Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4578/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, Cavabdeh və vəkili X9 iştirakları ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, 29 yanvar 2019-cu il MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli qətnaməsi ilə(hakim: H.Y.Əhmədov; 2(007)-3510/2018) iddiaçı cаvаbdеh qаrşı «mənzilə köçürülmə tələbinə dаir iddiа tələbi təmin edilmiş, iddiаçı Bakı şəhəri, ***********************saylı mənzilinə köçürülməsi qət edilmiş, cavabdeh iddiaçı qаrşı «yаşаyış sаhəsindən istifаdə hüququnun itirilmiş hеsаb еdilməsi tələbinə dаir» qаrşılıqlı iddiа tələbi rədd еdilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Q.Hüseynov(sədrlik edən və məruzəçi), A.N.İmanov və V.N.Sadıqov; iş 2(103)-915/2019) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı cаvаbdеh qаrşı Bakı şəhəri, ***********************saylı mənzilinə köçürülməsi tələbinə dair iddiası təmin olunmamış, qarşılıqlı i ddia təmin olunaraq İddiaçı Bakı şəhəri, ***********************saylı mənzilindən istifadə hüququnun itrilməsi qət edilmişdir. İşin halları İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, ********************** saylı 3 otaqlı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən хаhiş еtmişdir. Cavabdeh qаrşı yаşаyış sаhəsindən istifаdə hüququnun itirilmiş hеsаb еdilməsi tələbinə dаir qаrşılıqlı iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilindən, yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən хаhiş еtmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,Bakı şəhəri, ***********************sayl ı mənzili ilkin olaraq atasına məxsus olmuşdur. O, anadan olandan, yəni 1974-cü ildən həmin mənzildə valideynləri və bacıları ilə birlikdə yaşamış və daimi qeydiyatda olmuşdur. O ailə qurduqdan sonra bir müddət həyat yoldaşı ilə kirayədə yaşamış, daha sonra ailəsi dağıldığından atasına məxsus mənzilə qayıdıb orada yaşamağa davam etmişdir. 1999-cu ildə atası özünə məxsus və ailəliklə qeydiyyatda olduqları hazırki mübahisəli mənzili bacısı Cavabdeh bağışlamaq qərarına gəlmişdir, lakin bunun müqabilində bacısının həyat yoldaşına məxsus 1 otaqlı mənzil ona və digər bacısına hədiyyə olunmalı idi. Bundan sonra ilkin olaraq hazırki mübahisəli mənzilin bağışlanma prosesi rəsmiləşsə də, atasının qəfil ölümü 1 otaqlı mənzilin onlara, yəni ona və digər bacısına bağışlanması prosesi həyata keçməmişdir. Buna baxmayaraq bacısı, cavabdeh öz ailəsi ilə birlikdə hazırki mübahisəli mənzilə köçmüşlər, o da onlara məxus 1 otaqlı mənzilə köçmüşdür. Həmin mənzildə yaşadığı müddətdə cavabdeh və onun həyat yoldaşı müxtəlif bəhanələrlə mənzilin onun adına rəsmiləşməsini ləngitmişlər. O da öz növbəsində iki bacı arasında mübahisə yaranmaması səbəbindən bu məsələnin üstünə çox getməmişdir. Təxmini 2011-ci ildə o daimi yaşamaq məqsədi olmadan Almaniya Respublikasına getmiş və bir müddət orada yaşamışdır. O Azərbaycana qayıtdıqdan sonra bacısı və həyat yoldaşının 1 otaqlı mənzili satması məlum olmuşdur. Bundan sonra o daimi qeydiyyatda olduğu və bacısının mülkiyyətində olan Bakı şəhəri, ***********************saylı 3 otaqlı mənzilinin1otağınaköçüb orada yaşamışdır. Həmin mənzildə yaşadığı müddətdə cava bdehin və onun həyat yoldaşının təyziqləri vəmaneələri ilə qarşılaşmışdır. Onlar bu hərəkətlərinə son qoymayıb onu mənzildən çıxarmağa nail olmuşlar. Artıq 1 aydan çoxdur ki, cavabdeh onu daimi qeydiyyatda olduğu və anadan olandan yaşadığı mənzildən istifadə etməyə və orada yaşamağa imkan vermir. Halhazırda bir aydır ki, kirayədə qalır və yaşamağa başqa yeri yoxdur. Mübahisəli mənzilə istifadə hüququ cavabdeh tərəfindən məhdudlaşdırıldığından isə onun üçün həddindən artıq çətinlik törədir. Qeyd etmişdir ki, mübahisəli mənzil 3 otaqdan ibarətdir. Yəni, mübahisəli mənzildə ayrı-ayrı ailələrin yaşaması üçün kifayət qədər şərait vardır. Hazırda mənzildə bacısı olan cavabdeh və onun həyat yoldaşı yaşayır. 