən dəlilini təsdiq edən hal kimi iş materiallarında olan 19.05.2020-ci il tarixli ezamiyyə vərəqəsinə istinad edərək bildirmişdir ki, həmin ezamiyyə vər əqəsi onun işə çıxdığını və cavabdeh idarə tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin formal xarakter daşıdığını təsdiq edir.
52. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən halın araşdırılması və həmin hala hüquqi qiymət verilməsi hazırkı mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi həmin halı araşdırmamış və həmin hala hüquqi qiymət verməmişdir.
53. Belə ki, 31.05.2020-ci il tarixli məktubdan görünür ki, X 15.05.2020-ci ildən 31.05.2020-ci ilə kimi işə çıxmaması və işə çıxamadığı təqdirdə barəsində tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
54. Halbuki, 19.05.2020-ci il tarixli ezamiyyə vərəqəsindən görünür ki, X 19.05.2020ci ildə X tərəfindən bir günlük Bakı şəhərinə ezam olunmuşdur.
55. Göründüyü kimi i şdə olmaması barədə xəbərdar edildiyi tarixdə iddiaçı işdə olmuş və cavabdeh tərəfindən Bakı şəhərinə ezam olunmuşdur. Eyni zamanda iddiaçı ezamiyyə ilə əlaqədar cavabdehin tapşırığını yerinə yetirərək Bakı şəhərinə getmişdir.
56. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi iddiaçının müdriyyət tərəfindən ona qərəzli münasibət göstərildiyi, işə çıxmaması barədə bütün aktların sonradan tərtib edildiyi və əsl həqiqəti əks etdirmədiyi barədə dəlillərini yuxarıda qeyd edilən hal nəzərə alınmaqla araşdırmalı və müvafiq araşdımanın nəticəsinə uyğun hazırkı mübahisəyə hüquqi qiymət verməlidir.
57. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün o lmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
58. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
59. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1317/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.