83 saylı MKİS-nin ****** saylı 13.08.2018-ci il tarixli forma 2 arayışından müəyyən olunur ki, X6 mülkiyyətində olan Bakı şəhəri ************************* saylı mənzilində o özü 1974-ci ildən, qızı X8 1995-ci ildən, oğlu X3 1996-ci ildən, cavabdeh və onun ailə üzvləri 2000- ci ildən daimi qeydiyyatdadırlar. Göründüyü kimi, o 1974-cü ildən 2018-ci ilin iyul ayınadək fasilələrlə Bakı şəhəri, ***********************saylı mənzilində yaşamışdır. Mübahisəli mənzilin istifadə və yaşayış hüququq saxlanılmaqla cavabdehin adına rəsmiləşməsinə razılıq versə də, cavabdeh hazırda mənzildən istifadə etməsinə və yaşamasına imkan vermir. Eyni zamanda etmişdir ki, mübahisəli mənzildə yaşadığı müddətdə MKİS tərəfindən müəyyən olunmuş və onun üzərinə düşən kommunal xərcləri MKİS-in hesabına tam ödəmişdir. Hesab etmişdir ki, cavabdehin mənzilə köçürülməyə dair etirazlarının hüquqi əsası yoxdur, mə nzilə istifadə hüququna mülkiyyətçinin belə qanunsuz müdaxiləsinə yol verilmir. Onun istifadə hüquqları mövcud olan mənzildə bu hüquqların həyata keçirilməsində maneələr mövcud olduğundan hesab edir ki, iddia tələbi əsaslıdır və ona görə də təmin edilməlidir. Cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil, mərhum atası X12 tərəfindən 05 mart 1999-cu ildə Bakı şəhəri 25 saylı dövlət notariat kontorunda təsdiq olunmuş bağışlama müqaviləsinə əsasən onun mülkiyyətinə verilmişdir. Həmin mənzilə dair onun adına Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı İdarəsindən 14.04.1999-cu il tarixli MH seriyalı *********** №-li qeydiyyat vəsiqəsi verilmi şdir. Qeyd olunan tarixdən sözügedən mənzil onun xüsusi mülkiyyətindədir. Məhkəmənin diqqətinə çatdıdırır ki, onun doğma bacısı olan cavabdeh İddiaçı 1994-cü ildə X4 ilə ailə quraraq sonuncunun yaşadığı ünvan 3 ünvanına gəlin köçmüşdür. Həmin ünvanda cavabdehin iki övladı 30.07.1995-ci il təvəllüdlü qızı A8 və 26.10.1996-cı il təvəllüdlü oğlu A6 dünyaya gəlmişdir. Cavabdeh həmin ünvanda ailə üzvləri ilə birlikdə 2001-ci ilin avqust ayının sonuna qədər yaşamış və sonradan həyat yoldaşı ilə aralarında yaranmış mübahisə nəticəsində həmin evdən qısa müddətli çıxaraq həyat yoldaşı Azər İskəndərova və qeyrilərinə qarşı «girov müqaviləsinin, alqı-satqı müqaviləsinin ləğvi, mənzildən çıxarma, mənzilə köçürmə və yaşayış sahəsindən istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 28 yanvar 2002-ci il tarixli ****** saylı qətnaməsinə əsasən İddiaçı iddia tələbi qismən təmin edilərək, İddiaçı övladları 30.07.1995-ci il təvəllüdlü qızı A8 və 26.10.1996-cı il təvəllüdlü oğlu A6 birlikdə, ünvan 3 ünvanında yerləşən evin cavabdehlər (həyat yoldaşı A7 və qeyriləri) yaşadığı 2 otağına köçürülməsi və cavabdehlərin həmin evdə yaşadıqları müddət ərzində X7 həmin evdən istifadə hüququnun verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 11 iyun 2002ci il tarixli 1MK-1406/2002 saylı qətnaməsinə əsasən Yasamal rayon məhkəməsinin 28 yanvar 2002 ci il tarixli 2-171/2002 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali məhkəməsinin 25 sentyabr 2002-ci il tarixli qərarı ilə Bakı Apellyasiy a Məhkəməsinin 11 iyun 2002 ci il tarixli 1MK-1406/2002 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdehin keçmiş həyat yoldaşı X4 hal-hazırda da həmin evdə tək yaşayır. Məhkəmənin diqqətinə çatdırır ki, həmin vaxt qanuni qüvvəsini almış yuxarıda qeyd olunan məhkəmə aktlarına əsasən Yasamal rayonu ************************* ünvanında yerləşən evə köçürülməsi və hamindən istifadə hüququnun olmasına baxmayaraq cavabdeh İddiaçı keçmiş həyat yoldaşı A7 bir evdə yaşamaq istəmədiyindən və uşaqları azyaşlı olduğundan bacısının (yəni onun) köməyinə daha çox ehtiyacı olduğundan onlara yaxın yerdə yaşamaq istəmişdir. Bu məqsədlə onlar, həyat yoldaşı X5 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 17.5 kv.m dən ibarət 1 otaqlı mənzili övladları ilə birlikdə müvəqqəti yaşamaları üçün iş üzrə cav abdeh İddiaçı vermişlər. 2011ci ilin may ayında cavabdeh azyaşlı övladları ilə birlikdə daimi yaşayış üçün Almaniyaya getmək istədiyini, bu fikrində qəti qərarlı olduğunu, lakin sənədləşmə və ilkin müddət orada yaşamaq üçün pulu olmadığını bildirərək, onlardan pul istəmişdir. O da həmin vaxt cavabdehin artıq Almaniyaya birdəfəlik olaraq getdiyini, nəzərə alaraq sənədlərinin hazırlanması gediş haqqı və ilkin olaraq orada yaşaması üçün borc götürərərək, 14000 (on dörd min) manat məbləğində cavabdehə pul vermişdir. Cavabdeh 07 iyun 2011-ci il tarixdə iki övladını da götürərək daimi yaşayış üçün Almaniyaya getmişdir. Bundan bir neçə ay sonra cavabdehə verdiyi 14000 manat pulu borc aldığı şəxslər verdikləri borclarını geri tələb etməyə başlamış və onlar məcbur olaraq 13 aprel 2012-ci il tarixdə həyat yoldaşı X5 mülkiyyətində olan, ünvan 4 ünvanında yerləşən 17.5 kv.m dən ibarət 1 otaqlı mənzili sataraq borclarını ödəmişlər. Cavabdeh 03.11.2017-ci il tarixdə Almaniyadan Azərbaycana deportasiya olunmuş və gələrkən çox ağır vəziyyətdə xəstə olduğundan onu hazırda yaşadıqları mənzilə gətirərək bir neçə ay müalicə etmişlər. Cavabdeh Almaniyadan tək gəlmiş övladları orada qalmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdehin övladları artıq yetkinlik yaşına çatmasına baxmayaraq bu günə qədər onlara Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almamışlar. Cavabdeh İddiaçı, hazırda onun mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən mənzildən 1994-cü ildən (gəlin köçdüyü vaxtdan) daimi yaşayış üçün yuxarıda qeyd olunan başqa ünvana köçmüş və həmin vaxtdan mülkiyyətində olan sözügedə n mənzildə yaşamamışdır. Cavabdehin həmin mənzildə qeydiyyatda qalması formal xarakter daşıyır. Qeyd olunanları və cavabdeh İddiaçı onun mülkiyyətində olan sözügedən mənzildən 24 il əvvəl çıxaraq daimi yaşayış üçün başqa ünvana köçdüyünü nəzərə alaraq hesab edir ki, cavabdehin mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən mənzildən yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməlidir. İddiаçı İddiaçı nümаyəndəsi və vəkili Vəkil məhkəmə iclаsındа ilkin iddiа tələbini müdаfiə еtmiş, qarşılıqlı iddiа tələbini isə qəbul еtməmiş, eyni zamanda çıхışındа bildirmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının tələbi əsassızdır. Belə ki, Yasamal Rayon Məhkəməsinin 28 yanvar 2002-ci il tarixli qətnaməsindən görünür ki, qətnamə qəbul edilən vaxt artıq həmin mənzil “xxxx” ASC-nin mülkiyyətində ol muşdur. Yəni onların həmin mənzilə köçürülməsi müvəqqəti olmuşdur, qətnamədə də, qeyd olunduğu kimi cavabdehlər yaşadığı müddət ərzində İddiaçı yaşayış sahəsindən istifadə huququ verilmişdir. Göründüyü kimi, İddiaçı həmin mənzilə müvəqqəti yəni, cavabdehlərin yaşadıqları müddətdə köçürülməsi qət edilmişdir. Qətnamənin qəbul edilməsinə baxmayaraq bu günə kimi, qətnamə icra olunmamışdır. Qarşılıqlı iddia ərizəsində Mənzil İstismar Sahəsinin arayışına əsasən İddiaçı keçmiş həyat yoldaşının hal-hazırda həmin mənzildə tək yaşadığı qeyd edilsə də, MİS-in arayışında əslində həmin mənzildə hər hansı bir şəxsin yaşadığı qeyd olunmamış, A6 mənzildə qeydiyyatda olduğu göstərilmişdir. 2001-ci ildə İddiaçı Bakı şəhəri, ***********************saylı mənzilində yaşamağa davam etdikdən sonra bacısının tə klifi ilə onlara məxus 1 otaqlı mənzilə köçmüşdür. Çünki həmin mənzil aralarında olan razılaşmaya əsasən ona və ya digər bacısına bağışlanmalı idi. İddiaçı təxmini 10 il müddətində həmin mənzildə yaşasa da, bacısı və ya onun həyat yoldaşı tərəfindən onlara heç bir maneə olmamışdır. Çünki aralarında şifahi razılaşma olmuşdur ki, həmin mənzil İddiaçı çatacaqdır. Həmin mənzildə yaşadığı müddətdə cavabdeh və onun həyat yoldaşı müxtəlif bəhanələrlə mənzilin onun adına rəsmiləşməsini ləngitmişlər. O, da öz növbəsində iki bacı arasında mübahisə yaranmaması səbəbindən bu məsələnin üstünə çox getməmişdir. Cavabdeh və onun həyat yoldaşı İddiaçı bir müddətlik anası ilə birlikdə Almaniya Respublikasına getməsindən və mənzilin boşaldılmasından istifadə edərək, Cavabdeh xəbəri olmadan həmin mənzili satm ışlar. Bundan sonra İddiaçı qarşı mənzilə istifadə hüququnun itirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddialarının təmin olunmayacağını anladıqdan sonra iddia ərizələrini geri götürmüşlər. İddiaçı Bakı şəhərinə qayıtdıqdan sonra daimi qeydiyyatda olduğu Bakı şəhəri, ***********************saylı 3 otaqlı mənzilinin 1 otaqına köçüb orada yaşamışdır. Həmin mənzildə yaşadığı müddətdə cavabdehin və onun həyat yoldaşının təyziqləri və süni maneələri ilə qarşılaşmış və onu mənzildən çıxarmağa nail olmuşlar. İddiaçı Bakı şəhəri, ***********************saylı 3 otaqlı mənzilinə görə daim mənzil istismar sahəsinə kommunal ödənişlər etmişdir. Onun uşaqları da həmin mənzildə qeydiyyatdadırlar. Göründüyü kimi, İddiaçı 1974-cü ildən 2018-ci ilin iyul ayınadək fasilələrlə Bakı şəhə ri, ***********************saylı mənzilində yaşamışdır. Cavabdeh hazırda mənzildən istifadə etməsinə və yaşamаsına imkan vermir. Qeyd olunanlara əsasən məhkəmədən ilkin iddia təmin edilərək İddiaçı Bakı şəhəri, ***********************saylı 3 otaqlı mənzilinə köçürülməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmas ını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 8,9,76,80,81,82.2,82.3,217.1,217.3-cü maddəl ərinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53,54,87.2-ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiyasının 60,127-ci maddələrinintələblərinin pozulmuş onun subyektiv hüquqlarının və qanunu mənafeylərimin pozulması barədə irəli sürdüyüm dəlillərə əhəmiyyət verməmiş, nəticədəəsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının Cavabdeh və vəkili X18 kassasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinəəsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş fak tiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunmasıədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə iləəlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək hesab etmişdir ki,baxılan iş üzrə cavabdehin mübahisəli mənzilə istifadə hüququnun 01 oktyabr 2009-cu il tarixədək yarandığı işin mübahisəsiz halıdır. Ona görə də mübahisəyə həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ai lə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüququ itirilir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamam ağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Habelə, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Qanunvericilin sadalanan normalarının məzmunundan göründüyü kimi, cavabdeh mübahisəli mənzilə istifadə hüququnu itirməsi üçün onun 6 aydan artıq müddətə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya başqa yaşayış sahəsinə köçməsi müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 1994-cü ildə rəsmi nikaha daxil olması ilə əlaqədar Bakı şəhəri, *********************** ünvanına köçmüş, özünün bildirdiyi məlumata əsasən 2000- ci ilin sentyabr ayınadək orada yaşamışdır. Ailə münasibətləri pozulduqdan sonra iddiaçı ərinin yaşadığı mənzilə köçürülməsi barədə iddia qaldırmışdır. Surəti iş materiallarında olan, iddiaçının 2011-ci ilin noyabr ayında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə verdiyi iddia ərizəsinin surətindən görünür ki, o, həmin ərizədə ailə qurduqdan sonra özünə məxsus əmlakını da aparmaqla mənzilə gəlin köçdüyünü, ümumi təsərrüfatı birgə idarə etməklə orada yaşayan şəxslərin ailə üzvü olduğunu, həmin mənzildə iki uşağının doğulduğunu bildirmişdir. İşə baxmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28.01.2002-ci il tarixli qətnaməsi ilə iddia əsaslı hesab e dilmiş, iddiaçının azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri ********************* evin «xxxx» SKB-nin mülkiyyətinə keçmiş və cavabdehlər X1 və onun ailə üzvlərinin yaşadıqları 2 otağına köçürülməsi, sonuncuların yaşadıqları müddət ərzində Cavabdeh həmin yaşayış sahəsindən istifadə hüququnun verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçının 1994-cü ildə mübahisəli mənzildən daimi yaşamaq üçün başqa mənzilə köçdüyü və həmin tarixdən 6 ay sonra mənzilə istifadə hüququnu itirdiyi barədə birmənalı qənaətə gəlməyə əsas verir. İddiaçının nigahı pozulduqdan sonra 2000-ci il sentyabr ayından sonra təxminən 1 ilə yaxın müddət ərzində mübahisəli mənzildə yaşaması onun yenidən mənzilə istifadə hüququnun yaranmasına səbəb olmamışdır.Çünki həmin dövrdə mənzil artıq cavabdehin mülkiyyə tində olmuşdur. 1 sentyabr 2000-ci ildən qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 228.2-ci maddəsinə əsasən iddiaçının mənzilə istifadə hüququnun yaranması üçün bununla bağlı mülkiyyətçi ilə bağlanan, notariat qaydada təsdiqlənən yazılı razılaşmanın olması tələb olunurdu. Həmçinin yuxarıda sadalanan hallar baxımından iddiaçı həmin maddənin 228.5-ci maddəsinin mənasına görə mülkiyyətçinin ailə üzvü (əri, arvadı, valideynləri, uşaqları) hesab edilmirdi. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq qaydada tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçı 2001-ci il dən sonrakı 16 il ərzində də davamlı olaraq mübahisəli mənzildə yaşamayıb. Həmçinin iddiaçının 2012-2018-ci illərdə mübahisəli mənzilə dair kommunal xərcləri ödəməsi barədə ödəniş qəbzi onun mənzili müvəqqəti tərk etdiyini təsdiqləyən sübut kimi qəbul oluna bilməz. Çünki həmin sənəd 13.08.2018-ci il tarixə aiddir və sadəcə ötən dövr üzrə yaranmış 75,60 manat kommunal borcun ödənildiyini təsdiq edir. İddiaçı öz tələbində və izahatlarında cavabdeh və onun ərinin mübahisəli mənzildə imtina etməsi əvəzində ona sonuncuya məxsus mənzilin bağışlanacağını bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. İddiaçı məhkəmə qətnaməsi ilə istifadə hüququnun tanındığı və köçürülməsinin qət olunduğu mənzilin mövcud olmasına baxmayaraq, yaşayış sahəsinə ehtiyacı olduğu halda ötən illər ərzində, habelə hal-hazırda hansı səbəblərdən qətnamənin icra olunmasını tələb etmədiyini ağlabatan dəlillərlə əsaslandıra bilməmiş, yaxud qətnamənin icrasının mümkün olmadığı barədə sübut təqdim etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilkin iddia rədd, qarşılıqlı iddia təmin olunmalıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti t əmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4578/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4578/2019
01.07.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver